Month: March 2024

  • Скончалась известная азербайджанская артистка

    Ушла из жизни известная певица, заслуженная артистка Азербайджана Сахиба Ахмедова.

    Причиной смерти стало онкологическое заболевание.

    Отметим, что исполнительница, чей репертуар когда-то был очень популярен, надолго исчезла с экранов.

  • Azərbaycanın tanınmış aktrisası vəfat etdi

    Tanınmış müğənni, Əməkdar artist Sahibə Əhmədova vəfat edib.

    Sənətçi uzun sürən xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib.

    Qeyd edək ki, bir zamanlar ifaları dillər əzbəri olan Əməkdar artist xeyli müddət idi ki, ekranlardan uzaqlaşmışdı.

  • İrakli Kobaxidze: “Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub”

    “Bizim ölkələri tarixi dostluq bağları birləşdirir. Bu münasibətlər çox möhkəm təməl üzərində qurulub”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

    Münasibətlərimizin bundan sonra da eyni ruhda davam edəcəyinə əminliyini bildirən Baş nazir İrakli Kobaxidze vurğulayıb:

    “Hazırda bizim siyasi, iqtisadi və digər səviyyələrdə çox gözəl dialoqumuz var, müsbət dinamika mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir”.

  • Ильхам Алиев и Ираклий Кобахидзе выступили с заявлениями для прессы – ВИДЕО

    16 марта Президент Азербайджанской Республики Ильхам Алиев и премьер-министр Грузии Ираклий Кобахидзе выступили с заявлениями для прессы.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB (VİDEO)

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış ediblər.

    Bu barədə AZƏRTAC xəbər verir.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da mətbuata bəyanatlarla çıxış edirlər.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Президент: Функционирование железной дороги Баку – Тбилиси – Карс будет привлекательным для многих стран

    Инфраструктура, которая создана и которая будет создана в транспортной сфере, откроет незаменимые транспортные возможности для многих стран. В частности, считаю, что начало функционирования уже через несколько месяцев железной дороги Баку – Тбилиси – Карс в расширенной форме является одним из больших достижений.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев 16 марта, выступая с заявлением для прессы после встречи с премьер-министром Грузии Ираклием Кобахидзе один на один.

    Напомнив, что за пару месяцев пропускная способность этой железной дороги будет увеличена с 1 млн до 5 млн тонн, глава государства отметил: “В то же время функционирование этой железной дороги будет привлекательным и для многих стран”.

  • Prezident: “Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün cəlbedici olacaq”

    “Nəqliyyat sahəsində yaradılan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaq. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bir-iki aydan sonra genişləndirilmiş formada fəaliyyətə başlaması, hesab edirəm ki, böyük nailiyyətlərdən biridir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.

    Bir-iki aya bu dəmir yolunun ötürmə qabiliyyətinin bir milyon tondan beş milyon tona çatdırılacağını xatırladan dövlətimizin başçısı qeyd edib:

    “Eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq”.

  • Prezident İlham Əliyev: “Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq”

    “Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.

    “Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı səkkizə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq”, – deyə dövlətimizin başçısı əlavə edib.

  • MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: “Pulların 70 faizini rəisə – Vüsal Əlizadəyə vermişəm”

    Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindiriliblər.

    Şahid Murad İmanov bildirib ki, təftiş dövründə Müdafiə Nazirliyinin hərbi hissələrinin birində maliyyə xidmət rəisi işləyib. O, heç kimdən tapşırıq almadığını, mənimsənilən pulları köçürmək üçün 15 nəfərin adına bank hesabı açdırdığını, lakin pulların yalnız bir hesaba köçürüldüyünü bildirib.

    “Hərbi hissədə maliyyə pozuntusu etmişik. Dövlət ittihamçısı mən işlədiyim müddətdə 193 min manata yaxın pul mənimsənildiyini bildirdi, lakin mənə görə, cəmi 150 min manat pul mənimsənilib. Həmin pullardan 70 faizini rəisə – Vüsal Əlizadəyə vermişəm. Hələ ki, mənim üzərimə düşən vəsaiti büdcəyə qaytarmamışam, yaxın vaxtda ödəyəcəyəm”, – o deyib.

    Müttəhim Vüsal Əlizadə etiraz edərək bildirib ki, mənimsənilən pullardan 20 faizi maliyyələşməyə, 10 faizi təftişə, 20 faizi ona verilib. Onun sözlərinə görə, yerdə qalan 50 faizini isə M.İmanov özünə götürüb.

    Sözügedən dövrdə MN-in hərbi hissələrinin birində maliyyə xidmət rəisi işləyən şahid Vüqar Qurbanov həmin dövrdə mənimsənilən 92 min manatdan 59 mininin ona qaldığını deyib, 25 min manat büdcəyə qaytardığını, qalanını da yaxın vaxtda qaytaracağını bildirib.

    Şahid Təyyar İmanov isə deyib ki, təftiş dövründə iki hərbi hissədə maliyyə xidmət rəisi işləyib:

    “Həmin vaxt korpusun maliyyə xidmət rəisi mərhum Rövşən Əliyev idi. Pulların 70 faizini ona vermişəm, 30 faizi mənə qalıb. Yoxlamalar zamanı işlədiyim birinci hərbi hissədə 835 min manat pulun mənimsənildiyi müəyyən olunmuşdu. Digər hərbi hissədəki çatışmazlıq 930 min manat məbləğində idi. Bu puldan da 70 faizini R.Əliyevə vermişdim. Mənimsənilən pullardan 500 min manata yaxın məbləğ mənim üzərimə düşür. Hələ ki büdcəyə heç nə qaytarmamışam, yaxın vaxtda ödəyəcəyəm”.

    Təftiş dövründə hərbi hissələrin birində maliyyə rəisinin köməkçisi işləyən Fərid Qulaviyev bildirib ki, yoxlamalar zamanı müəyyən olunan maliyyə çatışmazlığından 125 min manatı onun üzərinə düşür. Həmin pulu da dövlət büdcəsinə tam qaytarıb.

    “F.Qulaviyevin işlədiyi hərbi hissələrin birində 1 milyon 245 min manat mənimsəmə faktı aşkarlanmışdı. Bu puldan 215 min manatı mənim, qalanı isə Rasim İbrahimovun dövrünə düşüb. Bizim iş prinsipimiz fərqli idi”, – deyə müttəhim Cəlal Kazımov şahid F.Qulaviyevin ifadəsinə cavab olaraq bildirib.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov, Maliyyə İdarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

    Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

    Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

  • Ильхам Алиев: Грузия и Азербайджан как два независимых государства всегда рядом друг с другом

    Грузия и Азербайджан как два независимых государства всегда рядом друг с другом.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев 16 марта, выступая с заявлением для прессы после встречи с премьер-министром Грузии Ираклием Кобахидзе один на один.

    “Наши дружба и братство основаны на глубоких исторических корнях. На протяжении веков наши народы жили в условиях дружбы и добрососедства. Межгосударственные отношения построены на этом прочном фундаменте”, – отметил глава государства.