Month: February 2024

  • “Моссад” представил план освобождения 35 заложников в обмен на 35 дней перемирия с ХАМАС

    Глава разведывательной службы Израиля “Моссад” Давид Барнеа представил военному кабинету страны план, содержащий предложение радикальному палестинскому движению ХАМАС 35-дневного перемирия в обмен на освобождение 35 израильских заложников.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил 12-й телеканал израильского телевидения.

    Возможная сделка будет носить поэтапный характер: первый из них предусматривает освобождение женщин и людей старшего возраста, а также больных и раненых. Перемирие может быть продлено еще на неделю для переговоров по второму этапу освобождения заложников, в число которых могут войти участники гражданской обороны и мужчины, которых ХАМАС рассматривает в качестве комбатантов.

    Число палестинских заключенных в тюрьмах Израиля, которые будут освобождены и переданы ХАМАС, еще уточняется. По данным телеканала, израильские власти хотят пролоббировать освобождение заключенных, которые совершили легкие правонарушения, в то время как ХАМАС настаивает на передаче тех, кто совершил тяжелые преступления.

    По данным телеканала, в общей сложности у ХАМАС находятся 136 заложников.

  • “Mossad” girovların azad edilməsinə dair plan təqdim edib

    İsrailin kəşfiyyat və xüsusi tapşırıqlar idarəsinin (“Mossad”) rəhbəri David Barnea hökumətə HƏMAS hərəkatına 35 israilli girovun azad edilməsi müqabilində 35 günlük atəşkəs təklifini ehtiva edən plan təqdim edib.

    Bu barədə İsrailin “12-ci kanal”ı məlumat yayıb.

    Bildirilib ki, mümkün sövdələşmə mərhələli xarakter daşıyır: birinci mərhələdə qadınların, yaşlı insanların, həmçinin xəstələrin və yaralıların azad edilməsi nəzərdə tutulur. Atəşkəs girovların azad edilməsinin ikinci mərhələsi üzrə danışıqlar üçün daha bir həftə uzadıla bilər.

    Hazırda İsrailin HƏMAS-a təhvil verəcəyi fələstinli məhbusların sayı müəyyənləşdirilir. Telekanalın məlumatına görə, İsrail hakimiyyəti kiçik cinayətlər törətmiş məhbusların təhvil verilməsinə, HƏMAS isə ağır cinayətlər törədənlərin azad edilməsinə israr edir.

    Telekanalın məlumatına görə, HƏMAS hazırda 136 nəfəri girov saxlayır.

  • Qubada 15 yaşlı qız dəm qazından ölüb

    Quba rayonunda 15 yaşlı yeniyetmə qız dəm qazından ölüb.

    Hacıhüseynli kənd sakini, 2009-cu il təvəllüdlü Ayla Vəlixanova yaşadığı evin hamam otağında yuyunarkən dəm qazından zəhərlənib. O, xəstəxanada ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda narkotik vasitənin təsiri altında 10-dan çox avtomobilə ziyan vuran sürücü həbs edilib

    Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən və ondan çox avtomobilə ziyan vuran sürücü həbs edilib.

    Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi törətdiyi üçün “Opel” markalı, 77-DK-952 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat axınınına əks istiqamətdə hərəkətini davam etdirib.

    Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan, ondan çox avtomobilə ziyan vuran sürücü Zülfüqarov Orxan Şahlar oğlu saxlanılıb və onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Zülfüqarovun narkotik vasitə qəbul etməsi də müəyyən edilib.

    Tədbirlərin davamı kimi O.Zülfüqarovun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və ümumi çəkisi 2,680 qram narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb.

    Toplanılmış materiallar maddi sübutla birgə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

  • Azərbaycanlı idmançıya UFC ulduzu ilə döyüşmək təklif olunub

    Azərbaycanlı təmsilçisi Rafael Fiziyevə UFC ulduzu Dastin Porye ilə döyüşmək təklif olunub.

    30 yaşlı idmançı bu barədə “The AllStar”a müsahibəsində bildirib.

    Fiziyev hazırda zədəsinin davam etdiyini söyləyib: “Menecerim zəng etdi və dedi ki, “UFC səndən Porye ilə döyüşməyini istəyir. Hazır olmadığım üçün əsəbiləşdim. Daha əvvəl mənə Londonda döyüşmək təklif olunmuşdu. Amma ertəsi gün dizimi qopardım. Porye ilə döyüşmək istəyirəm, amma dizim sağalmayıb. Nə olur-olsun, UFC-nin ardıcıl iki məğlubiyyətə rəğmən, hələ də mənə inanmasına görə xoşbəxtəm”.

    Qeyd edək ki, azərbaycanlı döyüşçü son qarşılaşmasında polşalı Mateuş Qamrota zədələndiyi üçün texniki nokautla yenilib.

    ///report

  • Kanada Aİ-nın Ermənistandakı missiyasına Amuldağ mədəninə görə qoşulub – ARAŞDIRMA

    Kanadanın ötən il çox uzaq regionda – Ermənistan-Azərbaycan şərti sərhədindəki Avropa İttifaqının müşahidə missiyasına tələm-tələsik qoşulmasının səbəbi çoxlarına aydın deyildi.

    APA xəbər verir ki, “Environmental Protection First” Koalisiyasının apardığı araşdırmalar üzə çıxarıb ki, hazırda Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın yerləşən Amuldağ mədənini bütün ekoloji normaları heçə sayaraq istismar edən şirkətin əsas payçısı məhz Kanada imiş.

    Belə ki, Amuldağı hazırda “Lydian Canada Ventures” şirkətinin törəməsi olan “Lydian Armenia” şirkəti istismar edir, “Lydian Canada Ventures”un sahibi isə Kanadanın “Osisko Gold Royalties” şirkəti, digər sahibi isə ABŞ-nin “Orion Mine Finance” investisiya şirkətidir.

    “Lydian Armenia” məhz Kanada və ABŞ hökumətlərinə arxalanaraq, Ermənistan hakimiyyətinin dəstəyi ilə Amuldağ yatağını amansızlıqla istismar edir, bütün kimyəvi tullantıları isə Azərbaycan istiqamətinə axıdır, yerli və xarici ekoloqların həyəcan təbilinə isə məhəl qoymur. Bütün bunlar Ermənistanın Azərbaycanla şərti sərhədində patrulluq edən Kanada və digər Qərb ölkələrinin missiyasının gözləri qarşısında baş verir.

    Göründüyü kimi, Kanada və ABŞ Azərbaycan ekologiyasını zəhərləməklə Amuldağ mədənindən milyardlarla dollar götürməyə hazırlaşır. Bu il mədəndən ilk qızıl hasilatı gözlənilir.

    Artıq Azərbaycanın və Ermənistanın ekolojiyönümlü təşkilatları ayağa qalxıblar, onlar Amuldağ yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dərhal dayandırılmasını istəyiblər. Buna baxmayaraq, işlər dayandırılmayıb. Ötən gün 22 ölkədən 49 QHT və ekofəal Cənubi Qafqaza ekoloji ədalət tələb edib, onlar Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin çağırışlarına dəstək veriblər.

    ABŞ və Kanada şirkətləri, Ermənistan hakimiyyəti bu günə qədər də Amuldağ mədənində ekoloji monitorinqlərə icazə vermir, mədəndə aparılan işlərin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi sənədini isə ictimaiyyətə açıqlamır.

  • Hemilton “Ferrari”nin pilotu olacaq?

    Yeddiqat dünya çempionu Lyuis Hemilton tezliklə “Ferrari” ilə müqavilə imzalayacaq.

    Bu barədə AS nəşri öz mənbələrinə istinadla xəbər verib.

    Bildirilir ki, Hemilton 2025-ci il mövsümündə İtaliya komandasının pilotu olacaq. Hazırda britaniyalı “Ferrari” ilə müqavilənin detallarını müzakirə edir.

    Britaniyalının sürücüsü olduğu “Mercedes”lə cari müqaviləsi ikiillik deyil, “1+1” prinsipinə əsaslanan opsional müqavilədir.

    Keçən il yeddiqat dünya çempionu 234 xalla ümumi pilotlar sıralamasında üçüncü yeri tutub. Titulu Avstriyanın “Red Bull” komandasını (575 xal) təmsil edən niderlandlı Maks Ferstappen qazanıb. İkinci nəticəni isə Ferstappenin komanda yoldaşı Serxio Peres (285 xal) göstərib.

  • 285 yaşlı limon hərracda fantastik məbləğə satıldı

    İngiltərədə 285 yaşlı limon hərracda satılıb.

    Bu barədə “UPI” nəşri məlumat yayıb.

    Alıcı bunun üçün 1780 dollar ödəyib.

    “Brettells” hərrac evinin əməkdaşlarının məlumata görə, bir ailə onlara bir vaxtlar qohumlarına məxsus olan 19-cu əsrə aid şkaf gətirib.

    Mütəxəssis onu hərraca çıxarmaq üçün əşyanın şəklini çəkərkən qutulardan birinin arxasında limon görüb.

    Limonun üzərində 1739-cu il noyabrın 4-də Miss Baxsterə verildiyi yazısı olub.

    Meyvənin də tarixi dəyəri olduğuna qərar verən hərrac evi onu da hərraca çıxarıb.

    Bir alıcının limon üçün 1780 dollar ödədiyi və hərracın qalibi elan edildiyi bildirilir. Dolab isə cəmi 40 dollara satılıb.

    Sitrus meyvəsinin yeni sahibi onunla nə etməyi planlaşdırdığını açıqlamayıb.
    //Baku.ws

  • Gəncə şəhərinin ictimai nəqliyyatına yeni avtobuslar cəlb edilib

    Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan tədbirlər çərçivəsində 4 saylı marşrut xəttinə daha yeni və müasir avtobuslar cəlb edilib.

    Bununla bağlı AYNA məlumat yayıb.

    Bildirilib ki, Gəncə şəhəri Natəvan qəsəbəsi – Şəhər mərkəzi – Gülüstan qəsəbəsi marşrutu üzrə bu gündən 10 ədəd müasir avtobus xəttə buraxılıb. Daşıyıcı şirkət tərəfindən ümumilikdə 18 avtobus alınıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək.

    58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz Avro-6 standartlarına cavab verir.

    Qeyd edək ki, 4 saylı marşrut xətti Gəncə şəhəri üzrə ən uzun marşrutlardan biridir, ümumi uzunluğu 13 km təşkil edir. Avtobuslar 6 dəqiqə intervalla hərəkət edir. Bu marşrut üzrə gündəlik daşınan sərnişin sayı təqribən 17 500 nəfərdir.

  • Prezident seçkisində yerli və beynəlxalq müşahidəçilərin sayı AÇIQLANDI

    Azərbaycanda prezident seçkilərini izləmək üçün 86 min 490 müşahidəçi qeydiyyatdan keçib.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

    MSK rəsmisinin sözlərinə görə, onlardan 790 nəfəri beynəlxalq müşahidəçidir.

    R.Qasımov əlavə edib ki, həmçinin 63 beynəlxalq media qurumu, 119 jurnalist qeydiyyatdan keçib.

    Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.