Month: March 2024

  • Röya illərdir küsülü olduğu Flora Kərimova ilə barışıb – FOTO

    Xalq artisti Röya illərdir küsülü olduğu Xalq artisti Flora Kərimova ilə barışıb.

    O, bu barədə öz “Instagram” hesabında paylaşım edib.

    Bildirib ki, dəli-dolu Röyanı böyümüş görmək özünün də xoşuna gəlib.

    “Bəli, çox şey yaşadıq! Amma gözəl şeylər də oldu. Bu dəli-dolu Röyanı böyümüş görmək özümün də xoşuma gəldi. Sabah dolu bir günüm olduğu üçün özümə borc bildim ki, bu gün Flora xanım Kərimovanı təbrik edim”, – deyə Xalq artisti qeyd edib.

    Qeyd edək ki, Flora Kərimova illər öncə verilişlərdən birində Röya haqqında xoşagəlməz ifadələr işlədərək “mənimlə Röya arasında münaqişə necə ola bilər axı? Mənim ona bir qadın kimi tövsiyələrim olub. Özünü belə aparmasın. O, populyarlığın düzgün yolunu seçməyib” deyib.

  • “Qarabağ” və “Bayer 04″ün start heyətləri bəlli olub

    Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Bayer 04” klubunun start heyətləri açıqlanıb.

    “Report”un məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

    “Qarabağ”: Andrey Lunyov, Marko Veşoviç, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Toral Bayramov, Patrik Andrade, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo.

    “Bayer 04”: Kovar, Alexandro Qrimaldo, Tapsoba, Conatan Tah, Kassunu, Adli, Andrix, Palasios, Tella, Borxa İqlesias, Hlojek.

    Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.

  • Körpəyə təcili yardım çağırıldı, gəlmədilər: ”Həyati əhəmiyyətli deyil”

    Bakıda təcili tibbi yardımın işindən narazı qalan vətəndaş Lent.az-ın redaksiyasına şikayət ünvanlayıb.

    Şikayətə əsasən, Xəzər rayonu Binə Sovxoz adlanan ərazidə yaşayan sakin fevral ayında 2 dəfə, mart ayında isə bir dəfə təcili tibbi yardıma müraciət edib.

    Fevral ayında olan müraciətlərə 2 saatdan artıq müddətə həkim briqadası gəlsə də, mart ayında 2 yaşlı körpənin yüksək temperaturuna görə etdiyi çağırışa gələn olmayıb.

    Nəticədə əlacsız qalan vətəndaş gecə saatlarında başqa həkimə müraciət edib və iynə vurulduğu üçün uşağın qızdırması düşüb.

    Şikayətçinin sözlərinə görə, artıq yatandan sonra gecəyarı “təcili” tibbi yardım əməkdaşı zəng edərək gəlib-gəlməməli olduqlarını soruşub.

    Qeyd edək ki, ərazidə təcili tibbi yardımın son zamanlar bərbad iş vəziyyəti və etinasızlıq sakinlərin narazılığına səbəb olub.

    Problemin təcili yardım stansiyasında avtomobil yaxud həkim çatışmazlığı səbəbindən yarandığını məntiqə uyğun düşünsək də, TƏBİB-in araşdırması nəticəsində gələn cavab belə oldu:

    12 fevral saat 22:59 tarixində daxil olan çağırış saat 00:56-da, 17 fevral saat 23:57-də daxil olan müraciət 01:39-da icraya verilib.

    Qeyd edək ki, 103 çağrı mərkəzinə daxil olan çağırışlar təcili və təxirəsalınmaz olaraq çeşidlənir.

    İlk olaraq təcili və həyati əhəmiyyət kəsb edən müraciətlər icra olunur. Təxirəsalınmaz çağırışlar isə gözləməyə alınır.

    Hər iki çağırış təxirəsalınmaz hal olduğu üçün gözləməyə alınıb.

    05.03.2024-cü il saat 21:14 tarixində N.O (şərti adla) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə temperatur səbəbilə müraciət daxil olub.

    Qeyd edək ki, təcili çağırışlar ilk olaraq icra olunduğu üçün və temperatur təxirəsalınmaz çağırış sırasına daxil olduğuna görə gözləməyə alınıb”.

    Rəsmi cavabdan belə çıxır ki, xidmət yalnız ölüm ayağında olanlar üçün təcilidir. Çox gözəl, təbii ki, ölümlə çarpışanı xilas etmək lazımdır. Amma yəni ölüm vəziyyətində olanlar bu qədər çox olub ki, 3 saata ambulans gəlib çatdıra bilməyib? Bəlkə daha səmimi olub avtomobil yaxud həkim azlığını qeyd edəsiniz…

    Vətəndaşın iddiasına görə, özü və körpə övladı üçün müraciət edilən zaman kəskin ağrı dözülməz olub və təcili tibbi yardıma ehtiyac yaranıb. Ancaq təəssüf ki, təcili tibbi yardım stansiyası 2 yaşlı körpə üçün edilən müraciəti də həyati əhəmiyyətli saymayıb və çağırışa gəlməyib.

  • Estoniyanın baş naziri AK rəhbəri vəzifəsinə namizədliyini irəli sürməkdən imtina edib

    Estoniyanın baş naziri Kaya Kallas Avropa Komissiyasının (AK) rəhbəri seçkisində namizəd olmaq təklifindən imtina edib.

    Qeyd olunur ki, iyunun 6-9-na təyin edilmiş Avropa seçkisində Aİ-nin əsas institutlarının, o cümlədən AK-nin yüksək vəzifəli şəxslərinin təyin edilməsinə səbəb olacaq.

    “Mən bu təklifin həm müsbət, həm də mənfi tərəflərini diqqətlə nəzərdən keçirdim, lakin Avropa Uğrunda Liberallar və Demokratlar Alyansının (ALDE) rəhbərliyinə məlumat verdim ki, bu rolu öhdəmə götürməyəcəyəm. Mənim namizədliyimi irəli sürmək Estoniyaya öz problemlərimizi əsas müzakirələrdə qaldırmaq üçün yaxşı imkan verəcək, lakin ola bilsin ki, bu işi mənim namizədliyim olmadan da etmək olar”, – deyə Kallas cümə axşamı mətbuat konfransında bildirib.

    Xatırladaq ki, indi Avropa Komissiyasına Ursula fon der Lyayen rəhbərlik edir. O, qarşıdan gələn seçkidə iştirak edəcək.

    Mənbə: interfax.ru

  • Еврокомиссия предупредила о конфликтах между странами ЕС из-за дефицита воды

    Нехватка воды может привести к конфликту между государствами Европейского союза (ЕС), которые не подготовлены к глобальному потеплению. Об этом сообщает газета Politico, ссылаясь на конфиденциальный документ Еврокомиссии (ЕК).

    ЕК определяет нехватку воды как проблему, которая угрожает почти всем аспектам жизни: производству пищи, инфраструктуре, экономике и здоровью человека.

    “Эти риски могут проявляться в различных формах, некоторые из которых включают усиление конкуренции за водные ресурсы между секторами и видами использования, включая потенциальный риск конфликтов внутри и между государствами-членами по поводу трансграничных водных ресурсов”, – отмечается в тексте проекта.

    Politico отмечает, что в некоторых государствах уже начались споры. Так, Каталония в Испании, которая пострадала от засухи, пытается убедить правительство страны отвести речную воду из соседнего Арагона, разжигая политическую напряженность. А во Франции в 2023 году произошли жестокие столкновения из-за планов создания водохранилищ.

    Отчет Европейского агентства по окружающей среде (ЕАОС) опубликуют 11 марта, а послание ЕК будет сопровождать первую в историю европейскую оценку климатических рисков. На данный момент было выявлено “36 ключевых рисков для Европы, некоторые из них уже находятся на катастрофическом уровне и имеют высокую степень срочности”.

    Источник: “Известия” (Россия)

  • Avropa Komissiyasından su qıtlığı xəbərdarlığı

    Su qıtlığı qlobal istiləşməyə hazır olmayan Avropa İttifaqı (Aİ) dövlətləri arasında münaqişəyə səbəb ola bilər.

    Bu barədə Avropa Komissiyasının (AK) məxfi sənədində bildirilir.

    AK su qıtlığını həyatın demək olar ki, bütün aspektlərini təhdid edən problem kimi müəyyən edir: ərzaq istehsalı, infrastruktur, iqtisadiyyat və insan sağlamlığı.

    Artıq bəzi ölkələrdə mübahisələrin başladığı qeyd edilir. Belə ki, İspaniyada quraqlıqdan əziyyət çəkən Kataloniya siyasi gərginliyi alovlandıraraq, ölkə hökumətini çay suyunu qonşu Araqondan kənarlaşdırmaq üçün yola gətirməyə çalışır. 2023-cü ildə isə Fransada su anbarlarının yaradılması planları üzərində şiddətli toqquşmalar baş verib.

    Avropa Ətraf Mühit Agentliyinin (EEA) hesabatı martın 11-də dərc olunacaq və AK-nın mesajı ilk Avropa iqlim riskinin qiymətləndirilməsini müşayiət edəcək. İndiyədək Avropa üçün 36 əsas risk müəyyən edilib, onlardan bəziləri artıq kritik səviyyədədir və yüksək dərəcədə aktualdır.

    Mənbə: Politico

  • Hacıqabulda qəza: Dörd nəfər xəsarət alıb

    Hacıqabulda yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.

    “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Udullu kəndində qeydə alınıb.

    Belə ki, “Jiquli” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

    Qəza nəticəsində Hacıqabul rayon sakinləri – 1965-ci il təvəllüdlü Sahib Həsən oğlu Ağayev, 1975-ci il təvəllüdlü Könül Canəli qızı Yaqubova, 2006-cı il təvəllüdlü Leyla Mürkəli qızı Hacıəliyeva və 1979-cu il təvəllüdlü Mürkəli Əsgəralı oğlu Hacıəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Birgə yaşadığı qadını qəbiristanlıqda bıçaqladı: Bakıdakı qətlin təfərrüatı – VİDEO

    2022-ci il noyabrın 12-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsi ev 26, mənzil 695-də, 47 yaşlı Kifayət İsayevanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

    Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Kifayət İsayevanın ölümünə kəllə sümüklərinin sınığı nəticəsində beyinə qansızma səbəb olub. Hadisə yerində olan mərhumun qızı və oğlu bildiriblər ki, qadını tanışı Elnur Məhərrəmov öldürüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Məhərrəmov Masazır qəsəbəsində, qohumunun evində tutulub. İstintaqla müəyyən edilib ki, Elnur Məhərrəmov 2022-ci il iyulun 16-sı saat 21 radələrində qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Kifayət İsayeva ilə birlikdə şəxsi avtomobili ilə Sumqayıtdan Bakıya gələrkən aralarında mübahisə yaranıb. Buna görə o, maşını Saray qəsəbəsində, Yeni məhəllədə yerləşən kənd qəbiristanlığının qarşısında saxlayıb. Hər ikisi nəqliyyat vasitəsindən çıxan zaman Elnur avtomobilin saxlanc yerindən bıçağı götürüb qadına xəsarətlər yetirib. Hər iki çiyin nahiyəsindən yaralanan zərərçəkmişə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasında tibbi yardım göstərilib.

    İş üzrə dindirilmiş Elnur Məhərrəmov bildirib ki, Gəncə prospektində yerləşən Yaşayış Kompleksində sahə rəisi işləyib. Kifayət İsayevanı həmin binada yaşayan sakin kimi tanıyıb. 2022-ci ilin martından aralarında səmimi münasibətləri yaranıb. Kifayət “Xalqlar Dostluğu” metrosunun yanında, Ticarət Mərkəzində mağaza icarəyə götürüb, qadın geyimləri satıb. Elnur Məhərrəmov sevgilisinin gündəlik xərclərini qarşılaması üçün onun bank kartına hər gün 400-500 manat pul köçürüb. Həftədə bir-iki dəfə Kifayətin evinə gedərək, gəcələri onunla keçirib.

    Aprelin axırlarında Kifayət Türkiyədən qızıl gətirib sataraq yaxşı qazanc əldə etmək istədiyini, lakin bunun üçün maliyyə vəsaitinin olmadığını deyib. Elnur ona şərikli bu işi görməyi təklif etdikdə, razılaşıb və 50 000 manat düzəldərək Kifayətə verib. İyunun ortalarında Kifayətə əlavə 25 000 manat da pul verib. K.İsayeva Türkiyəyə gedib və qadın geyimləri sifariş edərək, 3 gündən sonra geri qayıdıb. İyul ayında Sumqayıtda restoranda oturub yemək yeyərkən, Kifayətə iş görmək adı ilə verdiyi 75 000 manat puldan söhbət açanda, bu qadının xoşuna gəlməyib. Geri qayıdarkən sevgililər mübahisə edib, Elnur Məhərrəmov maşından enərək bıçaqla Kifayətin çiyin nahiyəsinə zərbələr endirib. Hadisədən sonra qadın şikayət edəcəyi təhdidi ilə Elnurdan müxtəlif məbləğlərdə pul tələb etməyə başlayıb.

    E.Məhərrəmov məcbur qalıb 3-4 ay ərzində təxminən 80 000 manat pul tapıb, ona verib. Elnur Məhərrəmovun onu aldatdığını, başqa qadınla birlikdə olduğunu anlayan həyat yoldaşı Elnarə Məhərrəmova noyabrın 10-da ona Qubadlı Rayon Məhkəməsinin qətnaməsini göndərərək artıq boşandıqlarını bildirib. Həmin ərəfədə avqustun 1-dən noyabrın 13-nə qədər olan müddətdə E.Məhərrəmov dələduzluq edərək 14 nəfərə maddi ziyan vurduğuna görə onu artıq polis əməkdaşları da axtarmağa başlamışdı. Buna görə Elnur ümidini yalnız Kifayətə bağlamışdı.

    Axırıncı dəfə qadın mənzilinə noyabrın 11-i saat 21 radələrində gedib. Gecəni birlikdə keçiriblər, səhər isə Kifayət evini satdıqdan sonra özünə “Toyota Land Cruiser” markalı avtomobil alacağını deyib. Halbuki, Elnur Kifayətin evi satdıqdan sonra onun borclarını bağlamağa kömək edəcəyini gözləyirdi. Kifayətə evini satıb, onun borclarını qaytarmaqda köməklik edəcəyi barədə vədini xatırlatdıqda, qadın belə söz vermədiyini bildirir. Elnur Kifayətin danışmasından, aqressiv cavablarından ona pul verməyəcəyini başa düşür. Hörmətini və ailəsini məhz ona görə itirdiyini bildirəndə, qadın “acizsən, sənin tayların heç evlənməyib, günah məndədir ki, sənin yanına gəlib-gedirəm” deyir. Bundan sonra Elnur televizorun yanında olan qırmızı rəngli qaz açarını götürərək Kifayətin baş nahiyəsinə zərbələr endirir. Vurduqdan sonra onu tutub, arxası üstə divana uzadır. Hadisədən sonra Elnur Məhərrəmov Masazır qəsəbəsində yaşayan xalası oğlu Vüsalın evinə gedib. Növbəti gün elə Vüsalın yaşadığı evdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları onu saxlayıb. Anket məlumatlarına əsasən, 1981-ci ildə Qubadlı rayonunda anadan olmuş Elnur Məhərrəmov əvvəllər məhkum edilməyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətinə azadlıqdan məhrum olunub.

    Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

  • Удар молнии стал причиной отключения света в Лянкяране

    В Лянкяране в электрический трансформатор ударила молния.

    Об этом oxu.az сообщили местные жители.

    Было отмечено, что данное происшествие стало причиной отключения электроэнергии в городе.

  • Lənkəranda elektrik enerjisinin verilməsi bərpa olunub – YENİLƏNİB

    Lənkəranda elektirik enerjisinin verilişi bərpa olunub.

    Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.

    O qeyd edib ki, “Liman” deyilən ərazidə ildırım vurması nəticəsində gərginlik transformatoru zədələnib. Qısa müddət ərzində görülən tədbirlər nəticəsində elektrik enerjisinin verilişi bərpa olunub.

    ***

    Lənkəran şəhərində elektrik transformartorunu ildırım vurub.

    Bu barədə oxu.az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.

    Bildirilib ki, təbiət hadisəsi nəticəsində şəhərdə işıqlar sönüb.