Month: February 2024

  • Nigeriyada tikilməkdə olan ticarət mərkəzi uçub, altı nəfər ölüb

    Nigeriyada tikilməkdə olan ticarət mərkəzi uçub.

    APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

    Hadisə nəticəsində 6 nəfər həlak olub.

    Nigeriya Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

  • Sumqayıt hadisələri necə başladı? – Hadisə şahidi DANIŞDI + VİDEO

    “1988-ci ildə Sumqayıtda törədilən iğtişaşlar fevralın 27-si axşam saat yeddinin yarısında bizim həyətdə başladı. Həmin axşam sovet ordusu dördüncü məhəlləyə daxil oldu. Lakin bir-iki gün heç nə etmədi, əslində, iğtişaşlara şərait yaradıldı”.

    Bu sözləri Sumqayıt hadisələrinin şahidi, tədqiqatçı Ramazan Məmmədov deyib.

    “Erməni tərəfi bir göz qırpımında bu hadisələrə qiymət verməyə başladı. Sumqayıt şəhərində 27-28-29 fevral və martın birində baş vermiş hadisələr qurtarmamış Pribaltikada Yurmala şəhərində nəşr olunan “Yurmala” qəzetində Sumqayıt hadisələrinə qiymət verildi. Martın birində günortaya yaxın hadisələr yekunlaşdı, martın üçündə isə bununla bağlı xəbər artıq qəzetdə dərc olunmuşdu. Bu isə onu göstərir ki, iğtişaşlar əvvəlcədən təşkil olunub”, – deyə tədqiqatçı vurğulayıb.

    Ətraflı Baku TV-nin süjetində:

  • Göygöldə sürücüyə əsassız cərimə yazılıb – İDDİA + VİDEO

    Göygöl sakini ona elektron qaydada tətbiq edilən cərimədən narazıdır.

    Xezerxeber.az-ın məlumatına görə, şəxsi minik maşını ilə Göygöldən Bakıya gedərkən radara düşən şəxs ona cərimə protokolunun yanlışlıqla tərtib olunduğunu iddia edib.

    O qeyd edib ki, barəsində tərtib edilən protokolda videoqeyd yoxdur.

    Sürücü bildirib ki, cərimə edildiyi ərazidə qaydanı pozmadığına əmindir.

    Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, cərimənin yazılması texniki səhv olub.

    Sürücülər isə qeyd ediblər ki, həmin ərazidəki sürətölçən qurğu yoxlanılmalıdır, yoxsa digər sürücülər də belə problemlə üzləşə bilərlər.

    Ətraflı süjetdə:

  • Cənubi Afrika səfirindən etiraf: “Ölkəyə səfər edərsə, Putinin təhlükəsizliyini təmin edə bilməyəcəyik”

    “Cənubi Afrika Respublikasının nümayəndələri Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfər edəcəyi təqdirdə onun təhlükəsizliyini təmin edə bilməyəcəklər”.

    Bu sözləri Cənubi Afrika Respublikasının Rusiyadakı səfiri Mzuvukile Cef Maketuka deyib.

    Onun sözlərinə görə, bunun əsas səbəbi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya liderinin həbsi ilə bağlı verdiyi orderdir.

    “Bəli, vəziyyət belədir. Bu, doğrudur”, – deyə səfir Rusiya prezidentinin səfərinin mümkünsüzlüyündən danışarkən etiraf edib.

    O qeyd edib ki, Cənubi Afrika Putinin səfərini təşkil etmək üçün bir şəxsin maraqları naminə qanunvericiliyi dəyişdirmək və ya Roma statusunu pisləmək niyyətində deyil.

    Səfir xatırladıb ki, Yohannesburq Rusiya liderinə qarşı ittihamlar məsələsini Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələri ilə müzakirə etməyə söz verib, lakin məsləhətləşmələrin nəticələrini açıqlamayıb.

    Xatırladaq ki, daha əvvəl Maketuka bildirib ki, müxalifət prezident seçkisində qalib gələrsə, Cənubi Afrika xarici siyasət kursunu dəyişə və BRİKS-i tərk edə bilər. Onun sözlərinə görə, Cənubi Afrikada bir sıra müxalifət partiyaları Rusiyaya qarşı düşmən münasibətdə kökləniblər.

    Səfir əlavə edib ki, hazırda hakim olan Afrika Milli Konqresi partiyası hakimiyyətini qoruyub saxlayarsa, heç bir dəyişiklik olmayacaq.

    Mənbə: NEWS.ru

  • Kim daha xoşbəxtdir? – Subay, yoxsa evli insanlar

    Yeni bir araşdırma evliliyin insanlara subaylıqdan daha çox xoşbəxtlik və rifah gətirdiyinə dair uzun müddətdir mövcud olan inamı şübhə altına alır. Kaliforniya Universitetindən Bella Paulonun rəhbərlik etdiyi araşdırmanın nəticələri bu suala yeni fikirlər təqdim edir.

    Median.Az lent.az-a istinadən bildirir ki, tədqiqat evliliyin uzunmüddətli faydalarının əhəmiyyətli dərəcədə çox qiymətləndirilə biləcəyini göstərib.

    Evli insanların fiziki və ruhi sağlamlığını heç vaxt evlənməmiş insanlarla müqayisə edən bir araşdırma, evliliyin uzunmüddətli faydalarının yalan olduğunu ortaya qoyub. Evliliyin daha çox xoşbəxtlik gətirdiyinə dair az təcrübə olduğu bildirilib.

    “Lonely at Heart: The Power, Freedom, and Heart-Filling Joy of Living Singles” əsərində yalnızlığın bədbəxtliyə səbəb olmadığı vurğulanır. Onun araşdırması həyatın müxtəlif aspektlərini, o cümlədən intihar, depressiya, fiziki sağlamlıq və xoşbəxtliyi əhatə edir. İntihar, depressiya, tənhalıq, fiziki sağlamlıq və xoşbəxtliklə bağlı araşdırma nümunələri nəzərdən keçirildikdə nəticələr dəyişir. Tədqiqatda subay insanlar evli olanlarla oxşar xoşbəxtlik dərəcələrinə sahib görünürlər.

    Beləliklə, bu araşdırma evliliyin və subaylığın faydaları ilə bağlı inancların yenidən nəzərdən keçirilməsini tələb edir. Ailə münasibətlərinin vəziyyəti ilə fərdi rifah arasında sadəcə “evlilik xoşbəxtliyə bərabərdir”dən daha mürəkkəb dinamika ola bilər. Tədqiqatda evlənmənin sağlamlıq və ya rifahda davamlı yaxşılaşma təmin etdiyinə dair çox az dəlil var. Əslində həyat tərzi nəzərə alındıqda subayların yaşadıqları həyat ilə daha xoşbəxt ola biləcəyi müəyyən edilmişdir.

  • Белый дом: США не будут отправлять войска в Украину

    Американская администрация не намерена отправлять в Украину войска США для участия в боевых действиях.

    Как передает Report со ссылкой на Reuters, об этом заявила журналистам руководитель пресс-службы Совета национальной безопасности Белого дома Эйдриенн Уотсон.

    “Президент США Джо Байден ясно давал понять, что США не направят войска для участия в боевых действиях в Украине”, – привело ее слова агентство.

    26 февраля премьер-министр Словакии Роберт Фицо сказал, что некоторые государства – члены Евросоюза и НАТО рассматривают возможность отправки своих военнослужащих в Украину на основе двусторонних соглашений с Киевом. О том, что такая возможность не исключена, заявил и президент Франции Эмманюэль Макрон. Об отсутствии у НАТО таких планов 27 февраля отметил генеральный секретарь альянса Йенс Столтенберг. С аналогичными заявлениями выступили главы правительств ФРГ, Чехии, Польши, Швеции и глава МИД Венгрии.

  • Ağ ev: ABŞ Ukraynaya qoşun göndərməyəcək

    Birləşmiş Ştatlar Ukraynaya qoşun göndərməyəcək.

    “Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə Ağ evin Milli təhlükəsizlik şurasının nümayəndəsi Edrien Uotson söyləyib.

    Xatırladaq ki, daha öncə Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşunların göndərilməsinin mümkünlüyünü bildirib.

  • İmişlidə qanunsuz ov edən şəxs saxlanılıb

    İmişlidə qanunsuz olaraq ov edən şəxs müəyyən edilib.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı axşam saatlarında Araz çayının rayonun Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini E.Hacıyev saxlanılıb.

    Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır.

    Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Səudiyyəli nazir: Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib

    Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib.

    Median.Az
     xəbər verir ki, bunu Bakıda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə jurnalistlərə açıqlamasında deyib.

    Nazir bildirib ki, dövlət qurumları və özəl sektor tərəfindən həyata keçirilən birgə və bir-birini tamamlayan səylər Azərbaycan Respublikasından olan Ümrə zəvvarlarının sayının artmasına töhfə verib. Belə ki, zəvvarların sayı 2023-cü ildə 15 min 380-nə çatıb.

    “Bu gün mən və həmkarlarım Qafqaz Müsəlmanları İdarəsinin sədri qardaşım şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə səmərəli və konstruktiv görüş keçirdik. Burada biz Azərbaycan Respublikasından daha çox zəvvar və ziyarətçinin səfərini asanlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək, habelə bir sıra təşəbbüsləri və tədbirləri müzakirə etdik”, – nazir Taufiq bin Fauzən Əl Rabiə vurğulayıb.

    O, həmçinin qeyd edib ki, Bakı ilə Səudiyyə Ərəbistanının şəhərləri arasında birbaşa uçuşların sayı həftədə 20 reysə çatıb:

    ““Flynas” hava şirkətinin Bakı-Ciddə marşrutu üzrə ucuz qiymətli reyslər artıb. Uçuşlar həftədə 3-dən 7-yə çatdırılıb ki, bu da ayda 80-dən çox reys deməkdir. Biz bu təşəbbüsün Azərbaycan Respublikasından daha çox zəvvarın İki Müqəddəs Məscidi, həmçinin Krallığın digər bölgələrini ziyarət etməsinə şərait yaradacağını gözləyirik”.

  • В Германии задержали террористку после 30 лет розыска

    В Берлине после тридцати лет розысков арестована террористка “Фракции Красной Армии” Даниэла Клетте.

    Как передает Median.Az, об этом сообщает Telegram-канал издания Bild.

    Арест был произведен силами полиции 26 февраля в районе Кройцберг немецкой столицы.

    Клетте инкриминируется участие в подрыве тюрьмы в Вайтерштадт 27 марта 1993 года и нападение с применением огнестрельного оружия на посольство США в Бонне 13 февраля 1991 года.

    Клетте принадлежит к так называемому третьему поколению “Фракции Красной Армии” (RAF) – немецкой леворадикальной террористической организации, действовавшей в ФРГ и Западном Берлине с 1968 года. Они совершали нападения на представителей государства, бизнесменов и политиков, считая себя последователями коммунистических, антифашистских и антиимпериалистических идей. Организация официально считается распущенной, розыск нескольких активных участников до сих пор продолжается.