Month: March 2024

  • ABŞ-da helikopter qəzasında iki hərbçi ölüb

    ABŞ-ın Texas ştatında Milli Qvardiyanın helikopteri qəzaya uğrayıb.

    Bu barədə NBC kanalı məlumat yayıb.

    Qeyd olunub ki, qəza nəticəsində ən azı iki nəfər ölüb, dörd nəfər ağır yaralanıb.

    Hadisə Meksika ilə sərhədə yaxın La-Qrulla şəhərində baş verib.

    Yerli hökumət rəsmisi bunun federal tapşırıqla Sərhəd Patrul xidməti ilə işləyən hərbi helikopter olduğunu təsdiqləyib.

  • Günəşdə güclü partlayış baş verib

    Günəşdə M yüksək dərəcəli güclü partlayış qeydə alınıb.

    Tətbiqi Geofizika İnstitutun Heliogeofizika Xidmətindən verilən məlumata görə, rentgen diapazonunda 13 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb.

    Kosmik havanın monitorinqi göstərib ki, son 24 saat ərzində Günəş partlayışlarının Yerin ionosferinə təsiri beş göstəricidən ən aşağı R1 səviyyəsindədir (beş göstəricidə R1 ən aşağı təsir, R5 isə ekstremal təsirdir).

    Mənbə: Gazeta.ru

  • Moskvada polis gücləndirilmiş rejimə keçirilib

    Moskvada polis gücləndirilmiş iş rejiminə keçirilib.

    Məlumata görə, buna səbəb ABŞ səfirliyinin dünən paytaxtda mümkün terror aktları ilə bağlı məlumat yaymasıdır.

    Moskvanın mərkəzində və bəzi nəqliyyat növlərində patrul qruplarının sayı iki dəfə artırılıb, mülki geyimli polislər də asayişi qorumağa cəlb olunublar.

    Mənbə: radio1.ru

  • Məhkəmə Ələsgər Məmmədli barədə qərar verib

    Bakı şəhəri Xətai Rayon Məhkəməsi martın 9-da “Toplum TV” işi üzrə saxlanılan daha bir nəfər barədə həbs qətimkan tədbiri seçib.

    Bununla bağlı hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

    Qərarla Ələsgər Məmmədli dörd ay müddətinə həbs olunub.

    Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

    Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Martın 8-də Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov və İlkin Əmrahovun həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri dörd ay müddətinə həbs olunublar.

  • Посол Азербайджана призвал парламент Нидерландов содействовать миру между Баку и Ереваном

    Азербайджан призвал нидерландский парламент и его комитет по иностранным делам поддержать усилия по налаживанию мира между Баку и Ереваном и содействовать успеху переговорного процесса между ними.

    Об этом Median.Az сообщает со ссылкой на пресс-службу посольства Азербайджана в Гааге.

    Посол Азербайджана в Нидерландах Рахман Мустафаев встретился с председателем постоянного комитета по иностранным делам Палаты представителей (нижней палаты) нидерландского парламента Раймондом де Рооном. В ходе встречи он призвал нидерландскую сторону содействовать формированию благоприятной атмосферы для укрепления диалога и доверия между Баку и Ереваном.

    “Комментируя ситуацию, сложившуюся в переговорном процессе, посол Р.Мустафаев указал на конструктивную роль немецкой дипломатии в этом вопросе, призвал комитет по иностранным делам и нидерландский парламент в целом поддержать усилия Германии – ведущего партнера Нидерландов в ЕС, и содействовать формированию благоприятной атмосферы для укрепления диалога и доверия между Баку и Ереваном”, – говорится в сообщении.

    Р.Мустафаев проинформировал главу комитета о состоянии двусторонних отношений Азербайджана и Нидерландов, ответил на его многочисленные вопросы о состоянии мирного процесса между Азербайджаном и Арменией, ситуации в регионе Южного Кавказа, отношениях с Россией, Украиной, Турцией, Ираном и Израилем.

    В ходе беседы азербайджанский дипломат проинформировал Р. де Роона о проектах Срединного и Зангезурского коридоров, отметив их важное значение для всех стран региона, в том числе и самой Армении. При этом он указал, что Ереван по прежнему противится выполнению статьи 9 Совместного заявления лидеров России, Армении и Азербайджана от 10 ноября 2020 года об открытии транспортных коммуникаций, сохраняя Нахчыванскую АР в блокаде.

    Глава комитета по иностранным делам выразил благодарность за информацию и высказался за развитие диалога и обмена визитами между депутатами парламентов Нидерландов и Азербайджана.

    Отметим, что 71-летний Раймонд де Роон – один из самых влиятельных деятелей ультраправой Партии свободы (PVV), которая победила на ноябрьских выборах 2023 года. Специализируется на вопросах внешней политики и оборонной стратегии ЕС.

  • Azərbaycan səfiri Niderlandı Bakı ilə İrəvan arasında sülh prosesinə töhfə verməyə çağırıb

    Azərbaycan Niderland parlamentini Bakı ilə İrəvan arasında sülhün bərqərar edilməsi səylərini dəstəkləməyə və onlar arasında danışıqlar prosesinin uğuruna töhfə verməyə çağırıb.

    Bu barədə Azərbaycanın Niderlanddakı Səfirliyi məlumat yayıb.

    Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev Niderland Parlamentinin Nümayəndələr Palatasının (aşağı palata) xarici əlaqələr komitəsinin sədri Raymond de Roon ilə görüşüb və o, Niderland tərəfini Bakı ilə İrəvan arasında dialoq və etimadın möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmağa kömək etməyə çağırıb.

    “Danışıqlar prosesindəki vəziyyəti şərh edən səfir R.Mustafayev Almaniya diplomatiyasının bu məsələdə konstruktiv rolunu qeyd edib. Xarici məsələlər komitəsini və bütövlükdə Niderland parlamentini Avropa İttifaqında aparıcı tərəfdaşı olan Almaniyanın bu səylərini dəstəkləməyə və Bakı ilə İrəvan arasında dialoqun və etimadın möhkəmləndirilməsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verməyə çağırıb”, – məlumatda qeyd edilib.

    R.Mustafayev Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin vəziyyəti barədə komitə sədrinə məlumat verib. Onun Azərbaycanla Ermənistan arasında sülh prosesinin vəziyyəti, Cənubi Qafqaz regionundakı vəziyyətlə, Rusiya, Ukrayna, Türkiyə, İran və İsraillə münasibətlərlə bağlı çoxsaylı suallarını cavablandırıb.

    Söhbət zamanı azərbaycanlı diplomat xarici məsələlər komitəsinin sədrinə Orta və Zəngəzur dəhlizlərinin layihələri barədə məlumat verib, onların regionun bütün ölkələri, o cümlədən Ermənistanın üçün əhəmiyyətini qeyd edib. Eyni zamanda o, qeyd edib ki, İrəvan hələ də Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli nəqliyyat kommunikasiyalarının açılmasını həyata keçirmir. Eləcə də, Naxçıvan Muxtar Respublikasını blokadada saxlamaqla üçtərəfli sazişin icrasına qarşıdır.

    R. de Roon verilən məlumata görə minnətdarlığını bildirib və Niderland və Azərbaycan parlamentlərinin üzvləri arasında dialoqun və səfər mübadiləsinin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib.

  • Telefonu gecə şarj etməyin ZƏRƏRLƏRİ

    Bir çox insanlar yatarkən telefonu şarj cihazına qoyurlar ki, səhər oyanana kimi tam dolsun.
     
    Median.Az lent.az-a istinadən bildirir ki, bu vərdiş telefonun batareyasının ömrünü azaldır. 
     
    Avstraliyanın Mərkəzi Kvinslend Universitetinin professoru Riteş Çuqun sözlərinə görə, telefonlar gecə saatlarında şarj edilərsə, alması lazım olan enerjini 4 dəfə alır və arxa fonda işləyən proqramlar səbəbindən batareyanı təkrar-təkrar doldurmağa çalışır. 
     
    Mobil telefon istehsalçıları bu vəziyyətin qarşısını almaq üçün məhsullarına yeni xüsusiyyətlər əlavə edirlər.
     
    “Apple” cihazları şarj 80 faizi, “Samsung” cihazları isə 85 faizi keçdikdən sonra şarj cərəyanını gecikdirir ki, bu da dolayı yolla batareyanın ömrünü pozur.

  • Məktəblərin qarşısındakı itlərlə bağlı açıqlama – VİDEO

    “Məktəbdən övladını gətirən analara azyaşlı uşaqları ilə birgə elə bu ərazidə itlər dəfələrlə hücum edib. Gec saatda dərsdən çıxıb gələn uşaqlarımıza görə çox narahatıq”.

    Bu şikayətlə “Qafqazinfo”ya Sumqayıt şəhər 17-ci və 18-ci mikrorayonların bir qrup sakini müraciət edib.

    Sakinlərin sözlərinə görə, 4 və 39 nömrəli məktəblərin önü sahibsiz itlərlə doludur:

    “Bu ərazidə yerləşən beşmərtəbəli binaların arxa tərəfində itlər lap sürü ilə gəzirlər. Bir həftə bundan öncə valideynlərdən biri məktəbdən uşağını götürüb qayıdanda 7 it üstlərinə cumub. Qonşular güclə itləri qova biliblər. Bu hal birinci dəfə deyil ki, yaşanır. Demək olar ki, hər gün bu vəziyyətdir. Bunun qorxusu elə bəs edir. Dəfələrlə şikayət etsək də, baxılmır, heç bir tədbir görülmür”.

    Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanıb. Qurumdan müraciətə belə cavab verilib:

    “Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə davamlı olaraq sahibsiz itlərin götürülməsi və sığınacaqlara yerləşdirilməsi işləri həyata keçirilir. Eyni zamanda, sahibsiz itlərin peyvəndlənməsi işləri aparılır. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara tədbirlərin daha da gücləndirilməsi üçün tapşırıqlar verilib”.

  • Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür edib

    “Azərbaycan və Pakistan xalqları arasında unikal dostluq bağları var”.

    Bunu yenidən Pakistanın Baş naziri seçilən Şahbaz Şərif “X” sosial şəbəkə hesabında yazıb.

    O, təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

    Qeyd edək ki, Ş.Şərif martın 3-də növbəti dəfə hökumət başçısı seçilib. Prezident İlham Əliyev martın 4-də Ş.Şərifi təbrik edib və onu Azərbaycana səfərə dəvət edib.

  • В Баку прошел общегородской субботник

    Исполнительная власть (ИВ) города Баку в преддверии праздника Новруз организовала в столице общегородской субботник.

    Об этом сообщили Report в ИВ Баку.

    Субботник прошел под девизом “Встретим Новруз в чистом городе”.

    В акции приняли участие сотрудники органов исполнительной власти, субботник проводился на всей территории Баку.