Month: February 2024

  • Almaniyada 30 illik axtarışdan sonra terrorçu saxlanılıb

    Almaniyanın paytaxtı Berlin şəhərində 30 illik axtarışdan sonra “Qırmızı Ordu Fraksiyası”nın terrorçusu Daniela Klette həbs olunub.

    Median.Az
     xəbər verir ki, bu barədə “Bild” nəşrinin teleqram kanalı məlumat yayıb.

    Saxlanılma fevralın 26-da Almaniya paytaxtının Kroytsberq rayonunda polis tərəfindən həyata keçirilib.

    Klette 1993-cü il martın 27-də Vayterştadt həbsxanasının partladılmasında və 1991-ci il fevralın 13-də ABŞ-ın Bonndakı səfirliyinə odlu silahla hücumda iştirak etməkdə ittiham olunur.

    Klette 1968-ci ildən Almaniya və Qərbi Berlində fəaliyyət göstərən alman solçu terror təşkilatı “Qırmızı Ordu Fraksiyasının” üçüncü nəslinə aiddir. Onlar özlərini kommunist, antifaşist və antiimperialist ideyaların davamçısı hesab edərək dövlət məmurlarına, iş adamlarına və siyasətçilərə hücum ediblər. Təşkilat rəsmi olaraq ləğv edilmiş sayılır, onun bir neçə fəal iştirakçının axtarışı hələ də davam edir.

  • Промесу рекомендовали пропустить матч в Баку из-за экстрадиции

    Адвокат Игорь Бушманов предостерег игрока “Спартака” Квинси Промеса от посещения стран, с которыми у Нидерландов заключено соглашение о выдаче преступников.

    “Чтобы избежать провокационных действий и возможных негативных событий в части, касающейся задержания, Промесу желательно не посещать любые страны, у которых с Нидерландами заключено соглашение о взаимной помощи по уголовным делам и выдаче разыскиваемых лиц. Это не исключает возможности задержания и решения вопроса о последующей выдаче”, – сказал Бушманов.

    23 марта “Спартак” планирует сыграть с “Нефтчи” в Баку.

    14 февраля суд Амстердама приговорил Промеса к шести годам тюремного заключения по делу о контрабанде кокаина. Слушания по делу прошли 24 января, прокуратура запрашивала Промесу девять лет тюремного заключения. 16 февраля голландца объявили в международный розыск.

    22 февраля сообщалось о том, что Промес готов лично дать показания в суде Амстердама при условии, что он не будет задержан.

    Промес выступает за “Спартак” с февраля 2021 года. Это его уже второе пришествие в команду. Он играл за “красно-белых” с 2014 по 2018 год. В сезоне-2016/17 голландец в составе команды стал чемпионом России.

    Источник: РИА Новости

  • Promes Bakıdakı oyunu buraxa bilər – SƏBƏB

    Vəkil İqor Buşmanov “Spartak”ın futbolçusu Kvinsi Promesə İrlandiya ilə ekstradisiya müqaviləsi olan ölkələrə səfər etməməsi barədə xəbərdarlıq edib.

    “Təxribat xarakterli hərəkətlərin və həbslə bağlı mümkün neqativ halların qarşısını almaq üçün Promesin İrlandiya ilə cinayət işlərində qarşılıqlı yardım və axtarışda olan şəxslərin ekstradisiyası haqqında sazişi olan heç bir ölkəyə getməməsi məsləhət görülür. Bu, onun saxlanması və sonradan ekstradisiya məsələsinin həlli ehtimalını istisna etmir”, – deyə Buşmanov bildirib.

    Qeyd edək ki, martın 23-də “Spartak” Bakıda “Neftçi” ilə oyun keçirməyi planlaşdırır.

    Fevralın 14-də Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə altı il həbs cəzasına məhkum edib. İş üzrə məhkəmə iclası yanvarın 24-də baş tutub, prokurorluq Promesin doqquz il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Fevralın 16-da irlandiyalı beynəlxalq axtarışa verilib.

    Fevralın 22-də isə bildirilib ki, Promes həbs olunmamaq şərti ilə Amsterdam məhkəməsində şəxsən ifadə verməyə hazırdır.

    Xatırladaq ki, Promes 2021-ci ilin fevralından “Spartak”da oynayır.

    Mənbə: RİA novosti

  • Türkiyəli aktyorun mərhum İlhamə Quliyeva ilə bağlı paylaşımı diqqət çəkdi – VİDEO

    Türkiyəli aktyor Fırat Tanışın növbəti paylaşımı maraqla qarşılanıb.

    Median.Az yazır ki, aktyor mərhum Xalq artisti İlhamə Quliyevanın sosial şəbəkələrdə viral olan ifadələrindən istifadə edib.

    Onun paylaşımında mərhum sənətçinin ”Gözəllik deyirsən, məndə. Gözəl dəri deyirsən, məndə. Ad-san deyirsən, məndə. Status deyirsən, məndə. Tərbiyəli ailə deyirsən, məndə” dediyi ifadələr səslənib.

    Qeyd edək ki, Fırat Tanış “İstanbullu Gelin”, “Zeytin Ağacı”, “Adım Farah” kimi məşhur layihələrdə rol alıb. //oxu.az

    Həmin görüntüləri təqdim edirik:

  • Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

    Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 70 m² olan 2 otaqlı mənzilin eyvanında 3 m² sahədə ev əşyaları və 1 ədəd plastik qapı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib

    Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzinin açılışı olub.

    “Report”un yerli bürosu xəbər verir ki, açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, 2023-cü il Naxçıvan Muxtar Respublikası üçün çox əlamətdar olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” qəbul edilib. Sevindirici haldır ki, proqramda qarşıya qoyulmuş tapşırıqların icrası məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin də dəstəyi ilə muxtar respublikada vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib və artıq bu gün növbəti belə mərkəzin açılışında iştirak edirik. Qeyd olunub ki, yeni xidmət mərkəzləri vergi ödəyicilərinin maarifləndirilməsinə, şəffaflığın artırılmasına, sahibkarlığın inkişaf etdirilməsinə öz töhfəsini verəcək.

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli müasir üslubda inşa olunmuş mərkəzin açılışının Naxçıvanda vergi ödəyicilərinə xidmət dairəsinin genişləndirilməsi tədbirlərinin növbəti mərhələsi olduğunu bildirib.

    Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib ki, yeni xidmət mərkəzləri vergi ödəyicilərinə müasir xidmətlər göstərməklə yanaşı, bu sahədə qarşıya qoyulan tapşırıqların da uğurla həll olunmasına imkan verəcək.

    Sonra Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə tanışlıq olub. Tədbir iştirakçıları mərkəzin tikinti prosesi haqqında videoçarxa baxıb, mərkəzin texniki imkanları və vergi ödəyiciləri üçün yaradılmış şəraitlə tanış olublar.

    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 27 fevral 2024-cü il tarixli sərəncamına əsasən xidmətin təltif olunan bir qrup əməkdaşına “Rəşadətli əməyə görə” döş nişanları təqdim olunub.

  • В Турции сообщили о готовности полностью содействовать переговорам РФ и Украины

    Турция готова оказать всестороннее содействие организации переговоров России и Украины, когда для этого сложатся подходящие условия.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявил посол МИД республики и координатор по Украине Ахмет Гюльдере, выступая в Атлантическом совете в Вашингтоне.

    “Ранее мы организовывали контакты между сторонами в Анталье, в Стамбуле. Когда сформируются подходящие условия для переговоров, дипломатии, мы готовы использовать все свои возможности, чтобы оказать содействие и найти четкое и справедливое решение”, – сказал он в ходе дискуссии на тему “Десятилетие временной оккупации Крыма: роль Турции в поддержке Украины”.

    Отвечая на вопрос о перспективах подобных контактов Москвы и Киева, посол указал, что на этом этапе комментировать это было бы неверно. “Если смотреть на то, что происходило в последние месяцы, легко увидеть, что внимание было привлечено к полю боя. Мы не в положении, позволяющем комментировать или говорить, когда будут переговоры и куда они приведут. Потому что это уже на ответственности сторон, как они будут вести эти переговоры”, – отметил Гюльдере. Турция, по его словам, “может обеспечить создание ориентированной на результат переговорной атмосферы, в которой стороны смогут обсудить имеющиеся вопросы”. Но это произойдет только тогда, когда для таких контактов между сторонами появятся условия.

    Посол напомнил, что дипломатический вклад Турции не ограничился подготовкой площадок для переговоров. “Вместе с ООН мы организовали черноморскую зерновую инициативу. Благодаря ей Украина смогла экспортировать более 33 млн тонн зерна. Были договоренности об обмене пленными”, – добавил он. Дипломат сообщил, что Анкара готова и рассчитывает помогать Киеву в гуманитарной сфере, в восстановлении инфраструктуры и жилья после боевых действий.

  • Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqlara tam töhfə verməyə hazırdır

    Türkiyə əlverişli şərait yarandığı təqdirdə Rusiya və Ukrayna arasında danışıqların təşkilində hərtərəfli yardım göstərməyə hazırdır.

    Median.Az xəbər verir ki, bu barədə Vaşinqtonda keçirikən Atlantik Şurada çıxış edən Türkiyənin Xarici İşlər Nazirliyinin səfiri və Ukrayna üzrə koordinatoru Əhməd Güldərə bildirib.

    “Daha əvvəl Antalya və İstanbulda tərəflər arasında təmaslar təşkil etmişdik. Danışıqlar və diplomatiya üçün əlverişli şərait yarandıqda yardım göstərmək və aydın, ədalətli həll yolu tapmaq üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq”, – o “Krımın onillik müvəqqəti işğalı: Ukraynanın dəstəklənməsində Türkiyənin rolu” mövzusunda müzakirələr zamanı deyib.

    Onun sözlərinə görə, Türkiyə tərəflərin mövcud məsələləri müzakirə edə biləcəyi nəticəyönümlü danışıqlar mühitinin yaradılmasını təmin edə bilər.

    Səfir xatırladıb ki, Türkiyənin diplomatik töhfəsi danışıqlar üçün platformaların hazırlanması ilə məhdudlaşmayıb. “BMT ilə birlikdə Qara Dəniz Taxıl Təşəbbüsünü həyata keçirdik. Bunun sayəsində Ukrayna 33 milyon tondan çox taxıl ixrac edə bildi. Əsirlərin mübadiləsi ilə bağlı razılaşmalar olub”, – o əlavə edib.

    Diplomat bildirib ki, Ankara Kiyevə humanitar sahədə, hərbi əməliyyatlardan sonra infrastrukturun və mənzillərin bərpasında kömək etməyə hazırdır.

  • İcra başçısı tanınmış aparıcı ilə evlənir

    Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sabah toy mərasimi baş tutacaq.

    Axşam.az xəbər verir ki, icra başçısı aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurur.

    Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. Toy Bakıdakı restoranlardan birində keçiriləcək.

    Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.

  • Məcburi köçkünlər üçün tikilən binalardakı mənzillərin satış QİYMƏTLƏRİ

    Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunun Ümid qəsəbəsində, habelə Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir.

    Qaydalara görə, hər kəsə mənzilləri almaq hüququ və maksimum üç mənzili bron etmək imkanı verilir. Həmçinin, mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

    Mənzillərin qiymətinə gəldikdə isə vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, satışa çıxarılan mənzillərin dəyərini nazirlik tərəfindən dəvət olunan müstəqil qiymətləndiricilər təyin ediblər.

    Nümunə üçün satışa çıxarılan mənzillərin bəzilərinin qiymətlərini təqdim edirik:

    Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadratmetr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 450 manatla 61 790 manat arasında dəyişir. Kürdəxanı qəsəbəsində satışa çıxarılan üçotaqlı mənzillərin qiyməti 56 min manatla 59 min manat arasında dəyişir. Ramana qəsəbəsində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur.

    Satış prosesinin 2023-cü il iyulun birinədək davam edəcəyi gözlənilsə də, hazırda nazirliyin müvafiq portalına daxil olduqda hələ də satılmayan, öz alıcısını gözləyən mənzillərin olduğu görünür. Maraqlıdır ki, digər sosial layihələrdə güzəştli şərtlər və ya bazar qiymətindən aşağı qiymətə təklif edilən mənzillərin satışı bir neçə saniyə ərzində yekunlaşır.

    Portala daxil olduqda ümumilikdə 1 621 mənzilin satışa çıxarıldığı qeyd edilib. Nazirlik isə ötən il 1 662 mənzilin satılacağını açıqlayıb.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindın bizim.media-ya bildirilib ki, 1 621 mənzildən 300 mənzil satılıb:

    “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışı “ms.sosial.gov.az” portalında həyata keçirilir.

    Ötən ildən başlayan proses ümumilikdə beş kompleks üzrə 1 621 mənzili əhatə edir. Onlardan 300-ə yaxın mənzilin satışı artıq həyata keçirilib.

    Sözügedən komplekslərdən üçü – Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin onlayn satışı hazırda davam edir. Alıcılar tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notarial qaydada alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur.  Yeni binalarda yerləşən həmin mənzillərin hər biri çıxarışlı və tam təmirlidir. Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrindəki şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək”.

    Qeyd edək ki, bir il ərzində sözügedən mənzillərin təxminən 18-19 faizi satılıb.