Month: March 2024

  • “Quska” haqda yeni cinayət işi açıldı: Həbs qərarı VERİLDİ

    Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.

    “Qafqazinfo”nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.

    Məlumatı onun vəkili Rəsul Cəfərov təsdiq edib.

    Qeyd edək ki, H.Abdullayev bundan əvvəl altı il azadlıqdan məhrum edilmişdi. Həmin müddət gələn ay başa çatır. Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda dörd aylıq həbs qətimkan tədbiri seçilib.

  • Состоялось очередное заседание комиссий Азербайджана и Армении по делимитации границы

    Вице-премьеры Азербайджана и Армении Шахин Мустафаев и Мгер Григорян встретились сегодня на условной границе двух стран.

    Об этом сообщает МИД Азербайджана.

    Согласно информации, под их председательством прошло очередное заседание азербайджано-армянской комиссии по делимитации.

  • Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirildi

    7 mart tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

    Delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər.

    Tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.

    Tərəflər, həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

  • Azərbaycan boksçusu lisenziya turnirində 1/8 finala yüksəlib

    Azərbaycan boksçusu Zeynəb Rəhimova İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.

    Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

    Bildirilib ki, 54 kq çəki dərəcəsində mübarizə aparan idmançı ardıcıl ikinci qələbəsini qazanıb.

    Z.Rəhimova 1/16 finalda Aqerie Bayevi (Efiopiya) ilk raundda tam üstünlüklə məğlub edib. Bununla boksçu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün bir addım da yaxınlaşıb. Rəhimova yarımfinala yüksəlməyi bacarsa, olimpiadada iştirak hüququna yiyələnəcək.

    Yığma üzvü 1/8 final görüşünə martın 9-da çıxacaq.

    Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 boksçusu qüvvəsini sınayacaq. Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Preedakamon Tintabthhai (Tailand) ilə, Alfonso Dominqes (92 kq) Emmaneul Reyes Pla (İspaniya) ilə, Tayfur Əliyev (63,5 kq) Şion Nişiyama (Yaponiya) ilə, Sərxan Əliyev (71 kq) isə Aleksandr Trofimçukla (Litva) döyüşəcək.

  • Azərbaycan XİN Ararat Mirzoyana cavab verdi

    “Ermənistan xarici işlər nazirinin beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdən bu kimi açıqlamaları reallıqları əks etdirmir”.

    Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Anadolu” agentliyində dərc edilmiş müsahibəsini şərhində deyib.

    “Belə ki, suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən xarici işlər nazirinin təmsil etdiyi Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unutdurmağa çalışması təəssüf doğurur.

    Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi, eləcə də qondarma rejimi təbliğ edən açıqlamaları barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir.

    Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hal-hazırda da davam etdirdiyi iddialar xarici işlər naziri tərəfindən səslənən fikirlərlə tərs mütənasibdir. Ermənistan tərəfinin daim istinad etdiyi Alma-Ata bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur.
    Ermənistan tərəfinin əldə olunmuş razılıqlara və öhdəliklərinə zidd olaraq son üç il ərzində müxtəlif bəhanələrlə kommunikasiya xəttlərinin açılmasına maneə törətməsi, məsələyə dair razılığın əldə olunması məqsədilə heç bir praktiki həll variantları təklif etməməsi, yalnız bir sıra populist çıxışlar etməsi bölgədə əməkdaşlığa heç bir halda töhfə verməyən amillərdəndir.

    Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”, – o bildirib.

  • Bu il Şuşa, Laçın, Zəngilan və Ağdərədə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək

    Bu prezident seçkilərində öncəki seçkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox oldu.

    Median.Az apa-ya istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

    Məzahir Pənahov deyib ki, bu, MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub: “Bu, bizim üçün tarixi seçki idi. Çünki birinci dəfə beynəlxalq səviyyədə ölkənin tanınan bütün ərazilərində keçirilirdi”.

    MSK sədri qeyd edib ki, bu il Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkiləri keçiriləcək: “Həmin vaxta qədər də o yerlərə yenə insanlar köçürüləcək. Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”.

  • Azərbaycanda Ramazan təqvimi açıqlandı – FOTO

    Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Ramazan ayının təqvimini açıqlayıb.

    Bu barədə QMİ məlumat yayıb.

    Qeyd edək ki, Azərbaycanda Ramazan ayı martın 11-də başlanır, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir.

  • Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib

    Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib.

    Bu barədə report-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, həmin din xadimlərinin bilikləri tutduğu vəzifə üçün qənaətbəxş sayılmayıb.

  • 1950-ci illərdə Xaçmaz konserv zavodunun fəaliyyəti AzTV-nin “Qızıl Fondu”da – VİDEO

    AzTV-nin “Qızıl Fond”u Xaçmaz rayonunda 1950-ci illərə aid olan konserv zavodunun fəaliyyəti ilə bağlı görüntülər yayımlayıb.

    Kadrlarda zavodun fəaliyyət istiqamətləri və iş prinsipləri öz əksini tapıb.

    Videonu təqdim edirik:

  • Mirzoyan: “Ermənistan “Zvartnots” hava limanını özü mühafizə edə bilər”

    “Ermənistan müstəqil şəkildə “Zvartnots” hava limanını mühafizə edə bilər”.

    Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

    Erməni nazir bildirib ki, ölkəsi müstəqil şəkildə paytaxtın “Zvartnots” hava limanında sərhəd mühafizəsini həyata keçirə bilər və bunun üçün Rusiyanın köməyinə ehtiyac yoxdur.

    “Hazırda sərhəd xidmətini müstəqil həyata keçirmək üçün institusional imkanlar var və biz bu barədə Rusiya tərəfini məlumatlandırmışıq”, – XİN başçısı əlavə edib.

    Mənbə: Erməni XİN