Month: March 2024

  • Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

    Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

    “Report”un məlumatına görə, tədbir Milli Gimnastika Arenasında baş tutub.

    İlk olaraq iştirakçı ölkələrin bayraqları zala gətirilib. Ardından söz gənclər və idman naziri Fərid Qayıbova verilib.

    Nazir iştirakçılara uğurlar arzulayıb: “Artıq neçənci ildir ki, ölkəmizdə Dünya Kuboku keçirilir. İldən-ilə iştirakçıların sayı artır. İl ərzində ən azı 3 Dünya Kubokuna ev sahibliyi edirik. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.

    Sonda Dövlət Himni səsləndirilib.

    Qeyd edək ki, 67 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi Dünya Kubokuna martın 10-da yekun vurulacaq. Yarışda Azərbaycanı Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər) və Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

  • Ali təhsil müəssisəsindən xaric olunma ilə bağlı qaydalar dəyişdi

    Ali təhsil müəssisəsindən xaric olunma ilə bağlı qaydalar dəyişib.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

    Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir:

    – öz arzusu ilə;

    – ali təhsil müəssisəsini dəyişdikdə;

    – ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda;

    – səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən);

    – növbəti tədris ilinə qeydiyyatdan keçməyib, həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda;

    – əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda;

    – əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə;

    – yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə).

    Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən ali təhsil müəssisəsindən xaric edilmiş Azərbaycan vətəndaşı (qanunla müəyyən edilmiş hallarda hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilənlər istisna olmaqla) 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat 7 gün müddətində ali təhsil müəssisəsi tərəfindən tələbələrin hərbi qeydiyyatda olduqları dövlət qurumuna verilir.

    Ali təhsil müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” Qanunun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır. Xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.

  • УМК издало фетву о начале месяца Рамазан

    Управление мусульман Кавказа (УМК) издало фетву о начале священного месяца Рамазан.

    Согласно фетве, месяц Рамазан в Азербайджане начинается 11 марта.

    Ночи предопределения приходятся на 28, 30 марта, 1 и 5 апреля.

  • QMİ Ramazan ayının başlaması ilə bağlı fətva verdi

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fətva verib.

    Fətvaya əsasən, Azərbaycanda Ramazan ayı martın 11-də başlanır, martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir.

  • Премьер-министр Дании поздравила Президента Ильхама Алиева

    Премьер-министр Дании Метте Фредериксен направила Президенту Азербайджана Ильхаму Алиеву поздравительное письмо.

    Как сообщает President.az, в послании говорится:

    “Ваше превосходительство.

    Передаю Вам и Вашему народу поздравления, наилучшие пожелания по случаю Вашего переизбрания Президентом Азербайджанской Республики.

    С нетерпением жду работы с Вами и Вашим правительством в предстоящие годы.

    Прошу принять мое глубочайшее почтение к Вам. Желаю Вашему превосходительству еще больших успехов на новом сроке полномочий”.

  • Danimarkanın baş naziri İlham Əliyevi təbrik etdi

    Danimarkanın Baş naziri Mette Frederiksen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

    President.az xəbər verir ki, təbrik məktubunda deyilir:

    “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə və xalqınıza təbriklərimi, ən xoş arzularımı çatdırıram.

    Qarşıdakı illərdə Sizinlə və hökumətinizlə işləməyi səbirsizliklə gözləyirəm.

    Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Yeni səlahiyyət müddətinizdə Zati-alinizə daha böyük uğurlar diləyirəm”.

  • Universitetlərdə təhsilalma, xaric olunma və digər hallarla bağlı yeni qaydalar təsdiqlənib

    Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) ilə bağlı yeni qaydalar təsdiqlənib.

    “Report” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

    Qərarla əvvəlki qaydalar ləğv edilib.

    Elm və Təhsil Nazirliyinin Aparatının Elm və ali təhsil siyasəti şöbəsinə, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə qərardan irəli gələn vəzifələrin icrasını təmin etmək tapşırılıb.

    Qeyd edək ki, təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, təhsil müəssisəsinə bərpa olunma və ya akademik məzuniyyətdən sonra təhsilini davam etdirmə tələbənin əvvəl təhsil aldığı tədris dilinə (tədris dilinin ingilis dilindən ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinə və ya ümumi təhsil pilləsində təhsil aldığı tədris dilinin ingilis dilinə dəyişdirilməsi halları istisna olmaqla) uyğun aparılır.

  • Tələbələrə akademik məzuniyyətlə bağlı ŞAD XƏBƏR

    Azərbaycanda tələbələrə akademik məzuniyyətinin verilməsi hallarının siyahısı genişləndirilib.

    “Report” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

    Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:

    – müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək;

    – ailə vəziyyətinə görə (təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən edilmiş hallar üzrə)

    – 2 il müddətinədək;

    – səhhətinə görə – həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışında (və ya qərarında) göstərilən müddətə (2 ildən çox olmamaqla);

    – sosial məzuniyyətə çıxdıqda – qanunvericiliklə müəyyən olunmuş müddətə;

    – dövlət proqramları və təhsil sahəsində Azərbaycanla xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota çərçivəsində Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrə təhsil almağa getdikdə – bakalavriat proqramlarında təhsil alanlara münasibətdə 1 (bir) ildən, magistratura proqramlarında təhsil alanlara münasibətdə 6 (altı) aydan çox olmamaqla;

    – xaricdə öz hesabına təhsil aldıqda – 1 (bir) il müddətinədək.

    Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrindən (yaz və ya payız semestrindən) buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (magistraturada təhsil alanlara münasibətdə ixtisaslaşması) və təhsilalma forması üzrə kadr hazırlığı aparılmadıqda tələbə həmin müəssisədə mövcud təhsilalma formasında və ali təhsil müəssisəsi tərəfindən müəyyən olunan uyğun ixtisasda (magistraturada təhsil alanlara münasibətdə ixtisas daxilində digər ixtisaslaşmada) təhsilini davam etdirə bilər. Bu zaman bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınır.

    Magistratura səviyyəsində akademik məzuniyyətdən qayıdan şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa, o, Nazirlik tərəfindən müəyyən olunan uyğun ixtisas və ixtisaslaşma üzrə (bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsində təhsilini davam etdirə bilər.

  • В Азербайджане изменились правила восстановления в вузах

    В Азербайджане изменились правила восстановления отчисленных студентов в высших учебных заведениях.

    Как сообщает Report, соответствующее решение приняла коллегия Министерства науки и образования.

    В новых правилах указано, что отчисленные студенты в течение последующих 15 лет могут подать заявление о восстановлении в вузе, в котором учились. При этом студенты приступят к учебе лишь в той сессии (осенней либо весенней), в которой были отчислены.

  • Azərbaycanda universitetlərə bərpa olunma qaydaları dəyişdi

    Azərbaycanda ali təhsil müəssisəsinə bərpa olunma qaydaları dəyişib.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib.

    Yeni qaydalarda qeyd olunub ki, ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunacaqlar.

    Təhsil müəssisəsi (xüsusi təyinatlı ali təhsil müəssisəsi istisna olmaqla) yenidən təşkil edildiyi və ya ləğv olunduğu halda, sabiq tələbə təhsil aldığı ali təhsil müəssisəsinin hüquqi varisi olan və ya Nazirliyin müəyyən etdiyi ali təhsil müəssisəsinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bərpa oluna biləcək.

    Təhsil müəssisəsinə bərpa olunma yay və qış tətili dövründə həyata keçiriləcək.

    Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ixtisas və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, təhsil müəssisəsinə digər ixtisas və təhsilalma forması üzrə bərpa oluna bilər. Bu zaman tələbənin əvvəl təhsil aldığı və bərpa olunduğu ixtisaslar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” ilə müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.

    Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisaslaşması və təhsilalma forması üzrə kadr hazırlığı aparılmırsa, o, öz təhsil müəssisəsinə ixtisası daxilində digər ixtisaslaşma və təhsilalma forması üzrə bərpa oluna bilər. Magistratura səviyyəsində bərpa zamanı şəxsin əvvəl təhsil aldığı ali təhsil müəssisəsində ixtisası üzrə kadr hazırlığı aparılmırsa, şəxs öz ixtisası, ixtisaslaşması və təhsilalma forması üzrə digər təhsil müəssisəsinə bu Qaydaların 2.12-ci bəndinin tələbləri nəzərə alınmaqla bərpa oluna bilər. Bərpa olunmaq istəyən şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa (ixtisas ləğv olunduğu halda), o, uyğun ixtisas və ixtisaslaşma üzrə (ixtisas və ixtisaslaşmaların uyğunluğu Nazirlik tərəfindən müəyyən olunur, bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsinə (təhsil müəssisəsi ləğv edildiyi halda digər təhsil müəssisəsinə) bərpa oluna bilər.

    Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrlar təhsil müəssisəsindən xaric olunduqda yalnız qəbul olunduğu ixtisas və təhsilalma forması (qəbul olunduqları ixtisas və təhsilalma formasında kadr hazırlığı aparılmadığı halda həmin təhsil müəssisəsində digər ixtisas və təhsilalma forması) üzrə bərpa oluna bilərlər.

    “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr təhsil müəssisəsindən xaric olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın 2-ci hissəsində göstərilən ixtisaslardan kənar ixtisasa bərpa üçün müraciət edə bilməzlər.

    “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-3-cü maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr təhsil müəssisəsindən xaric olunduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri”nin 6-cı hissəsi nəzərə alınmaqla bərpa oluna bilərlər.

    Təhsil müəssisəsinə bərpa barədə vətəndaşların müraciətlərinə bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınmaqla baxılır.

    Xüsusi təyinatlı ali təhsil müəssisələrindən səhhətinə görə xaric olunan şəxslər uyğun ixtisaslar üzrə Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-cü, 4.4-cü və 4.9-cu bəndlərinə uyğun olaraq bərpa oluna bilərlər. Digər səbəblərdən xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunmuş şəxslərin mülki ali təhsil müəssisələrinə bərpası bu Qaydaların 4.1-ci bəndində göstərilən müddət ərzində bu Qaydaların 4.3-4.9-cu bəndlərinə uyğun olaraq aparılır.

    Xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunan şəxslər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələri üçün müəyyən edilmiş qəbul şərtlərinə cavab verdikləri halda, əvvəl təhsil aldıqları, yaxud digər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Belə hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa həmin təhsil müəssisələrinin tabe olduqları qurumların razılığı ilə, bu Qaydaların 4.1-ci bəndinin ikinci cümləsində və 4.3-4.9-cu bəndlərində göstərilən qaydada, lakin ən çoxu müvafiq ixtisasın normativ təhsil müddətindən sonrakı 3 il ərzində (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) həyata keçirlir. Bu zaman xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunaraq müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu saxlayan sabiq kursantlar həmin möhlət hüququnun qüvvədə olduğu müddətdə, müddətli həqiqi hərbi xidmətə göndərilən sabiq kursantlar müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, hərbi və xüsusi rütbəli şəxslərlə komplektləşdirilən dəyişən heyətin sırasından xaric edilmiş digər şəxslər isə xidməti fəaliyyətlərini davam etdirdikləri müddətdə (qanunla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin yaş hədləri daxilində) xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa olunurlar.

    Bərpa olunmuş tələbənin şəxsi işi bərpa edilir. Bu şəxsi işə bərpa olunma haqqında əmrdən çıxarış, ölkə daxilində digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.