Month: March 2024

  • Никки Хейли объявила о выходе из президентской гонки в США

    Экс-постпред США при НАТО Никки Хейли объявила о выходе из президентской гонки.

    Как сообщает Median.Az, об этом Хейли заявила, выступая перед сторонниками в Чарлстоне, штат Южная Каролина.

    “Настало время для остановки моей кампании”, – сказала она.

    Хейли, которая оставалась последним заметным соперником Дональда Трампа в борьбе за президентскую номинацию от Республиканской партии, в “супервторник” смогла победить только в одном из 15 штатов – в Вермонте.

  • Nikki Heyli ABŞ prezidentliyi uğrunda mübarizədən geri çəkilib

    ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi Nikki Heyli prezidentlik yarışından geri çəkildiyini açıqlayıb.

    “Report”un məlumatına görə, bunu Heyli Cənubi Karolina ştatının Çarlston şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

    “Kampaniyamı dayandırmağın vaxtı gəldi”, – Heyli bildirib.

    Respublikaçıların prezidentliyə namizədliyi uğrunda mübarizədə Donald Trampın son rəqibi olan Heyli Super Çərşənbə axşamı günü 15 ştatdan yalnız birində – Vermontda qalib gələ bilib.

  • Bakıda binanın zirzəmisindən 8 kq-dan artıq marixuana aşkarlanıb

    Bakının Qaradağ rayonunda yaşayış binanın zirzəmisindən marixuana aşkarlanıb.

    APA xəbər verir ki, bu barədə Penitensiar Xidmətdən məlumat verilib.

    Bildirilib ki, ötən gün Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Vəliyev Emin Müşviq oğluna məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən yaşayış binasının zirzəmisində aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanla Dünya Bankı arasında əlaqələr müzakirə edilib

    6 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    APA xəbər veror ki, bu barədə XİN məlumat yayıb.

    Görüş zamanı Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq perspektivləri, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər müzakirə olunub.

    Nazir Ceyhun Bayramov ölkəmiz üçün əhəmiyyət kəsb edən bir sıra, o cümlədən iqtisadiyyat, kənd təsərrüfatı, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, infrastruktur kimi istiqamətlər üzrə uğurla icra olunan, habelə davam etdirilən layihələrin əməkdaşlığın inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib. Dünya Bankı çərçivəsində əməkdaşlığın öz növbəsində ölkəmizin digər regional və beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrini genişləndirməsinə təkan verdiyi diqqətə çatdırılıb.

    COP29-a sədrliyimiz çərçivəsində aparılan substantiv danışıqlar prosesi, habelə 29-cu sessiyaya hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, sədrliyimizin əsasən qlobal iqlim dəyişikliyinə qarşı mübarizəyə maliyyə resursları və investisiyaların cəlbinə vurğu etdiyini söyləyib. Bu istiqamətdə dövlətlərlə yanaşı, beynəlxalq maliyyə institutlarının prosesə mümkün töhfəsinin müəyyən edilməsi istiqamətində təmasların aparılması baxımından Dünya Bankının mühüm platforma rolu oynaya biləcəyi qeyd olunub.

    Postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, görülən işlərin eyni zamanda Qarabağ və Şərqi Zəngəzur bölgəsinin alternativ enerji potensialından səmərəli istifadəyə yönəldiyini, bu istiqamətdə müvafiq layihələrə artıq bir sıra xarici tərəfdaşların cəlb olunduğunu diqqətə çatdırıb.

    Müqabil tərəf Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edərək, ölkəmizin uğurlu sədrlik təcrübəsi nümayiş etdirəcəyinə, habelə sədrlik prioritetlərinə müvafiq olaraq beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndiriləcəyinə dair inam ifadə edib. Xüsusilə, COP29 çərçivəsində müəyyənləşəcək qlobal öhdəliklərin öz praktiki icrasını tapması istiqamətində addımlar atılmasının vacibliyi qeyd olunub, Dünya Bankının bu istiqamətdə təşəbbüslərin dəstəklənməsinə hazır olduğu vurğulanıb.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Məktəblərdə başqa məqsədlər üçün istifadə edilən idman meydançaları ilə bağlı araşdırmalar aparılır

    Orta məktəblərin ərazisində yerləşən bəzi idman meydançaları özəlləşdirilərək başqa məqsədlər üçün istifadə olunur.

    APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

    Hesabatda bildirilib ki, bu prosesin qarşısının qəti şəkildə alınması üçün tədbirlərin görülməsi xahiş edilir.

    Qeyd edilib ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 6.2.16-cı bəndinə əsasən “dövlət icbari ümumi orta təhsil müəssisələri” özəlləşdirilməsi qadağan olan əmlaklara aid edilib:

    “Bu baxımdan orta məktəblərin və onlara xidmət edən idman qurğularının (meydançaların) özəlləşdirilməsi həyata keçirilmir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 10.13-cü bəndinə əsasən ümumtəhsil məktəbinin əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz. Bundan başqa, Elm və Təhsil Nazirliyinin Audit şöbəsi tərəfindən kənar müdaxilənin qarşısının alınması ilə bağlı mütəmadi olaraq araşdırmalar aparılır. Bu kimi halların (zəbt, qanunsuz müdaxilə və sair) qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış müqavilələr əsasında son illər ərzində 1,7 mindən çox təhsil müəssisəsi üçün texniki pasport hazırlanmış və hazırda bu işlər davam etdirilir”.

  • Bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəməkdə təqsirləndirilən Naxçıvan sakini saxlanıldı

    Naxçıvan polisi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bir neçə şəxsi işə düzəltmək adı ilə pullarını mənimsəyən Naxçıvan şəhər sakini Murad Quliyev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində zərərçəkənləri aldadaraq onların müxtəlif məbləğlərdə pulunu mənimsəyib.

    Murad Quliyevin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və ya Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin (+036) 545-08-03, (+036) 545-28-96 əlaqə nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

    Faktla bağlı araşdırma aparılır. Həmin şəxsin törətmiş olduğu digər əməllərin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

  • “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı hökm oxundu – FOTO

    Bu ilin yayında “Sea Breeze”də baş verən kütləvi dava ilə bağlı məhkəmə prosesi başa çatıb.

    Median.Az
     xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hökm elan olunub.

    Hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə məhkəmə zalından azadlığa buraxılıblar.

    Məhkəmədə təqsirləndirilən şəxslərdən olan Elmir İsmayılov azadlığa çıxmasına belə reaksiya verib:

    “Bir hüquqşünas kimi deyə bilərəm ki, nəhayət, haqq-ədalət yerini tapdı. Bizi dəstəkləyən, ədalətin bərpa olunması üçün köməklik göstərən ədalətli insanlara minnətdarlığımı bildirirəm. Doqquz ay bizimlə birlikdə olan bütün dostlara təşəkkürümü çatdırıram”.//qafqazinfo.az

  • Qızılın qiyməti yeni rekorda imza atıb

    Qızılın qiyməti dünya bazarlarında tarixi maksimuma çatıb.

    Median.Az xəbər verir ki, Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) metalın bir troy unsiyasının qiyməti tarixdə ilk dəfə 2 150 ABŞ dollarını ötüb.

    Yeni qiymət 2 154,3 ABŞ dolları təşkil edir.

  • В Одессе был подвергнут ракетному обстрелу кортеж с Зеленским и премьер-министром Греции – СМИ

    Российские войска нанесли ракетный удар по Одессе в то время, когда в городе находились премьер-министр Греции Кириакос Мицотакис и президент Украины Владимир Зеленский.

    Как передает АПА, об этом сообщило греческое издание OEMA.

  • Odessada Zelenski və Yunanıstanın Baş nazirinin avtomobil karvanına raket hücumu olub

    Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Ukrayna Prezidenti Vladimir Zelenski Odessa şəhərinə səfər edərkən Rusiya qüvvələri şəhərə raket zərbəsi endirib.

    Median.Az
     xəbər verir ki, bu barədə Yunanıstan OEMA nəşri məlumat yayıb.

    Nəşr bildirib ki, Rusiya qoşunları Ukrayna Prezidenti Vladimir Zelenskinin avtomobil karvanını hədəfə alıb, partlayış Baş nazir Mitsotakisin başçılıq etdiyi Yunanıstan nümayəndə heyətindən 150 metr aralıda baş verib.

    Nəşrin öz mənbələrinə istinadən məlumatına görə, Yunanıstan nümayəndə heyətinin üzvlərindən heç biri xəsarət almayıb.

    “Baş nazirin və ya Yunanıstan nümayəndə heyətinin təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur”, – hökumətin rəsmi mənbələri bildirib.

    Yunanıstanın dövlət naziri Stavros Papastavrou nəşrə verdiyi açıqlamada “Hamımız yaxşıyıq” deyib.

    Odessada keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Zelenski raket hücumuna toxunaraq: “Hələlik bütün təfərrüatları bilmirəm, amma bilirəm ki, ölənlər və yaralılar var”, – deyə bildirib.

    Yunanıstanın Baş naziri də partlayış səsini eşitdiyi deyib: “Bizə çox yaxın ərazidə partlayış səslərini eşitdik. Sığınacağa getməyə vaxtımız yox idi; çox təsir edici bir təcrübə oldu”.

    Artıq Aİ rəsmiləri bu hücumu pisləyib. Aİ Şurasının Prezidenti Şarl Mişel “X” hesabında raket hücumu ilə bağlı paylaşım edərək: “Prezident Zelenski və Baş nazir Mitsotakisin səfəri zamanı Odessaya hücum Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsindəki qorxaq taktikasının növbəti göstəricisidir. Bu qınaq obyektidir. Aİ-nin Ukraynaya və onun cəsur xalqına tam dəstəyi səngiməyəcək”, – Şarl Mişel paylaşımında bildirib.

    Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də Zelenski və Mitsotakisin Odessaya səfəri zamanı Rusiyanın bu şəhərə raket zərbəsini pisləyib. “Prezident Zelenski və Baş nazir Mitsotakisin Odessaya səfəri zamanı Rusiya tərəfindən Odessaya edilən xain hücumu qətiyyətlə pisləyirəm.
    Bu yeni terror cəhdi heç kəsi qorxutmur – əlbəttə ki, nə oradakı iki lideri, nə də cəsur Ukrayna xalqını.
    Biz həmişəkindən daha çox Ukraynanın yanındayıq”, – von der Leyen bildirib.