Month: March 2024

  • Президент Ильхам Алиев принял президента Фонда Мюнхенской конференции по безопасности Вольфганга Ишингера

    15 марта Президент Азербайджанской Республики Ильхам Алиев принял президента Фонда Мюнхенской конференции по безопасности Вольфганга Ишингера.

    Об этом сообщает President.az.

  • İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidentini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Münhen Təhlükəsizlik Konfransı Fondunun prezidenti Volfqanq İşingeri qəbul edib.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Bakıda vətəndaşları işə düzəltmək adı altında DƏLƏDUZLUQ: 61 yaşlı şəxs həbs edildi

    Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Hicran Şeyxov tutulub.

    Onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib.

    H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 – Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

  • Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan edildi

    Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

    Ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların episentri Fukusima prefekturasında olub.

    Zəlzələlərdən əvvəl ümummilli fövqəladə xəbərdarlıq sistemi işə salınıb – yerli sakinlərin mobil cihazlarına yaxınlaşan zəlzələ barədə xəbərdarlıqlar göndərilib. Tektonik zərbədən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Yeraltı təkanlar Tokioda hiss olunub.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur. “Fukusima-1” AES-də fövqəladə vəziyyətlə bağlı hər hansı məlumat verilməyib.

    Mənbə: TASS

  • Azərbaycanda professor vəfat etdi

    Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib.

    Mərhumla vida mərasimi sabah saat 10:00-da Təzəpir məscidində keçiriləcək.

    Şirindil Alışanov 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb.

    1993-1998-ci illərdə “Elm” qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə “Elm” Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub. 1990-cı ildən “Sabah” nəşriyyatının direktoru kimi çalışıb.

    O, bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü olub. Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunub.

  • Rusiya ABŞ vətəndaşlarına sanksiya tətbiq edib

    Rusiya ABŞ vətəndaşlarına sanksiya tətbiq edib.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

    Bildirilib ki, Amerika hakimiyyətinin Rusiya vətəndaşlarına qarşı “Kreml və xüsusi hərbi əməliyyatı dəstəklədiyinə” görə kütləvi şəkildə tətbiq etdiyi, getdikcə genişlənən sanksiyalara cavablar kontekstində Rusiya Federasiyası ərazisinə giriş hazırkı ABŞ Administrasiyasının rusofob kursuna haqq qazandıran, o cümlədən anti-Rusiya hərəkətlərində bilavasitə iştirak edən 227 amerikalı üçün bağlanıb.

    Rusiya XİN “stop siyahısı”na salınan ABŞ vətəndaşlarının siyahısını da dərc edib.

    ///APA

  • Ukrayna Zaporojya Atom Elektrik Stansiyasına hücum etdi

    Ukrayna ordusu Zaporojya Atom Elektrik Stansiyasına hücum edib.

    Bunu Zaporojya Atom Elektrik Stansiyasının sosial media hesabından açıqlama verilib.

    Açıqlamada zavodun kritik infrastrukturuna hücum edildiyi ifadə edilərək, “Dizel yanacağı çənlərinin arxasındakı əraziyə partlayıcı atıldı. Zavodun kritik infrastrukturuna da artilleriya atəşi açıldı. Əgər tankları vurdular, bu çox ağır nəticələrə səbəb ola bilər”, – deyə qiymətləndirmə edilib.

    Ümumilikdə 6 nüvə reaktoru və 5700 meqavat saat elektrik enerjisi istehsal gücünə malik elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

    Xatırladaq ki, Zaporojya Atom Elektrik Stansiyası 2022-ci ildə ruslar tərəfindən ələ keçirilib.

    Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları edilir. Ukrayna və Rusiya bu hücumlara görə bir-birini günahlandırır.
    //azxeber

  • Госкомиссия обнародовала количество выявленных на освобожденных территориях наркосодержащих растений

    В результате проведенных в 2023 году сотрудниками региональных управлений Министерства экологии и природных ресурсов совместно с полицейскими мероприятий в Лачынском районе были обнаружены и уничтожены 18 427, Кельбаджарском районе – 3 212, Губадлинском районе – 1 677 кустов дикорастущей конопли.

    Как сообщает Report, об этом говорится в отчете Государственной комиссии по борьбе с наркоманией и незаконным оборотом наркотических средств за 2023 год.

    В отчете отмечается, что в прошлом году с участием представителей Министерства сельского хозяйства и специалистов в Зангиланском районе было выявлено и уничтожено 20 630, Ходжавендском районе – 11 144, Физулинском районе – 4 665, Ходжалинском районе – 2 168 кустов дикорастущей конопли.

  • Azad olunmuş ərazilərdə aşkarlanan narkotik xassəli bitkilərin ümumi miqdarı açıqlanıb

    2023-cü ildə işğaldan azad olunmuş ərazilərdə aşkarlanaraq məhv edilən narkotik xassəli bitkilərin ümumi miqdarı məlum olub.

    Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2023-cü il üzrə hesabatında qeyd olunub.

    Hesabata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələri tərəfindən yerli polis şöbələri ilə birlikdə Laçın rayonunda 18 427 ədəd, Kəlbəcər rayonunda 3 212 ədəd, Qubadlı rayonunda 1 677 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu aşkarlanaraq məhv edilib.

    Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən aidiyyəti mütəxəssislərin İştirakı ilə Zəngilan rayonunda 20 630 ədəd, Xocavənd rayonunda 11 144 ədəd, Füzuli rayonunda 4 665 ədəd, Xocalı rayonunda 2 168 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu aşkar olunaraq aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə məhv edilib.

  • Начальник ЖКЭУ “Гачкынкома” задержан при получении взятки – ВИДЕО

    Разоблачены действия должностного лица, предоставлявшего за взятки квартиры, находящиеся в государственной собственности.

    Как сообщили в пресс-службе Генпрокуратуры, в результате оперативно-разыскных мероприятий, проведенных в связи с незаконными действиями начальника Агдамского районного отдела жилищно-коммунального эксплуатационного участка (ЖКЭУ) Департамента по делам беженцев и вынужденных переселенцев Валеха Абдуллаева, в Главном управлении по борьбе с коррупцией при генеральном прокуроре возбуждено уголовное дело.

    Были выявлены серьезные подозрения в том, что Валех Абдуллаев неоднократно просил взятки в обмен на трудоустройство различных лиц, недопущение увольнения лиц, достигших пенсионного возраста, создание условий для выплаты заработной платы лицам, не приходившим на работу, предоставление другим лицам квартир, находящихся на балансе Госкомитета по делам беженцев и вынужденных переселенцев и другие правонарушения. Валех Абдуллаев был задержан с поличным при получении взятки.

    По данному факту возбуждено уголовное дело по статьям 311.3.2, 312-1.1, решением суда в отношении задержанного избрана мера пресечения в виде домашнего ареста и отстранения от должности.

    Следствие продолжается.