Month: February 2024

  • Sabah Suraxanıda qaz olmayacaq

    Sabah Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.

    Bildirilir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə fevralın 22-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Təmir-bərpa işləri görülən müddətdə Qaraçuxur qəsəbəsinin Vüqar Quliyev, Fərman Kərimzadə, Əhməd Mehbalıyev, Zaur Şərifov, Rafiq Əlicanov və Yaşar Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • В Азербайджане в прошлом месяце выдано льготных кредитов на сумму около 11 млн манатов

    В январе этого года Фонд развития предпринимательства при Министерстве экономики предоставил льготные кредиты в размере 10,7 млн манатов на финансирование 181 проекта.

    Об этом сообщили в Фонде.

    Согласно информации, за счет выданных кредитов планируется создать 57 новых рабочих мест.

  • Azərbaycanda ötən ay 11 milyon manata yaxın güzəştli kredit verilib

    Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 181 layihənin maliyyələşdirilməsinə 10,7 milyon manat güzəştli kredit verib.

    Bu barədə Fonddan bildirilib.

    Məlumata görə, verilmiş kreditlər hesabına 57 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

  • В Азербайджане ожидаются интенсивные осадки

    В Баку и на Абшеронском полуострове до вечера 23 февраля ожидается дождливая погода, местами осадки будут интенсивными.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    22 февраля в основном в восточных районах Азербайджана, а 23 февраля в большинстве районов временами ожидаются осадки, местами выпадет снег. Наиболее интенсивные осадки пройдут в Балакян-Шекинском, Губа-Гусарском, Газах-Гянджинском, Лянкяран-Астаринском, Карабахском, Восточно-Зангезурском регионах и Нахчыванской АР.

    Будет преобладать западный ветер, который 23 февраля преимущественно в горных и предгорных районах усилится до 15-20 м/с.

  • İntensiv yağış və qar yağacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.

    Fevralın 22-də əsasən Azərbaycanın şərq rayonlarında, 23-də isə əksər yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Lənkəran-Astara, Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var.

    Qərb küləyi əsəcək, fevralın 23-də əsasən dağlıq və dağətəyi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək.

  • Бакинское метро завтра будет работать до 01:00

    В ночь с 22 на 23 февраля в режим работы ЗАО “Бакинский метрополитен” будут внесены изменения в связи с домашним матчем футбольного клуба “Карабах” стадии плей-офф Лиги Европы УЕФА.

    Об этом сообщает Median.Az со ссылкой на ЗАО.

    Согласно обращению Ассоциации футбольных федераций Азербайджана (АФФА), в ночь с 22 на 23 февраля время работы метрополитена будет продлено на 1 час.

  • Bakı metrosu sabah gecə saat 01:00-a qədər işləyəcək

    Fevralın 22-dən fevralın 23-nə keçən gecə UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan “Qarabağ Futbol Klubu” MMC-nin ev oyunu ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

    Median.Az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə metropolitenin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.

    “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

    Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Stansiyaya, əlavə işçi qüvvəsi ayrılmaqla, növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da nəzərdə tutulacaq.

    Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin iş günləri qrafikinə uyğun hərəkət edəcək. Axşam gur saat vaxtından sonra, zərurət yaranarsa, xəttə ehtiyat qatarlar buraxılacaq.

  • Azərbaycan parataekvondo millisi beynəlxalq turniri 3 medalla başa vurub

    Parataekvondo üzrə Azərbaycan millisi İranın paytaxtı Tehranda keçirilən “6th WT President’s Cup” turnirini 3 medalla başa vurub.

    Yığma üzvləri yarışda 1 gümüş, 2 bürünc mükafata yiyələniblər.

    K44 kateqoriyasında 70 kq çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov ikinci, 58 kq və +80 kq çəkilərdə çıxış edən Sabir Zeynalovla Şahmar Quliyev üçüncü yeri tutublar.

    Qeyd edək ki, millinin 3 üzvü – İmaməddin Xəlilov, Sabir Zeynalov və Əbülfəz Abuzərli Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanıblar.

  • Расширен перечень профессий и должностей, дающих право на досрочную пенсию

    За последние два года в перечень профессий и должностей, дающих право на досрочную пенсию на льготных условиях, добавлено 65 новых профессий и должностей.

    Об этом Report сообщили в министерстве труда и социальной защиты населения.

    Было отмечено, что в настоящее время в этот список входит более 4 тысяч профессий и должностей, дающих возможность выйти на пенсию на 5 лет раньше.

    Также сокращен требуемый пенсионный капитал и ожидаемый период пенсионных выплат при расчете пенсии, в результате чего средний размер начисленной пенсии увеличился на 42-62%.

  • Erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısı genişləndirilib

    Güzəştli şərtlərlə erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısına son 2 ildə 65 yeni peşə və vəzifə əlavə edilib.

    Bununla bağlı “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

    Qeyd edilib ki, hazırda həmin siyahıda 5 il erkən pensiyaya çıxmaq imkanı verən 4 mindən çox peşə və vəzifə, göstərici əhatə olunub.

    Nazirliyin məlumatına görə, pensiya təminatı sahəsində son illər aparılan islahatlar nəticəsində bu təminat sisteminə əlçatanlığın artırılması, erkən pensiya hüququ olan kateqoriyaların sırasının genişləndirilməsi istiqamətində də mühüm addımlar atılıb.

    Nazirlər Kabinetinin müvafiq qərarları ilə son iki ildə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na ümumilikdə 65 yeni peşə və vəzifə əlavə edilib.

    ƏƏSMN-dən bildirilib ki, hazırda 35 hissə, 280 yarımhissədən ibarət olan həmin Siyahıda 4 mindən çox peşə və vəzifə, göstərici mövcuddur ki, həmin sahələrdə çalışanlara 5 il erkən pensiyaya çıxmaq hüququ verilib.

    Eyni zamanda, 2022-ci ildə “Əmək pensiyaları haqqında” Qanunda edilmiş əlavə və dəyişikliklər zərərli və ağır işlərdə çalışan şəxslərə pensiya yaşına çatdıqda daha erkən pensiya hüququ verilməsi şərtlərini xeyli yumşaldıb. Kişilərdən 12 il 6 ay, qadınlardan 10 il zərərli işlərlə bağlı staj və fərdi hesabda müvafiq pensiya kapitalı olduqda 25 il staj tələbi aradan qaldırılıb.

    Tələb olunan pensiya kapitalı və pensiya hesablanan zaman gözlənilən pensiya ödənişi müddəti göstəricisi də azaldılıb ki, bu da onlara hesablanan pensiya məbləğinin orta hesabla 42-62 faiz artması ilə nəticələnib.