Month: February 2024

  • Vüqar Bayramov: “İqlim dəyişikliyi Azərbaycanda ən çox aqrar sektora təsir edir” – MÜSAHİBƏ

    “Azərbaycan iqlim dəyişikliyindən ciddi ziyan çəkən ölkələr sırasında deyil. Ancaq daha çox aqrar sektora təsirləri müşahidə olunur”.

    Bunu Oxu.Az-a müsahibəsində Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Müsahibəni təqdim edirik:

    – Son zamanlar dünyanı təhdid edən mövzulardan biri də iqlim dəyişikliyidir. Bu məsələ qlobal iqtisadiyyata nə kimi təsirlərə yol açacaq?

    – İqlim dəyişikliyi qlobal iqtisadiyyat üçün kifayət qədər ciddi, dərinləşmiş çətinliklər yaradır. Həm ərzaq təminatı, həm də ərzaq təhlükəsizliyinə neqativ təsir göstərir. Bu fonda kənd təsərrüfatında məhsul istehsalının azalmasını, qlobal yoxsulluğun dərinləşməsini müşahidə edirik.

    Eyni zamanda, dövlətlər və qlobal iqtisadiyyat üçün əlavə xərc yaradır. Yəni iqlim dəyişikliyinə qarşı mübarizə, bu istiqamətdə istehsalın tənzimlənməsi praktiki olaraq qlobal xərc deməkdir. Bu da bütövlükdə qlobal iqtisadiyyata neqativ təsir göstərir. Xüsusilə, aqrar sektorda vətəndaşların, bütövlükdə dünya əhalisinin su və digər təminatını həyata keçirməkdə çətinliklər yaratmaqla qlobal iqtisadiyyatda əlavə xərclərin formalaşmasına səbəb olur.

    – İqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatına nə kimi təsiri ola bilər?

    – Azərbaycan iqlim dəyişikliyindən ciddi ziyan çəkən ölkələr sırasında deyil. Nə kənd təsərrüfatı, nə də digər sektorlar üçün iqtisadi baxımdan hansısa ciddi çətinliklər yaşanmır.

    Ancaq iqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatında daha çox aqrar sektora təsirləri müşahidə olunur.

    Suya olan tələbatı ödəməkdə müəyyən çətinliklər var. İqlim dəyişdiyi üçün yağıntıların sayı azalır. Yağıntıların mövsümi olaraq qeyri-bərabər paylanması kənd təsərrüfatında suya olan tələbə neqativ təsir göstərir.

    Turizmə də təsirləri var. Həm daxili, həm xarici turizmə. Ona görə iqlim dəyişikliyinin ən çox təsir etdiyi sektorlar kənd təsərrüfatı və turizmdir.

    – COP29-un ölkəmizdə keçirilməsinin nə kimi töhfələri olacaq?

    – COP29 dünyanın ən böyük və vacib tədbiri hesab olunur. Ölkələrin sayı, ölkə rəhbərləri statusunda təmsil olunma səviyyəsi nəzərə alınsa, dünyanın ən böyük tədbiri hesab oluna bilər.

    COP29 həm ətraf mühit, iqlim dəyişikliyi, həm də qlobal iqtisadiyyat ilə bağlı qərarların qəbul edildiyi platformalardan biridir. İmkan verəcək ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin nümayəndələri bir araya gələrək müzakirə apara bilsinlər.

    Təsirlərin minimumlaşdırılması ilə bağlı həyata keçirilən işlər, qərarların qəbul edilməsi fonunda həm planetimizin durumuna, həm də qlobal iqtisadiyyata töhfəsi olacaq.

    Bu, eyni zamanda, qlobal iqtisadiyyata yeni yanaşmalara təkan verəcək və müvafiq qərarların qəbul edilməsi üçün imkan yaradacaq.

    – İqlim dəyişikliyinin iqtisadiyyata təsirini azaltmaq üçün hansı alternativ yollar tövsiyə edilə bilər?

    – Ölkələr alternativlər haqqında düşünürlər. İqlim dəyişikliyinin iqtisadiyyata təsirlərini minimuma endirmək üçün tədbirlərin sayında artımlar var.

    Eyni zamanda, həm iqtisadiyyata, həm də dünya əhalisinin istehlakına təsirlərini minumumlaşdırmaq üçün yeni texnologiyadan istifadə vacibdir. Məsələn, bir sıra ölkələrdə okean və dəniz suyunun içməli suya çevrilməsi prosesi gedir. Bu, suvarma və içməli suya olanı tələbatın ödənilməsində xüsusi paya malik olur.

    Texnoloji yeniliklər innovasiyanın tətbiq edilməsi anlamına gəlir. Bu baxımdan, sözsüz ki, iqlim dəyişikliklərinin iqtisadiyyata təsirlərini minimumlaşdırmaq üçün ən ciddi alət texnologiyadır.

    Ölkələrin iqlim dəyişikliyi ilə bağlı kvota öhdəliklərinə əməl etməsi kimi vacib məqamlar var. Bir sıra inkişaf etmiş ölkələrdə belə tədbirlərin həyata keçirilməsi müşahidə edilməkdədir.

  • В Евлахском районе автомобиль столкнулся с грузовиком: есть погибший – ВИДЕО

    В Евлахском районе произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Как сообщает Report, водитель легкового автомобиля, врезавшегося в грузовик, скончался от полученных в результате аварии травм.

    Личность погибшего устанавливается.

    По данному факту ведется расследование.

  • Sabah toyu olacaqdı, qəzada öldü – YENİLƏNİB + VİDEO

    Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi bilinib.

    “Qafqazinfo”un xəbərinə görə, qəza zamanı ölən şəxs Şəki rayonunun Böyük Dəhnə kənd sakini 1996-cı il təvəllüdlü Elnur Şubay oğlu Abdullayevdir.

    Yaxınlarının sözlərinə görə, Elnur Abdullayev nişanlı imiş və Şəkiyə toyu ilə əlaqədar gedirmiş. Sabah onun qız toyu keçiriləcəkdi.

    ***

    Yevlax rayonunda minik avtomobili və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdən ölüb.

    Ölən şəxsin kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Ərdoğan: “Terroristana qarşı yeni əməliyyatlar keçirəcəyik”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkəsirdə keçirilən mitinqdə çıxış edib.

    O, ölkə ordusunun həyata keçirməyi planlaşdırdığı yeni antiterror əməliyyatlarının anonsunu verib.

    “Terroristana qarşı yeni əməliyyatlar həyata keçirəcəyik. Cənubumuzda qurulması istənən quruluşu məhv edəcəyik”, – deyə dövlət başçısı bəyan edib.

    O bildirib ki, Türkiyə də digər ölkələr kimi təkcə bir problemlə deyil, eyni zamanda bir çox problemlə mübarizə aparır.

    “Biz Qabarda gündə 35 min barel neft hasil edirik. Bu, 100 min barelə çatacaq”, – Ərdoğan qeyd edib.

    Mənbə: Haber Global

  • Крупнейший пожар за всю историю испанской Валенсии: есть погибшие – ОБНОВЛЕНО + ВИДЕО

    По меньшей мере четыре человека погибли в результате пожара в городе Валенсия.

    “Подтверждена смерть четырех человек. Характеристики здания не позволяют проводить тушение помещений. Фасад продолжает остывать. Неизвестно, когда пожарным будет безопасно войти в здание”, – приводит слова заместителя директора по чрезвычайным ситуациям Хорхе Суареса координационный центр по чрезвычайным ситуациям на странице в Х.

    Газета El País отметила, что в пожаре по меньшей мере 14 человек пострадали и 19 числятся пропавшими без вести.

    По ее данным, пожар начался на четвертом этаже 14-этажного дома. Пламя быстро распространилось и охватило все здание примерно за полчаса. Причиной стала облицовка из алюминия и синтетического утеплителя. “Утеплитель обладает очень хорошими тепловыми характеристиками в условиях жары или холода, но он очень горючий”, – приводит газета слова технического инженера и специалиста по строительству зданий Дэвида Игера.

    Центр по чрезвычайным ситуациям развернул полевой госпиталь. О причинах пожара не сообщается.

  • İspaniyada yaşayış binasındakı yanğın nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB + VİDEO

    İspaniyanın Valensiya şəhərində baş verən yanğında azı 10 nəfər ölüb.

    Bu barədə ölkə mətbuatı məlumat yayıb.

    Bundan əvvəl dörd nəfərin öldüyü, 15 nəfərin yaralandığı və 14 nəfərin itkin düşdüyü barədə məlumat yayılmışdı.

    Qeyd edək ki, Valensiyada çoxmərtəbəli binada yanğın fevralın 22-də axşam saatlarında başlayıb. Yanğının səbəbi hələlik məlum deyil.

    Mənbə: TASS

  • Российский депутат о заморозке участия Армении в ОДКБ: Пашинян предал всех

    Премьер-министр Армении Никол Пашинян предал и свою страну, и Россию, заморозив участие Еревана в ОДКБ.

    Об этом NEWS.ru заявил депутат Госдумы Виктор Соболев. Парламентарий отметил, что Пашинян пытается переложить ответственность за события в Карабахе на Россию.

    “Этот (премьер Армении Никол Пашинян) человек, который изменил всему и вся, в том числе своей стране, своему народу. Думаю, уберут его скоро, что тут еще можно сказать. Он же предал армян Карабаха, а теперь перекладывает всю ответственность на Россию. Это предатель не только Армении, но и России”, – добавил Соболев.

    Ранее Пашинян заявил, что участие Армении в ОДКБ в настоящий момент заморожено. При этом вопрос о сохранении российской военной базы в Армении не стоит на повестке дня, добавил политик.

  • Rusiyalı deputat: “Paşinyan hamını satdı”

    “Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın KTMT-də iştirakını dondurmaqla həm ölkəsinə, həm də Rusiyaya xəyanət etdi”.

    Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev NEWS.ru-ya müsahibəsində deyib.

    Parlamentari qeyd edib ki, Paşinyan Qarabağ hadisələrinin məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır.

    “Nikol Paşinyan hər şeyə və hər kəsə, o cümlədən öz ölkəsinə, öz xalqına xəyanət etmiş bir adamdır. Paşinyan hamını satdı. Düşünürəm ki, onu tezliklə aradan qaldıracaqlar, burda başqa daha nə demək olar. O özü Qarabağa xəyanət edib, indi bütün məsuliyyəti Rusiyanın üzərinə atır. Rusiya o zaman Ermənistanın köməyinə gəldi”, – deyə Sobolev əlavə edib.

    Xatırladaq ki, Nikol Paşinyan bir müddət əvvəl Ermənistanın KTMT-də iştirakının hazırda dondurulduğu barədə bəyanat verib.

    Eyni zamanda siyasətçi əlavə edib ki, Ermənistanda Rusiya hərbi bazasının saxlanması məsələsi də gündəmdə deyil.

  • Zelenski Danimarkanın Baş naziri ilə görüşdü

    Ukrayna Prezidenti Vladimir Zelenski Lvov şəhərində Danimarkanın Baş naziri Mette Frederiksenlə görüşüb.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti məlumat yayıb.

    Onlar Lvovun Lıcakov qəbiristanlığının Mars tarlasındakı memorial qəbiristanlıqda ruslarla döyüşlərdə həlak olan ukraynalı hərbçilərin xatirəsini birlikdə yad ediblər.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море произошло землетрясение магнитудой 3.

    Об этом сообщили в Бюро исследований землетрясений Республиканского центра Сейсмологической службы при Национальной академии наук Азербайджана.

    Согласно информации, толчки были зафиксированы в 18:51 по местному времени.

    Очаг стихии залегал на глубине 65 км.