Month: February 2024

  • Fələstin hökuməti istefa verib

    Fələstinin baş naziri Məhəmməd əş-Ştayə və hökuməti istefa verib.

    “Report” “newsru.co”ya istinadən xəbər verir ki, o, bu barədə ərizəsini Fələstin dövlətinin başçısı Mahmud Abbasa təqdim edib.

    Bildirilib ki, yeni hökumət formalaşanadək o, Nazirlər Kabinetinə başçılıq edəcək.

    Məlumata görə, bu həftə Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafanın başçılığı ilə yeni hökumətin formalaşacağı gözlənilir.

  • Keçən il BQXK Azərbaycan nümayəndəliyi 80 başçəkmə keçirib

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi keçən il 80 başçəkmə (19 saxlanma məntəqəsində) keçirib.

    Bu barədə BQXK-dan məlumat verilib.

    Qeyd olunub ki, başçəkmə məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün reallaşıb.

    Bildirilib ki, Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə onların ailə üzvləri arasında 1 600, Ermənistanda saxlanılan Azərbaycan vətəndaşları ilə onların ailə üzvləri arasında isə 40 şifahi, yazılı və video mesajlar ötürülüb, və telefon zəngləri baş tutub: “6 000-dən çox saxlanılan şəxs yay və qış paltarları, alt paltarları, ayaqqabılar, gigiyenik bağlamalar, kitablar, idman ləvazimatları və s. daxil olmaqla fərqli malların ianəsindən faydalanıb”.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

    Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

    President.az xəbər verir ki, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı yubileyi münasibətilə təbrik edib, Türkiyənin rifahı naminə fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Türkiyə dövlətinin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

    Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Prezidentinə və xalqına başsağlığı verib.

    Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını ifadə edib.

    Söhbət zamanı İlham Əliyevin prezident seçiləndən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsinin önəmi bir daha qeyd edilərək, bu səfərin əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

    Dövlət başçıları Şuşa Bəyannaməsinin əhəmiyyətinə bir daha toxunaraq, bu Bəyannamənin uğurla həyata keçirilməsindən məmnunluqlarını bildiriblər.

    Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.

  • Bloomberg: Binance выплатит $4,3 млрд властям США по делу об отмывании средств

    Суд американского Сиэттла (штат Вашингтон) утвердил соглашение, согласно которому криптобиржа Binance выплатит властям США $4,3 млрд за экономические правонарушения.

    Об этом сообщает Median.Az со ссылкой на агентство Bloomberg.

    В ноябре 2023 года американские власти обязали криптобиржу Binance выплатить $4,3 млрд за нарушение закона о банковской тайне, отмывание средств, отсутствия надлежащей регистрации и за уклонение от санкций. Компания признала свою вину и согласилась выплатить указанную сумму. “Это дело, в котором этика компании была скомпрометирована жадностью”, – приводит агентство слова судьи Ричарда Джонса на заседании по утверждению сделки.

    Согласно условиям соглашения, криптобиржа также будет находиться под надзором независимой фирмы на протяжении пяти лет.

    Минюст США сообщал, что основатель и генеральный директор Binance Чанпэн Чжао признал вину в том, что не осуществлял эффективную программу противодействия отмыванию средств. Чанпэн Чжао покинул пост генерального директора Binance, его место занял бывший глава региональных рынков Ричард Тенг. Как ожидается, отмечает Bloomberg, Чжао будет приговорен к полутора годам тюремного заключения и выплатит штраф в размере порядка $50 млн.

    Отметим, что криптовалютная биржа Binance является ведущей в мире системой для торговли цифровыми активами. Она была основана в 2017 году уроженцем КНР Чанпэном Чжао. В 2021 году китайские власти заблокировали сайт и мобильное приложение Binance, что стало очередным шагом правительства по борьбе с предоставлением услуг по криптовалютным транзакциям в стране.

  • “Binance” çirkli pulların yuyulmasına görə ABŞ-yə 4,3 milyard dollar ödəyəcək

    ABŞ-nin Sietl (Vaşinqton ştatı) məhkəməsi “Binance” kriptovalyuta birjasının iqtisadi cinayətlərə görə ölkə hakimiyyətinə 4,3 milyard dollar ödəyəcəyi müqaviləni təsdiqləyib.

    “Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

    2023-cü ilin noyabrında ABŞ səlahiyyətliləri “Binance” kriptovalyuta birjasına “Bank sirri haqqında” Qanunu pozduğuna, çirkli pulların yuyulmasına, lazımi qeydiyyatın olmamasına və sanksiyalardan yayındığına görə 4,3 milyard dollar ödəmək barədə qərar qəbul edib. Şirkət təqsirini etiraf edib və göstərilən məbləği ödəməyə razılaşıb. “Bu, şirkətin etikasının tamahkarlıqla pozulduğu bir işdir”, – agentlik sövdələşməni təsdiqləmək üçün keçirilən iclasda hakim Riçard Consun sözlərini sitat gətirib.

    Müqavilənin şərtlərinə görə, kriptovalyuta birjasına da beş il ərzində müstəqil firma nəzarət edəcək.

    ABŞ-nin Ədliyyə Nazirliyi “Binance”nin təsisçisi və baş direktoru Çanpen Çjaonun çirkli pulların yuyulmasına qarşı effektiv proqramını həyata keçirməməkdə təqsirini etiraf etdiyini bildirib. Çanpen Çjao “Binance”nin baş direktoru vəzifəsini tərk edib və onun yerinə regional bazarların keçmiş rəhbəri Riçard Tenq təyin olunub.

    “Bloomberg” qeyd edib ki, Çjaonun il yarım həbs cəzası alacağı və təxminən 50 milyon dollar cərimə ödəyəcəyi gözlənilir.

    Qeyd edək ki, “Binance” kriptovalyuta birjası dünyanın rəqəmsal aktivlərin ticarəti üçün aparıcı sistemidir. 2017-ci ildə çinli Çanen Çjao tərəfindən təsis edilib. 2021-ci ildə Çin səlahiyyətliləri “Binance” veb-saytını və mobil tətbiqini bloklayıblar ki, bu da hökumətin ölkədə kriptovalyuta əməliyyatları xidmətlərinin göstərilməsi ilə mübarizə üçün növbəti addımı olub.

  • СК Армении в связи с гибелью солдата возбуждено уголовное дело по признакам убийства

    В связи с гибелью армянского солдата Авага Закаряна возбуждено уголовное дело по признакам убийства.

    Как передает Median.Az со ссылкой на армянские СМИ, об этом заявил пресс-секретарь Следственного комитета Гор Абрамян.

    Он сообщил, что ведется предварительное следствие, более подробная информация будет предоставлена позже.

  • Ermənistanda əsgər ölümü ilə bağlı cinayət işi açılıb

    Ermənistan ordusunun əsgəri Avaq Zakaryanın ölümü ilə bağlı qətl maddəsi üzrə cinayət işi açılıb.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib.

    O bildirib ki, faktla bağlı ibtidai istintaq aparılır, ətraflı məlumat daha sonra veriləcək.

  • Rusiya üçün “troya atı”: Ermənistanın mövqeyi KTMT ölkələrinin təhlükəsizliyini təhdid edir

    Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 25-də bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistansız dağılmayacaq. O, Ermənistanın baş naziri Nikol Paşinyanın bu təşkilata üzvlüyün dondurulması ilə bağlı sözlərinə belə reaksiya verib. Minsk Ermənistan hakimiyyətinin demarşını pisləyib, onları Qərbin xeyrinə Avrasiya əməkdaşlığından imtina etmək cəhdində ittiham edib. İrəvanın bu cür səyləri nəyə gətirib çıxara bilər.

    Bu mövzuda NEWS.ru geniş material təqdim edib.

    Politoloq Aleksey Dzermant NEWS.ru-ya bildirib ki, İrəvan hazırkı mövqeyilə KTMT üzvü olan bütün ölkələrə ziyan vurur.

    “Ermənistanın siyasi addımları təşkilatı gücləndirmir, əksinə onun imicinə xələl gətirir. Buna müsbət münasibət bəsləyə bilmərik”, – deyə politoloq qeyd edib.

    Dzermantın fikrincə, Ermənistan rəhbərliyinin “Avrasiya inteqrasiyasından uzaqlaşmaq” cəhdləri açıq-aydın görünür. İrəvan bəhanə kimi Qarabağ ətrafındakı münaqişədə KTMT-nin dəstəyinin olmaması ilə bağlı tezislərdən istifadə edir.

    “Lakin heç kim Ermənistana özünün belə müstəqil dövlət kimi tanımadığı ərazini müdafiə edəcəyinə söz verməyib. Bu, öz məsuliyyətini başqalarının üzərinə atmaq cəhdidir”, – Dzermant aydınlıq gətirib.

    Politoloqun fikrincə, Ermənistan rəhbərliyinin dəyərləri qərbyönlü xarakter daşıyır, İrəvan Moskvanın dəstəyini Qərbin köməyi ilə əvəz etməyə çalışır. Amma o hesab edir ki, bu, səhvdir, çünki postsovet məkanında NATO, ATƏT, Avropa Şurası kimi strukturlar peyda olanda onlardan yaxşı heç nə gözləmək olmaz.

    “Onlar Ermənistanın təhlükəsizliyinə tam təminat verə bilməyəcəklər və şübhəsiz ki, sabitliyi pozacaqlar. Ermənistan Rusiya ilə Belarus və İran arasında kommunikasiyada əsas körpüdür. Nə yaxşı ki, Ermənistan artıq Türkiyə ilə təmaslara başlayır, bunu çoxdan etmək lazım idi. Amma biz – Rusiya, İran, Türkiyə, Azərbaycan çoxdandır ki, belə əməkdaşlığı təklif edirik. Avrasiya problemlərini Qərb strukturları deyil, Avrasiya dövlətləri özləri həll etməlidir. Fransa və ABŞ-dəki erməni lobbi strukturları İrəvanı öz təsir dairələrinə çəkir, Rusiya, İran və Türkiyəyə qarşı tarazlıq yaradır. Biz Ermənistan rəhbərliyinin siyasətindən çox narahatıq”, – Dzermant bəyan edib.

    Eyni zamanda, politoloq xatırladıb ki, Ermənistan hələ də Avrasiya strukturları ilə əməkdaşlıqdan böyük iqtisadi gəlirlər əldə edir. Məsələn, Ermənistanla Belarus arasında ticarət dövriyyəsi durmadan artır. Son beş ildə bu rəqəm 2,5 dəfə artıb və ötən il 84 milyon dollara çatıb.

    Aİ-yə inteqrasiya perspektivlərinin öyrənilməsi üzrə Belarus Mərkəzinin rəhbəri Dmitri Belyakov əmindir ki, Paşinyanın bəyanatları Qərb üçün nəzərdə tutulub, Ukrayna sxemi ilə böyük məbləğlər almaq üçün edilir. Onun sözlərinə görə, Paşinyanın ölkədəki siyasi və maliyyə qruplarına yenidən bölüşdürülməsi üçün köməyə ehtiyacı var.

    “Bunun müqabilində bu qruplar onun hakimiyyətdə qalmasını təmin etməlidir. Paşinyanın şəxsi marağı buradadır”, – Belyakov NEWS.ru-ya bildirib.

    Onun sözlərinə görə, Ermənistanın baş naziri KTMT-yə qarşı irəli sürülən iddiaların hüquqi uyğunsuzluğunu başa düşdüyü üçün səs-küylü bəyanatlardan o tərəfə keçmir. 2020 və 2023-cü illərdə hərbi əməliyyatlar eksklüziv olaraq Azərbaycan ərazisində aparılıb, Ermənistanın bütövlüyünə heç bir təhlükə olmayıb, ona görə də KTMT-nin İrəvana necə kömək edə biləcəyi bəlli deyil.

    “Ermənistan Rusiya üçün troya atı rolunu oynayır. Paşinyanın bəyanatları Qərbin ümumi oyun zənciri kimi qiymətləndirilməlidir. Fransa Ermənistana ciddi silah vəd edərək nə əldə edir? ABŞ niyə bu ölkənin problemlərini müzakirə edir? Onların məqsədi Rusiyanı məhv etməkdir. Ukrayna böhranı hərbi sahəyə keçib və bunda NATO və Ukrayna Silahlı Qüvvələri çox böyük hərbi potensiala malik Rusiya ilə rəqabət apara bilmir”, – ekspert vurğulayıb.

    Belyakov hesab edir ki, Ermənistan Rusiyaya növbəti zərbəni endirmək üçün Qərb tərəfindən seçilib. Belyakov proqnozlaşdırır ki, növbəti addım erməni millətçilərinin Rusiya hərbi bazasının ölkədən çıxarılması tələbləri ola bilər.

    “Baza Cənubi Qafqaz və Xəzər regionunda ciddi rol oynayır. Oradan Əfqanıstan və Pakistandan olan dini ekstremistlərin aktiv oyun oynamağa çalışdığı Mərkəzi Asiyaya qüvvələr ötürmək olar”, – belaruslu ekspert deyib.

    İrəvanın Moskvaya qarşı daha bir addımı Ermənistan ərazisinə başqa ölkələrin hərbi kontingentlərinin yerləşdirilməsi ola bilər. Bundan əlavə, bu, Qərbin kəşfiyyat strukturlarının Rusiyanın cənubundakı vəziyyəti pozmaq üçün Cənubi Qafqaza daxil olmasına yol açacaq.

    Dmitri Belyakov hesab edir ki, bu gün postsovet məkanında KTMT-də ciddi islahat tələb edən yeni çağırışlar var.

  • Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz kəsiləcək

    Saatlı rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, “Saatlı” ölçü qovşağından qidalanan qaz kəmərinə və onun üzərində quraşdırılmış avadanlıqlara “Təmiz Qaz” QSC tərəfindən texniki baxış keçirilərkən qaz kəməri üzərində quraşdırılmış “Şəhər kollektoru”nun əlaqələndirici hissələrinin qaynaq və yivli birləşmələrində aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı 27.02.2024-cü il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir işləri aparılan müddətdə Saatlı rayonunun bir hissəsinin (Saatlı şəhərinin böyük hissəsi, Novruzlu qəsəbəsi, Novruzlu, Bəylik, Mustafabəyli, Qıraqlı, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli kəndləri və 66 qeyri-yaşayış sahəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Ermənistanın XİN başçısı Türkiyəyə səfər edəcək

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.

    “Caliber” xəbər verir ki, nazir Antalya Diplomatik Forumunda iştirak edəcək.

    Səfərin martın 1-də baş tutacağı bildirilir.