Month: March 2024

  • Birinci vitse-prezident Mehriban Əliyeva qadınları təbrik edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib.

    Paylaşımda deyilir:

    “Hər bir qadına möhkəm cansağlığı, gözəl əhvali-ruhiyyə, tükənməz sevgi, sevinc və ailə səadəti arzulayıram!”

  • В Турции произошло землетрясение

    В турецкой туристической провинции Мугла, в районе Мармарис, произошло землетрясение магнитудой 4,4.

    Об этом сообщили в Управлении по предотвращению и ликвидации последствий чрезвычайных ситуаций при правительстве Турции (AFAD).

    Очаг подземных толчков залегал на глубине 36 км.

    Информации о жертвах и разрушениях не поступало.

  • Türkiyənin Marmaris şəhərində zəlzələ olub

    Türkiyənin Muğla əyalətinin Marmaris şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.

    Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

    Yeraltı təkanların ocağı 36 kilometr dərinlikdə yerləşib.

    Dağıntı və insan itkisi barədə məlumat verilmir.

  • “Qarabağ” hesabı artırdı

    UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” – “Bayer” matçında yenidən qol vurulub.

    Bu dəfə “Qarabağ”ın futbolçusu Juninyo 45+2-ci dəqiqədə hesabı 2:0 edir.

  • Ukrayna ordusunun keçmiş baş komandanına yeni vəzifə veriləcək

    Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Britaniyadakı səfir vəzifəsinə namizədliyi təsdiqlənib.

    Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunur ki, 2024-cü il martın 7-də cümə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini razılaşdırıb.

    Ukrayna Xarici İşlər Nazirliyi Britaniya tərəfinə məsələ ilə bağlı müvafiq sorğu göndərib.

    Xatırladaq ki, Ukraynada müharibə başlayandan bəri orduya rəhbərlik etmiş Zalujnı fevralın 8-də istefa verib. Onun yerinə Quru Qoşunlarının komandanı Aleksandr Sırski təyin edilib.

    Mənbə: rbc.ua

  • Elektrikli avtomobillər benzinlə işləyənlərdən daha toksikdir: Araşdırmalar başlandı – FOTO

    Alimlər elektrik avtomobillərinin əvvəllər düşünüldüyü kimi ekoloji cəhətdən təmiz olmadığına dair sübutlar tapıblar. Müəlliflər onların benzin mühərrikli avtomobillərdən daha zəhərli olduğunu iddia edirlər.

    Mütəxəssislər bunu elektromobillərin benzinlə işləyən avtomobillərdən əhəmiyyətli dərəcədə ağır olması ilə izah ediblər: Maşınların çəkisi təkərlərə və əyləclərə daha çox təzyiq edərək, onların daha tez köhnəlməsinə səbəb olur, nəticədə daha çox hissəciklər və ya mikroplastiklər buraxırlar. Bu hissəciklərlə tənəffüs etmək sağlamlıq problemlərinə səbəb ola bilər.

    Müəlliflərin sözlərinə görə, təkər və əyləc tullantıları, emissiyaları azaldan filtrlərlə təchiz edilmiş müasir səsboğucu borularından 1850 dəfə çox hissəciklər buraxır.

    Nəzəriyyəyə qarşı çıxanlar isə bildiriblər ki, elektrik avtomobilləri generator kimi fəaliyyət göstərən regenerativ əyləc sistemləri ilə təchiz olunub – avtomobilin diapazonunu artırmaq üçün enerjini avtomobilin elektrik sisteminə geri qaytarır. Qeyd olunub ki, bu sistemlər əyləcləri qorumağa kömək edir və buna görə də onlar daha yavaş köhnəlirlər.

    Bununla belə ABŞ Ətraf Mühit Agentliyi (EPA) məsələ ilə bağlı öz araşdırmasına başlayıb.

    Mənbə: Daily Mail

  • NATO-nun qərargahında İsveç bayrağının qaldırılacağı tarix açıqlandı – FOTO

    NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveç dövlət bayrağının qaldırılması mərasimi martın 11-də baş tutacaq.

    Bunu NATO-nun baş katibi Yens Stoltenberq “X” sosial şəbəkə hesabında (keçmiş “Twitter”) bildirib.

    “Artıq rəsmidir: İsveç NATO-nun 32-ci üzvü oldu. Bazar ertəsi NATO-nun mənzil-qərargahında İsveç bayrağının qaldırılması mərasimini səbirsizliklə gözləyirəm”, – o yazıb.

  • “Avroviziya-2024” müsabiqəsində Azərbaycanı Fəxri İsmayılov təmsil edəcək

    İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb. Bu il ölkəmizi İsveçin Malmö şəhərində Fahree – Fəxri İsmayılov təmsil edəcək.

    Median.Az xəbər verir ki, bu il seçim prosesi 2 əsas mərhələdən ibarət olub.

    Birinci mərhələdə iştirakçılar yerli musiqi və səhnə peşəkarlarından ibarət jüri qarşısında mahnılarını canlı olaraq ifa ediblər. Yerli jüri səsverməsi nəticəsində 15 ifaçıdan 6-sı beynəlxalq jüri səsverməsinə keçə bilib. Fahree səsvermənin lideri olmaqla 2024-cü ildə Azərbaycanın Avroviziya təmsilçisi adına layiq görülüb.

    Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, bu ilki seçimlərdə hər bir ifaçı məhz Avroviziya səhnəsində ifa etmək istədiyi mahnı ilə iştirak edib. Qalib mahnıda müasir pop və ənənəvi etno elementlərinin sintezi əksini tapir.

    İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.

  • “Карабах” против “Байера”: стартовал исторический матч – ПРЯМОЙ ЭФИР

    Стартовал первый матч между азербайджанским “Карабахом” и немецким “Байером 04” в рамках 1/8 финала Лиги Европы УЕФА.

    Как сообщает Median.Az, встреча проходит на Республиканском стадионе имени Тофига Бахрамова в Баку.

    Ответная игра между командами состоится 14 марта в Леверкузене (Германия).

  • “Qarabağ” “Bayer”ə qarşı: Oyun başladı – CANLI YAYIM + YENİLƏNİR

    UEFA Avropa Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Qarabağ” – “Bayer” matçı başlayıb.

    Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

    Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə oynanılacaq.