Month: March 2024

  • Hikmət Hacıyev Çinin ekologiya və ətraf mühit nazirinin müavini ilə görüşüb

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Çinə səfəri çərçivəsində bu ölkənin ekologiya və ətraf mühit nazirinin müavini Çjao İnminlə görüşüb.

    H.Hacıyev bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    Görüşdə COP29-la əlaqədar qarşıda duran məsələlərlə bağlı, iqlim ədaləti, ümumi, lakin fərqli məsuliyyətlər konsepsiyası və Qlobal Cənub ölkələrinin iqlim fəaliyyətinə və yaşıl keçidə baxışları ilə əlaqədar geniş müzakirələr aparılıb.

    Azərbaycanda yaşıl keçid proqramı çərçivəsində Çin şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib.

  • Стало известно о выросшей зарплате главы ФИФА после переизбрания

    Глава Международной федерации футбола (ФИФА) Джанни Инфантино стал получать больше после переизбрания.

    По данным СМИ, в 2023 году базовая зарплата Инфантино составила около 2,6 млн евро, что на 33% больше по сравнению с прошлым годом. Кроме того, он получил бонус в размере 1,76 млн. Таким образом, глава ФИФА заработал более 4,2 млн евро.

    Отмечается, что в 2022 году его доход составлял около 3,8 млн. Суммы отражены в финансовых документах, одобренных Советом ФИФА.

    Инфантино был избран президентом ФИФА в феврале 2016 года. В июне 2019-го его переизбрали на второй срок. В марте 2023-го функционер стал главой организации в третий раз.

    Источник: lenta.ru

  • FIFA rəhbərinin maaşı məlum oldu

    “Sky Sports”un jurnalisti Rob Harris FIFA prezidenti Canni İnfantinonun aldığı maaşın həcmini açıqlayıb.

    Onun sözlərinə görə, FIFA rəhbəri 2023-cü ildə yenidən qurumun prezidenti seçildikdən sonra daha çox məvacib almağa başlayıb. Onun illik 1,99 milyon avroluq maaşı 33% artırılaraq 2,69 milyon avroya yüksəlib. İnfantino həmçinin qadınlar arasında dünya çempionatının təşkilinə görə 1,93 milyon avro məbləğində bonus alıb. Beləliklə də, İnfantinonun ötənilki ümumi gəliri 4,21 milyon avro olub.

    Qeyd edək ki, futbol funksioneri 2016-cı il fevralın 26-dan FIFA prezidenti vəzifəsini icra edir. Onun hazırkı müddəti 2027-ci ilə qədərdir. İnfantino FIFA-ya rəhbər keçməzdən əvvəl Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) baş katibi vəzifəsində çalışıb.

  • В Иране произошло землетрясение

    Землетрясение магнитудой 4,9 произошло на юге Ирана.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр располагался на расстоянии 216 км к юго-востоку от города Шираз с населением около 1,24 млн человек.

    Очаг стихии залегал на глубине 25 км.

    Сообщений о разрушениях и пострадавших не поступало.

  • İranda zəlzələ baş verib

    İranın cənubunda 4,9 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Verilən məlumata görə, yeraltı təkanların episentri təxminən 1,24 milyon nəfər əhalisi olan Şiraz şəhərindən 216 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 25 kilometr dərinlikdə yerləşib.

    Dağıntı və tələfat barədə məlumat yoxdur.

    Mənbə: TASS

  • В Баку захвачен очередной тротуар: возникла опасная ситуация для пешеходов – ВИДЕО

    В Наримановском районе Баку из-за строительных работ перекрыли тротуар.

    В результате граждане вынуждены идти по проезжей части, подвергая свои жизни опасности.

    Однако представитель строительной компании видит вину не в себе, а в пешеходах.

    Подробнее – в сюжете ATV Xəbər:

  • Bakıda həll yolunu tapmayan səki problemi – VİDEO

    Bakının Nərimanov rayonunda aparılan tikinti işləri səbəbindən piyadalar üçün nəzərdə tutulan yol bağlanıb.

    Buranın işlək küçə olmasına baxmayaraq, xeyli sayda insan həyatını riskə ataraq avtomobil yoluna çıxır.

    Tikinti işlərini icra edən şəxs isə günahı özlərində yox, piyadalarda görür.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Həftəsonu ölkə ərazisində silah-sursat aşkarlanıb

    Həftəsonu (martın 16-da və 17-də) ölkə ərazisində doqquz qumbara və iki avtomat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, həmin müddətdə polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki avtomat silahı, bir tapança, doqquz qumbara, 14 tüfəng və 248 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

  • Şamayı və külmə balığını qanunsuz ovlayan şəxs saxlanılıb

    Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı Baş Mil-Muğan kanalının Saatlı rayonu ərazisindən keçən hissəsində, kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan Sabirabad rayon sakini A.Mansurov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Məlumata görə, həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz ovlanmış şamayı və külmə balığı aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Taksilərin sayı süni şəkildə azaldılsa, camaat küçələrdə qalacaq – AÇIQLAMA

    Bakıda taskilərin sayı ona görə çoxdur ki, ictimai nəqliyyat əhalinin mobilliyinin təmin olunmasında öz işini görə bilmir.

    Median.Az xəbər verir ki, bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

    O bildirib ki, taksi çatışmayan ictimai nəqliyyatın işin görür.

    “Taksinin sayı ona görə çox deyil ki, burada hanısa başqa maraq var. Hazırda taksiyə tələbat çoxdur. Taksi nəqliyyat xidmətidir və ehtiyac olduğuna görə taksilərin də sayı çoxdur.

    Təklifi yaradan tələbdir və tələb də çox olduğuna görə təklif də var. Taksinin sayını ictimai nəqliyyatı təkmilləşdirməklə azaltmaq olar. Yoxsa süni şəkildə taksilərin sayını azalt və ictimai nəqliyyat da həmin vəziyyətdə qalsın, onda camaat küçələrdə qalacaq.

    Ondan sonra qeyri-leqal daşımaların sayı artacaq, nəqliyyat daha pisləşəcək, vəziyyət daha da gərginləşəcək. Bundan əlavə insanlara maddi ziyan dəyəcək.

    Yəni taksilərin sayı çoxdur, bunu azaldaq, filan şəhərdə taksi sayı bu qədərdir, bizdə də olsun. Belə olmur. Filan şəhərdə metrostansiyalarının sayı Bakıdan 10 dəfə çoxdur. Avtobus marşrutlarının sayı Bakıdan dəfələrlə çoxdur, tramvaylar var və ona görə də taksilərin sayı azdır. Bakıda isə vəziyyət başqa cürdür. Taksilərin sayının azaldılması nəqliyyatla bağlı problemləri artıracaq, vəziyyəti gərginləşdirəcək.

    Taksilərin sayının azalması ancaq ictimai nəqliyyatın inkişafı ilə mümkün ola bilər. Əhalinin mobilliyini alternativ, daha səmərəli yollarla təmin etmək mümkün olanda, taskilərin sayı öz özünə azalacaq”, – deyə Ə.Hüseynov əlavə edib.