Month: March 2024

  • Almaniya birbaşa iştirakı olmadan qanadlı raketləri Ukraynaya ötürməyin yolunu tapıb

    Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, rəsmi Berlin Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun raketlərin Ukraynaya təhvil verilməsi üçün dairəvi mübadilə təklifini nəzərdən keçirməyə hazırdır.

    Bu barədə “Der Spiegel” yazıb.

    Xüsusilə Almaniya Böyük Britaniyaya “Taurus” qanadlı raketləri verə bilər və bunun müqabilində Britaniya tərəfi “Storm Shadow”u Ukraynaya ötürəcək.

    Beləliklə, Almaniya Ukrayna qoşunlarını qanadlı raketlərlə təmin etmək məsuliyyətindən rəsmən azad olacaq.

    Nəşr yazıb ki, Annalena Berbok belə sxem vasitəsilə Kiyevi qanadlı raketlərlə təmin etmək barədə Kemeronun təkliflərinə açıqdır.

  • В Агдаше произошло ДТП со смертельным исходом

    В Агдаше произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    Об этом Report сообщили в Шекинской региональной группе пресс-службы МВД.

    Согласно информации, 11 марта около 01:00 водитель автомобиля марки “ВАЗ-2104” Мурсал Алиев при движении на территории города Агдаш не справился с управлением, в результате чего транспортное средство сначала врезалось в дерево, а затем в припаркованный на обочине грузовик.

    Находившийся в автомобиле пассажир Джейхун Вели оглу Гахраманов (1981 г.р.) от полученных травм скончался на месте происшествия.

    По факту возбуждено уголовное дело.

  • Ağdaşda ölümlə nəticələnən yol qəzası olub

    Ağdaşda ölümlə nəticələnən yol qəzası olub.

    DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, martın 11-də saat 01 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-2104” markalı avtomobilin sürücüsü Mürsəl Əliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb.

    Müxtəlif bədən xəsarətləri alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Qəhrəmanov Ceyhun Vəli oğlu hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanıb.

  • Rəsmi Moskva: Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir

    Qərb Ermənistanı Rusiyaya qarşı alətə çevirmək istəyir.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Hippinin sözləri bunu təsdiq edir: “Londonun postsovet məkanında, o cümlədən Cənubi Qafqazda atdığı bütün addımların anti-Rusiya mahiyyətini gizlətməkdən əl çəkməsi bizi artıq təəccübləndirmir. Lakin Hippinin etirafı Qərbin Ermənistanı Moskvaya qarşı yönəlmiş xəttin alətinə çevirmək istəyinin birbaşa təsdiqidir”.

    Xatırladaq ki, C.Hippi bildirib ki, London “Rusiyadan gələn təhlükələr” qarşısında Ermənistanı dəstəkləməyə hazırdır və bütün məsələ Paşinyanın Ermənistanın KTMT-də iştirakını dondurmaq istəyindədir.

    London İrəvanın bu qərarını “Ermənistanın suveren hüququnun həyata keçirilməsi” kimi qiymətləndirib.
    //report

  • Вылет самолета AZAL рейса Анкара – Баку задерживается

    Вылет воздушного судна, выполнявшего рейс J2 8004 авиакомпании Azerbaijan Airlines по маршруту Анкара – Баку, задерживается по технической причине.

    Об этом сообщает пресс-служба ЗАО Azerbaijan Airlines (AZAL).

    Все пассажиры будут размещены в отеле рядом с аэропортом Эсенбога и, согласно правилам авиакомпании, обеспечены всем необходимым, включая напитки и питание.

    При возникновении вопросов можно обратиться в колл-центр авиакомпании по электронной почте: callcenter@azal.az.

    Авиакомпания приносит извинения за возникшие неудобства.

  • AZAL-ın Ankara-Bakı təyyarəsi texniki səbəbdən gecikir

    “Azərbaycan Hava Yolları” aviaşirkətinin Ankara-Bakı marşrutu üzrə J2 8004 reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəbdən gecikir.

    Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, reysin sərnişinləri Esenboğa Beynəlxalq Hava Limanına yaxın hoteldə yerləşdiriləcək və aviaşirkətin qaydalarına uyğun olaraq qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.

    Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

    Aviaşirkət yaranmış narahatlığa görə üzr istəyir.

  • Sabunçuda əməliyyat: Silahlı şəxslər saxlanıldılar – VİDEO

    Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Tofiq Yədayi üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

    Ondan “Kalaşnikov-74” markalı avtomat, bir ədəd patron darağı və doqquz ədəd patron aşkar olunaraq götürülüb.

    T.Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, Sabunçu RPİ-nin NMB-nin əməkdaşlarının bir müddət əvvəl həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlayan iki nəfər – Rafiq Bağırov və Elxan Vahabov da saxlanılıblar.

    Bu şəxslərdən isə ümumilikdə iki ədəd “Makarov” tapançası, iki ədəd patron darağı və 11 ədəd patron aşkar olunub.

  • Bakıda yerləşən apteklərdə nöqsanlar aşkarlandı

    Bakıda yerləşən apteklərdə nöqsanlar aşkarlanıb.

    Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, mərkəz tərəfindən 2024-cü ilin fevral ayı ərzində Bakı şəhəri üzrə bir planlı və bir plandankənar, respublikanın digər şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb.

    Yoxlamalar zamanı dörd aptekdə nöqsan aşkarlanıb, doqquz adda dərman vasitəsi (38 qutu) müsadirə edilib.

    Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddəsi üzrə protokollar tərtib edilib.

  • Qadından ağlasığmaz əməl: Həbsxanaya narkotik keçirmək üçün azyaşlıdan istifadə etməyə çalışdı

    Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat Aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məhkum Əfləddin Xəyyam oğlu Seyfullazadə ilə qısamüddətli görüşə gəlmiş tanışı Ülviyyə Azər qızı Rzayevanın və azyaşlı Zəhra Fərid qızı Hümbətlinin əşyalarına və üzərlərinə baxış keçirilən zaman Z.Hümbətlinin şalvarının arxa cibində gizlədilmiş bükülüdə 0,812 qram metamfetamin aşkar olunub.
    Faktla bağlı araşdırma aparılır.

  • Rusiya, Çin və İran arasında üçtərəfli hərbi dəniz təlimləri başlayacaq

    İran, Rusiya və Çinin iştirakı ilə “Dəniz təhlükəsizlik kəməri – 2024” hərbi dəniz təlimlərinin əsas mərhələsi martın 12-də başlayır və Hind okeanının şimal hissəsində baş tutacaq.

    Məlumata görə, təlimlərdə Azərbaycan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrikanın silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. Təlimlərin məqsədi regionda təhlükəsizliyi gücləndirmək, beynəlxalq dəniz ticarətini qorumaq, dəniz quldurluğu və terrorizmlə mübarizə, dəniz əməliyyatları sahəsində əməliyyat və taktiki təcrübə mübadiləsidir.

    Mənbə: TASS