Month: February 2024

  • Bakı Ukraynaya yenə yardım göndərdi

    Prezident İlham Əliyevin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq, ölkəmiz tərəfindən Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının sonuncu hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından Ukraynaya yola salınıb.

    Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 670 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 26 ədəd transformator və komplekt transformator məntəqəsi daxildir. 25 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir.

    Qeyd edək ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan humanitar yardımın əvvəlki hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr, 8 dekabr və 2024-cü ilin 11 yanvar tarixlərində Ukraynaya göndərilib. Ümumilikdə, bu çərçivədə Ukraynaya 107 TIR-dan ibarət yük avtomobili karvanı ilə 3,3 milyon metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 72 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb.

  • Bu universitet Putinin adını daşıyacaq (FOTO)

    Çeçenistandakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti ölkə Prezidenti Vladimir Putinin adını daşıyacaq.

    Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün “Telegram” kanalında məlumat verib.

    Kadırovun sözlərinə görə, mərkəzə Putinin adının verilməsi barədə qərar universitet yaranan vaxt verilib.

    “Ona görə də mən rəsmi şəkildə bəyan edirəm ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universiteti zəmanəmizin ən müdrik, uzaqgörən və istedadlı liderinin – Vladimir Putinin adını daşıyacaq”, – Kadırov bildirib.

    Qeyd edək ki, Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universiteti Qudermesdə yerləşir. Universitet atəş, xüsusi taktika, hava-desant, dağ hazırlığı, həmçinin cangüdənlər və hərbi jurnalistlər üçün təlimlər kimi sahələri əhatə edir.

  • “Braqa” Bakıya bu heyətlə gələcək

    UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” ilə qarşılaşacaq “Braqa”nın Bakıya gələcək heyəti bəlli olub.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    Keçirdiyi əməliyyatdan sonra bərpa prosesini başa vuran Bruma da heyətdə yer alıb. Kapitan Rikardo Orta isə bu dəfə də komandadan kənarda qalıb.

    Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek

    Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendeş, Fransişku Çissumba, Vitor Qomeş, Kristian Borxa

    Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Salasar, Vitor Karvalyu, Pittsi, Joau Moutinyu, Cibril Sumare

    Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Markuş Lopeş, Rocer Fernandeş, Simon Banza.

    Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

    Xatırladaq ki, ilk matç qarabağ atlarının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

  • Almaniya millisinin sabiq futbolçusu vəfat edib

    Almaniya millisinin sabiq futbolçusu Andres Breme dünyasını dəyişib.

    Keçmiş müdafiəçi 63 yaşında vəfat edib.

    Qeyd edək ki, Andres Breme 1990-cı ildə Almaniya yığması ilə dünya çempionu olub. O, ölkəsində “Bavariya”, İtaliyada “İnter”, İspaniyada “Saraqosa” kimi klubların formasını geyinib.

  • Bakıda ən ucuz torpaq bu ərazilərdədir (QİYMƏTLƏR)

    Hər il olduğu kimi, 2024-cü ildə də daşınmaz əmlak bazarında bahalaşma gözlənilir. Ekspertlər hesab edir ki, hazırda nəinki ucuz qiymətə ev və torpaq sahəsi tapmaq müşkülə çevrilib, hətta çıxarış və təyinat məsələsində də müəyyən problemlərlə üzləşmək qaçılmazdır.

    Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov “Yeni Sabah”a bir sıra məqamlardan söz açıb. Bildirib ki, daşınmaz əmlak bazarında son illər ərzində 30 faiz bahalaşma qeydə alınıb:

    “2020-ci ildən sonra ev və torpaq sahələrinin qiymətində bahalaşma qeydə alınır. İşğaldan azad olunan ərazilərdə aparılan tikinti işləri inşaat malları bazarında müəyyən qiymət artımına səbəb olub. İlk növbədə, isə bu bahalaşma armaturun qiymətində hiss olunmağa başlayır. Tikinti şirkətləri də həmin səbəbdən dolayı qiymətləri artırmağa qərar verib. Digər bir amil isə Rusiya-Ukrayna müharibəsidir. Bu zaman ölkəyə müəyyən qədər axın oldu. Bu da ümumilikdə daşınmaz əmlak bazarına təsir etdi. Orta hesabla son 3 il ərzində 30 faiz bahalaşma müşahidə olunur. Torpaqların da qiymətində artım var. Bunun əsas səbəbi boş ərazilərin məhdud olması ilə bağlıdır. Torpaq sahələrinin satış qiymətinə təsir edən başqa bir səbəb isə zəlzələdir. Ötən il Türkiyədə yaşanan güclü zəlzələ, daha sonra ölkəmizdə qeydə alınan yeraltı təkanlar həyət evləri və torpaq sahələrinə olan tələbatı artırdı. Bu səbəb də qiymət artımına zəmin yaradır”.

    Ekspert qeyd edib ki, 2024-cü ildə ən ucuz topraq sahəsinin qiyməti 5 min manatdan başlayır:

    “Torpaq və evlərin qiymətləri əsasən əraziyə görə ucuz, ya da çox baha olur. Şəhərin mərkəzində, yaxınlığında yerləşən ərazilərdəki daşınmaz əmlaklar baha, şəhərətrafı qəsəbə və ərazilərdə olan alqı-satqı obyektləri isə adətən daha münasib qiymətə təklif edilir. Ötən il bir sot torpaq sahəsinin qiyməti 3-4 min arası dəyişirdi. 2024-cü il üçün ən ucuz torpaq sahəsinin 1 sot üçün olan qiyməti 5 min manatdan yüksəkdir. Bu qiymət isə Abşeron, Zirə, Türkan və s. Bakıətrafı qəsəbələr üçün keçərlidir. Şəhərə yaxınlaşdıqca, təkliflər kəskin azalır, eyni zamanda çıxarışı və təyinatı yaşayış məntəqəsi olan torpaq sahəsi tapmaq müşkülə çevrilir. Çıxarışsız və təyinatı fərqli torpaq sahəsi satın alanlar bu ərazidə ev tikə bilmir.

    Ən baha torpaq sahələri mərkəzdə olan ərazilərdə satışa çıxarılır. Burada alıcılıq qabiliyyəti digər yerlərə nisbətən daha azdır. Belə yerlərdə bir sot torpağın qiyməti 400 min manata qədər yüksəlir”.

    E.Azadov bildirib ki, daşınmaz əmlak bazarında qiymətləri tikinti şirkətləri müəyyən edir:

    “Bu sahədəki qiymətlər əsasən tikinti şirkətləri tərəfindən tənzimlənir. Buna görə də 2024-cü ilin sonuna qədər tikinti şirkətlərinin alqı-satqı obyektlərinə müəyyən qədər təsir edəcəyi gözlənilir. Ümumi olaraq isə həm evlərdə, həm də torpaq sahələrinin qiymətində 10 faiz bahalaşma olacağını demək mümkündür”.

  • В столице Сомали при взрыве погибли пять человек

    По меньшей мере пять человек, находившихся в микроавтобусе, убиты в результате подрыва самодельного взрывного устройства на дороге в сомалийской столице Могадишо.

    Об этом сообщил сомалийский новостной портал Garowe.

    Еще 10 человек получили ранения. Взрыв произошел в столичном районе Хелива.

    Власти обвинили группировку “Аш-Шабаб” в подготовке и проведении террористического акта.

  • Somalidə mikroavtobus partladılıb, ölənlər var

    Somalinin paytaxtı Moqadişuda partlayıcı qurğunun yolda partlaması nəticəsində mikroavtobusda olan azı 5 nəfər həlak olub.

    Bu barədə Somalinin “Garoue” xəbər portalı məlumat yayıb.

    Qeyd edilib ki, daha 10 nəfər yaralanıb.

    Somali rəhbərliyi “Əş-Şəbab” qruplaşmasını terror aktı hazırlamaqda və həyata keçirməkdə ittiham edib.

  • Linkoln 1864-cü ildə Baydenin ulu babasını əfv edibmiş

    1864-cü ildə ABŞ-ın 16-cı prezidenti Abraham Linkoln ABŞ-ın hazırkı prezidenti Co Baydenin ulu babası Cozef Robineti əfv edib.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Washington Post” (WP) arxiv mənbələrinə istinadən yazıb.

    Nəşrin məlumatına görə, Baydenin əcdadı 1861-1865-ci illərdə Amerika vətəndaş müharibəsi zamanı şimal ordusunun artilleriya bölməsində ehtiyatda olub. Qeyd edilir ki, Robinet ilə həmkarı Con Aleksandr arasında dava düşüb və nəticədə Alkesander bir neçə bıçaq zərbəsi alıb.

    Baydenin ulu babası təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, prezident Linkolndan əfv alaraq cəzasını çəkməkdən xilas olub.

  • Sabahın hava proqnozu

    Fevralın 21-də Azərbaycanda havanın yağıntılı olacağı, bəzi yerlərə qar yağacağı gözlənilir.

    Bu barədə Milli Hidromoterologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

  • Azərbaycana gələn reperin Şəmkirdəki ferması sökülür – VİDEO – FOTO

    Rusiya şou-biznesində “Navai” təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin keçmiş solisti Nəvai Bəkirovun Şəmkir rayonunda tikintisini apardığı ferması sökülür.

    Azərbaycanəsilli rep ifaçısı bu barədə özünün sosial media hesabında xəbər verib və kadrlar paylaşıb.

    “Şəmkir meriyası fermanı sökmək üçün kiçik kəndimizə gəlib. Kömək edən və etməyən hər kəsə təşəkkür edirəm”, – deyə o, bildirib.

    O, fermada mal-qaranın su içməsi və balıqçılıq üçün hətta göl tikintisi işlərinin getdiyini deyib.

    Bir sözlə, Dubay və Tailanddan sonra kəndə gəldim və ilhamlandım. Qərara gəldim ki, dünya dərdlərindən uzaq dura biləcəyim, həmçinin təbiətə və heyvanlara daha yaxın ola biləcəyim yer tikim. Torpaq nənəmin mülkü olduğu üçün tikintiyə başladım. Məlum oldu ki, bu torpaq əkinçilik üçün nəzərdə tutulub, əslində elə gördüyüm iş də budur, ancaq dedilər “yox!” və sökməyə başlayıblar. Axı şəhərin mərkəzində hündürmərtəbəli biznes mərkəzi tikmirəm…

    Kədərliyəm, çünki müraciət etməliyəm, amma bilmirəm, bacarmıram və etməyəcəyəm. Ümid edirəm ki, hökumətdən kimsə bunu görüb mənə kömək edəcək!”, – deyə Nəvai bildirib.