Month: March 2024

  • Ötən həftə 191 mina zərərsizləşdirilib

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

    Bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 4-10 mart 2024-cü il tarixi ərzində 63 tank əleyhinə mina, 128 piyada əleyhinə mina, 316 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Həmçinin, 997.1 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

  • Завтра ожидаются дожди

    12 марта в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, в некоторых местах ночью и утром временами ожидается моросящий дождь.

    Периодически усиливающийся северо-западный ветер днем сменится умеренным юго-восточным.

    Температура воздуха ночью составит 3-6°, днем 6-9° тепла. Атмосферное давление повысится с 769 до 773 мм ртутного столба. Относительная влажность воздуха составит 65-75%.

    В районах Азербайджана в некоторых местах ожидаются осадки, в горных районах – снег, в восточных районах, вероятно, интенсивный. В течение дня осадки постепенно будут сокращаться. Ночью и утром временами ожидается туман. Будет преобладать умеренный восточный ветер.

    Температура воздуха ночью составит 2-6°, днем 8-13° тепла, в горах ночью 5-10°, днем 0-3° мороза. Ночью и утром в некоторых горных районах дороги могут быть покрыты льдом.

  • Sabah hava yağıntılı olacaq

    Bakıda və Abşeron yarımadasında martın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə havanın arabir çiskinli olacağı ehtimalı var.

    Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

  • Число погибших палестинцев в Газе превысило 31 тыс. человек

    Число погибших палестинцев в секторе Газа достигло 31 112 человек.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом сообщило Министерство здравоохранения анклава.

    С начала обострения конфликта на Ближнем Востоке, число пострадавших палестинцев превысило 72 тыс. человек.

    Только за минувшие сутки на территории сектора погибли 67 мирных жителей.

  • Qəzzada ölən fələstinlilərin sayı 31 mini keçib

    Qəzza zolağında ölən fələstinlilərin sayı 31 112 nəfərə çatıb.

    Bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Qəzza zolağında münaqişə başlayandan bəri yaralanan fələstinlilərin sayı 72 min nəfəri keçib.

    Qeyd edilib ki, son 24 saat ərzində Fələstin anklavında 67 dinc sakin ölüb.

  • Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barədə cinayət işi başlanıb

    Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barədə cinayət işi başlanıb.

    Bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.

    Məlumata əsasən, martın 9-u, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bildirilib ki, araşdırmalarla 1985-ci il təvəllüdlü Əli Eybatovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Səbuhi Əhmədlini qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

    Qeyd olunub ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Əli Eybatov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.

    Xatırladaq ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib. Hadisə martın 9-da baş verib.
    //report

  • В Азербайджане в этом году около 8 000 человек получили инвалидность

    В январе-феврале текущего года Государственное агентство медико-социальной экспертизы и реабилитации при Министерстве труда и социальной защиты населения установило инвалидность 7,9 тыс. человек.

    Как сообщает Median.Az со ссылкой на министерство, 3,8 тыс. человек получили первичную, а 4,1 тыс. – повторную инвалидность.

    После установления инвалидности этим лицам через электронную систему в проактивном порядке были назначены социальные выплаты по инвалидности (пенсии, пособия, стипендии).

    За последние два месяца в реабилитационных учреждениях агентства были оказаны реабилитационные услуги 18 тыс. лиц с ограниченными возможностями здоровья.

  • Bu il səkkiz minə yaxın şəxsə əlillik təyin edilib

    Bu ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 7,9 min şəxsə əlillik təyin edib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Qeyd olunub ki, onlardan 3,8 mininə ilkin, 4,1 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

    Bildirilib ki, son iki ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 18 min şəxsə isə reabilitasiya xidmətləri göstərilib.

  • Bakıda qətldə şübhəli bilinən şəxs saxlanılıb

    Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində Əhmədli Səbuhi Arif oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Heybətov Əli Həmid oğlu saxlanılaraq istintaqa təhvil verilib.

    Xatırladaq ki, hadisə martın 9-da baş verib.

  • ФРГ передаст Украине крылатые ракеты через Великобританию

    Берлин готов рассмотреть предложение главы МИД Великобритании Дэвида Кэмерона о круговом обмене ракетами для дальнейшей их передачи Украине.

    Как передает Median.Az со ссылкой на Der Spiegel, об этом заявила министр иностранных дел Германии Анналена Бербок.

    В частности, ФРГ может поставить Соединенному королевству крылатые ракеты Taurus, а взамен на это британская сторона передаст Украине Storm Shadow. Таким образом Германия формально снимет с себя ответственность за предоставление украинским войскам крылатых ракет, говорится в статье.

    Издание пишет, что Бербок открыта для предложений Кэмерона предоставить Киеву крылатые ракеты посредством такой схемы.

    На прошлой неделе Кэмерон заявил, что Лондон готов оказать ФРГ помощь в решении вопросов, связанных с поставками немецких крылатых ракет Taurus на Украину.

    По мнению министра, поставки таких крылатых ракет Киеву не приведут к эскалации конфликта, так как передающая сторона может установить ограничения на их применение.