Month: March 2024

  • Бербок: Киев должен получить больше дальнобойного оружия

    Те, кто хочет мира в Украине, должны мобилизовать все средства для того, чтобы она могла защищаться, и предоставить Киеву больше средств противовоздушной обороны, боеприпасов и дальнобойного оружия.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом заявила в Берлине глава МИД Германии Анналена Бербок на совместной пресс-конференции с британским коллегой Дэвидом Кэмероном.

    “Тот, кто хочет достижения мира <…>, должен для Украины мобилизовать все средства”, – сказала она. “Это конкретно означает: больше боеприпасов, больше средств ПВО, больше дальнобойного оружия для того, чтобы Украина могла обеспечить свое выживание”, – утверждала Бербок.

  • Berbok: Kiyev daha çox uzaqmənzilli silahlar almalıdır

    Ukraynada sülh istəyənlər onların özünü müdafiə edə bilməsi üçün bütün vasitələri səfərbər etməlidir.

    Median.Az
     TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində britaniyalı həmkarı Devid Kemeronla birgə mətbuat konfransında deyib.

    “Bütün vəsaitləri səfərbər etmək o deməkdir ki, Ukraynanın özünü müdafiə etməsi üçün daha çox döyüş sursatı, daha çox hava hücumundan müdafiə sistemi, daha çox uzaq mənzilli silahlar tədarük edilməlidir”, – o bildirib.

  • Президент Ильхам Алиев поделился публикацией в связи с Международным женским днем – ФОТО

    Президент Азербайджанской Республики Ильхам Алиев поделился в своих аккаунтах в социальных сетях публикацией в связи с 8 Марта – Международным женским днем.

    Как передает Median.Az, в публикации отражены слова “8 Марта – Международный женский день”.

  • İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

    Median.Az xəbər verir ki, paylaşımda “8 Mart – Beynəlxalq Qadınlar Günü” sözləri yer alıb.

  • “Azəriqaz” İstehsalat Birliyinin sədri vəzifəsindən azad edilib? – FOTO

    “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevin vəzifəsindən azad edildiyi bildirilir. Məlumata görə, Ruslan Əliyevin səlahiyyətləri müavinlərindən birinə tapşırılıb.

    Oxu.az-ın sorğusunu cavablandıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev isə məsələ ilə bağlı məlumatının olmadığını bildirib.

  • Futbol matçı ilə əlaqədar Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edilib

    Futbol matçı ilə əlaqədar Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edilib.

    Bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

    Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində məhdudiyyət tətbiq edilib.

  • Vətəndaşın ölkədən çıxışına hansı hallarda “STOP” qoyula bilər? – VİDEO

    Aylar öncədən xarici ölkəyə səfər üçün bilet əldə edirsiz, hava limanına gəldikdə isə aydın olur ki, ölkədən çıxışınıza stop qoyulub. Bununla da həm maddi zərərlə üzləşirsiz, həm də səyahət planınız baş tutmur. Bəs şəxsin ölkədən çıxmasına hansı hallarda stop qoyula bilər və bununla bağlı vətəndaşa öncədən məlumat verilməlidirmi?

    Xezerxeber.az-ın məlumatına görə, vəkillər kollegiyasının üzvü, hüquqşünas Emin Kiçikbəyov deyir ki, ölkədən çıxış qadağası mülki və cinayət halları üzrə tətbiq edilə bilər. Mülki məsələlər əsasən kredit borcları və alimentin ödənilməməsi ilə bağlı olur.

    Bəzən isə vətəndaşın hesabında bir-iki manat məbləğində kredit borcu qalır, ancaq stop aradan qaldırılmır. Vəkil deyir ki, belə hallarla bağlı da müraciətlər çox olur.

    Bundan əlavə səfərə çıxan şəxslər Ədliyyə nazirliyinin müvafiq saytı vasitəsilə ölkədən çıxışına qadağa olub-olmamasını yoxlaya bilərlər.

    Ətraflı süjetdə:

  • SOCAR и “Татнефть” будут взаимодействовать в нефтехимической сфере – ФОТО

    7 марта президент Государственной нефтяной компании Азербайджанской Республики (SOCAR) Ровшан Наджаф встретился с генеральным директором Публичного акционерного общества (ПАО) “Татнефть” Республики Татарстан Российской Федерации Наилем Магановым.

    Об этом сообщили в SOCAR.

    В рамках визита между SOCAR и ПАО “Татнефть” было подписано Соглашение о взаимной деятельности в нефтехимической сфере и Меморандум о взаимопонимании по совместной работе на нефтяном месторождении, проведены обсуждения о развитии человеческого капитала, а также о перспективах совместных целей в этом направлении.

    Азербайджанская делегация также ознакомилась с производственным процессом на комплексе нефтеперерабатывающих и нефтехимических заводов TANEKO, а также на других предприятиях ПАО “Татнефть”.

  • SOCAR və “Tatneft” neft-kimya sahəsində qarşılıqlı fəaliyyət göstərəcək – FOTO

    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiyanın “Tatneft” Publik Səhmdar Cəmiyyəti (PSC) arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair Saziş və neft yatağında birgə işlərə dair Anlaşma Memorandumu imzalanıb.

    Bu barədə SOCAR-dan bildirilib.

    Belə ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf Rusiyaya səfəri çərçivəsində “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov ilə görüşüb.

    Görüşdə iki şirkət arasında insan kapitalının inkişaf etdirilməsi və bu istiqamət üzrə perspekiv birgə hədəflər barədə müzakirələr aparılıb.

    Nümayəndə heyəti səfər zamanı “TANEKO” neft emalı və neft-kimya zavodu kompleksində, habelə “Tatneft” PSC-nin digər müəssisələrində olub, istehsalat prosesi ilə tanış olublar.

  • Türkiyədə bu ildən icbari fəlakət sığortası tətbiq olunacaq

    Türkiyədə bu ildən icbari fəlakət sığortası tətbiq olunacaq.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin xəzinə və maliyyə naziri Mehmet Şimşek danışıb.

    O, 2024-cü il üçün islahat proqramı olduğunu bildirib:

    “Bu islahatın tərkib hissələrindən biri də mövcud sığortanın əhatə dairəsini genişləndirməkdir. İcbari zəlzələ sığortası bəzi ölkələr üçün nümunədir. Türkiyə zəlzələ zonasıdır, bu, bir həqiqətdir”.

    Nazir bu il ərzində, 2024-cü ilin 3-cü və ya 4-cü rübündə icbari fəlakət sığortasının tətbiqinin planlaşdırıldığını vurğulayıb:

    “Zəlzələ sığortasının əhatəsi çox məhduddur. Yalnız binaları əhatə edir. Fəlakət sığortası isə bütün digər riskləri də əhatə edəcək. 2000-ci ildə islahat aparıldı, icbari zəlzələ sığortası tətbiq olundu. İndi bir addım da irəli getmək və iqlim dəyişikliyini nəzərə almaq lazımdır. Təbii fəlakətlərin artması riskinə qarşı tədbir olaraq, icbari fəlakət sığortası tətbiq edəcəyik”.