Month: February 2024

  • Ceyhun Bayramov Toivo Klaarla Azərbaycanla Ermənistan arasında normallaşma prosesini müzakirə edib

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov fevralın 22-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər.

    C.Bayramov uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

    Sülh sazişi layihəsinə gəldikdə ölkəmizin növbəti şərhlərinin Ermənistan tərəfinə təqdim edildiyi və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuz diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.

    Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Lökbatanda yük maşınından xeyli miqdarda pul oğurlanıb

    Fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Malayziyanın baş naziri İlham Əliyevi təbrik etdi

    Malayziyanın Baş naziri Ənvər İbrahim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə Sizə Malayziya xalqı və hökuməti adından səmimi təbriklərimizi çatdırıram.

    Sizin yenidən Prezident seçilməyiniz Azərbaycanı sülhə, sabitliyə və firavanlığa doğru aparmaqda nümunəvi rəhbərliyinizin göstəricisidir. Zati-alinizin xalqınızın tərəqqisi naminə davamlı fədakarlığı həqiqətən təqdirəlayiqdir. Əminəm ki, Siz Azərbaycanın dünya birliyinin hörmətli üzvü kimi nüfuzunu daha da yüksəldəcəksiniz.

    Ölkələrimiz arasında mövcud dostluq münasibətlərini və xalqlarımızın qarşılıqlı rifahı naminə əməkdaşlığı gücləndirmək üçün Sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm.

    Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycanı yeni iqtisadi tərəqqi və firavanlığa aparmaq üçün fəaliyyətinizdə uğurlar nəsib etməsini diləyirəm”.

  • “MTV”nin yayımı səkkiz saatlıq dayandırılacaq

    22 fevral 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

    İclasda son günlər geniş müzakirə olunan yeniyetmə qızların bir-birinə təhqiredici davranışlarını əks etdirən videogörüntülərin televiziya efirlərində nümayişi ilə bağlı vəziyyət müzakirə olunub.

    Bu xüsusda, 20 fevral 2024-cü il tarixdə “MTV” televiziya kanalının efirində 12.00–15.00 arası yayımlanan “Tarixin bir günü” proqramında həmin mövzunun işıqlandırılması zamanı “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir); 14.1.9-cu (böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir) və 15.1.5-ci (yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına media subyekti və jurnalist tərəfindən yol verilmir) maddələrinin tələblərinin pozulması faktları müzakirə edilib.

    Sözügüdən proqramın yayımı zamanı yeniyetmə qızlardan birinin digərinə qarşı nalayiq və təhqiredici hərəkətlərinin həmin qızın doğulduğu məkanla əlaqələndirilməsi və bununla da həmin yaşayış məntəqəsində məskunlaşanlara ayrı-seçkilik təbliğ olunaraq onların təhqir olunması, habelə həmin nalayiq hərəkətləri edən yeniyetmə qızın üzünün açıq göstərilməsi halları qanunvericiliyin tələblərinin birbaşa pozuntusu kimi qiymətləndirilib.

    Audiovizual Şura üzvlərinin yekdil fikri ilə bu pozuntulara yol vermiş “MTV” televiziya kanalının efirinin müvəqqəti (27 fevral 2024-cü il tarixdə, saat 09.00-dan 17.00-dək səkkiz saat müddətinə) dayandırılması haqqında qərar qəbul olunub.

  • AZAL-a prezident təyin edilən Samir Rzayev kimdir? – DOSYE

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Samir Musa oğlu Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

    Dövlət başçısının digər sərəncamı ilə Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

    Samir Rzayevin dosyesini təqdim edirik:

    Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib. Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

    Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus “Azərbaycan Supermarket” MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdiri vəzifəsində çalışıb.

    2009-2017-ci illərdə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri işləyib. Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus “Azərbaycan Supermarket” MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdüri vəzifəsində çalışıb.

    2022-ci ilin fevral ayında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, noyabr ayında AZAL-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

    Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilmişdi. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən – Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub. O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.

  • Süleyman Ələsgərovun 100 illik yubileyi qeyd ediləcək

    Prezident İlham Əliyev Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

    Xatırladaq ki, 2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur.

    Süleyman Ələsgərov milli mədəni ənənələr zəminində yüksələrək Azərbaycan musiqi mədəniyyəti tarixinə mühüm səhifələr yazmış sənətkarlardandır. Onun janr əlvanlığı və forma aydınlığı ilə seçilən zəngin yaradıcılığı öz mənbəyini xalq musiqisi xəzinəsindən almışdır. Operetta, opera, simfonik muğam və poemaları, süita, kantata, kamera-vokal və instrumental əsərləri, xüsusən də sözlə melodiyanın ahəngdar vəhdətində ərsəyə gətirdiyi və ifaçıların repertuarında geniş yer tutan mahnı və romansları bəstəkara musiqisevərlərin böyük rəğbətini qazandırmışdır. Süleyman Ələsgərov maarifçi və təşkilatçı kimi ölkənin mədəni həyatının müxtəlif sahələrində uğurla çalışmaqla yanaşı, həm də uzunmüddətli pedaqoji fəaliyyəti dövründə gənc musiqiçilər nəslinin yetişməsi istiqamətində təqdirəlayiq xidmətlər göstərmişdir.

  • Azərbaycanlı reperin halı görənləri dəhşətə gətirir – FOTO

    Tanınmış azərbaycanlı reper Mövlud Cəfərovun (ZiqZaq) sənətdən uzaq düşmə səbəbi məlum olub.

    Milli.az xəbər verir ki, o, narkomaniya bəlasından əziyyət çəkib. Bir müddət müalicə alaraq yenidən sağlığına qovuşan reperin dəyişimi görənləri şoka salıb. Onun xeyli çəki itirməsi diqqət çəkib.

    Yenidən həyata qayıdan reperin müalicədən öncə və sonrakı fotolarını təqdim edirik:






  • İlham Əliyev AZAL-a prezident təyin etdi

    Prezident İlham Əliyev Samir Musa oğlu Rzayevin “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Bundan başqa, dövlət başçısının digər sərəncamı ilə, Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

  • Fransanın müdafiə naziri Ermənistana səfər edəcək

    Fransanın müdafiə naziri Sebastyan Lekornyunun başçılıq etdiyi nümayəndə heyəti yaxın vaxtlarda Ermənistana səfər edəcək.

    “Yaxın vaxtlarda mənim rəhbərliyim ilə parlamentarilərdən və istehsalçılardan ibarət böyük nümayəndə heyəti Ermənistana gedəcək. Bu, tarixdə ilk dəfədir ki, Fransanın müdafiə naziri Ermənistana gedir”, – deyə cənab Lekornyu bildirib.

    “Bizim məsuliyyətimiz Ermənistana kömək etmək, xüsusən də onun müdafiə potensialını artırmaqdır. Danışıqlar yer-hava müdafiə sistemləri və zirehli texnikanın tədarükü ilə (lakin yalnız müdafiə məqsədləri üçün) bağlı olacaq”, – Fransanın müdafiə naziri qeyd edib.

    Lekornyu Fransanın MBDA raket sistemləri istehsalçısı ilə “Mistral” daşınabilən zenit raket kompleksləri ilə bağlı niyyət protokolu imzalandığını anons edib.

    Mənbə: kommersant.ru

  • İşləmək üçün Bakıya gələn afrikalı qadın ölkəsinə geri dönüb

    İşləmək üçün Bakıya gələn afrikalı qadın öz ölkəsinə qayıdıb.

    Bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Facebook” hesabında məlumat paylaşılıb.

    Bildirilib ki, iş vədi verilərək ölkəmizə gətirilən Nigeriya vətəndaşı olan qadın dünən Dövlət Miqrasiya Xidməti tərəfindən öz ölkəsinə yola salınıb.

    Qeyd edək ki, qadın yanvar ayında dayə işləmək məqsədi ilə Bakıya dəvət edilib, daha sonra ona iş verməkdən imtina edilib.