Month: February 2024

  • На Земле неожиданно началась магнитная буря

    Мощные вспышки на Солнце привели к неожиданной магнитной буре на Земле.

    Об этом сообщили в российском центре погоды “Фобос”.

    “Прогнозы моделей не ожидали сегодня развития магнитных бурь, исходя из этого можно предположить, что начавшаяся магнитная буря не станет более интенсивной и вскоре прекратится… Это первая магнитная буря с начала года”, – рассказали синоптики.

    Ей присвоили класс G1. Метеорологи пояснили, что после трех мощных вспышек часть солнечного вещества зацепила Землю.

    Во время сильных магнитных бурь люди могут чувствовать головную боль, слабость, скачки давления, испытывать бессонницу. Ученые связывают это с тем, что при колебаниях магнитного поля замедляется капиллярный кровоток, наступает кислородное голодание тканей.

    Источник: РИА Новости

  • Yer kürəsində gözlənilməz maqnit qasırğası başlayıb

    Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub.

    Bu barədə “Fobos” hava mərkəzi məlumat yayıb.

    “Model proqnozları bu gün maqnit qasırğalarının inkişafını gözləmirdi, buna əsaslanaraq güman etmək olar ki, başlayan maqnit qasırğası daha da güclənməyəcək və tezliklə dayanacaq”, – deyə sinoptiklər bildiriblər.

    Qeyd olunub ki, güclü maqnit qasırğaları zamanı insanlar baş ağrıları, zəiflik, təzyiqin qalxması və yuxusuzluq hiss edə bilərlər. Alimlər bunu onunla əlaqələndirirlər ki, maqnit sahəsi dəyişdikdə kapilyar qan axını yavaşlayır və toxumalarda oksigen aclığı yaranır.

    Mənbə: “RİA Novosti” “Telegram” kanalı

  • “Qəbələ” və “Səbail” klubları cərimələnib

    AFFA İntizam Komitəsi “Səbail” və “Qəbələ” klublarını 700 manat cərimələyib.

    Buna hər iki komandanın 4 futbolçusunun Premyer Liqanın XXIV turunun matçlarında sarı vərəqə alması səbəb olub.

    “Qəbələ”nin oyunçuları “Kəpəz”lə, paytaxt təmsilçisinin üzvləri isə “Sabah”la görüşdə qarşılarında vərəqə görüblər.

    “Qəbələ” klubuna xəbərdarlıq da edilib. Sözügedən matçda azarkeşlər tərəfindən rəsmi şəxslərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirilib.

  • Norveç kralı Malayziyada virusa yoluxub

    Norveç kralı V Harald Malayziyada tətildə olarkən infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

    Bu barədə Norveç mətbuatı kral ailəsinin nümayəndələrinə istinadən məlumat yayıb.

    Bildirilib ki, 87 yaşlı monarxa həm yerli, həm də norveçli mütəxəssislər tərəfindən bütün lazımi yardımlar göstərilir.

  • Sədərəkdə yanğın olub

    Naxçıvanın Sədərək rayonunda yanğın hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, yanğın otlaq sahəsində qeydə alınıb.

    Dərhal hadisə yerinə FHN-nin Sədərək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar.

    Yanğın söndürülüb və daha geniş sahəyə yayılmasının qarşısı alınıb.

  • Ermənistanda hərbçi yoldaşını güllələyərək öldürən şəxs saxlanıldı

    Erməni hərbçi Avak Zakaryanı güllələyərək öldürən həmkarı saxlanılıb.

    Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

    Bildirilib ki, fevralın 24-ü axşam saatlarında iki hərbçi arasında cəbhə xəttində səngərdə olarkən dava düşüb. Hadisə zamanı S.P. “Kalaşnikov” avtomatından Zakaryana bir dəfə atəş açıb. Zakaryan aldığı yaradan xəstəxanaya aparılarkən yolda vəfat edib.

    S.P. məhkəmənin qərarı ilə həbs olunub.

    Mənbə: Erməni KİV

  • Avropa Parlamenti Ukraynaya 50 milyard avro yardım ayrılmasını təsdiqlədi

    Avropa Parlamenti (AP) Strasburqda keçirilən plenar iclasda Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı ayırması barədə qərarı təsdiqləyib.

    Bu barədə AP-nin yaydığı məlumatda qeyd olunub.

    “Parlament çərşənbə axşamı Aİ-nin uzunmüddətli büdcəsinə yenidən baxılmasını təsdiqləyib. Buraya Ukraynaya 50 milyard avro vəsaitin ayrılması daxildir”, – deyə məlumatda bildirilib.

    Qərarın lehinə 536 deputat səs verib, 40 deputat əleyhinə çıxıb, 39 deputat isə bitərəf qalıb.

    Mənbə: TASS

  • Ödənişli yolda veteranlar üçün güzəşt var? – AÇIQLAMA

    Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunun müharibə veteranları üçün pullu olması narazılıq yaradıb.

    Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.

    Məsələni aydınlaşdırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.

    AAYDA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir:

    “Qiymətlər isə Tarif Şurası tərəfindən müəyyən edilib. Şura ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq edib. Tariflər təsdiq edilərkən hər hansı güzəşt nəzərdə tutulmayıb”.
    //oxu.az

  • Salyanda körpə vəfat edib

    Salyan rayonunda körpə vəfat edib.

    “Qafqazinfo” xəbər verir ki, yayılan məlumata görə, körpənin ölümünə səbəb pnevmoniya olub.

    Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, fevralın 24-ü saat 15:40 radələrində 2023-cü il təvəllüdlü körpə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib:

    “Yüksək hərarət, tənəffüs çatışmazlığı, halsızlıq şikayətləri ilə gətirilən körpəyə ilkin olaraq naməlum etiologiyalı pnevmoniya diaqnozu qoyulub. Gecə saatlarında vəziyyəti ağırlaşan körpə, aparılan bütün tədbirlərə baxmayaraq, fevralın 25-i saat 05:30 radələrində kəskin ürək-damar, tənəffüs çatışmazlığı səbəbi ilə vəfat edib”.

  • Bu ölkədə şaxtalı hava səbəbindən 4 milyondan çox heyvan öldü

    Monqolustanda son bir neçə ildir yaşanan şaxtalı hava şəraitilə əlaqədər xeyli sayda heyvan ölüb.

    Hökümət minlərlə mal-qaranın aclıqdan və şaxtalı havadan məhv olduğunu açıqlayıb.

    Ölkənin bəzi yerlərində temperatur 50 dərəcəyə qədər aşağı düşür.

    Birləşmiş Millətlər Təşkilatının bir proqramında isə ölkədəki soyuğun normaldan daha da şiddətli olduğunu bildirib.

    2023-cü ilin sonuna aid statistikada Monqolustanda 64,7 milyon heyvan olduğu qeyd edilib.
    Son bir neçə ildə 4,4 milyon heyvan şaxta səbəbilə ölüb. Bundan sonra hökümət çobanlara heyvanlarını bəsləmələri üçün çoxlu ot və yem verəcəyini vəd edib.

    Burada sonuncu dəfə 2010-2011-ci illər 10 milyondan çox heyvan məhv olub.