Month: February 2024

  • Beş uşağını təhsildən yayındıran ana 15 yaşlı qızını 32 yaşlı əmisi oğluna NİŞANLAYIB

    Azərbaycanda daha bir erkən nikahın qarşısı alınıb. Bu dəfə Abşeron rayonunda ana 15 yaşlı qızını 32 yaşlı əmisi oğluna nişanlayıb.

    Bu barədə Bizim.Media-ya Azərbaycan Uşaqlar İctimai Birliyinin rəhbəri məlumat verib.

    Onun sözlərinə görə, 15 yaşlı qızın 32 yaşlı şəxslə nişanlanaraq tez bir zamanda evləndirilməsi məsələsindən xəbər tutan kimi qeyri-qanuni izdivaca müdaxilə edib:

    “Bərdə rayonundan bu məlumatı mənə vermişdilər. Amma bildirirdilər ki, ailə artıq Bakı şəhərində, Abşeron ərazisində məskunlaşıb. Ananın himayəsində olan 5 uşağın hər biri təhsildən yayındırılıb. Çünki artıq 4 aya yaxındır ki, qadın uşaqları ilə Bakıdadır. Ərinin pis vərdişlərə aludə olduğu bildirilir.

    Məsələnin araşdırılması üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Onlar da öz tərəflərindən həm Abşeron Rayon İcra Hakimiyyətinə, həm də Abşeron Rayon Polis İdarəsinə məlumat verdilər. Ananın harada olduğu aşkarlanıb. Həqiqətən də ana 15 yaşlı qızını 32 yaşlı öz əmisi oğluna nişanlayıb. Həmçinin cütlüyə “isti” münasibətlər üçün bütün lazımi şəraiti yaradıb. Onu da deyim ki, qız oxumaq istəyir”.

    Kəmalə Ağazadə Daxili İşlər Nazirliyinə səslənərək qurum tərəfindən məsələ ilə bağlı təhqiqat işlərinə başlanılmasını istəyib:

    “Qıza qarşı təcavüzün və ya seksual hərəkətlərin olub-olmaması ilə bağlı təhqiqat işi və araşdırma aparılsın”, – deyə Kəmalə Ağazadə qeyd edib.

    Daxili İşlər Nazirliyindən isə sorğumuza cavab olaraq, məsələnin araşdırıldığı bildirilib.

  • Саакашвили не был отравлен?

    Осужденный экс-президент Грузии Михаил Саакашвили не был отравлен. Это доказано рядом клинических исследований.

    Об этом заявила Нино Надирадзе, генеральный директор клиники “Вивамеди”, в которой грузинский политик проходит лечение.

    “Мы категорически отрицаем факт отравления и подтверждаем это рядом клинических и лабораторных исследований. Никакого отравления не было, никто этого не может подтвердить, даже приглашенные ими эксперты и наша немецкая школа тоже это отрицает. Мы не будем ввязываться в политические игры”, – сказала Надирадзе.

    По ее словам, Саакашвили никто не лечил от отравления, поэтому в случае, если допустить, что отравление все-таки было, то пациент бы не смог самоизлечиться.

    “Мы не лечили отравление. Самоисцеление в это время не происходит. Существуют совершенно разные клинические, визуальные, лабораторные и инструментальные проявления при отравлении тем или иным веществом”, – подытожила Надирадзе.

    Источник: Sputnik Грузия

  • Saakaşvilinin zəhərlənməsi ilə bağlı analizlərin cavabı AÇIQLANDI

    “Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvili zəhərlənməyib. Bu, bir sıra klinik tədqiqatlarla sübut olunub”.

    Bu barədə gürcüstanlı siyasətçinin müalicə olunduğu “Vivamedi” klinikasının baş direktoru Nino Nadiradze bildirib.

    O, zəhərlənmə faktını qəti şəkildə inkar edib:

    “Zəhərlənmə olmayıb, bunu heç kim təsdiq edə bilməz, hətta onların dəvət etdikləri ekspertlər belə, bizim alman məktəbi də bunu inkar edir. Biz siyasi oyunlara qarışmayacağıq”.

    Onun sözlərinə görə, heç kim Saakaşvilini zəhərlənmədən müalicə etməyib, ona görə hətta zəhərlənmə olduğu güman edilsə belə, xəstə özünü sağalda bilməzdi.

    “Biz zəhərlənmə müalicə etməmişik. Bundan öz-özünə sağalma da olmur. Bu və ya digər maddə ilə zəhərlənmənin tamamilə fərqli kliniki, vizual, laboratoriya, instrumental təzahürləri var”, – deyə Nadiradze bildirib.

    Mənbə: “Sputnik” Gürcüstan

  • Prezident: “Bu gün Xocalıda olmağımız tarixi ədalətin tam bərpası deməkdir”

    “Bu gün biz buradayıq (Xocalı – red.), burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Bu gün Xocalı qurbanlarının ruhu şaddır”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə ifadə edib.

    Dövlətimizin başçısı, həmçinin diqqətə çatdırıb:

    “Azərbaycan Ordusu həm peşəkardır, həm vətənpərvərdir, həm bacarıqlıdır, həm də eyni zamanda, əməliyyatları elə aparır ki, qısa müddət ərzində həlli mümkün olmayan kimi sayılan əməliyyatlar aparılmışdır, onlardan da biri, bəlkə də birincisi Şuşa əməliyyatıdır”.

  • Президент Азербайджана: К сожалению, наш призыв “Справедливость к Ходжалы!” остался безответным

    К сожалению, наш призыв “Справедливость к Ходжалы!” остался безответным.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев 26 февраля на встрече с представителями общественности Ходжалинского района.

    Напомнив, что в результате наших усилий 18 стран признали кровавую трагедию в Ходжалы как геноцид, глава государства отметил: “Но среди этих стран нет крупных держав. Международные организации, многие из них, остались безучастными к этой трагедии”.

  • Azərbaycan Prezidenti: “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı”

    “Əfsuslar olsun ki, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı”.

    AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

    Səylərimizin nəticəsi olaraq 18 ölkənin bu qanlı faciəni soyqırımı kimi tanıdığını xatırladan dövlətimizin başçısı qeyd edib:

    “Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalıb”.

  • Ötən həftə azad edilən ərazilərdə 139 mina aşkarlanıb

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

    Median.Az-a ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 19-25 fevral 2024-cü il tarixi ərzində 44 tank əleyhinə mina, 95 piyada əleyhinə mina, 112 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Həmçinin, 945,7 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

  • Qonşusunu bağça müdiri təyin etdirəcəyini dedi – Həbs edildi

    Sumqayıtda qadına qarşı dələduzluqda təqsirləndirilən 1990-cı il təvəllüdlü İlkin Əsgərova hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə İ.Əsgərov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilib.

    Məhkəmədə bildirilib ki, İ.Əsgərov hadisədən bir müddət əvvəl keçmiş qonşusu G.Muxtarova və onun anası K.Muxtarova ilə qarşılaşıb və bir-birlərinə nömrə veriblər. Bundan sonra İ.Əsgərov K.Muxtarovanın işlədiyi uşaq bağçasında müdir vəzifəsindən kənarlaşdırıldığını öyrənib.

    O, qadını həmin vəzifəyə bərpa etdirəcəyini vəd edib və bunun müqabilində bir neçə dəfəyə olmaqla ümumilikdə 15 min manat alıb. Lakin İ.Əsgərov verdiyi vədlə bağlı heç bir addım atmayıb, aldığı pulları ələ keçirib.

    Bundan sonra K.Muxtarova polisə müraciət edib və İlkin Əsgərov barəsində cinayət işi açılıb. Araşdırmalar zamanı İlkinin başqa şəxsə qarşı da əvvəllər dələduzluq etməsi müəyyənləşib.

    Sumqayıt Şəhər Məhkəməsi təqsirləndirilən şəxsi qeyd edilən maddə üzrə təqsirli bilib. İstintaq müddətində polisin nəzarəti altında olan şəxsə 3 il 6 ay həbs cəzası verilib.

  • Xocalı soyqırımı qurbanlarının xatirəsi Pakistanda ANILDI

    Xocalı soyqırımı qurbanlarının xatirəsi Pakistanda anılıb.
     
    Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.
     
    Azərbaycanın Pakistandakı səfirliyi Müslüm İnstitutu ilə birgə Pakistan Milli Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan seminar təşkil edib.
     
    Tədbirdə Pakistan Senatının Müdafiə Komitəsinin sədri senator Müşahid Hüseyin Seyid, İnsan Hüquqları komitəsinin sədri senator Valid İqbal, xarici ölkələrin səfirləri və diplomatları, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbər heyətləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
     
    Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı soyqırımı ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.
     
    Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümünün anıldığını qeyd edib.
     
    Azərbaycan xalqının erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qaldığını bildirən səfir Xocalı soyqırımından söz açıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıya hücum edərək bu şəhəri yerlə-yeksan etdiyini vurğulayıb.
     
    Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, 487 nəfərin şikəst edildiyini, 1275 sakinin girov götürülərək amansız işgəncələrə məruz qaldığını, girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyinin bu günədək məlum olmadığını diqqətə çatdırıb.
     
    X.Fərhadov məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Milli Məclisinin 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdiyini, 26 fevral tarixinin “Xocalı Soyqırımı Günü” elan olunduğunu və faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıb.
     
    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına toxunan səfir bu istiqamətdə Fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və Xocalı faciəsinin Pakistan daxil olmaqla, bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını qeyd edib. Səfir çıxışı əsnasında həmçinin Xocalı faciəsini törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.
     
    X.Fərhadov 44 günlük Vətən müharibəsindən, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarından danışaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun erməni işğalına son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini diqqətə çatdırıb.

    Səfir 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı şəhərinə səfərini və orada Azərbaycan bayrağını ucaltmasını xüsusilə qonaqların diqqətinə çatdırıb.
     
    İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan bərpa və quruculuq işlərinə toxunan səfir “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı sakinlərinin 2024-cü il ərzində öz evlərinə qayıdacağını vurğulayıb.
     
    Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyin Seyid və İnsan Hüquqları Komitəsinin sədri Valid İqbal tədbirdə çıxış edərək 1992-ci ilin fevral ayında Ermənistan tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımdan danışıb və insanlığa sığmayan bu dəhşətli cinayət əməllərini qəti şəkildə pisləyiblər. Senatorlar Pakistan Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı müxtəlif qətnamələrin qəbul edildiyinə toxunaraq Azərbaycan ilə həmrəylik nümayiş etdirdiklərini vurğulayıblar.
     
    Azərbaycanın artıq öz torpaqlarını işğaldan azad etdiyini bildirərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, eləcə də milli maraqları naminə apardığı müdrik siyasətə heyran olduqlarını dilə gətiriblər. Çıxışlarının sonunda Xocalı qurbanlarının xatirəsini ehtiramla yad etdiklərini ifadə ediblər.
     
    Türkiyənin Pakistandakı səfiri Mehmet Paçacı, Müslüm İnstitutunun rəhbəri Sahibzadə Sultan Əhməd Əli, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin prezidenti ehtiyyatda olan general mayor Xalid Əmir Cefri, ekspert Tuğral Yamin seminarda çıxış edərək Xocalı soyqırımı barədə danışıb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdiklərini bildiriblər.
     
    Dinc insanlara qarşı törədilmiş bu soyqırımının təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan məruzəçilər beynəlxalq ictimaiyyəti bu mənfur əməllərə görə Ermənistanı qınamağa çağırıblar.

  • Azərbaycanda zəlzələ OLDU

    Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ olub.
     
    Bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
     
    Bildirilib ki, zəlzələ 52 km dərinlikdə qeydə alınıb.