Month: March 2024

  • Sumqayıtda yeniyetmə itkin düşüb

    Sumqayıtda 15 yaşlı oğlan itkin düşüb.

    “Report” un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhər sakini 2009-cu il təvəllüdlü Fərid Seymur oğlu Abbasov 18-ci məhəllədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı polisə məlumat verilib.

  • Doğuş və hamiləlik zamanı ölüm hallarının artmasının səbəbi nədir? – VİDEO

    Hamiləlik, doğuş və zahılıq dövründə qadınların ölümü paytaxt Bakıya nisbətən regionlarda daha çox baş verir.

    Xəzər TV mövzu ilə bağlı süjet hazırlayıb.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə hamiləlik, doğuş və zahılıq dövründə 18 qadın vəfat edib. Hadisələrin altısı şəhər, 12-si isə kənd yerlərində baş verib.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlərin təşkili departamentinin ana və uşaq sağlamlığı şöbəsinin müdiri Sevinc Məmmədova bildirib ki, ana ölümləri təkcə doğuş zamanı meydana çıxan hansısa problemdən, yaxud həkim səhvindən baş vermir:

    “Elə qadınlar var ki, onlarda onkoloji xəstəlik və ya şiş olur. Hamiləlik də bu xəsətliklərin gedişatını kəskinləşdirir. Bu xəstəliklərdən agah olmadan, yaxud bilə-bilə hamiləlik əmələ gəldikdə ana ölümləri baş verir”.

    Statistik məlumatlara görə, bir yaşadək ölən uşaqların sayında da artım var. 2021-ci ildə belə uşaqların sayı 840 nəfər idisə, 2022-ci ildə 959 nəfərə çatıb.

    Mütəxəssis vurğulayıb ki, hər bir sağlam qadın klinik protokollara uyğun olaraq hamiləlik boyunca ən azı yeddi dəfə həkim müayinəsində olmalıdır.

    Ətraflı süjetdə:

  • Bukmeykerlər “Avroviziya 2024”də Azərbaycanı neçənci yerdə görürlər?

    “Avroviziya 2024”lə bağlı bukmeykerlər fikirlərini bölüşməyə davam edirlər.

    “Eurovisionworld.com” saytında dərc olunan növbəti proqnozlara görə, ilk sırada bu dəfə Xorvatiya qərarlaşıb. İkici yerdə isə Ukrayna öz yerini möhkəmləndirməyə davam edir.

    İlk beşlikdə isə İtaliya, İsveçrə, Niderland kimi ölkələr var.

    Azərbaycan isə bukmeykerlər fikirlərinə görə 17-ci yerdə qərarlaşacaq.

    Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar yeddi və doqquz may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.

    Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) təmsil edəcək.

    O, səhnəni müğənni İlkin Dövlətovla bölüşəcək. İlkin beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnıda yer alan muğam hissəsini oxuyacaq.

  • Gəncə sakini özünün xəbəri olmadan beş şirkət sahibi oldu – VİDEO

    Ötən ilin əvvəlində Gəncə sakini Elnur Abbasov iki dostundan iş təklifi alıb.

    Dostlar ona şirkətdə işləmək üçün “Asan imza” almasının vacib olduğunu bildiriblər.

    Tez bir zamanda “Asan imza” alan Elnur Abbasov bütün sənədlərin şifrəsini dostlarına təhvil verib.

    Bu ilin ilk ayında isə E.Abbasovun adına vergi xidmətindən borc gəlib.

    Sənəddə isə göstərilib ki, onun adına olan beş şirkətin bir il ərzində 33 min manatdan çox borcu var.

    Daha ətraflı “ATV Xəbər”in süjetində:

  • Naxçıvanda 16 yaşlı qızı ərə vermək istədilər

    Naxçıvan Muxtar Respublikasında erkən nikahın qarşısı alınıb.

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Şərur rayonunda erkən nikaha cəhd edilib.

    Belə ki, Şərur rayon Ələkli kənd sakini 12 iyun 2007-ci il təvəllüdlü L.Ə. 1999-cu il təvəllüdlü Şərur rayon Vərməziyar kənd sakini H.M. ilə nişanlanaraq 2024-cü il 8 mart tarixində toy mərasimi keçirəcəkləri ilə bağlı məlumat əldə edilib.

    Həmin məlumat əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi əməkdaşlarının və Şərur Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb, toy mərasimi keçirilən ünvana baxış keçirilib və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halın qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

    Bütün baş verənlərdən, qanunamüvafiq söhbətdən nəticə çıxarmayan azyaşlının valideynləri və qarşı tərəfin yaxın qohumları israrla 2024-cü il 8 mart tarixində toy mərasimini keçirməyə cəhd ediblər. Aidiyyəti təşkilatların nümayəndələrinin səyi nəticəsində hər iki tərəfin valideynlərinin və yaxın qohumlarının aqressiyasına məhəl qoyulmaraq erkən nikahın qarşısı alınıb.

    Bildirilib ki, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq.

    “Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.

  • Rusiyada adamyeyən balıqçı ələ keçdi

    Rusiyanın Saratov vilayətində onillik axtarışlardan sonra Yakutiyadan olan adamyeyən balıqçı Aleksey Qorulenko tutulub.

    Məlumata görə, cinayətkar Yeremeyevka kəndində yaxalanıb. Qorulenko kəndə on ildən sonra ilk dəfə qohumuna baş çəkməyə gedibmiş.

    2012-ci ilin yayında Qorulenko və başqa üç kişi tayqaya balıq tutmağa gediblər. Orada avtomobilləri batıb və əlaqə vasitələri olmayıb. Nəticədə onlardan ikisi yalnız noyabr ayında tapılıb. Dörd balıqçıdan biri itkin düşüb, birini isə digər iki balıqçı yeyib.

    2014-cü ildə Yakutiya Ali Məhkəməsi Qorulenkonu ciddi rejimli koloniyada 12 il həbs cəzasına məhkum etsə də, o, hökmün elanına gəlməyib. O, axtarışa verilib və o vaxtdan Qorulenko gizlənib, tənha həyat sürüb, Uzaq Şərqdə, Sibirdə və Rusiyanın cənubunda balıqçı düşərgələrində və tərk edilmiş evlərdə yaşayıb.

    Mənbə: Gazeta.ru

  • В Масаллинском районе пропала школьница

    В селе Гасанли Масаллинского района пропала школьница.

    Как сообщает АПА, местная жительница, ученица 9 класса Сара Гасанли (2008 г.р.) вышла из своего дома и ушла в неизвестном направлении.

    По данному факту проводится расследование.

  • Masallıda məktəbli qız itkin düşdü

    Masallıda məktəbli itkin düşüb.

    APA xəbər verir ki, rayonun Həsənli kəndində yaşayan 2008-ci il təvəllüdlü 9-cu sinif şagirdi Sara Akif qızı Həsənli yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedərək itkin düşüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Рейтинг УЕФА: Азербайджан завершил сезон на 27-м месте

    Азербайджан завершил сезон 2023/2024 в рейтинге УЕФА на 27-м месте.

    Как передает Report, после вылета из Лиги Европы “Карабаха” стало ясно, что страна не продвинется в рейтинге.

    Таким образом, общий коэффициент, набранный Азербайджаном в текущем сезоне, составил 5,875. А коэффициент за последние 5 сезонов равен 20,125.

    Рейтинг УЕФА возглавляет Англия с коэффициентом 103,178. Испания (87 864) занимает второе место, а Италия (86 998) – третье.

  • UEFA reytinqi: Azərbaycan mövsümü 27-ci pillədə başa vurub

    Azərbaycan 2023/2024 mövsümünü 27-ci pillədə başa vurub.

    “Report”un məlumatına görə, avrokuboklardakı son iştirakçımız “Qarabağ”ın da mübarizəni dayandırması ilə reytinqdə irəliləməyəcəyimiz dəqiqləşib.

    Həmçinin sıralamada aşağı pillələrdə qərarlaşan ölkələrin heç birinin təmsilçisi mübarizəni davam etdirmir.

    Beləliklə, cari mövsümdə toplanılan ümumi əmsal 5.875 olub. Azərbaycanın son 5 mövsüm üçün əmsalı isə 20.125-ə bərabərdir.

    UEFA reytinqinə 103.178 əmsalla İngiltərə başçılıq edir. İspaniya (87.864) ikinci, İtaliya (86.998) üçüncü pillədə qərarlaşıb.