Month: February 2024

  • Bu tələbələrə əlavə təqaüd veriləcək – RƏSMİ

    “Qarabağ Universitetində təhsil alacaq yüksək bal toplayan tələbələrə əlavə olaraq həvəsləndirici təqaüd tətbiq olunacaq”.

    Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

    O bildirib ki, eyni zamanda, Universitetin yataqxanası bütün tələbələr üçün ödənişsiz olacaq.

  • Limonu boynunuzun arxasına sürtün – Faydasına inanmayacaqsınız

    Limon dilimlərini boynunuzun arxasına sürtmək sizi bir sıra ağrılardan xilas edəcək.

    Yarıya bölünmüş limonu boynunuzun arxasına sürtün.

    Limon suyu susuzluğun səbəb olduğu baş ağrılarını aradan qaldıra bilər. Limon suyu baş ağrıları ilə mübarizə aparmaqla yanaşı, bədənin pH səviyyəsini də tarazlaşdırır və həzmə kömək edir.

    Qısa müddətdə həm rahatlıq hissini, həm də ağrılarınızdan qurtulacağınızı hiss edəcəksiniz.
    //bakupost.az

  • Bakıda elektrik qatarında həyəcanlı anlar: Tüstülənmə oldu – YENİLƏNDİ (VİDEO)

    Fevralın 26-da saat 13:45 radələrində Bakı sərnişin stansiyada “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb.

    Nəticədə qatarın damında tüstülənmə müşahidə olunub. Qatar heyəti tərəfindən yanğından mühafizə vasitələrilə hadisənin qarşısını operativ olaraq alınıb.

    Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb. Hadisə nəticəsində xəsarət alan yoxdur.

    * * * * *

    Bakı Dəmiryolu Vağzalında elektrik qatarında tüstülənmə olub.

    Bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.

    Hadisəyə səbəb kimi texniki nasazlıq göstərilir.

    Videonu təqdim edirik:

    //oxu.az

  • Əvəz Zeynallıya hökm oxundu

    “Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    “Report” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.

    Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.

  • Putin və Ərdoğan telefonla danışdılar

    Rusiya prezidenti Vladimir Putin telefon danışığında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edib.

    Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    Putin Ərdoğanın ölkəsində və xaricdəki yüksək nüfuzunu, türk xalqının rifahı naminə uzun illər dövlət fəaliyyətini və xüsusən də Türkiyənin beynəlxalq arenada mövqelərini gücləndirdiyini qeyd edib.

    Rəcəb Tayyib Ərdoğanın Rusiya-Türkiyə dostluq münasibətlərinin inkişafında mühüm şəxsi töhfəsi də vurğulanıb.

    Liderlər Rusiya ilə Türkiyə arasında əlaqələrin daha da hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı sadiq olduqlarını təsdiqləyiblər və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

    Ərdoğana təbrik teleqramı da göndərilib.

  • Sabah Azərbaycanda 18° şaxta olacaq

    Fevralın 27-də ölkə ərzisində havanın əsasən yağmursuz keçəcəyi, külək əsəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

    Azərbaycanın rayonlarında da sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq.
    Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • Rusiyada şok hadisə: 15 il kanalizasiyada yaşadı

    Rusiyada həyat yoldaşı tərəfindən tərk edilən kişinin 15 il kanalizasiyada yaşadığı məlum olub.

    Rusiyanın Tolyatti şəhərində yaşayan və adı Aleksandr kimi hallanan kişi həyat yoldaşının boşanma ərizəsi verdikdən sonra 15 il kanalizasiyada yaşayıb.

    Arvadının boşanmasından sonra evsiz qaldığını deyən kişi kanalizasiya quyusuna düşdüyünü və 15 ilini orada keçirdiyini bildirib.

    Adamı rusiyalı bloger Anton Qletçerov görüb və o, illərdir yerli əhalidən dilənərək sağ qaldığını bildirib.

    Həmin şəxsin hələ də sağ olan qohumlarına çatdığını izah edən Qletçerov bildirib ki, qohumları onun 15 il əvvəl öldüyünü zənn edib, gəlib onu alacaqlarına söz veriblər, amma gəlməyiblər, zənglərə cavab verməyiblər.

    Qletçerov kanalizasiyada yaşayan şəxsə evsizlər üçün sığınacaqda yer tapmağa çalışdığını deyib.

    Yaşı açıqlanmayan şəxs normal iqamətgahda yaşamaq üçün işləməyə hazır olduğunu bildirib.
    //azxeber.com

  • MDB Hökumət Başçıları Şurasının iclasının tarixi açıqlandı

    Mayın 24-də Türkmənistanın paytaxtında MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

    Bu barədə qurumun İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilir ki, Birliyə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri fevralın 27-də Minskdə keçirilən iclasda MDB Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasının gündəliyi layihəsinə dair təkliflərə baxacaqlar.

    Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Bişkekdə baş tutub. Həmin vaxt iclasda Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan hökumət başçıları, Azərbaycan, Ermənistan və Türkmənistanın baş nazirlərinin müavinləri, həmçinin Avrasiya İqtisadi İttifaqının strukturlarının və Birlik İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

    Mənbə: TASS

  • Üç övladını Xocalıda öz əlləri ilə basdıran Sədaqət Hüseynova onların məzarları başında – VİDEO

    Qan yaddaşımız olan Xocalı soyqırımının törədilməsindən 32 il keçir.

    Xocalı qətliamının dəhşətlərini yaşayanlardan biri də keçmiş məcburi köçkün Sədaqət Hüseynovadır.

    S.Hüseynovanın iki oğlu, qızı, bacısı və onun övladları Xocalı qurbanı olub.

    İTV-nin əməkdaşı S.Hüseynova ilə birlikdə Xocalıda olub. S.Hüseynova uşaqlarını dəfn elədiyi yerdə gəzib:

    “Həmin vaxt ayaqlarım donmuşdu, isti suya qoyan kimi barmaqlarımın dərisi suya töküldü. Bizi xəstəxanaya aparanda ağlayırdım ki, mən getməyim. Balalarımı burada qoyub gedə bilmərəm. Mənə iynə vurdular, ayılanda gördüm ki, xəstəxanadayam”.

  • Ильхам Алиев заложил фундамент мемориала жертвам Ходжалинского геноцида

    26 февраля Президент Азербайджана Ильхам Алиев заложил фундамент мемориала жертвам Ходжалинского геноцида в Ходжалинском районе и встретился с представителями общественности района.

    Об этом сообщает АЗЕРТАДЖ.