Şirvanda 43 yaşlı qadın ağır yanıq xəsarətləri alıb.
APA-nın məlumatına görə, Şirvan sakini, 1981-ci il təvəllüdlü Təranə Sahibəli qızı İbadova benzin butulkasının partlaması nəticəsində yanıq xəsarətləri alıb.
Son vaxtlar “Waze” naviqator proqramının sürücülərə yanlış istiqamət təqdim etdiyi barədə məlumatlar yayılır.
Xezerxeber.az-ın məlumatına görə, bu tətbiqdən istifadə edən sürücülər iddia edirlər ki, son günlər proqram onları aldadır.
Xüsusən də “giriş qadağandır” nişanını sanki həmin proqram tanımır. O proqram vasitəsi ilə hərəkətə üstünlük verən sürücülər bir çox hallarda cərimə edilirlər.
Qeyd edək ki, “Waze” naviqator proqramı sürücülərə nəqliyyat axınını real vaxt rejmində izləməyə imkan verir, sürət və ən əsası xüsusi texniki vasitələrin yerini bildirməkdə kömək edir.
Bəs niyə bu proqram sürücülərə yol hərəkətinin təşkilində edilən dəyişikliklər barədə məlumat vermir?
İnformasiya Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Azər Əlili bildirib ki, proqram təminatını yaxşılaşdırmaq üçün sürücülər yenilikləri oraya əlavə etməlidirlər.
Mütəxəssisin sözlərinə görə, ümumiyyətlə “Waze”ə tam arxayın olaraq hərəkət etmək doğru deyil.
Yol hərəkəti qaydaları üzrə ekspertlər isə bildiriblər ki, sürücü belə proqramlardan istifadə edərkən yoldakı nişanlara da diqqət yetirməlidir.
В последнее время в Азербайджане вновь наблюдается рост цен на мясо.
Сообщается, что сложившаяся ситуация вызывает недовольство и среди мясников.
По их словам, закупочная цена животных растет с каждым днем.
“Есть граждане, которые зарабатывают 300 манатов в месяц. Они вынуждены отдавать половину своей зарплаты за 7 кг мяса. Как вообще можно прожить на эти деньги? Вот уже около 30 лет я работаю мясником. Мне стыдно называть покупателю цену на свою продукцию”, – отметил один из продавцов.
Son zamanlar ətin qiymətində yenidən artım müşahidə olunur. Ətin bahalaşması qəssablar arasında narazılığa səbəb olub.
Onlar diri heyvanın alış qiymətinin günü-gündən artmasından şikayətçidirlər.
“Adam var, bir ayda 300 manat maaş alır. Gəlir, yeddi kilo ətə 150 manat pul verir. O pulla necə dolansın? Mən 30 ilə yaxındır qəssab işləyirəm, gələn alıcıya ətin qiymətini deməyə utanıram”, – qəssab bildirib.
Onlar ətin bahalaşmasının səbəblərindən birinin də bütün rayonlarda diri heyvanların satışı bazarının hər gün təşkil olunması ilə əlaqələndirirlər. Halbuki əvvəlki illərdə heyvan bazarları həftədə yalnız bir gün təşkil olunurdu. Qəssablar bu ənənənin bərpa olunmasını istəyirlər.
İqtisadçılar isə bildiriblər ki, qiymət artımı bazarların hər gün təşkil olunması ilə bağlı deyil.
Əksinə, bu amil rəqabəti çoxaldır və qiymətin düşməsinə səbəb ola bilər. Qeyd olunub ki, heyvan bazarlarının hər gün təşkil olunması həm tez-tez baş verən xeyir və şər məclisləri, həm də restoranların sayının artması ilə bağlıdır. Odur ki, heyvan bazarının həftədə bir dəfə təşkil olunması bu tələbatı ödəmək üçün yetərli olmaya bilər.
На проспекте Гейдара Алиева в городе Астаре произошло тяжелое ДТП.
Об этом сообщили в пресс-службе Министерства внутренних дел Азербайджана.
Согласно информации, водитель легкового автомобиля марки ВАЗ-2107 не справился с управлением, в результате транспортное средство врезалось в электрический столб на обочине дороги.
Было отмечено, что от полученных травм водитель машины – Турал Ализаде (1998 г.р.) – скончался на месте происшествия, а пассажир – Мехди Аскерзаде – был госпитализирован в Центральную районную больницу с травмами различной степени тяжести.
Победительница первого сезона вокального шоу Səs Azərbaycan Эмилия Ягубова (Emy Lia), которая была одной из шести финалистов национального отбора на музыкальный конкурс “Евровидение-2024”, представила песню Change everything.
Согласно информации, Change everything была подана певицей для участия в отборочном туре. То есть в случае победы Э.Ягубовой композиция могла прозвучать на “Евровидении-2024”.
Отметим, что автор песни – Этибар Асадли, который тоже был одним из финалистов национального отбора в этом году, текст написала Наташа Браун.
Напомним, что Азербайджан на международном песенном конкурсе “Евровидение-2024” представит певец Fahree, его конкурсная песня будет презентована в ближайшее время.
Emy Lia (Emiliya Yaqubova) Avroviziya 2024 üçün musiqiçi Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib.
Olay.az xəbər verir ki, “Səs Azərbaycan”ın ilk sezonunun qalibi Emy Lia Avroviziya 2024 seçimləri üçün təqdim etdiyi iki mahnıdan birini – “Change Everything” (“Hər şeyi dəyiş”) kliplə birgə yayımlayıb.
Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli, sözlərini isə Birləşmiş Krallıqdan olan Nataşa Braun üstələnib. Ekran işinin rejissorluğu isə Elvin Cabbarova həvalə edilib.
Emy Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib:
“Mahnıya ilk dinləmədən vurulmuşdum. Dostum Etibar bu əsəri yaratdı və dinlədiyim an tüklərim biz-biz oldu. İfaçı üçün də ən önəmli şey məhz mahnını hiss etməsi, ona emosional bağlanmasıdır. Dinləyicilərin bu kompozisiyanın içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi yaşamasını diləyirəm”.
Qeyd edək ki, ifaçı Avroviziya 2024 Azərbaycan seçimlərinə iki mahnı ilə müraciət edib və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn altı mahnıdan biri olub.
Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.
Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə ölkəmizdə sərnişin və yük daşımaları həyata keçirən şəxslərə xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir:
“Ölkədaxili sərnişin və yük daşımaları sahəsində dövlət nəzarətinin təkmilləşdirilməsi, bu fəaliyyət növü ilə məşğul olan hüquqi və fiziki şəxslərin mənafeyinin qorunması, eləcə də göstərilən xidmətin daha rahat və təhlükəsiz həyata keçirilməsini təmin etmək məqsədilə tədbirlər davam etdirilir. Ölkəmizdə qeyri-müntəzəm daşıyıcıların qarşılaşdığı əsas problemlərdən biri xarici dövlət nömrə nişanlı avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir ki, bu da leqal daşıyıcıların rentabelliliyinə ciddi zərbə vurur.
Problemin aradan qaldırılması məqsədilə müvafiq təkliflər əsasında 01.10.2023-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə respublika ərazisində ölkədaxili sərnişin və yük daşımalarının həyata keçirilməsi inzibati xəta hesab olunur. Məcəlləyə əsasən sözügedən xətanı ilk dəfə törədən şəxslər 400 manat məbləğində, təkrar törədənlər isə 1000 manat məbləğində cərimə edilirlər.
Odur ki, bir daha belə fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərdən xahiş olunur ki, qanunvericilikdə nəzərdə tutulmuş normalara ciddi riayət etsinlər”.