Month: February 2024

  • ABŞ ordusunda yenilik: Qoşunların idarə edilməsində süni intellekt tətbiq olundu

    “ABŞ qoşunların idarəsi və onlara komandanlıq etmək üçün süni intellektə əsaslanan sistem yaradıb”.

    Bu barədə Pentaqonun rəhbərinin müavini Ketlin Hiks süni intellektdən hərbi istifadəyə dair simpoziumda deyib.

    O, süni intellektin Pentaqona inteqrasiyası səylərinin ABŞ-nin hərbi imkanlarını gücləndirməsinə baxmayaraq, Vaşinqtonun süni intellektlə silahlanma yarışına can atmadığını da deyib.

    Hiks həmçinin kosmosun hərbi əməliyyatların tərkib hissəsinə çevrildiyini vurğulayıb.

    “ABŞ-nin həyat tərzi və müharibə aparma üsulları artıq kosmosdakı gücdən asılıdır”, – deyə bildirən Hiks Moskva və Pekinin kosmosu hərbi sahəyə çevirməyə çalışdığını vurğulayıb.

    Xatırladaq ki, bundan əvvəl mediada Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək planları barədə məlumatlar yayılmışdı.
    //gazeta.ru

  • Армения заморозила свое участие в ОДКБ

    Участие Армении в Организации Договора о коллективной безопасности (ОДКБ), в котором доминирует Москва, заморожено.

    Об этом в интервью французскому телеканалу France 24 заявил премьер-министр Армении Никол Пашинян.

    “При этом вопрос о сохранении российской военной базы в Армении не стоит на повестке дня”, – отметил он.

    По словам премьера РА, несколько месяцев назад Россия открыто призвала армянское население свергнуть власть, и пропаганда из Москвы против него не ослабевает.

    “Я особенно обеспокоен похищением солдатами РФ в Армении российского дезертира Дмитрия Сетракова. Мы не можем терпеть незаконные действия на нашей территории. Будут последствия, если требования Еревана останутся без ответа”, – сказал Пашинян.

  • Ermənistan KTMT-də iştirakını dondurur

    Rusiya bir neçə ay öncə Ermənistan əhalisini açıq-aşkar hakimiyyəti devirməyə çağırıb.

    Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24”ə müsahibəsində bildirib.

    Baş nazirin sözlərinə görə, Moskvanın ona qarşı təbliğatı dayanmır.

    Paşinyan rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanması ilə bağlı xüsusi narahatlığını da ifadə edib.

    “Biz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik”, deyən baş nazir İrəvanın tələblərinin cavabsız qalacağı təqdirdə “nəticələrin” olacağı barədə xəbərdarlıq edib.

    O, həmçinin Ermənistanın Moskvanın üstünlük təşkil etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının “dondurulduğunu” izah edib, eyni zamanda Ermənistanda Rusiyanın hərbi bazasının saxlanmasının gündəmdə olmadığını bildirib.

  • Загатальский школьник научился говорить и писать на пяти языках – ВИДЕО

    Ученик 10-го класса Чингиз Чингезов свободно говорит и пишет на немецком, английском, французском, русском и арабском языках.

    Как передает xezerxeber.az, учащийся полной средней школы №2 города Загаталы с детства проявлял большой интерес к изучению иностранных языков.

    Сообщается, что мечта Ч.Чингезова – учиться в одной из европейских стран.

    Юноша отметил, что для изучения языков нужны только желание и настойчивость.

    Подробнее – в сюжете:

  • Zaqatalada beş xarici dil bilən məktəbli – VİDEO

    Alman, ingilis, fransız, rus və ərəb dillərini bilən 10-cu sinif şagirdi Çingiz Cingözov bu dillərdə sərbəst danışır həm də yazır.

    Xezerxeber.az-ın məlumatına görə, Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil alan Çingiz hələ uşaq vaxtlarından xarici dillərə böyük maraq göstərib.

    Avropa ölkələrinin birində təhsil almaq isə arzusudur.

    Çingiz bildirib ki, bu dilləri öyrənmək üçün sadəcə istək və əzm kifayət edir.

    Çingiz hələ yeddi-səkkiz yaşından ingilis dilində səlist danışmağa başlayıb. Məktəbdə keçirilən tədbirlərdə və fənn olimpiadalarında daim fəal iştirak edib.

    Müəllimlərin bildiridiyinə görə, Çingizin qeyri adi bacarığı hələ uşaq yaşlarından özünü biruzə verib.

    Çingiz ümid edir ki, gələcəkdə dillərini öyrəndiyi ölkələrin hamısına səyahət edə biləcək.

    Ətraflı süjetdə:

  • Грядут новые правила: каких таксистов будут наказывать?

    Информация о пропусках, предоставляющих право на осуществление внутренних заказных перевозок и пассажироперевозок на такси, будет передана в центральную информационную систему Главного управления Государственной дорожной полиции Министерства внутренних дел (МВД) Азербайджана.

    Это отражено в поправке к “Положению о центральной информационной системе Главного управления Государственной дорожной полиции Министерства внутренних дел Азербайджанской Республики”, утвержденной 21 февраля указом Президента Ильхама Алиева.

    В связи с этим возникает вопрос: есть ли какие-либо критерии и обязательства в связи выдачей пропусков?

    Чтобы выяснить это, редакция yenisabah.az связалась с экспертом в сфере транспорта Асланом Асадовым.

    По его словам, этот закон устранит ряд проблем в этой области.

    “Наличие соответствующей информации в центральной базе данных – шаг, который заслуживает одобрения. Отсутствие подобной базы создавало некоторые трудности в дальнейших принципах работы. Ранее было сложно применять определенные процедурные правила и административные взыскания. Потому что человек, допустивший какое-либо нарушение, знает, что его оштрафуют, и просто заплатит определенную сумму. В связи с этим создание центральной информационной системы при МВД означает радикальное урегулирование ряда процессов. Выдачу водительских прав и государственную регистрацию автомобилей осуществляет Министерство внутренних дел. Следовательно, прямой контроль над системой также должен осуществляться ведомством”, – добавил эксперт.

    А.Асадов отметил, что для определения критериев пропусков необходимо время.

    “Еще слишком рано определять критерии, касающиеся выдачи пропусков. После внедрения центральной базы можно будет принять некоторые меры в отношении наносящих ущерб клиентам водителей и нарушающих закон компаний. Однако для этого требуется определенное время”, – подытожил он.

  • Yeni qaydalar gəlir: Hansı taksi sürücüləri cəzalandırılacaqlar?

    Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək. Bu, Prezident İlham Əliyevin iki gün əvvəl imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

    Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.

    Bəs görəsən buraxılış vərəqələrinin verilməsi ilə bağlı hansısa kriteriyalar və öhdəliklər tələb olunacaqmı?

    Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov qanunun bu sahədə olan bir çox çətinliyi aradan qaldıracağını deyib:

    “Bu məlumatların mərkəzi bazada olması təqdirəlayiq bir addımdır. Çünki belə bir bazanın olmaması gələcək iş prinsiplərində bəzi çətinliklər yaradırdı. Daha öncə müəyyən prosedur qaydaları, inzibati tənbehləri tətbiq etmək çətin idi. Çünki hər hansı bir qayda pozuntusu etmiş şəxs bilir ki, cərimələnəcək və sadəcə cəriməsini ödəyəcək. Ona görə də mərkəzi baza sisteminin Daxili İşlər Nazirliyinin nəzdində yaradılması bir növ prosesləri kökündən həll etmək deməkdir. Sürücülük vəsiqəsini və avtomobillərin dövlət qeydiyyatına alınmasını Daxili İşlər Nazirliyi yerini yetirir. Bu səbəbdən sistemə birbaşa nəzarət də Daxili İşlər Nazirliyində olmalıdır”.

    Ekspert buraxılış vərəqələri ilə bağlı kriteriyaların müəyyən olunması üçün zamana ehtiyac olduğunu qeyd edib.

    “Buraxılış vərəqəsinin verilməsi ilə bağlı kriteriyaların müəyyən olunması üçün hələ ki tezdir. Mərkəzi baza sistemi tətbiq olunduqdan sonra müştəriləri incidən sürücülər, qanunu pozan şirkətlərlə bağlı hansısa ölçü götürülə bilər. Lakin bunun tətbiqi üçün müəyyən vaxt lazımdır”.

  • İlham Əliyev Yaponiya İmperatorunu təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Yaşını saxtalaşdırmaqda ittiham olunan futbolçu: “Çox gənc idim…”

    Kamerunlu yeniyetmə Cozef Minala futbol dünyasının son illərdə yaşadığı ən qəribə mübahisələrdən birində rol alıb.

    Qaynarinfo-nun məlumatına görə, Afrika mətbuatında futbolçunun pasportunuda göstərilən yaşın doğru olmadığı haqda gedən məlumatlardan sonra Minola saxtalaşdırmada ittiham edilir. Futbolçunun pasportunda rəsmi olaraq 1996-cı il avqustun 24-də Yaundedə doğulduğu göstərilib.

    2013-cü ildə İtaliya təmsilçisi “Latsio” ilə müqavilə imzalayandan sonra yayılan xəbərlərdə Minalanın yaşının doğru olmadığı deyilsə də, klub bunu təkzib edib. “Latsio”nun açıqlamasında, “Futbolçu Xose Minalanın yaşı və ailə vəziyyəti ilə bağlı mətbuatda dərc olunan məqalələrə uyğun olaraq, təqdim edilən sənədlərin mütləq qanuniliyini təsdiqləyirik” – sözləri yer almışdı. Həmçinin Minala və onun meneceri mətbuatda yazılanları təkzib etsə də, xəbərlər dünyaya yayıldığından futbolçunun karyerasına zərbə dəydi.

    Bu haqda futbolçu da açıqlama verib. O, “Mən çox gənc idim, bunun necə təsir edəcəyini anlaya və ya proqnozlaşdıra bilməzdim. Çox əminəm ki, yaşımla bağlı mübahisələr həmişə karyeramı ləngitdi” – deyib.

    Səlahiyyətlilər, Minalanın doğum tarixi ilə bağlı sənədli saxtakarlıq ittihamına inanmasalar da o, bu sınaqdan çıxdıqdan sonra “Latsio”da özünə yer qazana bilmədi. Nəticədə “Bari”, “Latina”, “Salernitana” və Çin klubu “Qingdao Huangahi”də oynadı. O, 2021-ci ildə “Latsio” ilə müqaviləyə son verdikdən sonra “Lukkese”, ardından “Olbia”ya transfer olundu. Karyerasının sonlarına yaxın isə, Latviyada “Liepaja” olub.

    Minala karyerasının qeyri-sabit keçməsinin səbəbi haqda sualı belə cavablandırıb: “Daha artığını gözləyirdim? Sözsüz ki. Hər dəfə icarəyə veriləndə həmişə yaxşı mövsümlər keçirmişəm, amma heç vaxt “Latsio”da başqaları ilə eyni imkanlara malik deyildim”.

    Hal-hazırda Cozef Minala Maltada “Sliema Vanderers”də çıxış edir.

  • Sumqayıt qatarında qəza oldu – Sərnişinlər təxliyə edilir

    Sumqayıt qatarında qəza baş verib.

    “Unikal” xəbər verir ki, bu barədə sərnişinlər bildiriblər.

    Hazırda xilasedicilər sərnişinləri vaqonlardan təxliyə edir.

    Xəsarət alanların olmadığı deyilir.