Month: March 2024

  • В Товузском районе предотвращена армянская провокация

    11 марта в 12:10 подразделения вооруженных сил Армении с позиций, расположенных в направлении населенного пункта Чинарлы Товузгалинского района, предприняли попытку осуществить разведывательные полеты с использованием квадрокоптера над позициями азербайджанской армии в направлении населенного пункта Эсрик Товузского района.

    Об этом сообщили в пресс-службе Министерства обороны Азербайджана.

    “Обнаруженный благодаря бдительности наших подразделений беспилотный летательный аппарат был нейтрализован специальными техническими средствами”, – добавили в ведомстве.

  • Erməni kəşfiyyatının qarşısı alındı, PUA zərərsizləşdirildi – RƏSMİ

    Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

  • Ильхам Алиев: Казахстан и Азербайджан – это два братских государства

    Казахстан и Азербайджан – это два братских государства.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Ильхам Алиев на первом заседании Высшего межгосударственного совета Азербайджана и Казахстана.

    Подчеркнув, что на протяжении многих веков наши народы живут в мире, братстве и сотрудничестве, независимо от общественно-политической формации, глава государства отметил: “А как два независимых государства уже более 30 лет активно взаимодействуют как в международных структурах, так и в двустороннем формате. Но в последнее время динамика наших взаимных визитов очень иллюстративна и говорит о том, что отношениям придан новый динамизм”.

  • İlham Əliyev: “Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir”

    “Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.

    Xalqlarımızın ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşadıqlarını vurğulayan dövlətimizin başçısı qeyd edib:

    “İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”.

  • Dünya çempionu Almaniyada güllələnərək öldürülüb

    IBF versiyası üzrə keçmiş Avropa və dünya çempionu Besar Nimani 38 yaşında öldürülüb.

    Məlumata görə, veteran boksçu Almaniyanın Bilfeld şəhərində restorandan çıxarkən güllələnib. Nimani hadisə yerindəcə ölüb.

    İdmançı 1985-ci ildə Kosovoda anadan olub, 1997-ci ildə Almaniyaya köçüb və sonra orada yaşayıb. 2011-2019-cu illərdə rinqdə keçirdiyi 27 peşəkar döyüşün 26-da qalib gəlib.

    Qeyd edək ki, boksçu bundan əvvəl – 2013-cü ildə də Bilfeldin mərkəzində mübahisədən sonra atışmada dizindən və budundan yaralanmışdı.

    Mənbə: sport.ua

  • Xəzər dənizində zəlzələ olub

    Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib.

    Zəlzələnin maqnitudası 3.9 olub.

  • Beyləqanda bank kartından pul oğurlanıb

    Beyləqan rayonunda iki qadının bank kartlarından ümumilikdə 630 manat pul oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Müqabil Əliyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gənc oğlan xalası qızının sevgilisini bıçaqladı – TƏFƏRRÜAT

    Bakının Xətai rayonunda 1992-ci il təvəllüdlü Cavid xalası qızı Səbirənin sevgilisi Familə (adlar şərti verilib – red.) xəsarət yetirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cavid 7 aprel 2023-cü ildə, saat 23:00-da Xətai rayonu, Telnov küçəsində fəaliyyət göstərən restoranın 7 nömrəli otağında Famillə onun ailəli olan xalası qızı Səbirə arasında sevgi münasibətlərinin olmasından şübhələnib.

    O, Familin sifət nahiyəsinə bıçaqla, baş nahiyəsinə isə bıçağın arxa hissəsi ilə zərbələr vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

    Hadisəni törədən Cavidin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, cinayət hadisəsi onun evli olan xalası qızı Səbirəyə görə baş verib:

    “Zərərçəkmiş şəxs Famil mənim xalam qızının qayınanasının iş yoldaşıdır. Famil xalam qızı Səbirəyə ərindən ayrılmağını, özünün də arvadından ayrılacağını bildirib, Səbirə ilə birlikdə ailə həyatı qurmağı təklif edib. Səbirə isə Familin bu təklifini rədd edib və mənə bu barədə məlumat verib. Mən Familin Səbirəyə bu cür təklif etdiyini öyrəndikdən sonra ona zəng etdim. Onu kafeyə görüşə çağırdım. Familə onun evli olmaqla, uşaqlarının olduğunu bildirdim. Ona xalam qızı Səbirəyə evlilik təklifi etməkdə məqsədinin nə olduğunu soruşdum. Famil isə öz arvadından boşandıqdan sonra Səbirə ilə evlənəcəyini dedi. Buna görə də əsəbiləşərək Famili bıçaqla vurdum. Çünki xalam qızı Səbirənin Famillə ailə həyatı qurmaq fikri olmayıb. Səbirəyə bu təklifi Famil edib”.

    Məhkəmədə zərərçəkmiş qismində ifadə verən Familin sözlərinə görə, Səbirənin qayınanası Lətifə onunla birlikdə çörək sexində işləyib:

    “Bəzi hallarda Səbirənin qayınanasının mobil telefonu üzərində olmadıqda, onun telefonu ilə öz gəlini Səbirə ilə mobil telefon vasitəsilə əlaqə saxlayıb. Lakin heç vaxt Səbirənin özü ilə danışmaq üçün onunla əlaqə saxlamamışam”.

    Zərərçəkmiş hadisə ilə əlaqədar bildirib ki, təqsirləndirilən Cavid onunla zəngləşib və görüşmək istəyib:

    “Mən də Cavidlə görüşmək qərarına gəldim. Mənimlə Cavidin arasında yanlış anlaşılma olub. Ona görə də biz həmin yanlış anlaşılmanı aydınlaşdırmaq üçün görüşdük. Biz görüşdüyümüz zaman Cavid mənə guya Səbirəni istədiyimi, ona görə də Səbirəni həyat yoldaşından boşandıraraq evlənəciyim kimi fikirlərim olduğunu bildirdi. Lakin Cavidə belə bir məsələnin olmadığını izah etdim. Sadəcə olaraq həmin an hər ikimiz də əsəbi olduğumuzdan bir-birimizi başa düşə bilmədik. Nəticədə Cavid mənə bıçaqla xəsarət yetirdi”.

    Məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, Cavidi təxminən iki ilə yaxındır tanıyır:
    “Cavidin xalası qızının qayınanası onun əvvəllər işlədiyi Günəşli qəsəbəsində yerləşən restoranda işləyib. Mən həmin gəlini də dəfələrlə görmüşəm. Həmin gəlinin telefon nömrəsi də məndə olub. Çünki qayınanasının telefonu olmadığından öz gəlini ilə mənim telefonumla əlaqə saxlayıb. Cavidin xalası qızı ilə mənim aramda heç bir sevgi və məhəbbət kimi ülvi hisslər, yaxud həmin tipli söhbətlərimiz, yazışmalarımız olmayıb”.

    Zərərçəkmiş qeyd edib ki, 7 aprel 2023-cü ildə, axşam saat 20:00-da Cavid onun istifadəsində olan nömrəyə zəng edib və onunla Əhmədli qəsəbəsində yerləşən restoranda görüşmək istədiyini bildirib:

    “Mən də Cavidlə razılaşdım. Sonra biz həmin gün saat 23:00-da restoranın 7 saylı kabinetində görüşdük. Görüş zamanı Cavid xalası qızı Səbirə ilə sevgi münasibətimdə olub-olmadığımı soruşdu. Mən Cavidə belə bir şeyin olmadığını dedim. Sonra Cavid mənə elə bir söhbət eşitdiyini bildirdi. Mən isə – “elə bir söhbət olsaydı, mən boşanardım və onunla evlənmək qərarı verərdim”, – dedim. Cavid məndən evli olub-olmadığımı soruşdu. Mən də evli olduğumu dedim. Daha sonra Cavid mənə kəlləsi ilə sifət nahiyəmə, daha sonra bıçaqla qarın və bədənimin digər nahiyələrinə vurdu. Bundan sonrasını xatırlamıram”.

    Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Cavid 6 il müddətinə azadlıqdan məhrum edilib.

  • Qarabağda ev inşa etmək istəyənlərin nəzərinə – VİDEO

    İşğaldan azad olunmuş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların arzusu reallaşa bilər. Bununla bağlı müraciətlərə baxılması nəzərdə tutulub.

    Bərpa quruculuq işlərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə onara yaşayış məntəqlərinin bərpası və yenidən qurulması ilə bağlı təsdiq olunmuş planlara uyğun adiyyəti üzrə baxılması nəzərdə tutulub.

    Millət vəkili Tahir Rzayev aztv-yə bildirib ki, Nazirlər kabinetinin hesabatında bu məsələ şərh olunur: “Bu müraciətlərə baxıla bilər. Dövlətin nəzarəti altında və müvafiq orqanların biləvasitə tapşırıqları əsasında tikiləcək”.

    Ətraflı videomaterialda izləyə bilərsiniz:

  • Azərbaycanda kollecin direktoru və müavini işdən çıxarıldılar

    2023-cü ilin dekabr ayından etibarən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır.

    Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, monitorinqlər zamanı kolleclərdə tədris prosesində mövcud olan problemlər, yol verilən nöqsanlar araşdırılır və onların aradan qaldırılması istiqamətində agentlik tərəfindən qəti tədbirlər həyata keçirilir.

    Nəzərinizə çatdırırıq ki, Göyçay Rayon Prokurorluğunun 12 dekabr 2023-cü il tarixli qərarına əsasən, Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 29 yanvar 2024-cü il tarixindən etibarən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində araşdırma aparılır.

    Araşdırma zamanı sözügedən kollecdə tədris prosesinin təşkili ilə əlaqədar ciddi nöqsanlar aşkarlanıb. Nəticədə kollecin tədris işləri üzrə direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 11 mart 2024-cü il tarixli əmri ilə tutduğu vəzifədən azad edilib.