Month: February 2024

  • Prezident İlham Əliyev strateji investisiya layihələrinin istiqamətlərini təsdiq edib

    Prezident İlham Əliyev “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

    Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi Fərmandan irəli gələn məsələləri həll etməlidir.

    İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır:

    1. Yerli xammal bazasına (metal filiz, neft, qaz, kimya, tikinti materialları və pambıq sahələri) əsaslanan istehsal layihələri;

    2. Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;

    3. Tullantıların idarə olunması və təkrar emalı layihələri;

    4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

    5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri;

    6. 2023-cü il yanvarın 1-dən sonra investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft sənayesi müəssisələrinin istehsal layihələri;

    7. Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”) layihələri;

    8. Hava gəmilərinin istismarı və onlara texniki xidmət göstərilməsi layihələri;

    9. Dəmir yolunun hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;

    10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri;

    11. Alüminium məhsullarının istehsalı layihələri;

    12. Dövlət−özəl tərəfdaşlığı (dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələri daxil olmaqla) layihələri;

    13. COP29 beynəlxalq tədbiri çərçivəsində qonaqlama layihəsi.

  • В январе за нарушение госграницы задержаны 24 человека

    В январе Государственной пограничной службой за нарушение государственной границы задержаны 24 человека, 13 из которых являются гражданами Азербайджана, 3 – Пакистана, 2 – Непала, 2 – Таджикистана, 1 – Индии, 1 – Марокко, 1 – Грузии и 1 – Турции.

    Об этом сообщили в ГПС.

    В рамках мер по борьбе с нелегальной миграцией при попытке пересечения государственной границы с поддельными документами были задержаны 19 человек.

    За нарушение правил пограничного режима задержаны 1 103 человека.

    В результате мер по борьбе с преступностью правоохранительными органами Азербайджана были задержаны и переданы в соответствующие органы 305 человек, находящихся в розыске, предотвращен выезд из страны 374 человек, въезд в Азербайджанскую Республику запрещен 16 лицам.

    В рамках мер по борьбе с незаконным оборотом наркотических веществ из незаконного оборота было изъято 107 кг 343 г различных видов наркотических средств и 135 единиц психотропных таблеток.

    Была выявлены и изъяты контрабандные товары на общую сумму 934 715 манатов, в том числе 1 пистолет марки “Глок”, большое количество американской валюты, осетровые и табачные изделия.

  • Yanvarda dövlət sərhədini pоzduğuna görə 24 nəfər saxlanılıb

    Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2024-cü ilin yanvar ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib.

    Bu barədə DSX-dən məlumat verilib.

    Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduğuna görə 24 nəfər saxlanılıb, оnların 13-ü Azərbaycan, 3-ü Pakistan, 2-i Nepal, 2-i Tacikistan, 1-i Hindistan, 1-i Mərakeş, 1-i Gürcüstan və 1-i Türkiyə vətəndaşı оlub.

    Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 19 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.

    Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 1 103 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

    Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 305 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 374 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

    Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 107 kiloqram 343 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 135 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

    Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 934 min 715 manat оlan qaçaqmal, о cümlədən 1 ədəd “Glock” markalı tapança, külli miqdarda ABŞ valyutası, nərə balığı və tütün məmulatları saxlanılıb.

    Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.

  • Biləsuvarda avtomobildən oğurluq olub

    Biləsuvarda avtomobildən oğurluq olub.

    Hadisə Biləsuvar şəhərində evlərdən birində qeydə alınıb.

    Belə ki, naməlum şəxs və ya şəxlər qaraja girərək, burada saxlanılan “VAZ 2106” markalı minik avtomobilin yan şüşələrindən birini sındıraraq salonuna daxil olub.

    Hadisə yerindən avtomobilin maqnitofonu və akkumulyatoru oğurlanıb.

    Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

    Gəncə şəhərinin ərazisində qanunsuz tikintinin qarşısı alınıb.

    Əttarlar küçəsi 71 ünvanında qanunsuz tikinti işlərinin aparılması faktı müəyyən olunub.

    Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində sözügedən tikinti işləri dayandırılıb və söküntüsü təmin edilib.

    Qeyd edək ki, şəhər əraizisində qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirilir.

  • Azərbaycanda internet sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsi təhlil edilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlilini aparıb.

    Bu barədə İKTA məlumat yayıb.

    Bildirilir, təhlilin aparılmasında bir sıra beynəlxalq reytinq cədvəllərinin indikatorlarından istifadə edilməklə 60 sual araşdırılıb.

    Təhlildə hər bir sual üzrə onun əhatə olunma vəziyyəti qiymətləndirilib və qiymətləndirilmədə istifadə olunmuş mənbələr göstərilib. Cədvəlin hazırlanmasında məqsəd ölkədə internet telekommunikasiya xidməti sahəsinin tənzimləyici çərçivəsinin mövcud statusu barədə geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsində etibarlı mənbələrə əlçatanlığını təmin etməkdir. Təhlildən müvafiq predmet üzrə biznes bələdçisi kimi istifadə oluna bilər.

  • Авиакомпания IndiGo выполнила рейс из Дели в Баку без необходимого разрешения

    Пилоты индийской авиакомпании IndiGo Airlines 28 января выполнили рейс 6E 1803 Дели-Баку без соответствующего разрешения Управления воздушным движением (УВД).

    Как сообщает Median.Az со ссылкой на индийскую прессу, оба пилота воздушного судна временно отстранены до завершения расследования инцидента.

    Хотя Управление воздушным движением приняло решение об ожидании, пилоты проигнорировали его и выполнили перелет без разрешения.

    В Главном управлении гражданской авиации (DGCA) при Министерстве гражданской авиации Индии заявили, что вопрос будет всесторонне расследован в целях выявления ошибок в процедурах и принятия мер для предотвращения подобных инцидентов в будущем.

    Главной задачей Управления воздушным движением является контроль воздушного движения. В то же время управление выполняет работу по предоставлению пилотам необходимых инструкций по технике безопасности во время полета. Получение разрешения УВД обязательно перед взлетом, так как оно необходимо для безопасного взлета и посадки самолетов в аэропорту.

    Отметим, что IndiGo Airlines впервые начал прямые авиарейсы по маршруту Дели-Баку-Дели с 11 августа прошлого года.

  • “IndiGo” Dehlidən Bakıya icazəsiz uçuş həyata keçirib – araşdırma başlanılıb

    Hindistanın “IndiGo Airlines” şirkətinin pilotları yanvarın 28-də “6E 1803” saylı Dehli-Bakı reysini yerinə yetirən zaman “Hava Hərəkətinə Nəzarət”dən (ATC) uçuş icazəsi almayıb.

    Median.Az Hindistan mətbuatına istinadən xəbər verir ki, mövzu ilə bağlı qalmaqal yaranıb və həmin reysin hər iki pilotu hadisənin araşdırılması müddətində vəzifəsindən kənarlaşdırılıb.

    Bildirilib ki, ATC Dehli-Bakı reysi yerinə yetirilən zaman gözləməklə bağlı göstəriş versə də, buna əməl edilməyib. Təyyarə uçuş vəziyyətinə gətirilib və icazəsiz yola düşüb.

    Hindistanın Mülki Aviasiya Nazirliyinin tabeliyindəki Mülki Aviasiya Baş İdarəsindən (DGCA) bildirilib ki, müvafiq rəsmiləşdirmə olmadan uçuşların yerinə yetirilməsi əməliyyat intizamı və protokollara riayət edilməsi ilə bağlı ciddi narahatlıq yaradır. DGCA-nın məsələ ilə bağlı hərtərəfli araşdırmasının məqsədi prosedurlardakı mövcud səhvləri müəyyən etmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün müvafiq tədbirlər görməkdir.

    ATC-nin vəzifəsi hava limanında hava hərəkətinə nəzarət etməkdir. Eyni zamanda ATC uçuş zamanı pilotlara lazımi təhlükəsizlik təlimatlarının verilməsi işini də yerinə yetirir. Uçuşdan əvvəl ATC rəsmiləşdirilməsi mütləqdir, çünki bu, hava limanında təyyarələrin təhlükəsiz qalxması və enməsi üçün lazımdır.

    Qeyd edək ki, “IndiGo Airlines” şirkəti Dehli-Bakı-Dehli istiqamətində ilk dəfə ötən ilin avqustun 11-dən birbaşa uçuşlara başlayıb.

    Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur.
    //report

  • “Cəfər Cabbarlı” metrostansiyasında eskalator əsaslı təmir edilib

    “Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasında “ET-5M” tipli eskalatorlardan birinin əsaslı təmiri başa çatdırılıb.

    “Report” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Normativlərə uyğun olaraq, 150 min km-dən çox qaçış məsafəsi qət etmiş bu tip eskalatorlar təmirə dayandırılır. Təmirin birinci mərhələsində tam dövrə üzrə 70 metrdən artıq lent zolağının sürahi elementləri və pillələr sökülüb. Sonra eskalatorun dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərriki çıxarılıb. Bütün qovşaq, hissə və elementlər təftiş üçün “Nərimanov” elektrik deposunda təmir sahəsinə göndərilib. Təftiş və defektoskopik müayinənin gedişi müddətində markşeyderlər qrupu eskalatorda fermaların çökmə səviyyəsini, mərkəzdən qaçma və digər parametrlərin ölçülməsi üzrə işi görüblər.

    Normativ müayinələr aparılmaqla yararsız hissələr müvafiq ölçü və standartlara uyğun yenilənib, digər hissələr təmir-bərpa olunub. Sonra eskalator yenidən yığılıb və təkrar diaqnostik müayinələr aparılıb. Metropolitenin sahə üzrə müfəttişliyi istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirdikdən sonra eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul edilib.

    İstifadəyə verilən eskalator ötən ilin oktyabr ayının ikinci yarısında əsaslı təmirə dayandırılmışdı.

  • Sumqayıtda içərisində 28 min manatdan çox pul və qızıl olan seyf oğurlanıb

    Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları içərisində 28 min manatdan çox qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.