Month: February 2024

  • Ялчин Рафиев: Кувейт всегда поддерживает территориальную целостность и суверенитет Азербайджана

    Кувейт всегда поддерживает территориальную целостность и суверенитет Азербайджана. Наши отношения основаны на взаимном доверии.

    Как сообщает Report, об этом сказал заместитель министра иностранных дел Азербайджана Ялчин Рафиев на мероприятии, посвященном 63-му Национальному дню и 33-му Дню освобождения Государства Кувейт.

    По его словам, дружба между Азербайджаном и Кувейтом основана на исторических и культурных корнях. Экономические, политические и культурные связи между двумя странами находятся на высоком уровне.

    “Азербайджан и Кувейт осуществляют как двусторонние, так и многосторонние связи сотрудничества. Мы успешно продолжаем наши отношения и в рамках международных организаций”, – добавил Я.Рафиев.

  • Azərbaycanın XİN başçısının müavini: Küveyt ərazi bütövlüyümüzü hər zaman dəstəkləyib

    Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – dövlət müstəqilliyinin 63-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

    Median.Az xəbər verir ki, rəsmi şəxslər, səfirlər, media təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

    Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidi dövlət müstəqilliklərinin 63-cü, işğaldan azad olunmasının 33-cü ildönümünün qeyd olunmasından məmnunluğunu ifadə edib. Ölkəsinin inkişaf yolundan danışan səfir Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. O, iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini bildirərək vurğulayıb ki, Küveyt və Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi barədə sıx əməkdaşlıq və əlaqələndirmə mövcuddur.

    Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev tədbirdə çıxışında vurğulayıb ki, Küveyt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyib.

    Ötən 30 il ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir müavini qeyd edib ki, bu əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığı əhatə edir. Onun sözlərinə görə, Azərbaycan və Küveyt beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edir.

  • Naxçıvanda quş qripi xəstəliyinə qarşı monitorinqlər keçiriləcək

    Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 26 fevral – 1 mart tarixlərində Naxçıvanda quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçirəcək.

    Bu barədə AQTA-dan məlumat verilib.

    Bildirilib ki, monitorinq çərçivəsində Naxçıvanın təbiət əraziləri və su hövzələri ətrafı ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində və ailə təsərrüfatlarında ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.

    Məlumatda vurğulanıb ki, götürülmüş nümunələrin Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.

  • В Армении назвали число военослужащих, погибших в прошлом году в небоевых условиях

    За 2023 год в вооруженных силах Республики Армения в боевых условиях погибли 19 военнослужащих.

    Об этом говорится в отчете о ходе и результатах реализации программы правительства Армении (2021-2026) за 2023 год.

    Согласно данным, 64 военнослужащих погибли в небоевых условиях.

    Отмечается, что в течение года были взяты в плен и возвращены 3 военнослужащих.

  • Ötən il Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı AÇIQLANDI

    2023-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələrində döyüş şəraitində 19 hərbçi həlak olub.

    Ölkə mediasının məlumatına görə, bu barədə Ermənistan hökumətinin 2021-2026-cı illəri əhatə edən dövlət proqramının 2023-cü il üzrə icrasının gedişi və nəticələri haqqında hesabatında deyilir.

    Bildirilib ki, 64 hərbçi qeyri-döyüş şəraitində həlak olub.

    Qeyd olunub ki, ötən il ərzində üç hərbçi əsir düşərək geri qaytarılıb.

  • Yatmağa yer tapmayan 10 uşaqlı ailə: “Sayı əvvəlcədən planlamışdıq” – VİDEO

    Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

    Verilişin budəfəki sayında Salyanda yaşayan çoxuşaqlı ailədən bəhs olunub.

    Şəraitsiz vəziyyətdə 10 uşaq böyüdən 37 yaşlı atanın sözlərinə görə, çoxuşaqlı ailə sahibi olmaq onun arzusu olub:

    “Həyat yoldaşımla sevib ailə qurmuşuq. Evlənəndə qərar vermişdik ki, 10 övladımız olsun. Özüm də çoxuşaqlı ailədə dünyaya gəlmişəm. Atamın iki həyat yoldaşından 13 uşağı olub”.

    Sonuncu övladını iki həftə əvvəl dünyaya gətirən ana isə deyir ki, evdəki vacib əşyalar uşaqların sayına uyğun deyil:

    “Uşaqlar bir-birlərinin paltarlarını geyinirlər. Elə vaxt olur ki, geyimlər qurumur. Ona görə də paltarsız qalırlar. Çarpayıları yoxdur deyə yerdə yatmalı olurlar. Yeməyi süfrə salıb yeyirik”.

    Qeyd edək ki, uşaqlar məktəb paltarı və digər ehtiyaclar səbəbindən dərslərdən də kənar qalıblar.

    Ətraflı süjetdə:

  • Ermənistanda Türkiyənin iki vətəndaşı həbs edilib

    Ermənistanda sərhədi saxta sənədlə keçmək istəyən Türkiyənin iki vətəndaşı həbs edilib.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    Bildirilib ki, Türkiyə vətəndaşları Gürcüstandan Baqrataşen nəzarət buraxılış məntəqəsi vasitəsilə keçmək istəyiblər. Saxta sənədləri hazırlamaqda onlara Ermənistan vətəndaşı yardım edib. Türkiyə vətəndaşlarına qarşı rəsmi ittiham irəli sürülüb.

    Ermənistan vətəndaşı barəsində polisin nəzarəti altına verilməklə qətimkan tədbiri seçilib.

  • Qurban Qurbanov: “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir”

    “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.

    Median.Az xəbər verir ki, bu barədə “Qarabağ” klubnun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa liqasının 1/8 final mərhələsində “Bayer”lə keçiriləcək oyun barədə fikirlərində bildirib.

    “Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu. Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.

    Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir”, – deyə Qurbanov bildirib.//apa.az

  • СМИ: Зеленский посетит Армению

    В ближайшее время ожидается визит президента Украины Владимира Зеленского в Армению.

    Как передает АПА, об этом сообщают армянские СМИ.

  • KİV: Zelenski Ermənistana səfər edəcək

    Ukrayna Prezidenti Vladimir Zelenskinin yaxın vaxtlarda Ermənistana səfəri gözlənilir.

    APA xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri (KİV) məlumat yayıb.

    Tərəflər səfərin mart ayında baş tutacağını ehtimal edir.