Month: February 2024

  • Скончался заслуженный тренер Азербайджана

    Скончался известный специалист по тяжелой атлетике, заслуженный тренер, почетный деятель физической культуры и спорта Губад Джебраилов.

    Информация об этом опубликована на официальной странице Федерации тяжелой атлетики Азербайджана в Facebook.

    Отметим, что Г.Джебраилов родился 15 апреля 1939 года в Масаллинском районе.

    За свою карьеру он был рекордсменом республики, чемпионом и призером по поднятию тяжестей (легкая весовая категория), выполнил норматив мастера спорта, в составе сборной республики представлял Азербайджан на соревнованиях различного масштаба.

  • Azərbaycanın Əməkdar məşqçisi vəfat etdi

    Ağırlıqqaldırma üzrə tanınmış mütəxəssis, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi Qubad Cəbrayılov dünyasını dəyişib.

    Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasını rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

    Qeyd edək ki, Qubad Cəbrayılov 1939-cu il aprel ayının 15-də Masallı rayonunda anadan olub. Karyerası ərzində ağırlıqqaldırma üzrə yüngül çəkidə Respublika rekordçusu, çempionu və mükafatçısı olub, idman ustası normativini yerinə yetirib, Respublika yığma komandasının üzvü kimi müxtəlif miqyaslı yarışlarda Azərbaycanı təmsil edib.

  • Ахмед Ахмедов не переведен в больницу, будет рассмотрено представление о проведении экспертизы

    Распространилась информация о госпитализации в Республиканскую психиатрическую больницу Ахмеда Ахмедова (1999 г.р.), подозреваемого в жестоком убийстве в Баку 5 членов его семьи.

    Согласно информации, полученной АПА, Ахмед Ахмедов в настоящее время содержится в Бакинском СИЗО.

    Представление о проведении экспертизы в отношении Ахмеда Ахмедова поступило сегодня в суд. В ближайшее время оно будет рассмотрено в Хатаинском районном суде.

    Согласно решению суда, в связи с проведением медико-психиатрической экспертизы Ахмед Ахмедов будет направлен в Республиканскую психиатрическую больницу, где некоторое время будет находиться под наблюдением.

    Отметим, вчера сайт Qafqazinfo.az распространил информацию о том, что А.Ахмедов помещен в Республиканскую психиатрическую больницу.

  • Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov xəstəxanaya köçürülməyib

    Bakıda ailəsinin beş üzvünü amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

    APA-nın əldə etdiyi xəbərə görə, Əhməd Əhmədov hazırda Bakı İstintaq Təcridxanasındadır və orada saxlanılır.

    Əhməd Əhmədov barəsində ekspertiza keçirilməsi ilə bağlı təqdimat bu gün məhkəməyə daxil olub. Təqdimata yaxın müddətdə Xətai Rayon Məhkəməsində baxılacaq.

    Məhkəmənin qərarına əsasən, barəsində tibbi-psixi ekspertizanın keçirilməsi ilə bağlı Əhməd Əhmədov Respublika Psixiatriya Xəstəxanasına göndəriləcək və orada bir müddət müşahidə altında saxlanılacaq.

    Qeyd edək ki, ötən gün Qafqazinfo.az saytı Əhməd Əhmədovun Respublika Psixiatriya Xəstəxanasına köçürüldüyü ilə bağlı məlumat yayıb.

  • İlham Əliyev və Mehriban Əliyeva Xalq yazıçısının dəfn mərasiminə əklil göndəriblər

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Mövlud Süleymanlının dəfn mərasiminə əklil göndərib.

    “Report” xəbər verir ki, əklil Şamaxıda dəfn edilən yazıçının məzarı önünə qoyulub.

    Xatırladaq ki, Xalq yazıçısı Mövlud Süleymanlı beyninə qansızma (insult) diaqnozu ilə bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. O, ötən gün vəfat edib.

  • Bakıda 800 min manatlıq dələduzluqda təqsirləndirilən dəstə ilə bağlı bəzi DETALLAR

    Bakıda vətəndaşların etibarından istifadə edərək, onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işinin bəzi detalları məlum olub.

    “Report”un əldə etdiyi məlumata görə, aparılmış istintaqla müəyyən olunub ki, Zaur Zahidov, Namiq Bayramov, Heydər İlyasov, Rufan Qasımov və Orxan Həsənov qabaqcadan əlbir olaraq zərərçəkmiş Novruz Əlimirzəyevi vəzifəyə təyin etdirəcəkləri ilə bağlı yalan vəd verərək dələduzluq ediblər.

    Belə ki, təqsirləndirilən şəxslər N.Bayramov və O.Həsənov zərərçəkmişə Səhiyyə Nazirliyində və hüquq-mühafizə orqanlarında yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin şəxslər vasitəsilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə təyin etdirəcəklərini yalandan bildiriblər. Onlar N.Əlimirzəyevin 170 000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini bildiriblər. Bu məqsədlə tərəflər 2021-ci il avqustun əvvəllərində paytaxtda yerləşən kafelərin birində görüşərək zərərçəkmişdən ilk olaraq 100 000 manat məbləğində pul vəsaitini nağd şəkildə alıblar.

    N.Bayramov, O.Həsənov, Heydər İlyasov və Rufan Qasımov qabaqcadan əlbir olaraq N.Əlimirzəyevdən əlavə pul vəsaitlərini ələ keçirmək məqsədi ilə müxtəlif görüşlər keçiriblər. H.İlyasov özünü səhiyyə nazirinin köməkçisi kimi təqdim edərək zərərçəkmiş şəxsdən əlavə olaraq 80 000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsini bildirib və ondan 50 000 manat pulu nağd olaraq alıb.

    O, cinayətkar niyyətinin icrasının davamı olaraq, özünə olan inamı möhkəmləndirmək məqsədilə, guya zərərçəkmişin xəstəxanaya baş həkim təyin edilməsi görüntüsünü yaradan saxta əmrin həqiqi olması görüntüsünü yaradıb. Növbəti görüş zamanı özbaşına özünü vəzifəli şəxs, yəni TƏBİB-in əməkdaşı kimi təqdim edən R.Qasımov onun baş həkim vəzifəsinə təyin olunması barədə əmrin verilməsi məsələsini özü həll etdiyini yalandan bildirərək N.Əlimirzəyevdən 30 000 manat alıb.

    Beləliklə, N.Bayramov, O.Həsənov, H.İlyasov və R.Qasımov ilə qabaqcadan əlbir olaraq zərərçəkmişin ümumilikdə 250 000 manatını ələ keçirib külli miqdarda dələduzluq ediblər.

    Bundan başqa, təqsirləndirilən şəxslər yenə qabaqcadan əlbir olaraq Rəşat Əhmədova qarşı dələduzluq ediblər.

    Belə ki, onlar zərərçəkmiş şəxsin özləri barədə yaratdıqları inam və etibardan sui-istifadə edib, guya “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin şəxslər vasitəsilə qeyd edilən dəmir borunun demontaj olunmasının “Panarama FL” MMC-yə həvalə edilməsi imkanına malik olduqlarını deyiblər.

    Təqsirləndirilən şəxslər Xətai rayonu ərazisində keçirdikləri görüşləri zamanı R.Əhmədovun xeyrinə edəcəyi hərəkətə, yəni ASC-nin balansında olan metal materialdan quraşdırılmaqla istismarı dayandırılmış su borusunun Göyçay rayonu, Qaraməryəm kəndindən keçən hissəsinin demontaj olunmasının “Panarama FL” MMC-yə həvalə edilməsinə görə birbaşa yolla 500 000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildiriblər.

    R.Əhmədovdan 100 000, 14 960, 118 320 manat pul vəsaitlərinin ələ keçirməklə ümumilikdə 233 280 manat məbləğində pul vəsaitini ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq ediblər. Onlar R.Əhmədovun dəmir borunun demontaj olunmasina icazə verilməsi üçün tələb edilən 500 000 manat puldan qalan 266 720 manat pul vəsaitini verməkdən imtina etdiyindən, qalan pul vəsaitini ondan ala bilməyiblər.

    Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə araşdırılır.

    İş üzrə zərərçəkmiş şəxs qismində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Səhiyyə Nazirliyi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Novruz Əlimirzəyev və Rəşat Əhmədov tanınıb.

    N.Bayramov, O.Həsənov, Z.Zahidov, R.Qasımov və C.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) və 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, Z.Zahidov əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 6 ay müddətə, R.Qasımov Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətə, C.Əliyev isə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 2 il 9 ay müddətə həbs ediliblər. O.Həsənov isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Dövlət Neft Şirkəti Obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin Ümumi şöbəsinin rəisi olub.

  • В Баку скончался заключенный

    В Наримановском районе Баку скончался заключенный.

    Как сообщает АПА, несмотря на вмешательство медиков, спасти жизнь 36-летнего Азера Агаларова не удалось. Ранее в отношении его была избрана мера пресечения в виде ареста сроком на 3 месяца из-за наркотиков.

    Он был также судим за умышленное причинение тяжкого вреда здоровью и некоторое время назад был освобожден.

    По данному факту ведется расследование.

  • Bakıda narkotikə görə saxlanılan şəxs ölüb

    Bakının Nərimanov rayonunda narkotiklə bağlı saxlanılan şəxs ölüb.

    APA xəbər verir ki, barəsində narkotik cinayətlərinə görə 3 aylıq həbs qətimkan tədbiri seçilən 36 yaşlı Azər Namiz oğlu Ağalarova məntəqədə göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

    O, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə məhkum olunub, bir müddət əvvəl azadlığa çıxıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Свидетельница по делу об убийстве проректора: У брата были психологические проблемы

    Судебное следствие по делу об убийстве проректора университета “Тефеккюр” Тариэля Ахмедова близится к завершению.

    Как сообщает Qafqazinfo, на заседании, которое прошло в Бакинском суде по тяжким преступлениям, сестра и жена обвиняемого Даяната Гулиева дали показания в качестве свидетелей.

    Согласно обвинению, Д.Гулиев является организатором преступления. Мушфиг Атакишиев, занимавший на момент совершения преступления должность ректора указанного учебного заведения, заказал убийство Т.Ахмедова своему родственнику Даянату Гулиеву, который за денежное вознаграждение совершил уголовное преступление вместе со своим односельчанином Самиром Гулиевым.

    По словам сестры обвиняемого Гюнель Гулиевой, два года назад у Даяната стали проявляться психологические проблемы.

    “С тех пор он регулярно получал лечение. В день задержания брат должен был пойти к врачу, но отказался. Вечером он позвонил в полицию и признался в содеянном”, – добавила она.

    Г.Гулиева дала более подробные показания следователю в период предварительного следствия. Она рассказала о том, как о них заботился их дядя Мушфиг Атакишиев, а также о вредных пристрастиях своего брата.

    “После смерти отца нашим воспитанием занялся дядя. Он оплачивал все расходы. Дядя больше всего заботился о Даянате. Брат получил образование в вузе, в котором работал дядя. Позже Даянат увлекся алкоголем и азартными играми. Года два назад он позвонил мне и попросил одолжить деньги на оплату кредита. Тогда я и узнала о том, что он пристрастился к азартным играм. И деньги ему нужны были как раз для его пагубного хобби. Дядя потом тоже перестал давать ему деньги на азартные игры”, – рассказала сестра подсудимого.

    Позже с показаниями в качестве свидетеля должна была выступить супруга Даяната – Эльнара Гулиева. Согласно соответствующему закону, гражданин имеет право не свидетельствовать против себя самого, своего супруга и близких родственников. Э.Гулиева воспользовалась этим правом и отказалась давать показания.

    Председательствующий на заседании судья Сиявуш Гаджиев зачитал показания, данные свидетельницей на предварительном следствии. Жена обвиняемого рассказала следователю о том, что Самир Гулиев часто просил у Даяната денег. А тот факт, что ее муж всегда соглашался, вызывали у Эльнары подозрения. Свидетельница также упомянула, что последний перед арестом звонок Даянат сделал своему дяде.

    “Он сказал о том, что на потолок необходимо 4 000 манатов. Мушфиг Атакишиев признался полиции, что не дал ему эту сумму”, – сказала она.

    На этом дача показаний всех свидетелей по делу завершилась. Ожидается, что на процессе, назначенном на 13 марта, будут изучены документы, а затем выступит прокурор.

    Напомним, инцидент произошел в 2011 году. М.Атакишиев (заказчик) и С.Гулиев (исполнитель) привлечены по делу в качестве обвиняемых по статье 120.2.5 (умышленное убийство в корыстных целях) Уголовного кодекса Азербайджанской Республики, в отношении первого решением суда избрана мера пресечения в виде отстранения от должности, а в отношении последнего – ареста.

  • Prorektorun qətli ilə bağlı məhkəmə işində şahid: “Qardaşımın psixoloji problemləri vardı”

    “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

    “Qafqazinfo”nun məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda şahidlər ifadə veriblər.

    Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı, digəri həyat yoldaşıdır. İttihama görə, D.Quliyev cinayətin təşkilatçısıdır. Hadisə vaxtı sözügedən universitetin rektoru işləyən dayısı Müşfiq Atakişiyev prorektorun qətlini ona sifariş verib, o, isə qətli dostu Samir Quliyevə icra etdirib.

    Dəyanətin bacısı Günel Quliyevanın dediyinə görə, iki il əvvəl qardaşının psixoloji problemləri yaranıb. Bundan sonra mütəmadi olaraq müalicə alıb: “Saxlanılan gün də həkimə getməli idi, amma imtina etdi. Axşam telefon zəngi vasitəsilə hadisəni polisə etiraf edib”.

    G.Quliyeva ibtidai istintaq dövründə müstəntiqə daha geniş ifadə verib. İfadəsində həm dayısı Müşfiq Atakişiyevin onlara göstərdiyi qayğıdan, həm qardaşının pis vərdişlərindən danışıb:

    “Atamın ölümündən sonra dayım bizə atalıq etdi. Bütün xərclərimizi o çəkib. İçimizdən ən çox da Dəyanətə qayğı göstərirdi. Onu işlədiyi universitetdə oxutdu. Dəyanət sonralar içki içməyə, qumar oynamağa başladı. İki il əvvəl mənə zəng etdi, krediti olduğu üçün borca pul istədi. Onda bildim ki, qumar oynayır. Pulu ona görə istəyir. Qumara görə sonralar dayım da ona pul verməyib”.

    Daha sonra D.Quliyevin həyat yoldaşı Elnarə Quliyeva şahid qismində ifadə vermək üçün zala dəvət edilib. Qanuna görə, şahid yaxın qohumlarının əleyhinə ifadə verməyə bilər. Quliyeva da bu hüququndan istifadə edib, ifadə vermək istəməyib.

    Məhkəməyə sədrlik edən hakim Siyavuş Hacıyev şahidin istintaq dövründə verdiyi ifadəsini elan edib. Elnarə müstəntiqlə danışığında deyib ki, Samir Quliyev tez-tez Dəyanətə zəng edərək ondan pul istəyirmiş. Dəyanətin həmişə razılaşması isə onu şübhələndirib. Şahid ərinin həbsindən əvvəl M.Atakişiyevə zəng etməsindən də danışıb: “Həbsindən əvvəl sonuncu dəfə dayısına zəng edib. Deyib ki, tavana görə 4 min manat lazımdır. Dayısı pul vermədiyi üçün polisə etiraf edib”.

    Bununla iş üzrə bütün şahidlərin ifadəsi yekunlaşıb. Martın 13-nə təyin olunmuş prosesdə sənədlərin tədqiqi, daha sonra prokurorun çıxış edəcəyi gözlənilir.

    Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.

    Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. M.Atakişiyev həbsinə kimi Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru işləyib.