Month: March 2024

  • “Selta” baş məşqçisi Benitesi yola saldı

    “Selta” baş məşqçisi Rafael Beniteslə yollarını ayırdığını rəsmən açıqlayıb. Qalisiya klubu təcrübəli mütəxəssisə və onun heyətinə göstərdikləri dürüstlük və peşəkarlığa görə təşəkkür edib, həmçinin ona gələcəkdə uğurlar arzulayıb.
    63 yaşlı mütəxəssisin gərgin məşqçilik karyerasına “Valensiya”, “Liverpul”, “İnter”, “Çelsi”, “Napoli”, “Real Madrid”, “Nyukasl”, “Everton” kimi klublar daxildir.
    Rafael iki dəfə “Valensiya”nı ölkə çempionu edib, “Liverpul” ilə Çempionlar Liqasını, “Çelsi” ilə Avropa Liqasını qazanıb.
    Ümumilikdə onun məşqçilik tərcümeyi-halında 14 kubok var.
    Benites iki dəfə UEFA tərəfindən ilin məşqçisi seçilib, yeddi dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi olub.
    Xatırladaq ki, Benites “Selta”ya 2023-cü ilin yayında gəlib. Onun rəhbərliyi altında klub İspaniya çempionatında 28 turda 14 məğlubiyyət və cəmi beş qələbə qazanıb. Viqo təmsilçisi hazırda 17-ci yerdə qərarlaşıb.
    Mənbə: sportarena.com

  • “Qadın cinayətlərinin kökündə bu problem dayanır” – AÇIQLAMA

    Heç kimə sirr deyilki, bu gün baş verən ailədaxili konfliktlərin çoxu məhz qısqanclıq səbəbindən baş verir. Lakin qısqanclıq bəzən həddindən çox ola bilir. Bu da ciddi problemlərin yaranmasına səbəb olur.
     
    Bəs çox qısqanclıq hansı problemləri yaradır?
     
    Mövzu ilə bağlı Sfera.az-a danışan klinik psixoloq Nərmin Xəlilova bildirib ki, qısqanclıq hissi bütün canlılarda mövcud olur.
     
    “Qısqanclığın iki növü var. Normal və patoloji qısqanclıq. Patoloji qısqanclıq normal qısqanclığın daha üst səviyyəsidir. Bu cür insanlar ailə münasibətlərində, xüsusilə əks cinslə ünsiyyət zamanı çox ciddi problemlər yaşayırlar. Bu da özlüyündə ayrılığa və boşanmaya səbəb olur”.
     
    Psixoloq qeyd edib ki, patoloji qısqanclıq genetik faktorlarla da əlaqəli ola bilir.
     
    “Bir qisim insanlarda isə bu qısqanclığın yaranma səbəbi keçmişdə aldığı travma ilə əlaqəli ola bilir. Bu da qarşı cinslə normal münasibətin qurulmasına, ailə münasibətlərinin davam etdirilməsinə maneə yaradır. Patoloji qısqanclıqdan əziyyət çəkən insanlar partnyorunu öz yaxınlarına da qısqanır və görüşməklərinə icazə vermirlər, özgüvənsiz və özünü yetərsiz hiss edirlər. Olmayan ssenariləri beyinlərində qurub, həmin ssenariyə inanırlar. Qarşı tərəf bunu nə qədər inkar etsə də, partnyorunun yalan danışdığını düşünürlər”.
     
    N. Xəlilova diqqətə çatdırıb ki, qısqanclığın bu növü, əsasən, şiddətlə nəticələnir.
     
    “Qadın cinayətlərinin kökündə daha çox patoloji qısqanclıq dayanır. Bu qısqanclıq həm şəxsin özünə, həm partnyoruna, həm də digər insanlara ziyan verir. Bu problemlərin sağlam şəkildə həll edilməsi, münasibətlərin möhkəmlənməsinə gətirib çıxarır. Bu insanlar həyat keyfiyyətinin yüksəldilməsi üçün psixooloji dəstək almalıdırlar”.

  • Bu şəxslərin maaşı artırılır – MƏBLƏĞ

    Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşları artırılır.
     
    Median.Az APA-ya istinadən bildirir ki, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.
     
    Layihəyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrindən asılı olaraq aşağıda göstərilən miqdarda xüsusi rütbələr üzrə maaşlar müəyyən edilməsi təklif edilir:
     
    Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri – 200 manat miqdarında;
     
    1-ci dərəcəli dövlət vergi xidməti müşaviri – 180 manat miqdarında;
    2-ci dərəcəli dövlət vergi xidməti müşaviri – 160 manat miqdarında;
    3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) – 145 manat miqdarında;
    baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) – 130 manat miqdarında;
    vergi xidməti müşaviri (ədliyyə müşaviri) – 115 manat miqdarında;
    kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) – 100 manat miqdarında;
    1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) – 80 manat miqdarında;
    2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) – 65 manat miqdarında;
    3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) – 55 manat miqdarında.
     
    Qüvvədə olan qanuna əsasən, vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrindən asılı olaraq aşağıda göstərilən miqdarda xüsusi rütbələr üzrə maaşlar müəyyən edilir:
     
    Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri – 60 manat miqdarında;
    1-ci dərəcəli dövlət vergi xidməti müşaviri – 54 manat miqdarında;
    2-ci dərəcəli dövlət vergi xidməti müşaviri – 51 manat miqdarında;
    3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) – 48 manat miqdarında;
    baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) – 45 manat miqdarında;
    vergi xidməti müşaviri (ədliyyə müşaviri) – 42 manat miqdarında;
    kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) – 39 manat miqdarında;
    1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) – 36 manat miqdarında;
    2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) – 33 manat miqdarında;
    3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) – 30 manat miqdarında.

  • Bu ay ərzaq məhsulları BAHALAŞACAQ – SƏBƏB

    Hər il olduğu kimi, bu ilin mart ayında da əhalinin ərzaq xərclərində ciddi artım baş verəcək. Buna səbəb Novruz bayramıdır.

    2023-cü ilin yanvar və fevral aylarında ərzağa xərclənən pul 2,2-2,3 milyard manat olduğu halda martda 2,8 milyard manatı ötmüşdü, apreldə isə xərclər 2 milyard manata düşmüşdü.

    2022-ci ilin yanvar və fevral aylarında ərzağa hər ay 1,8-2 milyard manat xərcləndiyi halda martda ərzaq xərcləri 2,36 milyard manata yüksəlmişdi, apreldə xərclər yenidən azalaraq 1,7 milyard manat olmuşdu.

    İki ilin xərc dinamikası göstərir ki, hər ilin martında əhalinin ərzaq xərcləri kəskin şəkildə artır, daha sonra isə eyni sürətlə azalır.

    Əhalinin ərzaq xərclərinin martda kəskin artması izafi tələblə bağlıdır. Ailələr beşgünlük bayram tədbiri üçün xərclərini xeyli artırır. Orta hesabla bir ailədə bayrama görə yaranan əlavə xərc 150-300 manat intervalında olur. Bu, ay ərzində ölkə üzrə 300-600 milyon manat həcmində əlavə xərc deməkdir. 2023-cü ilin yanvar və fevralı ilə müqayisədə martda əhalinin ərzaq xərclərinin 500-600 milyon manat, 2022-ci ildə isə 360-560 milyon manat artması da bunu təsdiqləyir.

    Yaranan izafi xərclər böyük olduğundan bu, bazarda müvəqqəti qiymət artımına da səbəb olur. Adətən bayram öncəsində qiymətlər bir neçə gün öncəsinə nisbətən 5-20 faiz intervalında artır. Müvəqqəti bahalaşma xərclərə təsir edir. Buna görə də əhali əvvəlki günlərlə müqayisədə eyni miqdarda ərzaq məhsulunu almaq üçün bayram öncəsində daha çox pul xərcləyir.

    Həm əhalinin bayram süfrəsi üçün daha çox miqdarda ərzaq alması, həm də qiymətlərin yüksəlməsi martda əhalinin ərzaq xərclərini artırır. Ehtimal ki, bu ilin martında da əhalinin ərzaq xərcləri yanvar və fevral aylarına nisbətən ən azı 400-500 milyon manat artacaq.

    //sfera.az

  • Bu brendi yapışqan rulon şəklində olan qolbağı 3 min evroya təqdim etdi – VİDEO

    “Balenciaga” brendi qeyri-adi aksesuarları ilə izləyicilərinin  diqqətini daim cəlb edir.
     
    “Ballenciaga” daha bir yeni məhsul ilə hər kəsi şok edib. Marka 2024-cü ilin payız/qış aylarından qiyməti təxminən 3 min avro olan yapışqan lent şəklində “Gaffer Bangle” qolbağını təqdim edib. 
     
    Sözügedən qolbaq adi bir rulon şəffaf lentə bənzəyir.

    Onun brendin məhsulu olduğunu bildirən yeganə şey üzərində təkrarlanan “Balenciaga” yazısıdır.
    İnternet istifadəçiləri böyük moda evinin adi bir məişət əşyasını ironik qəşəng aksessuara çevirməsindən şoka düşüblər. Çoxları markanın yoxsulluğu estetik hala gətirməyə çalışdığını bildirib.

    Şərhlərdə: 
     
    “Varlı insanlar özlərini çox yoxsul hiss etmək istəyirlər”, “Balenciaga” hər il zibil qutusunu kolleksiya adı ilə bizə atır”, “And içirəm ki, bu marka bütünlükdə böyük daxili zarafatdan ibarətdir” yazıblar.

    Qeyd edək ki, brendin gündəlik əşyaları dəbli seçimlərə çevirməsi ilk dəfə deyil. 2022-ci ildə brend payız/qış kolleksiyası üçün “dünyanın ən bahalı zibil çantasını” təqdim edib.

    İnək dərisindən ibarət bu zibil torbasının buraxıldıqdan sonra qiyməti təxminən 1790 dollar olub.

    Layihə müəllifi isə moda evinin kreativ direktoru Demna Qvasaliya olub. 
     
    Elə həmin il brend 1850 dollar dəyərində cırıq və çirkli idman ayaqqabısı da buraxaraq qəzəb doğurmuşdu.
     
    2022-ci ilin noyabrında moda evi iki mübahisəli kampaniyaya görə qalmaqal və güclü reaksiya ilə üzləşdi: birində uşaqların BDSM temalı oyuncaq ayıları olan çantaları reklam etmiş, digərində isə uşaq pornoqrafiyası qanunları ilə bağlı SCOTUS sənədləri fonda istifadə edilmişdi.

    “Bu, mənim böyük səhvim idi. Bu obyektləri şəkilə qoymağın, əsasən də ortada bir uşağın olmasının nə qədər yersiz olacağını başa düşmədim. Təəssüf ki, bu, yanlış fikir və lazımsız qərar idi. Gərək uşaqları onlara aid olmayan və uyğun gəlməyən obyektlərdə göstərməzdilər.”
    //sfera.az

  • Ən yüksək maaş hansı ərazilərdədir? (VİDEO)

    Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, 2023-cü il üzrə paytaxtda ən yüksək orta aylıq əməkhaqqı Pirallahı rayonunda qeydə alınıb.

    Belə ki, bu rayonda orta aylıq maaş 2 211 manat təşkil edib. Ən aşağı əməkhaqqı isə Binəqədi rayonunda olub. Deyilən ərazidə bu rəqəm 784 manat təşkil edib.

    Göstəricilərdən belə məlum olub ki, Pirallahıda orta aylıq əməkhaqqı Binəqədi rayonu ilə müqayisədə 2,8 dəfə çoxdur.

    Bəs rayonlar arasında maaşlarda niyə bu qədər fərq var?

    İqtisadçı Xalid Kərimli məsələyə aydınlıq gətirib.

    “Birincisi, ölkədə maliyyə, mədənçıxarma və informasiya kommunikasiya texnologiyaları sahəsində əməkhaqqı daha çoxdur. Növbəti amil Pirallahıdakı iş yerlərinin sayı ilə bağlıdır. Oradakı müəssisələrdə rəhbər işçilər olduğu üçün əməkhaqları yüksək olub. İşçi sayı az olanda ümumi vəziyyəti düzgün qiymətləndirmək olmur”, – deyə o bildirib.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Məşhur bloger və qardaşı saxlanıldı – Cinsi istismarında ittiham olunurlar

    Britaniyalı internet məşhuru Endryu Teyt qardaşı ilə birlikdə Rumıniyada saxlanılıb. Onlar vətənlərində bir sıra ağır cinayətlərdə ittiham olunurlar.

    Qaynarinfo xəvər verir ki, bu barədə “Associated Press” blogerin mətbuat katibinin bəyanatına istinadən yazıb.

    Teyt qardaşları London Sülh Məhkəməsinin verdiyi həbs qərarı əsasında martın 11-də Buxarestdə saxlanılıblar. 37 yaşlı Endryu və qardaşı Tristan onların Böyük Britaniyaya ekstradisiyasına qərar verilərkən növbəti 24 saat dəmir barmaqlıqlar arxasında qalacaqlar. Böyük Britaniyada onlar mütəşəkkil cinayətkar qrup yaratmaqda, insan alverində, bir neçə zorlamada, həmçinin pornoqrafik materialların istehsalı üçün qızların cinsi istismarında ittiham olunurlar.

    Böyük Britaniyada 2012-2015-ci illərdə 4 qadın blogeri cinsi və fiziki zorakılıqda ittiham etdikdən sonra məhkəmə prosesi başlayıb. Lakin sonda hakimiyyət onu cinayət məsuliyyətinə cəlb etməmək qərarına gəlib.

    “Dörd il sonra bizə dedilər ki, Böyük Britaniya hakimiyyəti onu mühakimə etməyəcək”, deyə qurbanlar kampaniya səhifəsində şikayət ediblər.

    Endryu Teytin sözçüsü deyib ki, ikili – Britaniya və ABŞ vətəndaşı olan qardaşlar bu iddiaları rədd edirlər və bu cür ciddi iddiaların əhəmiyyətli yeni sübutlar olmadan yenidən “dirilməsindən” dərin məyusluq ifadə edirlər.

    Bloger və keçmiş kikboksçu öz paylaşımlarında feminizm və seks haqqında radikal danışıb, Qərb ölkələrini qınayıb. O, 2022-ci ilin dekabrında qardaşı və iki yerli sakinlə birlikdə Buxarest yaxınlığında həbs edilib. Daha sonra onlar ev dustaqlığına buraxılıblar. Ardınca onlara Buxarest və yaxınlıqdakı ərazilərə hərəkət etməyə icazə verilib. Keçən həftə teyti cinayətlərdə ittiham edən qadınlar onun Rumıniyadan qaçmağı planlaşdırdığı barədə məlumat aldıqdan sonra iş yenidən açılıb.

    Qalmaqallı bloger dəfələrlə bəyan edib ki, Rumıniya prokurorlarının onun günahı ilə bağlı heç bir sübutu yoxdur və o, siyasi sui-qəsdin qurbanı olub. Teyt bu barədə X sosial şəbəkəsində öz izləyicilərinə məlumat verib. Əvvəllər Teyt müxtəlif internet platformalarında misoginist fikirlər səsləndirdiyinə və nifrəti qızışdırdığına görə bloklanıb.

  • “Qarabağ”ın sabiq futbolçusu: “Heç kim deyə bilməz ki, “Bayer” mərhələni 100 faiz keçəcək”

    “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyada “Bayer”in qonağı olacaq. Bakıda Bundesliqa nəhənginin başına “oyun açan” Qurban Qurbanovun komandasının səfərdə necə çıxış edəcəyini hamı səbirsizliklə gözləyir. Nəticələrlə bağlı fikirlər isə təbii ki, müxtəlifdir.

    “Qarabağ”ın sabiq futbolçusu Kənan Kərimov da fikirlərini bölüşüb. O Qaynarinfo-ya açıqlamasında “Qarabağ”ın şansları olduğunu deyib:

    “Yaxşı ki, “Qarabağ”ımız var. Bu komanda Azərbaycan futbolunun brendidir. Çox qürurlanırıq. Həm stadionu doldururlar, həm də fikrimcə, televeziya vasitəsilə ən azı 6-7 milyon insan, uşaqdan tutmuş böyüyüə qədər hər kəs onları izləyir. Möhtəşəm formada olan “Bayer”ə qarşı belə oyun göstərmək bizi də sevindirir. Çox istərdik ki, Almaniyada da yaxşı oyun nümayiş etdirsinlər. Heç kim deyə bilməz ki, “Bayer” favoritdirsə, mərhələni 100 faiz keçəcək. Futbolda hər şey baş verir. “Qarabağ”ın gücü, cəsarəti var. İnanırıq ki, komanda turu Almaniyada keçəcək”.

    “Bayer” Bakıdakı oyunda son dəqiqələrdəki əvəzetmələrdən sonra məğlubiyyətdən xilas oldu. “Qarabağ”a Almaniyada şans verənlərin sayı azdır. Kərimov bu fikirlərə də münasibətini bildirib:

    “İlk oyundan əvvəl də belə düşünənlərin sayı çox idi. Düzdür, bu gün “Bayer” səviyyəsində “Qarabağ”ımız var” deyə bilmərik. O, Avropaya səs salmış komandalardandır. Bakıda hesab 2:2 olarkən, qol vəziyyətlərindən istifadə edə bilmədik. Əks halda rəqib evinə məğlubiyyətlə dönəcəkdi. Bu futboldur, “Qarabağ”ın cəsarətinə inanıram. “Bayer”in də sıx qrafiki var, öz çempionatlarında liderdir. Bu səbəbdən müəyyən rotasiyalara gedə bilərlər. Çox güman Bakıdakı oyun “Bayer”in canına “üşütmə” salıb. Əsas heyətdən maksimum istifadə edib, mərhələni keçməyə çalışacaqlar”.

  • “TikTok” instaqramın analoqunu hazırlayır

    “TikTok” tərtibatçıları fotoların paylaşılması üçün “TikTok Photos” adlı sosial şəbəkə təqdim etməyə hazırlaşırlar.

    Bu barədə “TheSpAndroid” portalı məlumat yayıb.

    Android və iOS sistemlərində işləyən qurğular üçün əlçatan olacaq yeni sosial şəbəkənin instaqramın rəqibinə çevriləcəyi bildirilir. “TikTok Photos”un veb versiyasının olub-olmayacağı, eləcə də buraxılış tarixi hələlik açıqlanmayıb.

    Qeyd edək ki, keçmiş ABŞ prezidenti Donald Tramp “TikTok”u ölkəsinin milli təhlükəsizliyinə təhdid adlandırmışdı.
    //report

  • На автодороге Билясувар-Бахрамтепе произошло ДТП, есть пострадавшие

    На автомобильной дороге Билясувар-Бахрамтепе произошло дорожно-транспортное происшествие.

    Как сообщает муганское бюро Report, ДТП произошло на проходящем через Билясуварский район отрезке дороги.

    На автодороге перевернулся легковой автомобиль, в результате чего жители Баку Бахруз Аллахвердиев 1981 г.р. и Джавид Гулиев 1988 г.р. получили телесные повреждения различной степени тяжести.

    Пострадавшие доставлены в Билясуварскую центральную районную больницу.

    По факту проводится расследование.