Month: March 2024

  • Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

    Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq.

    Bu barədə Çelyabinskin Kurçatov hava limanının Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilir ki, artıq bu marşrut üzrə xidmət göstərən “İrAero” aviaşirkəti biletlərin satışına başlayıb.

    “Superjet 100” aprelin 3-dən oktyabrın 23-dək hər çərşənbə günü iki reys (gediş-dönüş) yerinə yetirəcək. Bakıdan Çelyabinskə uçuş yerli vaxtla saat 13:00-dadır. Gəliş yerli vaxtla saat 16:50-dədir. Çelyabinskdən gediş elə həmin gün saat 18:00-dadır. Gəliş – 20:00. Uçuş müddəti üç saatdır”, – deyə məlumatda vurğulanıb.

    Bundan əlavə, “İrAero” aviaşirkəti Krasnoyarskdan Azərbaycana əlavə reys açır.

    Regional paytaxtın Beynəlxalq Hava Limanının Mətbuat Xidmətindən verilən məlumata görə, ilk reys aprelin 3-də baş tutacaq, bundan sonra çərşənbə və bazar günləri Bakıya uçmaq mümkün olacaq. Uçuş müddəti təxminən 5 saat olacaq.

  • Ушла из жизни актриса Наиба Алибекова – ФОТО

    Минувшей ночью ушла из жизни актриса Наиба Алибекова.

    Артистка была похоронена сегодня на Ясамальском кладбище.

    Напомним, Н.Алибекова более известна по роли Гюльбадам в фильме Bəyin oğurlanması (“Похищение жениха”).

    Долгое время она страдала онкологическим заболеванием.

  • Aktrisa Naibə Əlibəyova vəfat edib – FOTO

    Aktrisa Naibə Əlibəyova ötən gecə vəfat edib.

    Aktrisa bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

    Xatırladaq ki, N.Əlibəyova daha çox “Bəyin oğurlanması” filmindəki Gülbadam rolu ilə tanınıb.

    O, uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

  • Prezident İlham Əliyev bir qrup qadını təltif edib – SİYAHI

    Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadının “Tərəqqi” medalı ilə təltif olunması ilə bağlı sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncamla aşağıdakı qadınlar təltif olunurlar:

    Atamoğlanova Natəvan Dəmirçi qızı

    Behbudova Gülşən Behbud qızı

    Əhmədova Kəhlik Talış qızı

    Əliyeva Gültəkin Budaq qızı

    Haqverdiyeva Sevda Haqverdi qızı

    Həsənova İlhamə Hüseyn qızı

    Hüseynova Mariya Pavlovna

    Hüseynova Reyhan Kamranovna

    Hüseynova Zərifə Bəşir qızı

    Mehrəliyeva Sevil Əli qızı

    Məsimova Taliyə Fəxrəddin qızı

    Ramazanova Bədyalcamal Süleyman qızı.

  • Ağdam, Füzuli və Xocavənddə Prezidentin xüsusi nümayəndəsi olan şəxs kimdir? – DOSYE

    Prezident İlham Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov bu vəzifəyə təyin edilib.

    Median.Az Emin Hüseynovun dosyesini təqdim edir:

    Emin Zamin oğlu Hüseynov 1974-cü ilin 12 noyabr tarixində Sumqayıtda anadan olub. Orta təhsilini Sumqayıtda alıb.

    1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirib, 1998-ci ildə ABŞ-ın Florida Universitetində magistr, 2009-cu ildə isə Harvard Universitetində təhsil alıb.

    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Emin Hüseynova iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.

    Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən başlamış Emin Hüseynov 1998-2001-ci illərdə Dünya Bankının Azərbaycan ofisində, 2001-2003-cü illərdə Beynəlxalq Valyuta Fondunun Azərbaycan ofisində iqtisadçı işləyib.

    2005-ci ildən isə Azərbaycan Mərkəzi Bankında Tədqiqatlar və İnkişaf Mərkəzinin Baş Direktoru vəzifəsində çalışıb. Emin Hüseynov bundan əlavə ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru vəzifəsində çalışıb.

    O, 2006-cı ildən Azərbaycan Bank Tədris Mərkəzində iqtisadi və maliyyə sistemləri, 2009-cu ildən isə liderlik mövzuları üzrə təlim kursları keçirib.

    Prezident İlham Əliyevin 24 iyun 2016-cı il tarixli sərəncamı ilə E.Hüseynov Azərbaycan Respublikası maliyyə nazirinin müavini təyin olunub.

    O, 29 avqust 2018-ci il tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub.

    2021-ci ilin 24 may tarixində Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Emin Zamin oğlu Hüseynov Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

    Emin Hüseynov 1 dekabr 2021-ci ildə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

    22 iyun 2019-cu ildə inzibati vəzifələrin birinci təsnifatı üzrə 3-cü dərəcə, 18 iyun 2020-ci ildə isə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcələri alıb.

    Ailəlidir, üç övladı var.

  • Xaçmaz məktəbində xəsarət alan şagirdə niyə təcili tibbi yardım ÇAĞIRILMAYIB? – VİDEO

    Xaçmazın Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbinin 9-cu sinif şagirdi R.Yağmurov dərs zamanı xəsarət alıb. Belə ki, 8-ci sinif şagirdinin idman meydançasında təsadüfən atdığı daş R.Yağmurova dəyib. Nəticədə yeniyetmə üz nahiyəsindən ciddi xəsarətlər alıb.

    Bu barədə Bizim.Media-ya şagirdin atası Məmməd Yağmurov müraciət edib.

    Ata dərs zamanı baş verən hadisədə ciddi xəsarətlərlə üzləşən oğluna məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılmamasından gileylənib.

    Ata bildirib ki, oğlunun həm sinif rəhbəri, həm də məktəb direktoru olan Vüsalə Yusifli hadisənin baş verməsi ilə bağlı nə ona vaxtında məlumat verib, nə ilkin tibbi yardım göstərib, nə də təcili yardım çağırıb.

    Məsələ ilə bağlı Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbin direktoru Vüsalə Yusifli ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmayıb.

    Quba-Xaçmaz Regional Təhsil İdarəsinin mətbuat katibi Gülər Hüseynova isə baş verən hadisədən xəbərdar olduqlarını və araşdırma getdiyini qeyd edib.

  • В Баку до конца года по ряду маршрутов запустят более 100 новых электробусов

    В Баку до конца этого года по ряду маршрутных линий будет запущено более 100 новых электробусов.

    Как сообщает Report, об этом заявил председатель правления Агентства наземного транспорта Азербайджана (AYNA) Анар Рзаев на конференции “Экономические реформы и современные вызовы по улучшению бизнес-среды”.

    “Будет обновлен автобусный парк, построены новые велодорожки. А для ООО Bakı Taksi Xidməti планируется закупить 150 автомобилей с электродвигателями”, – отметил он.

  • Bakıda bu il 100 yeni elektrik mühərrikli avtobus istismara veriləcək

    Bu ilin sonuna qədər Bakıda 100 yeni elektrik mühərrikli avtobusun istismara verilməsi planlaşdırılır.

    “Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.

    “Avtobus parkı yenilənəcək, yeni velosiped yolları salınacaq. Nazirliyə məxsus “Bakı Taksi Xidməti” MMC-yə isə 150 ədəd elektrik mühərrikli taksi alınması nəzərdə tutulur”, – deyə o qeyd edib.

  • Кто он – новоназначенный спецпредставитель Президента? – ДОСЬЕ

    Президент Ильхам Алиев подписал распоряжение о назначении Эльчина Юсубова специальным представителем Президента Азербайджанской Республики (АР) в городе Ханкенди, Агдеринском и Ходжалинском районах.

    Median.Az представляет вниманию читателей краткую биографическую справку о новоназначенном спецпредставителе главы государства.

    Эльчин Мустафа оглу Юсубов родился 8 августа 1975 года.

    В 1996 году окончил Азербайджанский институт управления народным хозяйством по специальности “Организатор управления”, в 1998 году – Азербайджанский государственный экономический университет по специальности “Экономист в области кредитов”.

    Работал на различных должностях в частном секторе, Министерстве торговли Азербайджана, Министерстве экономического развития, Государственном агентстве по стандартизации, метрологии и патентам, Госкомитете по управлению государственным имуществом АР, Управлении государственного историко-архитектурного заповедника “Ичеришехер” при Кабинете министров.

    Занимал пост заместителя генерального директора, первого заместителя гендиректора, заместителя гендиректора Департамента локальных доходов города Баку при Министерстве налогов АР, начальника Управления локальных доходов города Баку.

    Распоряжением главы государства от 11 февраля 2020 года награжден медалью “За отличие на государственной службе”.

    Распоряжением Президента от 13 мая 2020 года назначен на должность заместителя начальника Государственной службы по вопросам имущества при Министерстве экономики.

    Женат, имеет троих детей.

  • Prezidentin yeni vəzifə verdiyi Elçin Yusubov kimdir? – DOSYE

    Prezident İlham Əliyev Elçin Mustafa oğlu Yusubovun Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Median.Az Prezidentinin xüsusi nümayəndəsi təyin edilən şəxsin dosyesini təqdim edir:

    Elçin Mustafa oğlu Yusubov 1975-ci il 8 avqust tarixində anadan olub.

    1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmənin təşkilatçısı ixtisası üzrə, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçı ixtisası üzrə bitirib.

    Özəl sektorda, Azərbaycan Respublikası Ticarət Nazirliyində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

    Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrində çalışıb.

    Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

    Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

    Ailəlidir, 3 övladı var.