Month: March 2024

  • “Antiterror əməliyyatından sonra müsadirə edilmiş hərbi qənimətlərin dəyəri bir milyard dollara yaxın idi”

    “Sonuncu antiterror əməliyyatından sonra hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə etdik ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın idi”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

    “Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi”, – deyə dövlətimizin başçısı qeyd edib.

  • Ərdoğan: “3+3” regional formatı çox vacib platformadır”

    “3+3” regional formatı regionda anlaşma, Cənubi Qafqazda sülh və sabitlik üçün çox vacib platformadır. Bu il biz həmin təşəbbüsün üçüncü görüşünə evsahibliyi edəcəyik”.

    “Report” xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı məktubda yer alıb.

    O deyib ki, dünya yalnız beş gücdən ibarət deyil: “Regional əməkdaşlıq təxirəsalınmaz məsələyə çevrilib. Hazırda Türkiyə regionda problemlərin həlli yoluna məhz bu prinsip əsasında çalışır”.

    Qeyd edək ki, R.T.Ərdoğanın məktubunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım oxuyub.

  • “Bitcoin” 10-20% ucuzlaşa bilər

    May ayında “bitcoin”in qiyməti 10-20% aşağı düşə bilər.

    Bu proqnozu rusiyalı kriptoekspert Anton Toroptsev verib.

    “Artan dəyişkənliyin və “bitcoin” məzənnəsinin mümkün azalmasının müşahidə olunduğu dövr aprelin ortalarında baş verəcək “halving”dən bir neçə həftə sonra olan dövrdür. Sahibkarlar sikkələrin maksimum qiymətlə ticarəti zamanı əməliyyat xərclərini ödəmək və qazanc əldə etmək üçün “bitcoin”ləri satmağa üstünlük verəcəklər”, – deyə Toroptsev bildirib.

    Xatırladaq ki, “halving” apreldə baş verəcək, bundan sonra yeni “bitcoin”lərin emissiyası, istehsalı iki dəfə azalacaq. Bu, “bitcoin”in yaranmasından bəri dördüncü “halving” olacaq. “Halving” tarixən “bitcoin”in məzənnəsinin artması ilə müşayiət olunub. Kriptovalyutanın satışı onun məzənnəsini aşağı sala bilər.

    “Binance” kriptovalyuta birjasının 14 marta olan məlumatına görə, bir “bitcoin”in qiyməti 73 min dollardan çoxdur ki, bu da tarixi maksimumdur. Təkcə son 30 gündə “bitcoin” 50%-dən çox bahalaşıb. Toroptsevin proqnozuna əsasən, may ayında kriptovalyuta məzənnəsi 58,4 min dollardan 65,7 min dollara qədər ola bilər.

    Mənbə: Gazeta.ru

  • Prezident: “Biz göstərdik ki, güclü siyasi iradəmiz, potensialımız var”

    “Azərbaycan qeyri-qanuni işğalın qurbanı idi, etnik təmizləməyə məruz qalmışdı”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

    Dövlətimizin başçısı, həmçinin qeyd edib: “Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”.

  • Abşeronda yanacaqdoldurma məntəqəsi ərazisində qəza: Dizel ətrafa dağıldı – VİDEO

    Abşeron rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanacaqdoldurma məntəqəsinin ərazisində qoşqusunda tutumu 37 ton dizel yanacağı olan MAN markalı yanacaqdaşıyan avtomobil ilə “KamAZ” markalı yük avtomobilinin toqquşması nəticəsində qəza hadisəsinin baş verdiyi və yanacaqdaşıyan yük avtomobilinin çəninin zədələnərək dizel yanacağının ətrafa dağıldığı, məntəqə üçün ciddi təhlükənin yarandığı müəyyən olunub.

    Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlərlə ərazidə mümkün yanğın-partlayış təhlükəsi aradan qaldırılıb.

  • Prezident: “Əsas geosiyasi dəyişik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır”

    “Sonuncu görüşümüzdən sonra dünyada və regionumuzda bir çox hadisələr baş verib. Əsas geosiyasi dəyişik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

    Bunun çox ciddi geosiyasi dəyişiklik olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz bunun həllini çoxdan gözləyən münaqişələrin həlli ilə bağlı müsbət nəticələrini gördük”.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Апрельские фьючерсы на марку WTI подорожали на 0,01% – до 79,73 доллара за баррель, майские на Brent – на 0,07%, до 84,09 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri dəyişib

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin aprel füçersləri 0,01% bahalaşaraq, bir barelinin qiyməti 79,73 ABŞ dolları olub.

    “Brent” markalı neftin may füçersləri 0,07% bahalaşaraq, bir barelinin qiyməti 84,09 ABŞ dolları təşkil edib.

  • Xəstəxanadakı qanunsuzluqlarla bağlı cinayət işi başlandı

    “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində (PHŞ) baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə Ağdaş Rayon Prokurorluğundan məlumat verilib.

    Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.09.2018-ci il tarixdən 01.09.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əməkhaqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

  • Президент Азербайджана Ильхам Алиев встретился с президентом Албании Байрамом Бегаем – ФОТО

    14 марта Президент Азербайджанской Республики Ильхам Алиев встретился с президентом Республики Албания Байрамом Бегаем.

    Об этом сообщает President.az.