Month: February 2024

  • Kamala Harris: Biz Rusiyadan Ukraynaya dəymiş ziyana görə təzminat tələb edəcəyik

    ABŞ Rusiyadan Ukraynaya dəymiş ziyana görə təzminat tələb edəcək.

    Bu barədə ABŞ-nin vitse-prezidenti Kamala Harris Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

    Harris söyləyib ki, Prezident Cozef Baydenin administrasiyası müharibə bitdikdən sonra Ukraynaya dəymiş ziyana görə Rusiyadan təzminat tələb edəcək:

    “Biz ədalətli və davamlı sülhə nail olmaq üçün səylərimizi davam etdirəcəyik. Biz Rusiyanın Ukraynaya dəymiş ziyanı ödəməsini təmin edəcəyik”.

    “Prezident Baydenlə mən uğur qazanmaq üçün lazım olan resurslara və silahlara sahib olmanızı təmin etmək üçün işləməyə davam edəcəyik”.

    “Lazım olduğu qədər sizinlə olacağıq”, – siyasətçi vurğulayıb.

  • Azərbaycan sumoçuları Açıq Avropa kubokunda 3 medal qazanıblar

    Azərbaycan sumoçuları Estoniyanın Vinni şəhərində keçirilən Açıq Avropa kubokunda 3 medal qazanıblar.

    “Report”un məlumatına görə, onlardan 1-i qızıl, 2-si gümüş mükafata yiyələnib.

    Xəyyam Abdullayev (77 kq) bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Rəsul Məmmədzadə (77 kq) və Sadiq Ağamaliyev (115 kq) isə fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

    Azərbaycan millisi ümumi komanda hesabında 3-cü olub.

  • Toyuğun hansı hissəsi daha çox zəhərləyir?

    Toyuqdan zəhərlənmə çox rast gəlinən zəhərlənmə növüdür və insanı öldürə bilər.

    “Medicina” xəbər verir ki, toyuqda 2 hissə daha çox toksiki təsir edə bilər.
    Həkim dietoloq Yelena Solomatina bu barədə məlumat verib.

    “İnsanlar daha çox toyuğun büzdüm və oynaq hissələrindən zəhərlənir. Qrildə və ya tabakada elə yerlər var ki, yaxşı bişmir və çiy qalır.

    Təhlükəli yerlər – büzdüm və oynaqlardır. Bi nahiyələrdə çox miqdarda salmonella yığılıb qalır, eləcə də bağırsaq çöpləri bakteriyaları.

    Eləcə də dərisi, qaraciyəyi də toksinlər və piylə zəngin ola bilər. Bu orqanlar ürək-damar xəstələri üçün zərərlidir.

    Toyuq dərisi qanında xolesterin yüksək olan ateroskleroz xəstələri üçün təhlükəlidir.

    Qızarmış toyuq dərisi kanserogendir və xərçəngə səbəb ola bilər.
    Toyuq dərisi insanın hüceyrələrini tez qocaldır”.

  • Oğuzda 34 yaşlı kişi özünü öldürdü

    Oğuz rayon sakini intihar edib.

    Hadisə rayonun Kərimli kəndində baş verib.
    Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Qabil İlqar oğlu Yusifov yaşadığı evdə özünü asıb.

    Faktla bağlı araşdırma aparılır.

  • 40 yaşlı qadının qarnından 2 kq saç çıxarıldı

    Türkiyədə özəl xəstəxanalardan birinə qarın ağrısı şikayətləri ilə müraciət edən 40 yaşlı qadının bağırsağından 2 kq aç kütləsi çıxarılıb.

    Aylardır ürəkbulanma şikayəti ilə sığorta ilə dövlət xəstəxanalarına müraciət edən qadına başqa diaqnozlar qoyularaq dərman müalicələri edilib.

    Rentgen və KT zamanı xəstədə yad kütlə aşkarlanıb.

    Əməliyyat edilən xəstənin mədə və nazik bağırsağından 2 kq-lıq, uzunluğu 13 sm olan saç kütləsi çıxarılıb.

    Qadın illərlə saçının uclarını çeynəmək vərdişinə malik idi.

    Həkim Seçkin Ak Küçük bildirib ki, bu saç yemək vərdişləri olan, psixoloji pozğunluqdur. Buna tibdə Rapunzel sindromu da deyirlər.

    Mədədə olan kütlə vaxtında çıxarılmasa qanama verir.

  • Keçmiş Özbəkistan prezidentinin qızı malikanəsini 36 milyon dollara SATDI

    Özbəkistanın birinci prezidentinin kiçik qızı Lola Kərimova-Tillyayeva və onun əri Timur Tillyayevlə əlaqəli şirkət Beverli Hillsdəki “Le Palais” malikanəsini 36 milyon dollara satıb.

    Musavat.com xəbər verir ki, “The Wall Street Journal”ın yazdığına görə, alıcının adı məlum deyil.
    Təxminən 4450 kvadratmetr sahəsi olan malikanə 2013-cü ildə alınıb.

    “Variety”nin məlumatına görə, cütlük onu 33 milyon dollara alıb: “Məhəmməd Hadidin tikdirdiyi bu nəhəng malikanənin qapalı hovuzu, 200 qonaqlıq bal zalı, 40 nəfərlik kinoteatrı, 10-dan çox avtomobil tutumu olan yeraltı qarajı və masaj otağı var”.

    Lola Kərimova-Tillyayeva və Timur Tillyayev “The Wall Street Journal”ın sorğularına cavab verməyiblər.

    Lola Kərimovanın Los-Ancelesin ən dəbli və məşhurlar tərəfindən sevilən Bel Air bölgəsində dörd dəbdəbəli sarayın sahibi olması faktı 2015-ci ildə məlum olub. 2020-ci ildə üç villanın satıldığı bildirildi. Bu villalar 2014-cü ildə 16,1 milyon dollara alınıb və icarəyə verilib. Lola Kərimova və Timur Tillyayev “Variety”nin məlumatına görə, Beverli Hillsdəki “Le Palais” malikanəsində yaşayırdılar. Malikanədən Lola Kərimovanın “The Harmonist” adlı ətir mağazasına piyada az məsafə var.

    Bu ev onların ən bahalı mülkü deyil. Nəşr yazıb ki, ailə Beverli Hills, Paris və İsveçrə arasında yaşayır. Onların Cenevrədə 47 milyon dollara aldıqları ev var.

  • Rusiya Xarkov və Sumı vilayətlərini atəşə tutub, ölən və yaralılar var

    Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kupyansk şəhərindəki yaşayış binalarına zərbələr endirməsi nəticəsində ikimərtəbəli evin iki bloku dağılıb, azı 5 fərdi ev zərər dəyib, azı beş nəfər yaralanıb. Eyni zamanda, ölkənin Sumı vilayətinin atəşə tutulması nəticəsində bir mülki şəxs həlak olub.

    Bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh Sinehubov, Xarkov vilayətinin prokurorluğu və Sumı Vilayət Hərbi Administrasiyası teleqramda bildiriblər.

    “Saat 13:30 radələrində Kupyansk şəhərinin atəşə tutulması nəticəsində ikimərtəbəli evin iki bloku dağıdılıb, azı 5 fərdi evə ziyan dəyib. Yaralı iki qadın tibb müəssisələrinə yerləşdirilib, bir mülki şəxsə isə yerindəcə tibbi yardım göstərilib. Dağıntılar altında insanlar ola bilər. Fəsadların aradan qaldırılması davam edir”, – Sinehubov qeyd edib.

    O əlavə edib ki, təkcə şənbə günü işğalçı qüvvələr Xarkov vilayətində sərhəd yaşayış məntəqələrinə 10-dan çox hava zərbəsi endiriblər.

    Bundan başqa, ölkənin Sumı vilayətinin Xotın icmasının ərazisinə endirilmiş artilleriya zərbələri sonucunda bir mülki şəxs ölüb, digəri yaralanıb. Bildirilib ki, ümumilikdə ərazidə 11 partlayış qeydə alınıb.

  • Avropada inflyasiyanın yeni növü yaranıb

    Avropa İttifaqı Ukraynadakı münaqişə fonunda yaranmış yeni inflyasiya növü ilə üzləşib.

    Qaynarinfo xəbər verir ki, bu barədə Avropa Parlamentinin (AP) Xorvatiyadan olan üzvü Bilyana Borzan bildirib.

    Yeni inflyasiya növünə “skimpflyasiya” adı verilib. Bu tip inflyasiya ilə istehsalçılar nəinki qiymətləri artırır, həm də malların keyfiyyətini aşağı salırlar.

    Borzanın sözlərinə görə, Ukraynada müharibə başlayandan bəri bir çox qida məhsullarında bir sıra inqrediyentlər daha aşağı keyfiyyətli olanlarla əvəzlənib. Məsələn, günəbaxan yağı palma yağı ilə əvəz edilməyə başlanıb. Diplomat qeyd edib ki, bu tədbirlər müvəqqəti hesab edilsə də, bu günə qədər davam edir.

    “Bəzi istehsalçıların qablaşdırmanın tərkibindəki dəyişiklik barədə istehlakçılara məlumat verməməsi və qida dəyərinin artıq orijinal məlumatlara uyğun gəlməməsi xüsusilə narahatedicidir”, deyə Borzan bildirib.

    Son məlumatlara görə, Avropa İttifaqı illik inflyasiya 3,1% təşkil edib.

  • Mağazadan nisiyə dəftərlərini oğurladı, Bakıda oteldə qızlarla əyləndi

    Qax rayonun Fısdıqlı kəndində yerləşən mağazalardan nisyə dəftərlərini oğurlayan şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1986-ci ildə Qax rayonunun Qum kəndində anadan olmuş Elvin Badanov (ad-soyad şərti) Fıstıqlı kəndində yerləşən mağazanın şüşəsini daşla vurub sındırmaqla içəri daxil olub və 180 manat pulu, dəyəri bir ədəd “Bizon” enerji içkisini (1 manat), bir ədəd dəyəri “Dadlıca” sosiskasını (1 manat) və bir ədəd 40 vərəqli nisiyə dəftərini oğurlayıb.

    O, elə həmin günü Fıstıqlı kəndində yerləşən daha bir mağazaya daxil olaraq seyfdən 1800 manat pulu, hər birinin dəyəri ümumilikdə 200 manat dəyəri olan 200 ədəd “Azercell”, “Bakcell” və “Azerfon” danışıq kartlarını, bir ədədinin dəyəri 3,40 manat olan ümumilikdə 34 manatlıq 10 qutu LD markalı siqareti, bir ədədinin dəyəri 4 manat olan ümumilikdə 40 manatlıq 10 qutu “Kent 4” markalı siqareti və bir ədəd 40 vərəqli nisiyə dəftərini oğurlayıb.

    Elvin əvvəlcə satılan ərzağa görə kənd sakinlərinin adına olan nisiyə dəftərlərlərini yandırıb. Daha sonra oğurladığı pulları götürərək Bakıya gəlib və paytaxtda otellərin birində qızlara əyləncəyə xərcləyib. Geri qayıtdıqdan sonra polis tərəfindən saxlanılıb, sahibkarlara dəyən zərər ailəsi tərəfindən ödənilib.

    Məhkəmənin hökmü ilə ona 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Elvin Bədəlov bu müddət ərzində elektron qolbaqla gəzəcək.

  • Tofiq İsmayılovun qızı vəfat etdi (FOTO)

    Mərhum dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılova vəfat edib.

    Qaynarinfo bakupost-a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

    Mərhumun vəfat səbəbi açıqlanmayıb.

    Qeyd edək ki, Səbinə İsmayılova Azərbaycan Milli Aerokosmik Agentliyində çalışırdı.

    Onu da qeyd edək ki, Tofiq İsmayılov Beynəlxalq Mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru, Azərbaycan Respublikasının 1-ci dövlət katibi (11.09.1991-20.11.1991), Azərbaycan SSR-in dövlət katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olub.

    1991-ci ilin noyabr ayının 20-də Azərbaycan Respublikasının dövlət katibi Tofiq Kazım oğlu İsmayılov Qarabağın Qarakənd kəndi üzərində “Mİ-8” hərbi vertolyotunda faciəli surətdə həlak olub.