Month: February 2024

  • В Мюнхене состоялась встреча Президента Азербайджана с премьер-министром Армении – ОБНОВЛЕНО

    17 февраля в Мюнхене состоялась двусторонняя встреча Президента Азербайджанской Республики Ильхама Алиева с премьер-министром Республика Армения Николом Пашиняном.

    Как сообщает President.az, на встрече были обсуждены переговоры по мирному договору между двумя странами, вопросы нормализации отношений, делимитации границ. Министерствам иностранных дел поручено в ближайшее время провести встречу по мирному договору и заседание комиссий по делимитации границ.

    Положительно были оценены взаимные компромиссы в связи с COP29 (29-я сессия Конференция сторон Рамочной конвенции ООН по изменению климата) и продвижение, достигнутое между двумя странами.

    * * * * *

    17 февраля в Мюнхене (Германия) состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с премьер-министром Республики Армения Николом Пашиняном.

    Об этом сообщает Азербайджанское государственное телевидение (AzTV).

  • Münhendə Azərbaycan Prezidentinin Ermənistanın baş naziri ilə görüşü olub – YENİLƏNİB

    Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.

    President.az-ın xəbərinə görə, görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.

    İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.

    * * * * *

    Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

    Bu barədə “AzTV” xəbər verir.

  • Əhməd Əhmədovun öldürdüyü deyilən qadın onun doğma bacısı olmayıb? – VİDEO

    Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir.

    Həmin iddialardan bir neçəsi “Space” TV-nin efirində yayımlanan “Gəl, danış“ verilişində səsləndirilib.

    Belə ki, Əhməd Əhmədovun qonşusu Əfsanə xanım onların ailələrində bir müddətdir mübahisələrin olduğunu deyib:

    “Həmin ailə bir neçə aydır ki, buraya köçüb. Hamı deyir ki, Əhmədin öldürdüyü bacısı onun atasının ilk nikahından dünyaya gəlib. Əhməd isə Pikə xanımın əvvəlki nikahından olan övladıdır”.

    Daha ətraflı videoda:

  • В Ширване арестовали наркокурьера

    В результате оперативных мероприятий, проведенных сотрудниками Ширванского городского отдела полиции (ГОП), задержан подозреваемый в сбыте наркотиков, полученных у иностранного гражданина.

    Как сообщили в региональной группе пресс-службы Министерства внутренних дел (МВД), в ходе операции был задержан ранее судимый житель Абшеронского района Амиль Шарифов.

    При личном досмотре у него был обнаружен и изъят целлофановый пакет с более чем 2 кг героина и 1,87 кг марихуаны, а также психотропные вещества в таблетках.

    На допросе А.Шарифов рассказал, что был курьером иранского наркоторговца, с которым познакомился через соцсети, и должен был доставить изъятые при задержании вещества в заранее установленное место в обмен на определенное количество наркотиков.

    По данному факту в следственном отделении Ширванского ГОП возбуждено уголовное дело. Решением суда в отношении подозреваемого избрана мера пресечения в виде ареста.

  • Şirvanda saxlanılan narkokuryerdən dörd kiloqram narkotik vasitə aşkarlanıb

    Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Amil Şərifov şəhər ərazisində saxlanılıb.
    Onun üzərinə keçirilən baxış zamanı əlində olan sellofan torbadan çəkisi 2 kiloqramdan artıq olan heroin və 1 kiloqram 870 qram olan marixuana, eləcə də narkotik tərkibli həblər aşkar edilərək götürülüb.

    Dindirilmə zamanı A.Şərifov sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı narkotacirə kuryerlik etdiyini, ondan aşkarlanan narkotikləri bir miqdar narkotik vasitə qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.

    Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • Kemeron yeni “Avatar”la bağlı şayiələri təkzib edib

    Məşhur rejissor Ceyms Kemeron “Avatar”ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib.

    “Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikdə üç film – “Avatar 3”, “Avatar 4” və “Avatar 5” üçün olan material doqquz saatlıqdır. Yəni, hər film üç saatdır. Bu necə doqquz saata çevrilə bilər, təsəvvür edirsinizmi?” – deyə Kameron bildirib.

    Mənbə: Gazeta.ru

  • Göyçayda iki nəfər öldü, toy yasa döndü

    Göyçayda toya dəvət alan qonaqlardan ikisi ölüb.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında rayon ərazisində qeydə alınıb.

    İlkin məlumata görə, rayonun Şahsoltanlı kənd sakini mərasimdə özünü pis hiss edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan Tünzalə Məhiyevanın həyatını xilas etmək mümkün olmayıb. Ailə üzvlərinin sözlərinə görə, yaşlı qadın bir neçə il idi ki, ürək xəstəliyindən müalicə alırdı.

    Hadisədən bir neçə saat sonra eyni toya dəvət alan həmkəndlisi, 37 yaşlı Vilayət Məmmədov toydan çıxaraq evə gedib. Özünü pis hiss etdiyi üçün o, xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, o, xəstəxanada vəfat edib. İlkin ehtimala görə, gənc ürəktutmasından vəfat edib.

  • Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: “Rəis deyirdi ki, pulun 50 faizini mənə verməlisən”

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

    Şahid Fariz Nəbiyev bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrinin birində maliyyə rəisi işləyib. Hazırda bölmə rəisi işləyir. İşlədiyi hərbi hissədə 2017-2022-ci illər arasında 740 min manata yaxın pul mənimsənilib:

    “Bu puldan 335 min manat mənə çatıb, qalanını korpusun maliyyə rəisi Yaşar Rzayevə vermişəm. Rəis gəlib deyirdi ki, pulun 50 faizini mənə verməlisən. Mənimsənilən pulun mənə aid olan hissəsindən 243 min manatını büdcəyə ödəmişəm”.

    Həmin vaxt Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində maliyyə rəisi və Müdafiə Nazirliyində baş təftişçi işləmiş şahid Nazim Süleymanov bildirib ki, ümumilikdə iki hərbi hissənin maliyyə yoxlamasında iştirak edib. Onun sözlərinə görə, həmin hərbi hissələrin birində bir milyon çatışmazlıq aşkar olunub:

    “Çatışmazlıq aşkar olunanda özümüzə düşən payı götürüb gedirdik. Pulları Rafael Xələfovun göstərişi ilə onun dediyi adamlara vermişik. Cəmi 350 min manata yaxın pul mənə qalıb. İkinci hərbi hissədə 649 min manat çatışmazlıq aşkar edilmişdi. Mənə bu puldan 420 min manat çatıb, onu da büdcəyə qaytarmışam”.

    O əlavə edib ki, 2019-2021-ci illərdə korpusda maliyyə xidmət rəisi olub. Maliyyə və büdcə idarəsinin təftiş şöbəsini rəisi Rafail Xələfova 1 milyon 80 min manat pul verib. R. Xələfovla üzləşəndə o, öz üzərinə düşən məbləğdən boyun qaçırıb.

    Hazırda hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyən şahid Emin Hüseynov təftiş dövrü ərzində üç hərbi hissədə işlədiyini deyib. Birinci hərbi hissədə 169 min manat, digər hərbi hissədə isə 505 min çatışmazlıq olub, 300 min manata yaxın pulu Cəlal Kazımova verib:

    “İşlədiyim digər hərbi hissədə 690 min manat çatışmazlıq aşkar olunmuşdu. Cari hesabda qalan 105 min manatı Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Həsən Paşayevə vermişəm”.

    O əlavə edib ki, qalan pulun 65 faizini Cəlal Kazımova verib, 35 faizi isə özünə qalıb. Ümumilikdə işlədiyi bütün hərbi hissələrdə mənimsənilən pullardan 350 min manat ona qalıb, dəymiş ziyandan 17 min manatı ödəyib.

    Şahid Cəmil Quliyev bildirib ki, hadisə vaxtı maliyyə xidmət rəisi işləyib. İşlədiyi hərbi hissədə yoxlama zamanı bir milyona yaxın çatışmazlıq aşkar olunub:

    “Pulun 60 faizini həmin vaxt korpus komandiri işləmiş Yaşar Rzayev və Nazim Süleymanova vermişəm, 290 min manat pul isə özümə qalıb. Həmin məbləğdən 10 min manatı büdcəyə ödəmişəm”.

    Proses fevralın 23-də davam etdiriləcək.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıblar.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

    Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

    Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

    Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

  • Qızılca xəstəliyindən ölən məktəbli babasının yasında yoluxubmuş – VİDEO

    Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi Nuray İbrahimova qızılcadan vəfat edib.

    Nuray qızılca xəstəliyinə rəhmətə gedən babasının yas mərasimində yoluxubmuş.

    Məlum olub ki, Nurayın 16 yaşlı qardaşı İbrahim İbrahimli də bu xəstəliyə yoluxub. Onun müalicəsi isə Ağdaş Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

    Yeniyetmənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Hadisə ilə bağlı Xəzər TV-nin süjetini təqdim edirik:

  • Жители Масазыра жалуются на состояние местных дорог – ВИДЕО

    Жители абшеронского села Масазыр жалуются на плачевное состояние местных дорог.

    Согласно информации, сложилась такая ситуация, что даже машины скорой медицинской помощи затрудняются приезжать на эту территорию.

    По словам местных жителей, от этого страдают и их дети, которым сложно добираться до школы.

    Подробнее – в сюжете İTV: