Month: February 2024

  • “Qayınana” filmində Cənnət xalanın evindəki mebel satışa çıxarılıb (QİYMƏT/FOTO)

    “Qayınana” filmində Cənnət xalanın evindəki mebel satışa çıxarılıb.

    İqtisadiyyat.az-ın əldə etdiyi xəbərə görə, satışla bağlı elan saytlarının biri məlumat yayıb.

    Belə ki, filmdə yer alan mebel 2500 manata təklif olunur. Məlumatda mebelin təmirə ehtiyacı olduğu bildirilib.

    Qeyd edək ki, “Qayınana” filmi 1978-ci ildə çəkilib. Filmdə Cənnət xalanın yaşadığı ev kinostudiyanın ən böyük pavilyonlarından birində qurulub. Ümumilikdə, ekran əsərinin əksər epizodları kinostudiyanın pavilyonunda çəkilib. Filmin digər epizodları isə Nardaranda, İçərişəhərdə və dəniz sahilində lentə alınıb.



  • Keçmiş işçisi ilə AZZA arasında məhkəmə çəkişməsi

    Bakının məşhur mağazalar şəbəkəsi olan AZZA məhkəməyə verilib.

    Qaynarinfo xəbər verir ki, iddiaçı mağazalar şəbəkəsinin keçmiş işçisi Nihad Kərimzadədir.

    Onun iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Əfsanə Heydərova iş üzrə hakim təyin edilib.

    Nihad Kərimzadənin mediada AZZA haqqında şikayəti dərc edilib. O, bildirib ki, AZZA-da işləməyə başladığı dövrdən mütəmadı olaraq əmək və istirahət hüququ pozulub.

    Bundan başqa, Nihad Kərimzadəyə audit vəzifəsinə təyinat aldığını deyilsə də, sonradan məlum olub ki, o, sadəcə nəzarətçi kimi işə götürülüb.

    “Məni audit vəzifəsinə qəbul etdiklərini demələrinə baxmayaraq, daha sonra əslində nəzarətçi vəzifəsinə işə qəbul edildiyimi öyrəndim. Bununla bağlı birbaşa tabe olduğum rəhbərlik – Teymur Oruca müraciət etdiyim zaman mənə sistemdə yanlışlıq olduğu və vəzifəmin dəyişdiriləcəyi bildirildi. Ancaq bu “səhv” aradan qaldırılmadı, mənə bildirildi ki, işdən azad ediləcəyim halda mənə audit vəzifəsində işlədiyimə dair sənəd təqdim ediləcək. Halbuki bu, Əmək Məcəlləsi ilə qadağandır”, deyə o bildirib.

  • Satış müdiri 147 minlik mənimsəmədə ittiham edilir

    “Best-Tarım” Qapalı Səhmdar Cəmiyyətinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənilməsinə dair müraciət əsasında araşdırma aparılıb.

    Sabirabad Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla QSC-nin satış müdiri Anar Babaşovun qeyriləri ilə birgə 2023-cü il ərzində anbardan müxtəlif qida məhsullarını məxaric edib malların dəyərini xəzinəyə mədaxil etməməsi nəticəsində 147 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

    İş üzrə istintaq davam etdirilir.

  • Rusiyadan gizli yolla Bakıya gətirilən brilyant müsadirə olundu

    Mərkəzi Univermağda (MUM) Rusiyadan gizli yolla gətirilib satılan brilyant daş dövlət nəfinə müsadirə edilib.

    Qaynarinfo-nun məlumatına görə, bu barədə Səbail Rayon Məhkəməsi qərar verib.

    Qərara əsasən, Rusiya vətəndaşları Aleksandr Bulatov və Nikolay Demidov 1.424 karatlıq orta bazar qiyməti 14.000 manat olan qiymətli daş – brilyantı gömrük nəzarətindən gizlədilməklə Bakıya gətiriblər.

    Onlar həmin brilyant daşları MUM-da çalışan Musa İsmayılova və İlham Camalov (soyad şərti) adlı tanışlarına satıblar.

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı 1979-cu il tarixdə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olmuş İlham Camalov saxlanılıb. Onun həmin brilyant daşları alması sübuta yetirilib. Aleksandr Bulatov və Nikolay Demidovun isə ölkəni tərk etməsi məlum olub.

    Məhkəmənin hökmü ilə İlham Camalov İnzibati Xətalar Məcəlləsinin 504-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin saxlan otağında saxlanılan 1.424 karat ölçüdə, 14000 manat dəyərində brilyant daş dövlət nəfinə müsadirə edilib.

  • Əhali pulu ən çox Bakının bu rayonunda xərcləyir – VİDEO

    Azərbaycanda 2023-cü ildə pərakəndə ticarət dövriyəsi 59 milyard manat olub. Başqa sözlə, ölkədə ötən il əhali ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, həmçinin qeyri-ərzaq məhsullarına 59 milyard pul xərcləyib.

    İqtisadçı ekspert Xalid Kərimli deyir ki, bu xərclərin təxminən 60%-i, yəni 35.6 milyard manatı Bakının payına düşür.

    Bakı Şəhər Statistika İdarəsi ticarətə ən çox pulun xərcləndiyi rayonları da açıqlayıb. Rəqəmlərə əsasən, Baki sakinləri ən çox pulu Nəsimi rayonunda xərcləyiblər. Başqa sözlə, ticarətdən ən çox gəlir bu rayonlarda olub.

    Ötən il paytaxt sakinləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 20 milyard 695 milyon manat, qeyri-ərzaq məhsullarına isə 14 milyard 877,9 milyon manat vəsait xərcləyib.

    Məlumata görə, paytaxda satılmış məhsulların 99.8%-i özəl sektor tərəfindən satılıb.

    Ötən il təkcə dekabr ayında Bakıda istehlakçılar 6 milyarda yaxın pərakəndə ticarətə pul xərcləyiblər. Ən aşağı dövriyyə isə aprel ayında qeydə alınıb.

  • 38 yaşlı həmyerlimiz Latviyada deputat seçildi

    Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb.

    Bu barədə A.Səlimov “Asan Radio”ya özü məlumat verib.

    Onunla eyni partiyadan olan deputatlardan birinin fəaliyyəti dayandırıldığı üçün həmyerlimiz partiya siyahısından seçilərək, onu əvəzləyib.

    Qeyd edək ki, 38 yaşlı həmyerlimiz Latviyada anadan olub, təhsilini də həmin ölkədə alıb.

    A.Səlimov həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisidir.

    Xatırladaq ki, Latviya parlamentinə sonuncu seçkilər 2022-ci il oktyabrın 1-də keçirilib.
    //axar.az

  • Британия расширила список запрещенного для экспорта в Россию оборудования

    Великобритания расширила перечень запрещенных к экспорту в Россию оборудования и технологий, которые могут использоваться Москвой в боевых действиях в Украине.

    Как передает Median.Az со ссылкой на ТАСС, список опубликован МИД Соединенного Королевства.

    Под запрет попали обрабатывающие центры по работе с металлом, токарные станки, в том числе токарные центры с программным управлением, фрезерные станки по металлам с программным управлением, запчасти и детали к ранее включенному в список оборудованию.

    “Россия стремится закупать запрещенные к поставкам товары, подобные тем, что указаны в этом списке, через страны, не входящие в санкции. Предприятия должны убедиться, что они учитывают эти риски. Предприятиям следует провести комплексную проверку, чтобы гарантировать, что конечным пунктом назначения этой продукции не является Россия”, – предупреждает МИД королевства.

  • Britaniya Rusiyaya ixracı qadağan edilən avadanlıqların siyahısını genişləndirib

    Böyük Britaniya Rusiyaya ixracı qadağan edilən və Moskvanın Ukraynada hərbi əməliyyatlarda istifadə edə biləcəyi avadanlıq və texnologiyaların siyahısını genişləndirib.

    Bununla bağlı siyahı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib.

    Qadağaya metal emalı mərkəzləri, tokar dəzgahları, o cümlədən proqram ilə idarə olunan tokar mərkəzləri, proqram ilə idarə olunan metal frezləmə dəzgahları, yuxarıda sadalanan avadanlıqların ehtiyat hissələri və detalları daxildir.

    “Rusiya bu siyahıda olan məhsullara oxşar qadağan olunmuş məhsulları sanksiyaya məruz qalmayan ölkələr vasitəsilə almağa çalışır. Müəssisələr bu riskləri nəzərə aldıqlarından əmin olmalıdır. Müəssisələr bu məhsulların son təyinatının Rusiya olmadığından əmin olmaq üçün lazımi araşdırma aparmalıdırlar”, – Britaniya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib.

  • Biləsuvarda əkin sahəsində “Kalaşnikov” avtomatı aşkarlanıb

    Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindəki əkin sahəsinin yaxınlığından silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat və 30 ədəd patron aşkarlanaraq götürülüb.

    Fakt üzrə araşdırma aparılır.

  • Замглавы МИД Армении: Идут переговоры о следующей встрече по тексту мирного договора с Азербайджаном

    Факт мюнхенской встречи лидеров Армении и Азербайджана можно считать положительным, но необходимо перейти от встреч и обсуждений к более практическим действиям.

    Об этом заявил журналистам заместитель министра иностранных дел Армении Ваан Костанян.

    Он выразил надежду, что между министрами иностранных дел Азербайджана и Армении состоится встреча, на которой будут обсуждены все вопросы.

    По словам Костаняна, Армения получила окончательный вариант предложений Азербайджана по мирному договору, и сейчас между делегациями во главе с министрами ведутся переговоры относительно следующей встречи вокруг текста договора.

    Армянская сторона заинтересована в урегулировании отношений с Азербайджаном, добавил Костанян.