Month: March 2024

  • Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qəza olub, xəsarət alanlar var

    Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda xəsarətlə nəticələnən yol qəza olub.

    Hadisə sözügedən yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

    Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhəri sakinləri, 1981-ci il təvəllüdlü Bəhruz Allahverdiyev və 1988-ci il təvəllüdlü Cavid Quliyev müxtəlif bədən xəsarətləri alıb.

    Hər iki yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.
    //report

  • Gürcüstanın Baş naziri Azərbaycan və Ermənistan səfirləri ilə regiondakı vəziyyəti müzakirə edib

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Faiq Quliyev və Aşot Smbatyanla görüşüb.

    “Report” “Sputnik Georgia”ya istinadən xəbər verir ki, Baş nazir səfirlərlə regiondakı mövcud vəziyyəti müzakirə edib.

    Görüş zamanı sülh və sabitliyin vacibliyi vurğulanıb.

    Baş nazir onlarla strateji tərəfdaşlıq, ölkələr arasında sıx dostluq münasibətlərindən, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən də danışıb.

  • В Турции задержали разыскиваемых по линии Интерпола террористов ИГ

    В Турции задержаны три члена террористической группировки ИГ, двое из которых находятся в международном розыске по линии Интерпола.

    Об этом сообщает Median.Az со ссылкой на турецкие СМИ.

    Террористы задержаны в северной провинции Чорум в ходе спецоперации главного управления по борьбе с терроризмом при МВД Турции.

    По данным местных властей, задержанные участвовали в боевых действиях в различных странах. Все они являются гражданами иностранных государств. В то же время двое их них находятся в международном розыске по красному циркуляру Интерпола.

  • Türkiyədə qırmızı bülletenlə axtarılan İŞİD üzvləri tutulub

    Türkiyənin Çorum bölgəsində İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarla 2-si qırmızı bülletenlə axtarışda olan 3 terrorçu tutulub.

    İŞİD-in Türkiyəyə qarşı hərəkətlərinin sübut və deşifrə edilməsi məqsədilə aparılan araşdırmada müxtəlif vaxtlarda münaqişə bölgələrində fəaliyyət göstərdiyi təsbit olunan 3 nəfər təqib edilib.

    Texniki və fiziki təqibdən sonra şübhəlilərin ünvanlarında əməliyyat keçirilib.

    Əməliyyat zamanı saxlanılan 3 şübhəlidən 2-in İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olduğu müəyyən edilib.

    Şübhəlilər polis bölməsinə aparılıblar.

  • МВД об ограничениях в центре Баку: Мы не преследуем цель штрафовать водителей

    Ограничение проезда личного автотранспорта на площади перед станцией метро “28 Мая” и Бакинским железнодорожным вокзалом нацелено на превращение этой территории в безопасную зону для пешеходов.

    Об этом заявили в Министерстве внутренних дел Азербайджана.

    В ведомстве отметили, что исполнение решения осуществляется совместно Главным управлением государственной дорожной полиции города Баку и Агентством наземного транспорта Азербайджана (AYNA).

    “Цель не в том, чтобы штрафовать водителей, а превратить этот район в более удобную зону для пешеходов и создать безопасную среду”, – говорится в информации.

    С сегодняшнего дня ограничено движение личного автотранспорта на площади перед станцией метро “28 Мая” и Бакинским железнодорожным вокзалом. Действовавшие на территории автомобильные парковки прекратили работу и будут демонтированы.

  • DİN “28 May”dakı məhdudlaşdırma ilə bağlı açıqlama yayıb: Məqsəd sürücüləri cərimələmək deyil

    “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən birgə həyata keçirilir.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    “Məqsəd sürücüləri cərimələmək yox, ərazini piyadaların hərəkəti üçün daha əlverişli zonaya çevirmək və təhlükəsizlik mühitini formalaşdırmaqdır”, – məlumatda vurğulanıb.

    Qeyd edək ki, bu gündən metronun “28 May” stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub. Şəxsi avtomobillər sözügedən əraziyə buraxılmır. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri də fəaliyyətini dayandırır.

  • Paytaxtda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

    Paytaxtda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Səbail rayon prokurorluğu məlumat yayıb.

    Məlumata əsasən, cari il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Bildirilib ki, ibtidai istintaq zamanı 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şosesi 15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilib ki, toplanmış sübutlar əsasında Yusif İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
    //report

  • Ukrayna PUA-larla Belqoroddakı ticarət obyektinə zərbələr endirib, 4 avtomobilə ziyan dəyib

    Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyanın Belqorod vilayətinə hücum edib.

    Bu barədə vilayət qubernatorluğundan bildirilib.

    Qeyd olunub ki, ticarət obyektinə zərbələr endirilib.

    Məlumata görə, hadisə nəticəsində itki olmayıb, 4 avtomobilə ziyan dəyib.

  • Завтра в Баку ожидаются дожди

    13 марта в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно.

    Как сообщили в Национальной службе гидрометеорологии, в некоторых местах ночью и утром вероятны дожди.

    Будет преобладать северо-западный ветер. Температура воздуха ночью 3-6°, днем 6-9° тепла. Атмосферное давление повысится с 768 до 771 мм ртутного столба. Относительная влажность воздуха составит 70-80%.

    В большинстве районов Азербайджана преимущественно без осадков, однако в некоторых восточных районах временами ожидаются дожди. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью 2-6°, днем 9-14° тепла, ночью в горах 3-8° мороза, днем от 3° мороза до 2° тепла.

  • Sabah Bakıda yağış yağacaq

    Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.