Month: February 2024

  • “Bavariya” mövsümün sonunda baş məşqçisi ilə vidalaşacağını açıqlayıb

    Almaniyanın “Bavariya” klubu baş məşqçisi Tomas Tuxellə bağlı qərarını açıqlayıb.

    Bu barədə Münxen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

    Bildirilib ki, 50 yaşlı mütəxəssis mövsümün sonunda komandadan ayrılacaq.

    Qeyd edək ki, Tuxel ötən ilin martında baş məşqçi təyin olunmuşdu.

  • Almaniyada Ukraynanın daha bir basketbolçusu ölüb

    Almaniyada hücuma məruz qalan Ukraynanın daha bir basketbolçusu Artyom Kozaçenko dünyasını dəyişib.

    Son günlərini xəstəxanada keçirən oyunçu 18 yaşında vəfat edib.

    O, dostu, digər basketbolçu Vladimir Yermakovla birlikdə olarkən bıçaqlanmışdı.

    Həmin vaxt 17 yaşlı Yermakov dünyasını dəyişmişdi.

  • Завтра ожидается дождливая погода

    22 февраля в Азербайджане ожидается дождливая погода.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Завтра в Баку и на Абшеронском полуострове местами ожидаются осадки. Будет преобладать умеренный северо-восточный ветер. Температура воздуха ночью будет колебаться в пределах 2-4°, днем 4-6° тепла. Атмосферное давление составит 770 мм ртутного столба, относительная влажность воздуха – 80-90%.

    В горных и предгорных районах Азербайджана ожидается дождь, иногда снег, а также временами туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 2-6°, днем 7-11° тепла, ночью в горах 3-8° мороза, днем от 3° мороза до 2° тепла.

  • Sabah yağış yağacaq

    Fevralın 22-də Azərbaycanda havanın yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 80-90 % olacaq.

    Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • В Азербайджане в 2023 году сократилось число преступлений, связанных с наркотиками

    В Азербайджане в 2023 году сократилось число зарегистрированных преступлений, связанных с незаконным оборотом наркотических средств и психотропных веществ.

    Об этом говорится в годовом отчете Госкомитета статистики, подготовленном на основе данных МВД.

    Согласно данным, из 36 811 зарегистрированных за год в Азербайджане преступлений 10 057 или 27,3% были связаны с незаконным оборотом наркотиков и психотропных веществ. Это в свою очередь на 5,7% меньше, чем в 2022 году.

    Установлена причастность 8 697 лиц к данным преступлениям, из них 35,6% (на 5% меньше в годовом исчислении) ранее привлекались к уголовной ответственности. Среди задержанных 98,1% были привлечены к уголовной ответственности.

    Среди привлеченных к ответственности 70,6% были безработными и людьми без полного среднего или высшего образования, 2,8% составляли женщины.

    В то же время 0,2% привлеченных к ответственности были несовершеннолетние в возрасте от 14 до 17 лет, 6% – от 18 до 24 лет, 15,9% – от 25 до 29 лет и 77,9% – 30 лет и старше.

    Всего сотрудниками полиции за год было конфисковано 6343,4 кг наркотических средств и психотропных веществ, что на 26% больше, чем в 2022 году. Среди них 3823,7 кг марихуаны, 1939,3 кг героина, 261,2 кг опиума, 65,2 кг гашиша, гашишного масла и смолы, 0,5 кг кокаина, 253,5 кг других наркотиков и сильнодействующих веществ.

  • Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70,6 faizini işsiz və oxumayanlar törədib

    Ötən il Azərbaycanda narkotiklə bağlı cinayətlərin 70,6 faizini heç yerdə işləməyən və oxumayanlar törədib.

    Bu barədə Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yaydığı illik hesabatda qeyd olunub.

    Bildirilib ki, onlardan 2,8 faizini qadınlar təşkil ediblər. Cinayət törədənlərin 0,2 faizi 14-17 yaşda olan uşaqlar, 6,0 faizi 18-24 yaşlı, 15,9 faizi 25-29 yaşlı gənclər, 77,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

    Qeydə alınan 36811 cinayət hadisəsinin 10057-si və ya 27,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub ki, bu da 2022-ci ilin göstəricisindən 5,7 faiz azdır.

    Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törədən 8697 şəxs müəyyən edilib. Onların 35,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunan şəxslər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,0 faiz çoxdur. Cinayət törətmiş şəxslərin 98,1 faizi cinayət məsuliyyətinə cəlb olunublar.

    Məlumata görə, 6343,4 kiloqram və ya 2022-ci ilin göstəricisi ilə müqayisədə 26,0 faiz çox narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin 3823,7 kiloqramını marixuana, 1939,3 kiloqramını heroin, 261,2 kiloqramını tiryək, 65,2 kiloqramını həşiş, həşiş yağı və qətranı, 0,5 kiloqramını kokain, 253,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

  • В Азербайджане соцпособия будут выплачены 23 февраля

    23 февраля в Азербайджане предусмотрена выплата всех пособий, стипендий, компенсаций и адресной государственной социальной помощи.

    Об этом сообщили в Государственном фонде социальной защиты.

    9 февраля были выплачены пенсии за февраль по городам Баку, Сумгайыт и Абшеронскому району, а 15 февраля – по регионам страны, а также пенсии, назначенные на льготных условиях.

  • Fevralın 23-də bütün sosial yardımlar ödəniləcək

    Fevralın 23-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

    Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

    Qeyd edək ki, fevralın 9-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

  • В Худате столкнулись два автомобиля, есть пострадавший

    В Худате произошло дорожно-транспортное происшествие.

    Как передает Report, в результате столкновения двух автомобилей травмы различной степени тяжести получил Адиширинов Мурадхан Эльбрус оглу (2000 г.р.).

    Пострадавший был госпитализирован в центральную районную больницу, однако из-за тяжести состояния его пришлось перевезти в одну из столичных больниц. В ходе обследования у парня диагностировали открытую черепно-мозговую травму.

    По факту ведется расследование.

  • Xudatda gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb

    Xudatda 24 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

    İki avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Adışirinov Muradxan Elbrus oğlu ağır xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.
    //report