Month: March 2024

  • Bakıda 502 küçə və prospekt yuyulub

    Martın 9-da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə paytaxtda təmizlik və abadlıqla bağlı geniş ümumşəhər iməciliyi keçirilib.

    Bu barədə “Report”a Bakı şəhər İcra Hakimiyyətindən bildirilib.

    Qeyd olunub ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 502 əsas küçə və prospektlərində bitkilərin ziyansız yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib:

    “Bakı Şəhər İcra Hakimiyyətinin çağırışına səs verən müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də icra qurumlarının əməkdaşları ilə birlikdə iməcilikdə yaxından iştirak ediblər. Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə, əziz Novruz bayramını təmiz şəhərdə, xoş əhvali-ruhiyyə ilə qarşılanmasına böyük töhfədir”, – deyə məlumatda bildirilib.

  • İsmayıllıda qanunsuz kömür quyuları aşkarlanıb

    Ekoloji mühitin qorunması məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər zamanı rayonun Qalınçaq kəndi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

    Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin kənd sakinləri Ş.Ziyadov və G.Ziyadov olduqları müəyyən edilib.

    Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

  • “Çinar” rəqs qrupunun ifasında “Yallı”nın nadir görüntüləri – VİDEO

    AzTV-nin “Qızıl Fond”u 1960-cı illərdə “Çinar” rəqs qrupunun ifasında “Yallı”nın nadir görüntülərini yayımlayıb.

    Kadrlarda “Yallı”nın incəlikləri izləyicilərə göstərilib.

    Videonu təqdim edirik:

  • Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara RƏSMİ CAVAB

    Akif Qurbanovun atasının saxlanılmasına dair iddialara rəsmi münasibət bildirilib.

    DİN-in Mətbuat Xidmətinin inspektoru İbrahim Əmiraslanlı cavab olaraq bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub:

    “Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o sərbəst buraxılıb”.

    Qeyd edək ki, “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

    DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsi, ev 98B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

    “Toplum TV”nin həmtəsisçisi Akif Qurbanov də əməliyyat zamanı saxlanılıb.

    Onun barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və məhkəmə tərəfindən barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

  • Азербайджан требует освобождения оккупированных Арменией сел

    Комиссии Азербайджана и Армении по делимитации государственной границы по сей день провели семь встреч.

    Как сообщили в службе заместителя премьер-министра Азербайджанской Республики Шахина Мустафаева, на данном этапе в рамках деятельности комиссий ведутся работы по созданию нормативно-правовой базы, необходимой для проведения делимитационных работ.

    В последнее время в армянских СМИ активно распространяется недостоверная информация, исходящая из правительственных источников, о том, что земли, принадлежащие 31 селу Армении, якобы находятся под “оккупацией” Азербайджана. При этом отмечается, что Азербайджанская Республика, не признавая этого, требует освобождения своих 4-х оккупированных сел.

    В связи с этим, азербайджанская сторона считает необходимым отметить, что до проведения делимитации государственной границы совершенно безосновательно заявлять о том, что земли, принадлежащие 31 селу Армении “оккупированы”.

    Что касается 4-х неэксклавных азербайджанских сел (Баганис Айрым, Ашагы Аскипара, Хейримлы и Гызылгаджылы), оккупированных Арменией, принадлежность их Азербайджану бесспорна и они подлежат немедленному освобождению.

    В рамках процесса делимитации будет решен и вопрос освобождения 4-х эксклавных сел (Юхары Аскипара, Софулу, Бархударлы и Кярки) Азербайджана, оккупированных Арменией.

  • Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərin azad olunmasını tələb edir

    “Azərbaycan Ermənistanın işğalı altında olan kəndlərinin azad olunmasını tələb edir”.

    Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətindən bildirilib.

    Qeyd olunub ki, Dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların artıq 7 görüşü keçirilib. Məlumata görə, hazırkı mərhələdə komissiyaların fəaliyyəti çərçivəsində delimitasiya işlərinin aparılması üçün zəruri normativ-hüquqi bazanın yaradılması üzrə işlər aparılır.

    “Son vaxtlar Ermənistan mediasında guya Ermənistanın 31 kəndinə məxsus torpaqların Azərbaycanın “işğalı altında” olması barədə hökumət mənbələrindən qaynaqlanan yanlış informasiya fəal şəkildə yayılır. Həmçinin qeyd olunur ki, bunu etiraf etməyən Azərbaycan Respublikası özünün işğal altındakı 4 kəndinin azad olunmasını tələb edir.

    Azərbaycan tərəfi bununla bağlı qeyd etməyi vacib bilir ki, dövlət sərhədinin delimitasiyasının aparılmasına qədər Ermənistanın 31 kəndinə məxsus torpaqların “işğal edildiyini” bəyan etmək tamamilə əsassızdır.

    Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.

    Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq”.

  • Murad Arifdən qalmaqallı sözlər: “Onlar şou-biznes qurdlarıdır” – VİDEO

    Bəstəkar-müğənni Murad Arif qalmaqallı açıqlaması ilə diqqət çəkib.

    “Sözbaz” verilişinin qonağı olan sənətçi paxıllığını çəkən həmkarlarından danışıb.

    Murad qalmaqallı şəkildə açıqlama verərək onları şou-biznes qurdları adlandırıb.

    Ətraflı videoda:

  • Sükan arxasında tum çırtlayıb, serial izləyən sürücü işdən qovuldu – VİDEO

    “Sosial şəbəkələrdə “BakuBus” MMC-yə məxsus avtobusu idarə edən sürücünün xidmət zamanı tum çırtlaması və mobil telefonunda videoya baxmasını əks etdirən video görüntülər yayılıb. Məsələ tərəfimizdən dərhal araşdırılıb, sürücünün “BakuBus” MMC-nin istismarında olan 211 nömrəli marşrut xəttinin sürücüsü Ceyhun Camalov olduğu müəyyənləşdirilib”.

    Bu barədə Bakubus MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

    O bildirib ki, qeyd olunan hal “BakuBus”ın xidmət qaydalarının kobud pozuntusu halı kimi qiymətləndirilib və onun əmək qanunvericiliyinə uyğun olaraq işdən azad olunması barədə qərar qəbul edilib:

    “Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına sizi əmin etmək istərdik. Fürsətdən istifadə edərək keyfiyyət standartlarını fəaliyyət prioriteti elan edən “BakuBus”ın bundan sonra da bu kimi hallara qarşı barışmaz olacağını bir daha diqqətə çatdırır, sərnişinlərimizə müraciət edərək bu kimi hallarla qarşılaşdıqları zaman bizə məlumat vermələrini xahiş edirik”.

  • Sabah rütubətli hava meteohəssas insanlarda narahatlıq yarada bilər

    Sabahkı hava meteohəssas insanlarda narahatlıq yarada bilər.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda qeyd edilib. Bildirilib ki, martın 10-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

  • Sumqayıtda mənzildə meyit tapılıb ​​​​​​​

    Sumqayıtda mənzildən meyit tapılıb.

    APA xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alıb.

    K.Kərimov küçəsində fərdi mənzildə 1963-cü il təvəllüdlü Sadiq Qədir oğlu Qədirovun meyiti tapılıb.

    Faktla bağlı araşdırma aparılır.