Month: March 2024

  • Qurban Qurbanov: “İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu”

    “Bu, İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu”.

    Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

    “Qırmızı vərəqə epizoduna baxdım. Nəsə fikir bildirməyim bəlkə də düzgün olmaz. Lakin İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu. Hansı ki, bəlkə heç bunu cərimə zərbəsi kimi də saxlamazdılar, mübarizə kimi baxardılar. Hər bir halda söz sahibi hakim oldu və qərarı belə verdi”, – deyə o, qeyd edib.
    Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində “Bayer” (Leverkuzen) klubuna 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

  • Daşınmaz Əmlakın Dövlət Reyestrinə salınmayan qanunsuz tikili barədə qanunla qərar verilə bilər? – AÇIQLAMA

    “Qarşılaşdığımız suallardan biri də nikah dövründə özbaşına inşa edilən hər hansı tikilinin aqibəti ilə bağlı olur. Bu gün ölkədə 100 minlərlə özbaşına tikili var. Əgər nəzərdə tutulan tikilidə hər iki tərəfin yaşaması mümkündürsə, yaşayacaqlar. Yox, tərəflərdən biri digərinə mane olacaqsa, köçürülmə ilə bağlı iddia qaldırılarsa, məhkəmə bu iddianı təmin edəcək”.

    Bu barədə oxu.az-a Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Abidin Hüseynov “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” təqdim edilən və qəbul edilən plenum qərar layihəsinin məzmunu barədə sualları cavablandırarkən deyib.

    O bildirib ki, əgər obyektiv hər hansı səbəbdən tərəflərin birgə yaşaması mümkün deyilsə, yaşaması mümkün olmayan şəxs birgə nikah dövründə tikiliyə sərf edilən xərcin yarısını tələb edə bilər:

    “Bu, məhkəmə praktikasında da olmuş prosesdir. Bu qayda sözügedən əmlak Daşınmaz Əmlakın Dövlət Reyesterində olmasa da, keçərlidir. Lakin belə məhkəmə qərarları heç bir halda həmin əmlaka hüququ tanıyan və ya əmlakın qeydə alınmasını əsas verən qərar hesab edilməyəcək. Sadəcə olaraq bu, ər-arvad arasında əmlak bölgüsünü və mübahisəli məsələləri həll edən addım olacaq. Bu gün ölkədə özbaşına inşa edən tikililərə vəsait sərf edilir, insanlar yaşayır. Məhkəmənin bu qədər geniş yayılmış fakta qanuni olmadığı üçün tənzimləmirəm, qiymət vermirəm deməsi həyat təcrübəsinə uyğun olmazdı deyə, bu məqam da plenum qərarında nəzərə alınıb”.

  • Messinin imzaladığı forma Bakıda yüksək məbləğə satılır – FOTO

    Hazırda “İnter Mayami”də çıxış edən dünya ulduzu Lionel Messinin PSJ klubuna aid forması Azərbaycanda satışa çıxarılıb.

    Bu barədə elan saytlarında birində məlumat paylaşılıb.

    Belə ki, satışa çıxarılan köynək alıcılara 20 min manata təklif olunub.

  • Мирзоян: Азербайджан и Армения близки к консенсусу по поводу признания условных границ 1991 года

    Азербайджан и Армения близки к консенсусу по поводу признания границ 1991 года в качестве основания для делимитации и взаимного признания территориальной целостности.

    Как передают армянские СМИ, об этом заявил министр иностранных дел Армении Арарат Мирзоян на заседании парламентской комиссии по внешним отношениям.

    По его словам, в этом вопросе позиции двух стран сейчас ближе, чем были, к примеру, месяц назад.

    “Взаимопонимания в этом вопросе (границ 1991 года – ред.) на данный момент больше, чем например, это было месяц назад. По моему мнению, мы очень близки к взаимному согласию в этом вопросе”, – сказал А.Мирзоян.

  • Mirzoyan: “Azərbaycan və Ermənistan 1991-ci ilin şərti sərhədlərinin tanınması ilə bağlı konsensusa yaxındır”

    Azərbaycan və Ermənistan 1991-ci il şərti sərhədlərinin delimitasiya və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün əsas kimi tanınması ilə bağlı konsensusa yaxındır.

    Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib.

    Onun sözlərinə görə, indi iki ölkənin mövqeləri daha yaxındır.

    “Hazırda bu məsələdə, məsələn, bir ay əvvəl olduğundan daha çox qarşılıqlı anlaşma var. Mənim təəssüratıma görə, biz bu məsələdə qarşılıqlı razılaşmaya çox yaxınıq”, – deyə A.Mirzoyan bildirib.

  • Sabahdan Azərbaycan telekanallarında YENİLİK OLACAQ

    16 mart 2024-cü il tarixində gecə saat 01:00-dan etibarən Bakı şəhəri və Abşeron yarımadası ərazisində ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının HD yayımı test rejimində DVB-T2 standartına keçiriləcək.

    Bu barədə Audiovizual Şuradan məlumat verilib.

    Qeyd edilib ki, əhalinin açıq televiziya proqramlarına əlçatanlığının əhəmiyyətini nəzərə alaraq 48-ci TV yayım kanalı ilə aparılan açıq (ödənişsiz) rəqəmsal yerüstü SD yayımın DVB-T standartında qalması təmin olunacaq.

    Keçidin əsas məqsədi dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, ölkəmizdə daha keyfiyyətli televiziya yayımının tətbiqidir.

  • Bakıda tanış olduğu “qadın”la kinoya getmək istəyi kişiyə baha başa gəldi

    Bakıda kişi sosial şəbəkədə dələduzluqla üzləşib.

    Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, bir kişi tanışlıq proqramında qadınla tanış olub. Qarşı tərəf ona kinoya getməyi təklif edib və bilet almaq üçün link göndərib. Kişi də həmin linkə daxil olub və özünün bütün bank kartı məlumatlarını əlavə edib. Nəticədə tanış olduğu “qadın” onun 1 750 manatını ələ keçirib.

    DİN bu barədə bir daha vətəndaşlara müraciət edərək, kart məlumatlarını sirr saxlamağı, kiməsə etibar etməməyi tövsiyə edib. Bildirilib ki, belə halla üzləşdikdə isə dərhal polisə məlumat verin.

  • General Əliağa Şıxlinskinin doğum günüdür

    Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olub.

    1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayıb. 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirib. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi iştirak edib. Port-Artur qalasının müdafiəsi zamanı xüsusilə fərqləndiyinə görə “Qızıl qılınc” mükafatına layiq görülüb.

    Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə dərs deməyə başlayan Şıxlinski, 1908-ci ildə polkovnik rütbəsinə yüksəlib. 1910-cu ildə dərs vəsaiti kimi istifadə edilən “Səhra toplarının cəbhədə işlədilməsi” kitabı çap olunub. Bundan əlavə, “Şıxlinski üçbucağı”, “Şıxlinski formulu” adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib.

    Əliağa Şıxlinski 1912-ci ildə artilleriya sənətinin inkişafına verdiyi töhfələrə görə general-mayor rütbəsinə layiq görülüb və çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrilib.

    I Dünya müharibəsi zamanı onun hərbi bacarığını yüksək qiymətləndirən rəhbərlik Petroqradın artilleriya müdafiəsini məhz general Əliağa Şıxlinskiyə tapşırıb. Sonralar o, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin olunub.

    1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra general Şıxlinski vətənə qayıdıb və dekabr ayında hərbi nazirin müavini təyin edilib.

    1929-cu ildə istefaya çıxan general-leytenant Əliağa Şıxlinski, fəaliyyəti ərzində I-IV dərəcəli Anna, I-III dərəcəli müqəddəs Stanislav, II-IV dərəcəli Vladimir, IV dərəcəli Georgi ordenləri, bir çox medallar, həmçinin Fransanın bir sıra yüksək hərbi ordenləri ilə də təltif olunub.

    Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də Bakıda vəfat edib və Yasamal rayonundakı şəhər qəbiristanlığında dəfn olunub.

  • Строится туннель к новому бакинскому парку площадью 30 га – ФОТО/ВИДЕО

    В Наримановском районе Баку началась активная фаза создания нового парка.

    Как сообщает Caliber.Az, площадь нового парка составит 30 гектаров, он охватит часть проспекта Вагифа, улицы Джейхуна Гаджибейли, Шамси Рахимова и Насиб бека Юсифбейли (напротив Азербайджанской дипломатической академии – АДА, недалеко от станции метро “Гянджлик”).

    Парк создадут с максимальным использованием существующих деревьев и выгодного рельефа местности.

    В рамках этого на улице Джейхуна Гаджибейли (бывшей Фабрициуса) от пересечения с улицей Насиб бека Юсифбейли снесены малоэтажные жилые дома и хозяйственные постройки у так называемого “Рынка стройматериалов” вплоть до улицы Ханифы Алескерова. Сам рынок уже снесен.

    Так как новый парк с уже существующим парком “Деде Горгут”, расположенным по другую сторону проспекта Вагифа (возле Зоопарка и АДА) свяжет подземный пешеходный туннель, накануне уже начато его строительство.

    Для этого ограждена часть проспекта Вагифа.

    После завершения всех работ жители Баку получат новое красивое и полное зелени место проведения приятного досуга.








  • Bakıda yeni park salınır: Yeraltı keçidin tikintisinə başlanıldı – FOTO/VİDEO

    Bakının Nərimanov rayonunda yeni parkın salınması istiqamətində işlər aktiv mərhələyə qədəm qoyub.

    Caliber.Az-ın məlumatına görə, yeni salınacaq parkın ərazisi 30 hektar olacaq.

    Yeni park Vaqif prospektinin, həmçinin Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin bir hissəsini (Azərbaycan Diplomatik Akademiyası ilə üzbəüz ərazini, Gənclik metrosunun yaxınlığı) əhatə edəcək.

    Park mövcud ağaclara maksimum toxunmamaq şərti ilə relyeflə uyğun salınacaq.

    Yeni parkın salınması çərçivəsində Ceyhun Hacıbəyli küçəsinin Nəsib bəy Yusifbəyli küçəsi ilə kəsişməsindən Hənifə Ələsgərov küçəsinə kimi mövcud olmuş “Tikinti materialları bazarı”, həmçinin oranın yaxınlığındakı azmərtəbəli yaşayış binaları və yardımçı tikililər sökülüb.

    Yeni parkla “Dədə Qorqud” parkı arasında əlaqə yaratmaq üçün ərazidə yeni yeraltı piyada tunelinin tikintisinə başlanılıb. Bu məqsədlə Vaqif prospektinin bir hissəsi hasarlanıb.

    Bütün işlər yekunlaşdıqdan sonra bakılıların xoş istirahəti üçün yeni, gözəl və yaşıllıqlarla bol məkan mövcud olacaq.