Month: February 2024

  • Bakıda 350 manata alça satılır

    Hər bir insanın görüb yan keçə bilmədiyi alça artıq satışdadır. Sosial şəbəkələr üzərindən də satışı təşkil olunan alçanın qiyməti hər il fevral ayında böyük müzakirəyə səbəb olur.

    Ekzotik meyvələrin satışını təşkil edən mağazadan Qaynarinfo-ya verilən məlumata görə, hazırda alçanın bir kilosu 350 manata təklif olunur.

    Bundan əlavə 100 qramlıq paketlər də satışa çıxarılıb. Həmin paketlərin qiyməti 45 manatdır.

    Mağazadan alıcılarların daha çox 100 qramlıq paketlərə üstünlük verdiyini bildiriblər.

  • Bakıda 1 sotu 300 min manata torpaq satılır (VİDEO)

    Həyətyanı torpaq sahələri ötən illərə nisbətən xeyli bahalaşıb.

    Bakının müxtəlif ərazilərində torpaq sahələrinin qiymətini araşdırdıq.

    Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi üçün əlverişli olan torpaq sahələri azaldığından bu sahədə bahalaşma müşahidə olunur.

    Ekspertin sözlərinə görə, mərkəzdən kənar ərazilərdə çıxarışı olmayan və ya digər təyinatlı torpaqların 1 sotu 2000-2500 manatdır. Mərkəzə yaxın ərazilərdə çıxarışlı torpaqların dəyəri isə bir neçə evin qiymətinə bərabərdir. Hətta 1 sotu 300 min manata torpaq sahələri mövcuddur.

    Elnur Fərzəliyev qeyd etdi ki, hər il aprel-avqust aylarında torpaq sahələrinə daha çox tələbat olur. Məhz bu aralıqda qiymətlər artmağa başlayır. Sentyabrdan başlayaraq növbəti ilin aprel ayınadək qiymətlərdə bir qədər enmə müşahidə olunur.

  • Ukrayna Silahlı Qüvvələri Avdeyevkadan çıxdı – Tarnavskinin bəyanatı

    Ukrayna qüvvələri alınan əmrə uyğun olaraq Avdeyevkadan əvvəlcədən hazırlanmış mövqelərə çıxıblar.

    Bu barədə “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri Aleksandr Tarnavski saat 02:15-də məlumat verib.

    “Telegram” kanalında o, Ukrayna qüvvələrinin mühasirəyə alınmasına imkan verilmədiyini, şəxsi heyətin geri çəkildiyini qeyd edib. İndi əsgərlər müəyyən xətlərdə müdafiə mövqeləri tuturlar.

    “Düşmənin davamlı bombardmanlar altında öz əsgərlərinin cəsədləri üzərindən onun birə nisbətində daha çox mərmi ilə irəlilədiyi bir vəziyyətdə bu, yeganə düzgün qərardır”, – deyə Tarnavski əlavə edib.

    Bu gecə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrinin şəhərdən çıxarılması qərarını elan edib.

    Ukraynalı general izah edib ki, bu, qüvvələrin mühasirəyə düşürməməsi, hərbçilərin həyat və sağlamlığını qorumaq üçün edilir. Onlar daha sərfəli mövqelərdə müdafiəyə keçirlər.

    O qeyd edib ki, döyüşçülər rusların ən yaxşı hərbi hissələrini məhv etmək üçün əllərindən gələni edib və onlara böyük itkilər veriblər.

    Bir gün əvvəl Britaniya kəşfiyyatı Rusiya Federasiyasının Ukrayna şəhərini ələ keçirmək cəhdləri zamanı ən azı 400 piyada döyüş maşını və digər ağır texnikanı, həmçinin çoxlu sayda əsgərini itirdiyini bildirmişdi.

  • Münhendə İlham Əliyev ilə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirinin görüşü olub

    Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin görüşü olub.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Azərbaycanda hava nəqliyyatı ilə yükdaşıma və sərnişindaşıma artıb

    Bu ilin yanvar ayında Azərbaycanda hava nəqliyyatı ilə 31,3 min ton yük, 267,9 min sərnişin daşınıb.

    Median.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % və 47,1 % çoxdur.

    Sərnişin daşımalarının 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

  • В Турции в рамках антитеррористической операции задержаны 120 человек

    В Турции в рамках антитеррористической операции Bozdoğan-2, проводимой в 16 провинциях страны, задержаны 120 человек.

    Об этом заявил министр внутренних дел Али Ерликая.

    Он отметил, что задержанные подозреваются в связях с террористическими группировками в Сирии, пропаганде терроризма и призыве к организации незаконных уличных акций.

    В ходе операции силовиками были изъяты оружие и материалы на цифровых носителях.

    Источник: CNN Türk

  • Türkiyədə 16 vilayətdə antiterror əməliyyatı: 100-dən çox saxlanılan var

    Türkiyənin 16 vilayətində keçirilən “Bozdoğan-2” antiterror əməliyyatı çərçivəsində 120 nəfər saxlanılıb.

    Bu çarədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

    O qeyd edib ki, saxlanılan şəxslər Suriyada terrorçu qruplarla əlaqədə olmaqda, terrorizmi təbliğ etməkdə və qanunsuz küçə aksiyaları təşkil etməyə çağırışlarda şübhəli bilinirlər.

    Əməliyyat zamanı təhlükəsizlik qüvvələri saxlanılanlara aid silah və rəqəmsal materiallar da müsadirə ediblər.

    Mənbə: CNN Türk

  • Ramzan Kadırovun 18 yaşlı oğlu nazir oldu – FOTO

    Çeçenistanın başçısı Ramzan Kadırovun böyük oğlu, 18 yaşlı Axmat respublikanın gənclərlə iş üzrə naziri vəzifəsinə təyin edilib.

    Bu barədə ölkə parlamentinin rəhbəri Maqomed Daudov məlumat verib.

    Onun sözlərinə görə, 18 yaşlı gənc, həmçinin, regionun ali mükafatına – respublikanın keçmiş rəhbəri olan babasının şərəfinə təsis edilmiş “Axmat Kadırov adına Orden”ə layiq görülüb.

    “Axmat özünü istənilən işə məsuliyyətli və səriştəli yanaşması ilə seçilən effektiv lider kimi sübut etdi! O, belə qısa müddət ərzində bir çox yaddaqalan tədbirlər təşkil edərək gənclər siyasətinə mühüm töhfə verib”, – deyə Daudov vurğulayıb.

  • Композитор Джаваншир Гулиев переведен из реанимации в палату

    Состояние здоровья азербайджанского композитора Джаваншира Гулиева, проходящего лечение в Турции, нормализовалось, его перевели из реанимационного отделения в палату.

    Об этом Report сказала руководитель школы имени шехида Мубариза Ибрагимова в Стамбуле Айгюн Гасаноглу.

    По ее словам, композитор перенес несколько операций, врачи оценивают его состояние как удовлетворительное.

    Джаваншир Гулиев проходит лечение в стамбульской больнице Acıbadem, куда был помещен после резкого ухудшения самочувствия.

  • Bəstəkar Cavanşir Quliyevin son durumu AÇIQLANDI

    Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb.

    Bu barədə “Report”un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib.

    O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu xəstəxanada intensiv şəraitdən stasionar müalicəyə köçürülüb: “Reanimasiyadan palataya gətirilib. Bir neçə dəfə əməliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”.

    Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, əvvəl bir xəstəxanaya, daha sonra isə digərinə nəql edilib.

    Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.