Month: March 2024

  • Corc Soros: Dünyanın zəhərləyicisi – VİDEO

    Corc Sorosun adı çoxlarına məlumdur. Macarıstanda anadan olan amerikalı milyarder, var-dövlətini maliyyə spekulyasiyası ilə qazanan maqnatdır.

    Bununla belə, Soros ictimai-siyasi fəaliyyəti ilə heç də az tanınmır.

    “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjet məhz Sorosun fəaliyyətinin qaranlıq məqamlarına həsr olunub.

    Süjetdə bildirilir ki, Soros bütün qitələrin və ölkələrin liberalları üçün əlamətdar bir fiqurdur, bir növ müqəddəs inəkdir. Həqiqətən də, Soros Açıq Cəmiyyət fondları və proqramları şəbəkəsi vasitəsilə dünyada liberal nizamı təşviq etmək üçün çox işlər görüb. Amma problem ondadır ki, bütün hallarda olmasa da, çox vaxt bu təşviq Sorosun fəaliyyət göstərdiyi dövlətlərin milli maraqları ilə ziddiyyət təşkil edib.

    Daha ətraflı “Caliber”in videomaterialında:

  • Azərbaycan Gürcüstanda keçiriləcək dünya çempionatına dəvət olunub

    Aprelin 6-7-də Gürcüstanın Qudauri xizək kurortunda ilk dəfə olaraq Beynəlxalq Xizək və Snoubord Federasiyasının himayəsi altında gənclər arasında snoubord üzrə dünya çempionatı keçiriləcək.

    Bu barədə AZƏRTAC-a Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Gürcüstan Qudauridə snoubord kross növü üzrə Dünya Kuboku mərhələsini uğurla keçirdikdən sonra 21 yaşadək idmançılar arasında çempionata ev sahibliyi etmək hüququ qazanıb. Beynəlxalq Xizək Federasiyası qeyd edib ki, Qudauri həm infrastruktur, həm də təşkilati məsələlər baxımından bütün standartlara uyğundur.

    Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Mariam Kvrivişvilinin sözlərinə görə, beynəlxalq turnirlərin keçirilməsi dağlıq rayonlarda turizm sənayesinin güclənməsinə və iqtisadi inkişafına müsbət təsir göstərir.

    Nazirlikdən onu da bildiriblər ki, çempionata Azərbaycan da dəvət olunub.

    Qeyd edək ki, gənclər arasında snoubord üzrə dünya çempionatı ilk dəfə 1997-ci ildə İtaliyada keçirilib. Bundan sonra mötəbər turnirin ev sahibləri İspaniya, Fransa, Almaniya, Avstriya, İsveçrə və İsveç olub.

  • Harri Kasparov Rusiyada terrorçu elan edilib

    Məşhur şahmatçı Harri Kasparov Rusiyada ekstremistlər və terrorçuların siyahısına daxil edilib.

    APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Rosfinmonitorinq”in saytında məlumat yerləşdirilib.

    Daha əvvəl Rusiya Federasiyasında xarici agent kimi tanınan Kasparovu məhkəmə xarici agentlər haqqında qanunu pozduğuna görə dörd ay ərzində üçüncü dəfə cərimələyib.

    2023-cü ilin dekabrında Moskva Daxili İşlər Nazirliyi Kasparovun və Azad Rusiya Forumunun həmtəsisçisi İvan Tyutrinin əməllərində cinayət əlamətləri aşkar edib. Belə ki, onlar Rusiya ordusuna qarşı hərbi əməliyyatlarda Ukrayna tərəfində iştirak edən Rusiya və Belarus vətəndaşları üçün vəsait toplamaq üçün hərrac keçiriblər. Onları 5 ilə qədər həbs cəzası gözləyir.

  • Namiq Qaraçuxurlunun 500 minlik maşını qalmaqal yaratdı

    Son vaxtlar şou-biznes nümayəndələri tez-tez 400-500 minlik maşınları, bahalı villaları, bağ evləri ilə öyünürlər. Bu isə cəmiyyətdə bəzən ciddi etirazlara səbəb olub.

    İddialara görə, bu vəziyyət davam edərsə, yaxın gələcəkdə təhsilli gənclərin sayı get-gedə azalacaq, onlar yaxşı yaşamaq üçün şou-biznesə qatılmaq istəyəcəklər.

    Qeyd edək ki, meyxanaçı Namiq Qaraçuxurlu da bugünlərdə bahalı maşını ilə gündəmə gəlib. Hazırda onun idarə etdiyi 500 min manatlıq “Bentley” markalı avtomobili müzakirə mövzusudur.  

    Bəs görəsən, bu durumu dəyişmək mümkündürmü? Bunun günahkarı kimlərdir?

    Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı, publisist Xeyrəddin Qoca bildirib ki, uzun illər millət vəkili, baş konsul kimi çalışsa da, daim sadə yaşayıb:

    “İstəyirəm məni tanıyanların xarici ölkələrdə də villaları, mənzilləri olsun, bunun nə ziyanı var? Əksinə, xeyri var ki, mən həmin ölkələrə gedəndə deyim “mənzilin açarını verin, üç gün orada qalım”.

    Mən yazıçıyam, millət vəkili, baş konsul olmuşam, amma həmişə sadə insanlar kimi yaşamışam. Həmişə də çoxlu ehtiyaclarım olub. Bir maşını 14 il sürmüşəm. İndi istifadə etdiyim  ”Ford-focus” markalı avtomobilin 11 “yaşı” var. Yəni çox köhnədir. Mən də bahalı, rahat maşın sürmək istərdim, deməli, bacarığım olmayıb ki, buna nail olmamışam! Hamı eyni yaşaya bilməz. Allaha şükür edirəm ki, yaxşıdır, bu da var. Olmayanlar nə etsinlər?”

    Yazıçı qeyd edib ki, tez-tez var-dövləti, evi, maşını ilə öyünən şou-biznes nümayəndələrinə ulduz demək olmaz. O, bu mövzuda telekanalları və mətbuat orqanlarını günahlandırıb:

    “Qaldı böyük-böyük sərvətləri olan müğənnilərə 90 faizi nə müğənnidir, nə “məşhurdur”, nə də ulduzdur. Sadəcə olaraq, pulunu haralara xərcləməyi bilməyən cahil insanlarımız onları toya çağırıb, ciblərini pulla doldururlar. Onlar da orada-burada müsahibə verib, görməmiş kimi var-dövlətlərini camaatın gözünə “soxurlar”.

  • Xankəndidə ermənilərin məhv etdikləri Azərbaycan qəbiristanlığından VİDEOREPORTAJ

    Erməni separatçıları işğal dövründə Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığını tamamilə dağıdıblar.

    Düşmən 30 ildən çox işğal altında saxladığı şəhərdə azərbaycanlılara məxsus məzarlıqları dağıdaraq viran qoyub. İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv ediblər.

    Qəbirlərin başdaşlarını sındırıblar, oğurlayaraq aparıblar, məzarları isə qazıblar. Bir çox qəbirdaşları isə tanınmaz hala salınıb.

    Qəbiristanlığı ziyarət edən Xankəndi sakinləri doğmalarının məzarlarını tapa bilməyiblər.

    Ətraflı Baku TV-nin süjetində:

  • Ağstafada piyadanı avtomobil vurub

    Ağstafa rayonunda piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    Hadisə Bakı-Qazax magistral yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Zərərçəkən xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • London Rusiyanın Britaniyadakı bütün aktivlərini Kiyevə borc verməyə hazırdır

    London Rusiya Mərkəzi Bankının Böyük Britaniyadakı dondurulmuş bütün aktivlərini Ukraynaya borc verməyə hazırdır.

    Bunu Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirib.

    Məlumata görə, nazir bəyanatı Rusiyanın guya müharibənin sonunda Ukraynaya təzminat ödəməyə məcbur olacağı ilə əsaslandırıb.

    Mənbə: Gazeta.ru

  • Hikmət Hacıyev Türkiyənin XİN başçısının müavini ilə regional məsələləri müzakirə edib

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serimlə regional normallaşma proseslərini müzakirə edib.

    Median.Az 
    xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti sosial şəbəkədə bildirib.

    “Nazir müavinimiz Yasin Ekrem Serim Azərbaycana səfəri çərçivəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.

    Görüşdə qardaşlıq münasibətlərimiz və regional normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb”, – paylaşımda qeyd olunub.//report.az

  • Azərbaycan boksçusu İtaliyada finala yüksəlib

    Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib.

    Federasiyadan oxu.az-a verilən məlumata görə, ikiqat Avropa çempionu ikinci görüşündə Sahil Alahverdovini (Gürcüstan) məğlub edib.

    Hüseynov qitənin ən güclüsünə və dünya çempionatının finalçısına 5:0 hesabı ilə qalib gəlib. O, 1/8 final döyüşünü martın 10-da keçirəcək.

    Qeyd edək ki, Nicat Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdəki ilk qarşılaşmasında Deepak Deepaka (Hindistan) qalib gəlib. O, yarımfinala yüksələcəyi halda olimpiadaya vəsiqə əldə edəcək.

  • Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

    AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib.

    Bu barədə İqtisadiyyat.az məlumat yayıb.

    Bildirilib ki, o, “Caspian Energy Club”ın İdarə Heyətinin yeni tərkibində yer alıb.