Month: February 2024

  • Ermənistanda Konstitusiyaya dəyişikliklər müzakirə ediləcək

    Ermənistan Konstitusiya İslahatları Komissiyası və Şurasının üzvləri martın 1-də baş nazir Nikol Paşinyanla görüşərək Ermənistanın yeni konstitusiyasının yazılması məsələsini müzakirə edəcəklər.

    Bu barədə Ermənistan KİV-də məqalə dərc edilib.

    “Paşinyan bu biabırçı işi kimə həvalə edəcək? Yeni konstitusiyanın yazılmasını hazırkı kadrlara tapşıracaq, yoxsa yeni müsabiqə elan edəcək? Mənbələrimiz əmindirlər ki, Paşinyan şura və komissiyanın formalaşdırılması üçün yeni müsabiqə elan etməyəcək. Birincisi, vaxt azlığı səbəbindən, ikincisi, çox az adam bu prosesdə iştiraka razılıq verər. Hətta indiki idarə heyətində, komissiyada belə insanlar var ki, bu damğanı alınlarında daşımaq istəyində deyillər. Ötən sessiyada bu məsələ intensiv müzakirə edilib. Təbii ki, onlar məsələyə fərqli çalar verdilər ki, mövcud orqanlar yeni konstitusiya yaza bilməz, onların belə bir mandatı yoxdur, onlar dəyişikliklərin hazırlanması işinə baxırlar. Üstəlik, bəzi müstəqil qurumların nümayəndələri də siyasi problemi həll edə bilmirlər”, – deyə yazıda qeyd edilib.

  • Sumqayıtda yol qəzası olub, xəsarət alan var

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində (Bakı-Quba avtomobil yolunun 38-ci kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

    FHN-dən “Report”a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

    Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşıb, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

    Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

  • По инициативе Резы Дегати создан сайт о Ходжалинском геноциде

    При содействии вице-президента Фонда Гейдара Алиева, автора международной информационной и агитационной кампании “Справедливость к Ходжалы!” Лейлы Алиевой и по инициативе известного фотожурналиста Резы Дегати создан сайт khojalywitness.org.

    Как сообщает АЗЕРТАДЖ, Реза Дегати был одним из немногих очевидцев Ходжалинского геноцида, учиненного в 1992 году. С тех пор он организовывает выставки, выступает с докладами по всему миру, донося до международной общественности всю правду о бедах, выпавших на долю азербайджанского народа, подкрепляя сказанное фотохроникой, в том числе и Ходжалинского геноцида.

    “Я запечатлел на пленку фотографии жертв Ходжалинского геноцида, показал их боль от пережитого. Увиденное глубоко потрясло меня. С тех пор я считаю своей миссией донесение до всего мира правды об этой трагедии”, – отмечает Реза Дегати.

    На протяжении 32 лет Реза остается истинным глашатаем правды о Ходжалинском геноциде, он много путешествует по миру, рассказывая людям о страданиях и боли жертв трагедии, призывая не оставаться равнодушными.

    На сайте представлены фотографии, сделанные в Ходжалы и Агдаме в 1992 году, дается история событий, размещены публикации всемирно известных изданий – Time, The New York Times, The Washington Times, The Washington Post, ВВС1News, The Independent, Le Monde, Newsweek, The Sunday Times, а также данные, которые приводят Human Rights Watch, The Age, The Boston Globe, “Коммерсантъ” и “Свобода”. Здесь также собраны свидетельства американского журналиста и публициста Томаса Гольца, азербайджанского журналиста и оператора Чингиза Мустафаева, французского фотографа, режиссера-документалиста Фредерика Ленгейна и литовского фотожурналиста Ричардаса Лапайтиса, ставших очевидцами Ходжалинского геноцида.

    Веб-сайт функционирует на четырех языках: азербайджанском, французском, английском и русском. В дальнейшем
    планируется перевести его материалы как минимум на 10 языков.

    Одна из основных целей создания сайта – ознакомить мировую общественность с историями, рассказанными жертвами и свидетелями очевидцев Ходжалинского геноцида, а также помочь родственникам и близким жертв трагедии узнать их по фотографиям.

  • Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb

    “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tərəfdaşlığı və məşhur fotojurnalist Reza Deqatinin təşəbbüsü ilə Paris və Bakıdakı əməkdaşlar tərəfindən www.khojalywitness.org saytı hazırlanıb.

    Azertac xəbər verir ki, Reza Deqati 1992-ci ildə Xocalı soyqırımının, Azərbaycan xalqının başına gətirilən dəhşətlərin nadir şahidlərindən biri olub. Hələ o vaxtdan lentə köçürtdüyü həqiqətləri dünyaya çatdırmaq üçün dünyanın bir çox yerində sərgilər təşkil edib, reportajlar verib.
    “Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini gördüm, nalələrini eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına köçürdüm. O anları ki mən gördüm, o səsləri ki mən eşitdim, bütün bunlar mənə dərindən təsir etdi. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəm, çiynimdə olan bir yükdür”, – deyə o bildirib.

    Dünyanın müxtəlif yerlərindəki problemləri, insanların üzləşdiyi bəlaları dünyaya çatdıran Reza 32 ildir ki, Xocalı sakinlərinin də səsi olmağı missiya kimi öz üzərinə götürüb.

    Saytda 1992-ci ildə Xocalı və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə təqdim olunur. Həmçinin “Time”, “The New York Times”, “The Washington Тimes”, “The Washington Post”, “ВВС1News”, “The Independent,” “Le Monde”, “Newsweek”, “The Sunday Тimes”, “Human Rights Watch”, “The Age”, “The Boston Globe” “Kommersant”, “Svoboda” kimi nüfuzlu beynəlxalq media orqanlarının soyqırımı ilə bağlı yazdığı faktlar da əlavə olunub.

    Bundan başqa, Xocalı soyqırımının şahidi olmuş Amerika Birləşmiş Ştatlarından jurnalist, yazıçı və müəllif Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev, Fransadan fotoqraf və sənədli kinorejissor Frederique Lengaigne və Litvadan fotojurnalist Rikardas Lapaitis tərəfindən qeyd olunmuş faktlar da saytda göstərilib.

    Veb-sayt daha çox kütləyə çatması üçün Azərbaycan, fransız, ingilis və rus dillərində olmaqla, dörd dildə hazırlanıb. Gələcəkdə saytın azı 10 dilə tərcümə olunması da nəzərdə tutulur.

    Saytın yaradılmasında əsas məqsədlərindən biri Xocalı soyqırımı qurbanlarının, şahidlərinin hekayələrini göstərməklə, digər insanların bu şəkillərə baxaraq öz əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.

  • В Уджарском районе охранника обнаружили мертвым на рабочем месте

    Жителя Уджарского района обнаружили мертвым на рабочем месте.

    Как передает АПА, тело Шакира Хасиева (1962 г.р.) было найдено в охраняемом помещении цеха, действующего на территории вышеуказанного района.

    Согласно информации, мужчина проработал в этом цехе около двух лет. Отмечается, что Ш.Хасиев был занят в сфере частной охраны.

    По данному факту проводится расследование.

  • Ucarda mühafizəçi iş yerində ölü tapılıb

    Ucar sakini iş yerində ölü tapılıb.

    APA xəbər verir ki, 1962-ci il təvəllüdlü Şakir Xasıyevin rayon ərazisində fəaliyyət göstərən sexin mühafizə otağında meyiti aşkarlanıb.

    Şakir Xasıyevin iki ilə yaxındır həmin sexdə çalışdığı bildirilir.

    O, özəl mühafizə fəaliyyəti ilə məşğul olub.

    Faktla bağlı araşdırma aparılır.

  • AMEA-da Ramiz Mehdiyevin vaxtında təsis edilən vəzifələr ləğv edildi

    AMEA-da Ramiz Mehdiyevin vaxtında təsis edilən vəzifələr ləğv edildi

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarında baş direktor və icraçı direktor vəzifələri ləğv edilib.

    Bu barədə İqtisadiyyat.az akademiyadan məlumat əldə edib.

    Bildirilib ki, akademiyanın institutlarında baş direktor vəzifəsi direktor, icraçı direktor vəzifəsi isə elmi işlər üzrə müavin vəzifəsi kimi təsdiqlənib.

    Bu vəzifələrin AMEA-nın yeni Nizamnaməsinə uyğun olaraq təsdiq edildiyi bildirilib.

    Xatırladaq ki, əvvəllər də AMEA-nın institutlarında direktor və müavin vəzifələri mövcud olub. Baş direktor və icraçı direktor vəzifələri isə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə təsis edilib.

  • Ermənistana gəlməkdən qorxan Makron artıq ölkədaxili səfərlərdən də çəkinir

    Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI, daxili kəşfiyyat) şənbə günü Respublika Prezidenti Emmanuel Makronun Beynəlxalq Kənd Təsərrüfatı Sərgisini ziyarəti zamanı fermerlərin mümkün təxribatlarından ehtiyat edir.

    Bu barədə kəşfiyyat xidmətinin yaydığı məlumatda bildirilib.

    “Prezident fitə basılma riskilə üzləşə bilər”, – sənəddə bildirilir.

    Ekspertlər həmçinin dövlət başçısının sərgiyə gəlişindən sonra “çoxlu aksiyaların” olacağını proqnozlaşdırırlar.

    Qeyd edək ki, hazırda Fransada kütləvi fermer etirazları adi hal alıb. Bu yaxınlarda təhlükəsizlik səbəbindən Ermənistana səfərdən imtina edən Makron isə kənd təssərrüfatı işçilərinin nümayişləri fonunda artıq ölkədaxili tədbirlərə qatılmaqdan da çəkinir.

    Mənbə: TASS

  • Kanada Rusiyada silah istehsalında istifadə olunan malların ixracını qadağan edib

    Kanada hakimiyyəti silah istehsalı üçün istifadə oluna bilən malların Rusiyaya ixracına qadağa qoyur.

    APA xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Colinin bəyanatında deyilir.

    Bu qadağanın mədənçıxarma və tikinti sənayesində istifadə olunan partlayıcı maddələrə, o cümlədən detonatorlara şamil edildiyi bildirilib.

  • Cavid Osmanov: Bələdiyyə institutu təkmilləşdirilməlidir

    Bələdiyyə institutu təkmilləşdirilməli, digər sahələrdə olduğu kimi bu sahədə də islahatlara gedilməlidir.

    Bunu APA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

    Deputat bildirib ki, artıq Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın bütün ərazilərində suverenliyimiz bərpa edilib: “Müzəffər Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi ilə regionda yeni reallıqlar yaranıb. Bütün sahələr, eləcə də bələdiyyələrimiz bu reallıqlara uyğunlaşdırılmalıdır. İllərdir parlamentdə bələdiyyələrin birləşdirilməsi barədə təkliflər səsləndirilir. Bələdiyyələrin birləşdirilməsi ilə də iş bitmir. Bu sahənin dirçəldilməsi çox vacibdir. Çünki ilk dəfə bu ilin sonunda Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək. Azad edilmiş ərazilərimizdə formalaşdırılacaq bələdiyyələr digərlərinə də nümunə olmalıdır. 25 ildir yaradılan bələdiyyə institutunda islahatlar aparılmalıdır. İlk olaraq kiçik bələdiyyələr birləşdirilməlidir. Bir sıra amillər bələdiyyələrin birləşdirilməsini şərtləndirir. Belə ki, hazırda fəaliyyət göstərən 1606 bələdiyyədən təqribən 1200 bələdiyyənin maliyyə-iqtisadi potensialı əhəmiyyətli sosial-iqtisadi, ekoloji proqramların qəbulunu və icrasını mümkünsüz edir. Digər tərəfdən, həmin bələdiyyələrin gəlirlərinin əhəmiyyətli hissəsi dövlət büdcəsindən ayrılan dotasiyadan ibarətdir. Doğrudur, ötən il bələdiyyələrə büdcədən 8 milyon vəsait nəzərdə tutulsa da, bələdiyyələr öz gəlirlərini 47 milyon manata çatdıra biliblər. Amma illik gəlirlər tam toplansa belə daimi əsaslarla işləyən bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının əməkhaqqı xərcləri qarşılana bilmir. Belə olan halda maliyyə çatışmazlığı səbəbindən ixtisaslı kadrlar cəlb edilə bilmir, müasir texnologiyaların tətbiqində çətinliklər mövcuddur”.

    Deputat diqqətə çatdırıb ki, göstərilənlər ümumilikdə əhali arasında yerli özünüidarəetmə institutunun nüfuzuna mənfi təsir göstərir:

    “Maliyyə-iqtisadi potensialın zəifliyi və fəaliyyətlərinin davam etdirilməsinin mümkünsüzlüyü ölkəmizdə növbəti dəfə bələdiyyələrin birləşdirilməsini şərtləndirir. Buna görə də qanunvericilikdə bir sıra dəyişikliklər təklif edilir. Bunlardan biri maliyyə-iqtisadi potensialı zəif olan bələdiyyələr əsasən kiçik kənd bələdiyyələri olduğu üçün onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin birləşdirilməsidir. Bu dəyişiklik qəbul olunacağı təqdirdə ilkin hesablamalara görə 1000-ə yaxın bələdiyyənin birləşdirilməsi nəzərdə tutulur, nəticədə bələdiyyələrin sayı təqribən 50 faiz azalacaq. Bu, beynəlxalq təcrübəyə əsaslanan dəyişikliklərdir. Çünki hazırda maliyyə-iqtisadi potensialı zəif olan bələdiyyələrin əhali sayının aşağı həddi əsas götürülərək birləşdirilməsi təcrübəsi Türkiyə, İtaliya, Estoniya, Gürcüstan və bir sıra digər ölkələrdə mövcuddur. Beynəlxalq təcrübədə əhali sayının aşağı həddi əsasən 2000-5000 aralığında müəyyən olunur. Türkiyə Respublikasında 2009-cu ildən etibarən bir neçə mərhələdə birləşdirilməklə, bələdiyyələrin sayı 2950 vahiddən 1391 vahidə endirilib. Bu onu deməyə əsas verir ki, bələdiyyə vahidinə düşən əhali sayı orta hesabla Türkiyədə 60,7 min nəfər, Gürcüstanda 55,4 min nəfər, Estoniyada 16,8 min nəfər, Azərbaycanda isə 6,5 min nəfər təşkil edir”.

    Cavid Osmanov təklif edilən dəyişikliklərin bələdiyyə institutunun nüfuzunun artmasına müsbət təsir edəcəyi qənaətindədir: “Bələdiyyələrin maliyyə-iqtisadi potensialının artması nəticəsində əhaliyə göstərilən xidmətlərin səviyyəsi yüksələcək. Eyni zamanda yerli əhəmiyyətli məsələlərin həlli sürətlənəcək. Bələdiyyələrin maliyyə imkanları artacaq və nəticədə yerli problemlərin həllində çevik reaksiya göstərə biləcəklər. Bununla qanunvericiliklə bələdiyyələrin vəzifələrinə aid edilən yerli əhəmiyyətli sosial-iqtisadi, ekoloji proqramların qəbulu və icrası nəticəsində əhali arasında bələdiyyələrin nüfuzu artacaq”.