Month: February 2024

  • 50 il əvvəl Xankəndidəki ali məktəbdə yaşanan maraqlı hadisə – VİDEO

    Qarabağın ilk ali məktəbi 1969-cu ildə Xankəndidə fəaliyyətə başlayıb.

    Əvvəlcə Azərbaycan Pedaqoji İnstitunun Xankəndi filialı kimi ali məktəbin 100 tələbəsi olub.

    Burada ilk dövlət imtahanı 1973-cü ildə keçirilib.

    İmtahana birinci daxil olan və ali məktəbin əlaçı tələbəsi Vaqif Ağayev “AzTV Xəbər”ə danışıb.

    Qarabağ işğal olunandan sonra Gəncədə məskunlaşan Vaqif müəllim bundan sonra Qarabağ Universiteti kimi fəaliyyət göstərəcək ali məktəbin ilk məzunlarındandır.

    Ətraflı süjetdə:

  • Полад Бюльбюльоглу отреагировал на задержание Кямиля Зейналлы

    Кямиля Зейналлы задержали в России вчера ночью. Мы не знаем истинных причин его задержания, тем не менее посольство немедленно предприняло все необходимые шаги.

    Об этом заявил gununsesi.info чрезвычайный и полномочный посол Азербайджана в России Полад Бюльбюльоглу.

    Дипломат отметил, что настоящие причины задержания К.Зейналлы станут известны сегодня.

    “У него есть свои версии по поводу своего задержания. Теперь станет известно, почему его задержали. Мы наняли для него адвоката, а также отправили к нему консула. Посольство делает все, что положено”, – сказал он.

    Отметим, что известный фитнес-тренер Кямиль Зейналлы был задержан минувшей ночью в аэропорту, возвращаясь из Москвы в Баку.

    По утверждению спортсмена, его задержали, так как он был объявлен Арменией в розыск.

  • Polad Bülbüloğlu Kamil Zeynallının saxlanılmasından DANIŞDI

    “Kamil Zeynallı dünən gecə saatlarında saxlanılıb. Onun saxlanılmasının əsl səbəblərini bilmirik. Amma səfirlik olaraq, dərhal bütün addımları atmışıq”.

    Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

    Səfir bildirib ki, Kamil Zeynallının saxlanılmasının əsl səbəbləri bu gün bəlli olacaq:

    “Saxlanılması barədə özünün iddiaları var. İndi məlum olacaq ki, niyə saxlanılıb. Biz onun üçün vəkil tutmuşuq. Konsulu da yanına göndərmişik. Səfirlik üzərinə düşən hər şeyi edir”.

    Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.

    Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

  • Arvadının qohumunu armaturla döyən şəxsə HÖKM OXUNDU

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Elgün Malıyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, üç il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

    İttihama görə, hadisə 12 avqust 2023-cü il tarixdə, saat 22 radələrində İmişli rayonu, Yalavac kəndində qeydə alınıb.

    Belə ki, Elgün Malıyev yaşadığı evin küçə qapısı qarşısında həmyerlisinin idarə etdiyi “Nissan Sunny” markalı avtomobili saxlayıb, qohumu, zərərçəkmiş Elman Səfərovla (soyadı şərti) söhbət etdiklərini görüb. Bu zaman o, həmin şəxslərə yaxınlaşaraq, avtomobilə minib sürüb çıxıb getmələrini tələb edib. Sonra onun zərərçəkmiş şəxslə arasında mübahisə yaranıb. Nəticədə Elgün əsəbiləşərək həyətinə keçib, küçə darvazasının arxasında yerə sancılmış armatur parçasını əlinə götürüb. O, yenidən küçəyə çıxaraq Elmanın qarın nahiyəsinə armatur parçası ilə bir dəfə qəsdən vuraraq, ona xəsarət yetirib.

    Hadisədən sonra Elgün Malıyev cinayət məsuliyyətinə cəlb edilib.

    Qeyd edək ki, zərərçəkmiş Elman Səfərov təqsirləndirilən Elgün Malıyevin qayınatasının əmisi nəvəsidir.

  • Estoniya prezidenti İlham Əliyevi təbrik etdi

    Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

    Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər böyük əhəmiyyət kəsb edir. Məmnuniyyət hissi ilə bildirirəm ki, Estoniya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı anlaşma və ölkələrimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət kimi möhkəm təməl üzərində qurulub.

    Qarşıdakı illərdə Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

    Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Estoniya prezidenti İlham Əliyevi təbrik etdi

    Estoniya Respublikasının Prezidenti Alar Karis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

    Tarixin bu çətin dövründə sabitlik və yaxşı münasibətlər böyük əhəmiyyət kəsb edir. Məmnuniyyət hissi ilə bildirirəm ki, Estoniya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı anlaşma və ölkələrimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət kimi möhkəm təməl üzərində qurulub.

    Qarşıdakı illərdə Estoniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

    Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Rusiyada Navalnının qardaşı barədə axtarış elan edilib

    Rusiya müxalifətinin həbsxanada müəmmalı şəkildə ölmüş nümayəndəsi Aleksey Navalnının qardaşı Oleq Navalnı barəsində axtarış elan edilib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Daxil İşlər Nazirliyindən bildirilib.

    Ona qarşı irəli sürülən ittiham hələ ki məlum deyil.

    Qeyd edək ki, Oleq Navalnı barəsində 2022-ci ilin yanvarında axtarış elan edilib. Bundan əvvəl Cinayət-İslah Müfəttişliyi Oleq Navalnının “sanitariya işi” adlanan iş üzrə şərti cəzasının ləğvi təklifi ilə məhkəməyə müraciət etmişdi. Cinayət işi 2021-ci il yanvarın 23-də Moskvada Aleksey Navalnıya dəstək üçün hakimiyyətin icazə vermədiyi etiraz aksiyası ilə bağlı hadisələrə aiddir. Tədbirdən sonra sanitar-epidemioloji qaydaların pozulması da daxil olmaqla bir sıra cinayət işləri açılmışdı. Bu məsələ ilə bağlı müxalifətçinin bir neçə tərəfdarı, o cümlədən Oleq Navalnı saxlanılmışdı.

    Xatırladaq ki, bu il fevralın 16-da Aleksey Navalnı Rusiyanın Yamalo-Nenesk muxtar dairəsində 3 saylı islah əmək müəssisəsində ölüb. İstintaq Komitəsi siyasətçinin ölüm faktı üzrə araşdırmalara başlayıb.

  • Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 5 dəfə artıb

    Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 28,6 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon manat və yaxud 5,1 dəfə çoxdur.

    Bu barədə “Report”un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

    Məlumata görə, bu il fevralın 1-nə qədər Naxçıvanda 2 940 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

    Bundan başqa, yanvarın sonuna qədər “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 987,6 min manatdan çox, təkcə yanvar ayında isə 130,4 min manat ƏDV məbləği geri qaytarılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar ayında istehlakçılara qaytarılan məbləğ 6,2 dəfə artıb.

  • İsrail ordusu Hizbullahın mövqelərinə zərbələr endirib, bir neçə obyekt vurulub

    İsrail ordusu Livanın cənubunda Hizbullah obyektlərinə zərbələr endirib.

    Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

    Qeyd olunub ki, Hizbullahın dörd obyekti vurulub.

    Məlumata görə, bu, qarşı tərəfin hücumlarına cavab olub.

  • AQTA: Şirvanda badımcan turşusundan zəhərləndiyi deyilən qız digər diaqnozdan vəfat edib

    Şirvanda badımcan turşusundan zəhərlənmə ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanası tərəfindən 2001-ci il təvəllüdlü Lalə İlqar qızı Fərziyevaya “toksiki şok, dəqiqləşdirilməmiş sepsis, kəskin respirator çatışmazlığı və poliorqan çatışmazlığı” diaqnozu qoyulmuş və bunun nəticəsində müalicə aldığı xəstəxanada vəfat etdiyi məlum olub.

    Qeyd edək ki, ötən gecə badımcan turşusundan zəhərlənmiş gəncin Sumqayıt şəhərində xəstəxanada öldüyü barədə məlumat yayılıb.