Month: February 2024

  • İki ildən çoxdur boş qalan direktor vəzifəsinə TƏYİNAT

    Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor təyin olunub.

    Bu barədə Şirvan-Salyan Regional Mədəniyət İdarəsinin rəisi Şahin Şahbazov əmr imzalayıb.

    Əmrə əsasən, həmin vəzifəyə Kürçaylı Zabil oğlu Məmmədov gətirilib.

    O, bu təyinatadək Salyan Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışıb.

    Qeyd edək ki, Salyan Dövlət Rəsm Qalereyasının bundan əvvəlki direktoru İmanverdi Mustafayev olub. İki ildən çoxdur ki, bu vəzifə boş idi.

    Bildirək ki, K.Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavriat və magistratura pillələrini bitirib. O bir neçə qısametrajlı bədii və sənədli filmlər, etüdlər, televiziya verilişlərinin müəllifi və rejissorudur.

    Belə ki, onun rejissoru olduğu “Bərə” qısametrajlı filmi 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Münsiflər heyətinin diplomu”na, “Sabahın xeyir, Sübh anası” sənədli filmi isə 14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Ən yaxşı sənədli film” nominasiyası üzrə qalib gələrək “Qızıl nar”a layiq görülüb, həmçinin “Dağlardakı Qarxun” sənədli filmi isə Türkiyədə keçirilən 5-ci Türk Dünyası Belgesel Film Festivalın laureatı adını alıb.

    Kürçaylı Məmmədov həm də Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceridir.

  • Fransada müəllimlər tətilə başladı

    Fransada ibtidai və orta məktəb müəllimləri iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə bu gün tətilə başlayıblar.

    Ölkənin aparıcı təhsil birliklərinin çağırışı ilə paytaxt Parisdə və bir çox şəhərlərdə müəllimlər tətilə çıxıb.

    2023-cü ilin dekabrından etibarən maaşların və iş şəraitinin yaxşılaşdırılmasını tələb edərkən, ölkənin Təhsil Naziri Amelie Oudea-Kasteranın dövlət məktəblərinə ünvanladığı tənqidi açıqlamalar müəllimlərin sərt reaksiyasına səbəb oldu.

    Təhsil nazirinin bu açıqlamaları ilə əməklərinin dəyərsizləşdirlidiyini düşünən müəllimlər hökumətə sərt reaksiya verərək tətlə başlayıblar.

    Bildirilib ki, bu gün ölkə üzrə ibtidai və orta məktəb müəllimlərinin 40 faizinin tətil edəcəyi gözlənilir.
    //azxeber

  • Bakıda şagird qızılcadan ölüb

    Sabunçu rayonu Savalan qəsəbəsində yerləşən 28 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin qızılcadan vəfat etməsi ilə bağlı məlumat yayılıb.

    “Qafqazinfo” Aysel adlı şagirdin ölümü ilə bağlı sözügedən məktəblə əlaqə saxlayıb. Təhsil ocağından bildirilib ki, şagird bir neçə gün öncə vəfat edib:

    “Bizdə olan məlumata əsasən, şagirdin ölümünə səbəb ona vurulan iynədən komaya düşməsidir”.

    Sözügedən məktəbdə qızılcanın sürətlə yayıldığı iddiasına gəlincə, məktəb bunu təkzib edib:

    “Qızılcanın sürətlə yayılması ilə bağlı iddialar isə doğru deyil. Dərslərimiz öz qaydasında davam edir. Hər gün bununla bağlı məlumat idarəyə ötürülür”.

    Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib: “2010-cu il təvəllüdlü yeniyetmə (qadın cinsli) 29.01.2024-cü il tarixində təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məmmədli modul tipli xəstəxanaya ağır vəziyyətdə yerləşdirilib. Daxil olarkən vəziyyəti son dərəcə ağır olub, huşu qaranlıq, dərin intoksikasiya əlamətləri qeyd olunub.

    Aparılan bütün zəruri tibbi yardımlara və reanimasyon tədbirlərə baxmayaraq, saat 00:40-da bioloji ölüm baş verib.

    Ölüm səbəbi kimi qızılcanın ensefalitlə ağırlaşması, ürək və tənəffüs çatışmazlığı qeyd olunur”.

  • 23 yaşlı qızın intihara cəhdinin TƏFƏRRÜATI – “Instagram”dakı şəkilləri ilə şantaj edilib

    Ötən ilin 12 noyabr tarixində Bərdə rayon sakini 2000-ci il təvəllüdlü Aytən Qurbanovanın sirkə turşusu içərək intihara cəhd etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

    Bərdə Rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla İsmayıllı rayonu sakini 1995-ci il təvəllüdlü Qüdrət Hacıbabayevin “Instagram” sosial şəbəkəsində saxta istifadəçi hesabı yaradaraq Aytən Qurbanovaya məxsus fotoşəkilləri paylaşmaqla təhqir etməsi və böhtan atması, habelə onu rüsvay edəcəyi ilə bağlı hədə-qorxu gəlməsi nəticəsində sonuncunu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.

    Faktı ilə bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatırma) və 148-1-ci (internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

  • Bakıda narkotik satan dəstə üzvləri ələ keçdilər – VİDEO

    Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçiriblər.

    Bu barədə Daxili İşlər Naziliyinin (DİN) Mətbuat Xidmətindən məlumat yayıb.

    Əməliyyatlar zamanı 1992-ci il təvəllüdlü Bahadur Vəliyevdən 2 kiloqram marixuana götürülüb. Tədbirlərin davamı olaraq ona narkotik vasitəni satan Xırdalan şəhər sakini 1990-cı il təvəllüdlü Nurlan Tağıyev də tutulub. Sonuncunun üzərindən və yaşadığı ünvandan 3 kiloqrama yaxın marixuana, heroin, metamfetamin və 31 ədəd metadon həbi aşkar olunub. Daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılan 1995-ci il təvəllüdlü Fərid Dadaşovdan isə 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilib.

    Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Cəbrayıl Səttarzadə və onun rəhbərlik etdiyi dəstənin digər 3 üzvündən 1 kiloqrama yaxın tiryək, 1 ədəd “Kalaşnikov” avtomat silah, daraq və 19 ədəd patron aşkar olunub. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 95 nəfər saxlanılıb. Vətəndaşlarla aparılaran profilaktik söhbətlərin nəticəsi olaraq 9 ədəd odlu silah və 3500 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.

  • Azərbaycanlı müğənni Messi ilə bir arada – FOTO

    Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Jony (Cahid Hüseynli) dünyaşöhrətli argentinalı futbolçu Lionel Messi ilə görüşüb.

    O bu barədə özünün “Instagram” profilində paylaşım edib.

    Həmin fotonu təqdim edirik:

  • Спикер нижней палаты парламента Чехии прибыла с официальным визитом в Азербайджан

    Делегация во главе с председателем Палаты депутатов парламента Чехии Маркетой Пекаровой Адамовой прибыла с официальным визитом в Азербайджан.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев спикера нижней палаты чешского парламента встретили руководитель рабочей группы Милли Меджлиса по азербайджано-чешским межпарламентским связям Эльнур Аллахвердиев, посол Чехии в нашей стране Милан Седлачек и другие официальные лица.

  • Çexiya parlamentinin Deputatlar Palatasının sədri Azərbaycana rəsmi səfərə gəlib

    Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Marketa Pekarova Adamovanı Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və digər rəsmi şəxslər qarşılayıblar.

  • İlham Əliyev: “Ermənistan Azərbaycana qarşı iddialara son qoyduğu halda sülhə nail oluna bilər”

    “Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşdə deyib.

    Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışların olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında əksini tapıb. Prezident İlham Əliyev, həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlərin mövcudluğunu diqqətə çatdırıb.

    “Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir”, – deyən Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.

    Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

  • Prezident: “Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir”

    “Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən söyləyib.

    Fransanın, həmçinin Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən dövlətimizin başçısı rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırıb.

    Azərbaycan Prezidenti Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğulayıb.