Month: March 2024

  • Президент назначил Эльчина Юсубова на должность спецпредставителя – РАСПОРЯЖЕНИЕ

    Президент Ильхам Алиев подписал распоряжение о назначении специального представителя Президента Азербайджанской Республики в городе Ханкенди, Агдеринском и Ходжалинском районах.

    Текст документа опубликован на сайте President.az.

    Согласно распоряжению, Эльчин Мустафа оглу Юсубов назначен спецпредставителем главы государства в городе Ханкенди, Агдеринском и Ходжалинском районах.

  • Prezident Elçin Yusubova vəzifə verdi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az xəbər yayıb.

    Sərəncama əsasən, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

  • Назначен спецпредставитель Президента в Агдамском, Физулинском и Ходжавендском районах

    Президент Ильхам Алиев подписал распоряжение о назначении специального представителя Президента Азербайджанской Республики в Агдамском, Физулинском и Ходжавендском районах.

    Текст документа опубликован на сайте President.az.

    Согласно распоряжению, Эмин Замин оглу Гусейнов назначен спецпредставителем главы государства в Агдамском, Физулинском и Ходжавендском районах.

  • Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi

    Prezident İlham Əliyev Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az xəbər yayıb.

    Sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

  • Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv edildi

    Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 9 fevral 2009-cu il tarixli fərmanında dəyişiklik edib.

    “Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

    Fərmana əsasən, nazirliyin səlahiyyətləri daxilində qanunla nəzərdə tutulmuş qaydada və hallarda strukturuna daxil olan müvafiq qurumlar vasitəsilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirməsi vəzifəsi ləğv edilib.

    Bundan başqa, nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinin qiymətli metalların və qiymətli daşların, o cümlədən qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununun tələblərinə əməl edilməsinə nəzarət etmək vəzifəsi ləğv olunub.

  • Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi – FƏRMAN

    Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilməsi qaydasının hazırlanmasında Maliyyə Nazirliyi ilə yanaşı, Ədliyyə Nazirliyi də iştirak edəcək.

    President.az xəbər verir ki, bu barədə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı Fərmanda deyilir.

    Qeyd edək ki, qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Bu hesabatların forması, məzmunu və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

    Müvafiq icra hakimiyyəti dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulurdu, dəyişikliklə Ədliyyə Nazirliyinə də bu səlahiyyət verilib.

  • 8 Martın hava proqnozu AÇIQLANDI

    Martın 8-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

    Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək olacaq. Nisbi rütubət 75-85% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti dağlarda gecə 0- 5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

  • Narkotik satışını təklif edən şəxsə xəncərlə 13 zərbə vurdu

    Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Zamir Ağaliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Z.Ağaliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, 2022-ci il aprelin 30-u saat 23 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində 1963-cü il təvəllüdlü Gülağa Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla qeyd edilən qəsəbə sakini, 1993-cü il təvəllüdlü Zamir Ağaliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülağa Əliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Zamir Ağaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

    O, məhkəmədə deyib ki, zərərçəkmiş Gülağa Əliyev həm narkotik vasitə istifadəçisi, həm də satıcısı olub. Bildirib ki, hadisədən əvvəl zərərçəkmiş şəxs ona yaxınlaşaraq salamlaşıb və: “Əlimdə nəşə və patı var, sən də “srok” görmüş oğlansan, razılaşaq, verim sənə, sat”, – deyib. Zamir isə həmin vaxt Gülağaya: “Gələrəm, söhbət edərik”, – deyə cavab verib. Dediyinə görə, o, elə həmin vaxt Gülağanı öldürmək fikrinə gəlib. Sonra Zamir onunla görüşüb, söhbət edib və xəncərlə zərərçəkmişin ürək və digər nahiyələrinə ümumilikdə 13 zərbə endirib. Daha sonra polisə gedərək könüllü təslim olub.

  • İlham Əliyevdən Prezidentin Təhlükəsizlik Xidməti ilə bağlı FƏRMAN

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Fərman imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Fərmanla “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib.

    Eyni zamanda, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri” təsdiq edilib.

  • В Баку прошла церемония открытия Кубка мира по спортивной гимнастике

    В Баку состоялась церемония открытия Кубка мира по спортивной гимнастике.

    Как сообщает Report, мероприятие состоялось на Национальной гимнастической арене.

    В зал были внесены флаги стран-участниц, затем слово было предоставлено министру молодежи и спорта Фариду Гаибову.

    Министр пожелал участникам успехов.

    “Уже который год Кубок проводится в нашей стране. Число участников увеличивается с каждым годом. Мы проводим минимум три Кубка мира в год. За это выражаю благодарность президенту Федерации гимнастики Азербайджана Мехрибан Алиевой”, – сказал он.

    В конце прозвучал государственный гимн.

    Отметим, что Кубок мира, в котором примут участие около 300 спортсменов из 67 стран, завершится 10 марта. На соревнованиях Азербайджан будут представлять Никита Симонов (кольца), Иван Тихонов (конь, опорный прыжок, параллельные брусья, турник), Расул Ахмедзаде (конь, параллельные брусья), Мансум Сафаров (турник, произвольные упражнения), Мурад Агарзаев (произвольные упражнения) и Назенин Теймурова (опорный прыжок, гимнастическое бревно, произвольные упражнения).