Month: March 2024

  • Məşhur boksçunun adı əbədiləşdiriləcək

    Məşhur boksçu Məhəmməd Əlinin adı Dünya Güləş Əyləncə şirkətinin Şöhrət Zalında əbədiləşdiriləcək.

    Bu barədə “Boxing Scene” portalı məlumat yayıb.

    ABŞ-nin Pensilvaniya ştatında yerləşən, hər il müxtəlif ölkələrdən Şöhrət Zalının siyahısına düşən idmançılar arasında aprel ayında M.Əlinin də adı yer alacaq.

    Qeyd edək ki, Məhəmməd Əli 2016-cı ildə 74 yaşında Parkinson xəstəliyi səbəbindən dünyasını dəyişib.

  • Азербайджан увеличил инвестиции в Грузию более чем в 30 раз

    Азербайджан инвестировал в Грузию 53,6 млн долларов США в 2023 году, что в 31,5 раза больше в годовом исчислении.

    Об этом сообщает Median.Az со ссылкой на Национальное статистическое управление Грузии.

    Доля Азербайджана в общем объеме иностранных инвестиций в эту страну в 2023 году составила 3,4%.

    Объем прямых иностранных инвестиций в Грузию в прошлом году составил 1 млрд 594,7 млн долларов, что на 24% меньше в годовом исчислении.

    Основным иностранным инвестором Грузии в 2023 году была Великобритания – 392 млн долларов.
    //report

  • Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 32 dəfə artırıb

    2023-cü ildə Azərbaycan Gürcüstana 53,6 milyon ABŞ dolları investisiya yatırıb ki, bu da 2022-ci ilə nisbətən 31,5 dəfə çoxdur.

    “Report” bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

    Məlumata görə, ötən il Gürcüstana yatırılan ümumi xarici investisiyalarda Azərbaycanın payı 3,4 % təşkil edib.

    Hesabat dövründə Gürcüstana 1 milyard 594,7 milyon ABŞ dolları xarici birbaşa investisiya yatırılıb ki, bu da illik müqayisədə 24 % azdır.

    Ötən il Gürcüstanın əsas xarici investoru Böyük Britaniya (392 milyon ABŞ dolları; 10,3 % az) olub. Onu ABŞ (153,5 milyon ABŞ dolları; 13 % az), Rusiya (87,6 milyon ABŞ dolları; 19 % az) və Malta (80 milyon ABŞ dolları; 2,1 dəfə çox) izləyib.

    Təkcə öən ilin IV rübündə Azərbaycanın qonşu ölkəyə investisiya qoyuluşu əvvəlki ilin eyni dövrünə nisbətən 8,5 dəfə artaraq 35,6 milyon ABŞ dollarına çatıb. Bu da qonşu ölkəyə rüblük xarici investisiya qoyuluşunun 17,2 %-i qədər olub.

  • Bakıda kombi və qazanxana avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

    Bakının Sabunçu rayonun Maştağa qəsəbəsi ərazisində qazanxanaların birindən 13000 manat dəyərində kombi və qazanxana avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Qəzənfər Quliyev müəyyən olunaraq saxlanılıb.

  • МЧС призвало соблюдать правила безопасности при разведении праздничных костров

    Министерство по чрезвычайным ситуациям (МЧС) призвало граждан соблюдать правила пожарной безопасности при разведении традиционных костров по вторникам, предшествующим празднику Новруз.

    Как сообщает Median.Az со ссылкой на заявление ведомства, несоблюдение правил пожарной безопасности может привести к тяжелым последствиям.

    В министерстве напомнили, что на прошедших предпраздничных вторниках трое детей получили ожоги различной степени при попытке перепрыгнуть через костер.

    В связи с этим МЧС еще раз обращается к населению и призывает строго соблюдать правила пожарной безопасности.

    “Костры следует разжигать вдали от зданий, автомобилей, электрических проводов, деревьев и любых горючих материалов. Малолетние, собирающиеся у костра, должны находиться под присмотром взрослых. Следует проявлять осторожность при прыжках через костер, проследить за тем, чтобы после празднества огонь в костре был полностью потушен”, – говорится в заявлении ведомства.

    В МЧС также призвали граждан не оставлять горящие свечи на праздничных столах без присмотра.

  • FHN Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

    Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Bildirilib ki, aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da acı nəticələrə gətirib çıxarır.

    Belə ki, ötən çərşənbə mərasimləri zamanı 3 uşağın bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alması faktları qeydə alınıb.

    Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.

    Bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar materiallardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

  • В Шабране мать и ребенок умерли во время родов

    В Шабранском районе мать и ребенок умерли во время родов.

    В Шабранской районной центральной больнице скончались Наиля Гасымова 1987 года рождения и ее ребенок.

    По факту проводится расследование.

  • Şabranda doğuş zamanı ana və körpəsi ölüb

    Şabranda doğuş zamanı ana və körpəsi ölüb.

    Hadisə Şabran Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

    Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Qasımova Nailə Əlihüseyn qızı körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • “Qarabağ” Almaniyaya yola düşdü

    UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”in qonağı olacaq “Qarabağ” klubu bu gün Almaniyaya yola düşüb.

    Ağdam təmsilçisi bir qədər əvvəl çarter reysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

    Qeyd edək ki, sabah Bakı vaxtı ilə saat 20:00-da Qurban Qurbanov mətbuat konfransına başlayacaq, yarım saat sonra isə komanda “Bay Arena”da yekun məşqə çıxacaq.

    Xatırladaq ki, Leverkuzendəki qarşılaşma martın 15-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.

  • Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz kəsiləcək

    “Qaraçuxur” QPS-də “Əhali” kollektorundan ayrılan “Əmircan” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 13.03.2024-cü il tarixdə saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

    Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Suraxanı rayonu üzrə Əmircan qəsəbəsinin və Şərq yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.