Month: February 2024

  • Həbsdə olan keçmiş prokurorla bağlı qərar verildi

    Bakı Apellyasiya Məhkəməsində Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı Samir Nəsirov və onunla birlikdə təqsirləndirilən Fərid Eldarov və Mətləb Həsənovun barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Eldarovla M.Həsənovun hər biri beş il və S.Nəsirov isə səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib. M.Həsənovun barəsində seçilmiş polisin nəzarətinə altına verilmə qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib. Ali Məhkəmə isə işi yenidən aşağı instansiya məhkəməsinə göndərib.

    Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham irəli sürülüb.

    Bakı Şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkum olunub. O, 2018-ci ildə vətəndaşlara qarşı 150 min manatdan çox dələduzluqda təqsirli bilinib. Həmin vaxt baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Nəsirova iki il sınaq müddəti təyin edilməklə şərti cəza verilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı. Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri təmin edilməyib.

  • Землетрясение магнитудой 6,3 зафиксировано у берегов Чили

    Землетрясение магнитудой 6,3 зафиксировано в Тихом океане у берегов Чили.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр стихии находился в 896 км к югу от города Анга-Роа с населением около 3 300 человек. Очаг залегал на глубине 2 км.

    Угроза цунами не объявлялась.

    Источник: ТАСС

  • Çili sahillərində 7 bala yaxın zəlzələ baş verib

    Sakit okeanda, Çili sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, təbii fəlakətin episentri təxminən 3 300 nəfər əhalisi olan Anqa Roa şəhərindən 896 kilometr cənubda olub.

    Zəlzələnin ocağı iki kilometr dərinlikdə yerləşib.

    Sunami təhlükəsi elan olunmayıb.

    Mənbə: Emsc.eu

  • В Гедабейском районе 52-летний мужчина получил ножевое ранение

    В селе Ивановка Гедабейского района произошла поножовщина.

    Гасан Юсибов (1972 г.р.) был госпитализирован в Центральную районную больницу с колото-резаным ранением в области живота. Затем он был переведен в одну из больниц в Гяндже.

    Согласно информации, Г.Юсибов во время инцидента был в нетрезвом состоянии.

    Главный инспектор гянджинской региональной группы пресс-службы МВД Эшгин Гасымов сообщил, что в результате проведенных сотрудниками правоохранительных органов оперативно-разыскных мероприятий был задержан и передан следствию подозреваемый в совершении преступления Ровшан Ахмедов.

    По данному факту ведется расследование.
    //oxu.az

  • Gədəbəydə sərxoş kişi bıçaqlanıb

    Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

    Hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

    1972-ci il təvəllüdlü Həsən Yusibov qarının kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə aparılıb. Məlumata görə, H.Yusibov hadisə vaxtı sərxoş olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rövşən Əhmədov saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Месси опубликовал музыкальный плейлист, который он слушает перед матчами – ФОТО

    Нападающий американского “Интер Майами” и сборной Аргентины Лионель Месси в рамках сотрудничества с компанией Apple опубликовал свой музыкальный плейлист, песни из которого он слушает перед матчами.

    Напомним, что форвард присоединился к “Интер Майами” в качестве свободного агента минувшим летом. За этот период он принял участие в 15 матчах во всех турнирах, в которых отметился 11 голами и шестью результативными передачами.

    Действующее соглашение игрока с клубом рассчитано до 31 декабря 2025 года. Согласно информации, представленной на портале Transfermarkt, рыночная стоимость футболиста составляет 35 млн евро.

  • Messi dinlədiyi musiqilərin siyahısını dərc edib – FOTO

    ABŞ-nin “İnter Mayami” klubunun və Argentina milli komandasının hücumçusu Lionel Messi öz musiqi pleylistini – matçlardan əvvəl dinlədiyi mahnıları dərc edib.

    Paylaşım “Apple” şirkəti ilə əməkdaşlıq çərçivəsində baş tutub.

    Xatırladaq ki, argentinalı hücumçu ötən yay azad agent kimi “İnter Mayami”yə keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 15 matçda iştirak edib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 31 dekabr 2025-ci ilə qədərdir.

    “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.

  • Ученые создали универсальный антидот от ядов самых опасных змей в мире

    Американские специалисты из медицинского института Scripps Research в Калифорнии создали препарат, нейтрализующий яды самых опасных змей в мире, включая королевскую кобру и черную мамбу.

    Согласно информации, антидот основан на антителе, которое блокирует ключевой токсин, обнаруженный у множества видов змей. Открытие сделали в ходе изучения методов борьбы с вирусом иммунодефицита человека (ВИЧ) с помощью белков широкого действия. Как и ВИЧ, змеиные токсины имеют так называемые консервативные области, которые не способны вырабатывать защиту с помощью мутаций.

    В новой работе исследователи выделили и сравнили белки яда различных элапид – основной группы змей, куда входят мамбы, кобры и крайты (род змей, чей яд по силе уступает лишь кобрам). Они обнаружили, что трехпальцевые токсины 3FTx (тип белка, присутствующий у всех элапид), содержит небольшие одинаковые участки. Кроме того, 3FTx считаются высокотоксичными и вызывают паралич всего тела, что делает их идеальной терапевтической мишенью.

    Ученые поместили гены 16 различных 3FTx в клетки млекопитающих, а затем проанализировали библиотеку из более 50 млрд антител в поисках элемента, способного связываться с 3FTx. После серии испытаний специалисты обнаружили подходящий образец под названием 95Mat5.

    Антитело испытали на мышах. Белок не только спас жизни грызунов при введении летальных доз яда многополосного крайта, черной мамбы, королевской кобры и индийской плюющейся кобры, но и защитил животных от паралича.

    Ученые отметили, что 95Mat5 не способен блокировать яд гадюк. Однако эту проблему можно решить, объединив с другими подходящими антителами. Таким образом, белок открывает путь к разработке универсального антидота, нейтрализующего яд любой змеи в мире.
    //gazeta.ru

  • Alimlər dünyanın ən təhlükəli ilanlarının zəhərlərinə qarşı universal antidot yaradıblar

    ABŞ-nin Kaliforniya ştatındakı “Scripps Research” tibb institutunun mütəxəssisləri dünyanın ən təhlükəli ilanlarının, o cümlədən kral kobra və qara mambanın zəhərini zərərsizləşdirən preparat hazırlayıblar.

    Tədqiqat “Science Translational Medicine” (STM) elmi jurnalında dərc olunub.

    Antidot bir çox ilan növlərində olan əsas toksini bloklayan anticismə əsaslanır. Sözügedən kəşf geniş spektrli zülallardan istifadə etməklə insanın immunçatışmazlığı virusu (İİV) ilə mübarizə üsullarını öyrənərkən edilib. İİV kimi, ilan toksinləri də mutasiyalar vasitəsilə qorunma yarada bilməyən konservləşdirilmiş bölgələrə malikdirlər.

    Alimlər qeyd ediblər ki, bu antidot gürzə zəhərinin qarşısını ala bilmir. Ancaq bu problem digər uyğun anticismlərlə birləşdirilərək aradan qaldırıla bilər. Beləliklə, zülal dünyada istənilən ilanın zəhərini zərərsizləşdirəcək universal antidotun yaradlmasına yol açır.
    //gazeta.ru

  • Köhnə “Windows 11” istifadəçiləri məcburi olaraq yenilənəcək

    “Microsoft” şirkəti “Windows 11 23H2” əməliyyat sisteminin yeni mərhələsinin başlandığını elan edib. “Windows 11”in köhnə versiyaları ilə işləyən uyğun cihazlar avtomatik olaraq yeni versiyaya yenilənəcək.

    Şirkət qeyd edir ki, yeniləmə dəstəyi başa çatmış və ya dayanmaq üzrə olan “Windows 11” kompüterlərinin təhlükəsizliyini və funksionallığını təkmilləşdirmək üçün nəzərdə tutulub. Beləliklə, yeniləmə “Windows 11 21H2 və 22H2” sistemli kompüter istifadəçilərinə təsir edəcək. Birinci versiyanın dəstəyi 2023-cü ilin oktyabrında başa çatıb, ikinci versiya isə bu ilin oktyabr ayına kimi dəstəklənəcək. Bundan sonra “Microsoft” onlar üçün yeniləmələri buraxmayacaq.

    “Microsoft” “Windows 11 23H2”ə yeniləmək üçün ən uyğun cihazları müəyyən etmək məqsədilə süni intellektdən istifadə edir. Bu, yeniləmə ilə bağlı potensial problemlərin qarşısını alacaq. Beləliklə, yeniləmə zamanı yeni əməliyyat sistemini quraşdırmaqda çətinlik çəkən qurğular lap axırda yenilənəcək.
    //gazeta.ru