Month: March 2024

  • Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub

    Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub.

    APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ciddədə keçirdiyi görüşün təfərrüatı barədə jurnalistlərə açıqlamasında bildirib.

    İranlı nazir qeyd edib ki, görüş zamanı Azərbaycanın İrandakı səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə aparılıb:

    “Azərbaycanlı həmkarımla görüşdə Azərbaycanın İrandakı səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirə apardıq. Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin İrana göndərilməsi ilə bağlı yaxın vaxtlarda tədbirlər görülməsi ilə əlaqədar razılıq əldə etdik”.

  • В Азербайджане будут введены новые нормы питания для больных туберкулезом

    Для больных туберкулезом будут введены новые нормы питания.

    Как сообщает АПА, это отражено в отчете Кабинета министров о деятельности за 2023 год.

    Так, согласно приложению №5, утвержденному постановлением правительства Азербайджанской Республики от 1994 года №103, специалистами разрабатываются новые обогащенные нормы питания для больных туберкулезом.

    Была отмечена важность уделения особого внимания питанию пациентов, что, в частности, играет большую роль в выздоровлении больных туберкулезом.

  • Azərbaycanda vərəm xəstələri üçün yeni ərzaq normaları tətbiq ediləcək

    Vərəm xəstələri üçün yeni ərzaq normaları tətbiq ediləcək.

    APA xəbər verir ki, bu Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

    Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 103 nömrəli Qərarı ilə təsdiq edilmiş 5 saylı Əlavəyə əsasən, qidalandırılan vərəm xəstələri üçün yeni zənginləşdirilmiş ərzaq normaları mütəxəssislər tərəfindən işlənilir.

    Qeyd edilib ki, xəstələrin qidalanmasına xüsusi diqqətin yetirilməsi çox vacibdir.

    Belə ki, vərəm xəstələrinin sağalmasında onların qidalanması böyük rol oynayır.

  • Komitə sədri: “Müəllimlərin əməkhaqqı 1000 manatdan başlayacaq”

    “Azərbaycanda 2026-cı ildən müəllimlərin əməkhaqqı 1000 manatdan başlayacaq”.

    APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

    Komitə sədri bildirib ki, ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya stimullaşdırıcı tədbirdir:

    “Kim daha çox bal toplayırsa, onlar əməkhaqqını əlavələrlə alırlar. Bu da müəllimlərimizin minimum əməkhaqqının 2026-cı ildən təqribən 1000 manatdan yuxarı başlayacağına dəlalət edir. Bu gün 1500, 2500 və 3000 manat maaş alan təhsilverənlərimiz var. Burada söhbət ümumtəhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir”.

  • Bakıda qadın dəm qazından boğuldu

    Bakıda qadın qazdan zəhərlənib.

    Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində qeydə alınıb. 35 yaşlı N.Cəlilova yaşadığı evin həyətindəki hamam otağında dəm qazından boğulub.

    Faktla bağlı araşdırma aparılır.

  • Председатель Правительства РФ Михаил Мишустин посетил могилу великого лидера – ФОТО

    Находящаяся с визитом в нашей стране делегация во главе с председателем Правительства Российской Федерации Михаилом Мишустиным, прибыв 6 марта на Аллею почетного захоронения, с уважением почтила память общенационального лидера нашего народа, архитектора и созидателя современного независимого Азербайджанского государства Гейдара Алиева, возложила венок к его могиле.

    Как сообщает АЗЕРТАДЖ, также с уважением была почтена память выдающегося ученого-офтальмолога, академика Зарифы Алиевой, возложены цветы на ее могилу.


  • Mixail Mişustin Heydər Əliyevin məzarını ziyarət edib – FOTO

    Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti martın 6-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.

    AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.


  • Mişustinə “arzuları yerinə yetirən” xalçalar nümayiş etdirildi – VİDEO

    Azərbaycanda səfərdə olan Rusiya Hökumətinin sədri Mixail Mişustin Milli Xalça Muzeyində olub.

    Muzeyin nümayəndələri Azərbaycan hökumət başçısı Əli Əsədova və onun rusiyalı həmkarına xalçaçılığın təkamülü, onun sadədən mürəkkəbə doğru keçdiyi yoldan, xovsuz xalçaların müxtəlif növlərinin nümunəsindən danışıblar, həmçinin xalçaçılığın inkişafının ən yüksək mərhələsini təmsil edən xovlu xalçalar nümayiş etdirilib.

    Ekskursiya zamanı qonaqlar və muzeyin nümayəndələri arasında maraqlı dialoq da baş tutub. Belə ki, Rusiya hökumət başçısına “arzuları yerinə yetirən” xalçalar nümayiş etdirilib.

    “Bu xalçalardan şal kimi də istifadə olunub. Qızlar otururdular, bir arzu tuturdular, sonra onu yeddi gecə açıq havada saxlayırdılar. Onlar arzularının mütləq gerçəkləşəcəyinə inanırdılar”, – deyə muzeyin nümayəndəsi bildirib.

    Əli Əsədov isə qızların hər zaman eyni istəklərinin olduğunu bildirib.

    “Hansı? Ərə getmək?” – deyə soruşan rusiyalı nazirə azərbaycanlı həmkarı “əlbəttə” cavabı verib.

    Qeyd edək ki, muzeydə Azərbaycan xalça sənətinin nadir nümunələri saxlanılır. Muzeyin fonduna 10 mindən çox eksponat, o cümlədən tunc dövrü, antik dövr və erkən orta əsrlərə aid eksponatlar daxildir. Muzeyin kolleksiyalarında ölkənin müxtəlif bölgələrindən milli geyimlər də var.

    Ekskursiyanın sonunda Mixail Mişustin muzeyin fəxri qonaqlar kitabına qeyd yazıb.

  • Xankəndidə xeyli silah-sursat aşkarlanıb

    Xankəndidə xeyli silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 5-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd tüfəng, 1 qumbara, 23 ədəd alışdırıcı, 11 patron darağı, 570 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

  • Azərbaycanda ZƏLZƏLƏLƏR QAÇILMAZDIR: 4-6 bal gücündə…

    Xəbər verdiyimiz kimi, martın 4-də Türkiyənin Çanaqqala vilayətinin Yenice rayonunda zəlzələ baş verib. Bu haqda AFAD-ın yaydığı məlumatda deyilir ki, yeraltı təkanlar 4,9 bal gücündə olub. Zəlzələ İstanbul və ətraf vilayətlərdə də hiss edilib. Göründüyü kimi, Türkiyədə zəlzələ kabusu bitmək bilmir. Görəsən, bu zəlzələ növbəti güclü zəlzələnin xəbərçisi ola bilərmi? Qeyd etmək yerinə düşər ki, artıq bir ildən çoxdur ki, xarici və yerli seysmoloqlar İstanbulda dağıdıcı zəlzələnin olacağı ilə bağlı proqnozlar verirlər.

    Median.Az xəbər verir ki, bu barədə Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı Musavat.com-a danışıb:


    ​“Bundan əvvəl də demişdim, 2024-cü ildə zəlzələlər davamlı olacaq. Çünki biz o dövriliyi yaşayırıq. Bu il nəinki Azərbaycanda, dünya miqyasında güclü zəlzələlərin baş verməsi qaçılmazdır. Qazaxıstanda insanları təşvişə salan zəlzələ baş verdi, eləcə də Çanaqqalada, İranda baş verən zəlzələləri göstərmək olar. Bunlar mən dediyim məqamların göstəricisidir. 2024-cü il seysmik cəhətdən super bir il kimi yaddaşlarda qalacaq. Ümumiyyətlə, Türkiyə bir neçə tektonik blokun toqquşma nöqtəsində yerləşir. Plitələrin toqquşma nöqtəsi bir yana, burada bir neçə tektonik qırılmalar, faylar mövcuddur. Təbii ki, onların yerlərinin dəyişməsi, toqquşması zəlzələ yaranmasına bir təkandır. Çanaqqalada baş verən zəlzələ İstanbulda da hiss olundu. Zəlzələnin dəqiq yerini, gücünü, müddətini demək mümkün deyil. Müəyyən seysmik hadisələrin təhlili nəticəsində bəzi nüansları irəli sürmək mümkündür. Türkiyə, Azərbaycanda Xəzər dənizindən tutmuş, Türkmənistana qədər nəhəng tektonik blokdur, bu ölkələr o nəhəng tektonik blokun üzərində yerləşir. Bu meqablokun daxilində müxtəlif tektonik plitələr mövcuddur. Onların hərəkəti daha da intensivləşir, ələlxüsus da 2024-cü ildə. Ola bilməz ki, qonşu ölkələrdə aktivlik olsun, Azərbaycanda sabit durum hökm sürsün. Bu, fizika qanununa ziddir. Təbii ki, Azərbaycanda da hiss olunan (4-6 maqnitudalı) zəlzələ qaçılmazdır”.

    Ekoloq-seysmoloq Ənvər Əliyev mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyədə, xüsusilə də İstanbulda zəlzələnin olması labüddür:

    “Bu, bilinən sahələrdir. Çünki ora seysmoloji baxımdan dünyanın ən aktiv zonalarından biridir. Amma əvvəldən qısamüddətli zəlzələləri demək olmur. Orada güclü zəlzələ olacaq, yoxsa hissə-hissə olacaq, bunu da demək çox çətin məsələdir. Bunu demək üçün böyük tədqiqatların aparılması gərəkdir. Ümumiyyətlə, zəlzələni tədqiqatla da tapmaq imkansızdır. Düzünü desəm, İstanbulla bağlı çoxdandır ki, bəd proqnozlar verilir. Ən güclü zəlzələnin də İstanbulda olacağını gözləyirdik. Amma elm bu sahə qarşısında həddən artıq acizdir. Ümumilikdə Türkiyənin yerləşdiyi ərazi zəlzələ zonası sayılır. Xarici elmi jurnallarda, tədqiqatçıların məqalələrində xüsusi olaraq vurğulanır, xırda təkanların əhəmiyyəti ondan ibarətdir ki, bu yerin daxili enerjisini çıxarmaqda müəyyən rol oynaya bilir. Bununla da böyük sarsıdıcı zəlzələlərdən sığortalanmaq mümkün olur. Fikrimcə, bu məntiqlidir. Azərbaycan ərazisində ən çox zəlzələ Şamaxıda olub. Orada dörd zəlzələ olub ki, onların arasında müddət çox uzun olub. 1092 və 1667, gördüyünüz kimi fərq çoxdur. Yaxud 5-ci əsrdə ən güclü zəlzələlərdən biri Naxçıvanda olub. Aradakı məsafələr, zaman etibarilə sanki yığılmış enerji qəfil zəlzələyə səbəb olur. Amma hissə-hissə enerji çıxanda zəlzələ də güclü olmur. Bakıda da hər gün xeyli sayda zəif təkanlar olur, amma güclü zəlzələ çoxdandır ki baş verimir”.

    Yeri gəlmişkən, Ankara Universiteti, Kocaeli Universiteti və Əskişəhər Texniki Universiteti birgə tədqiqat çərçivəsində Kayapa ilə Yenişehir arasındakı 25 nöqtədə seysmik ölçülər aparıb. Araşdırma nəticəsində Türkiyənin Bursa şəhərində əvvəllər xəritələrdə yer almayan, Kayapadan Yenişehirə qədər uzanan 95 kilometr uzunluğunda aktiv fay xətti aşkar edilib. Yeni kəşf edilən fay 7,3 bal gücündə zəlzələ yarada bilər. Mümkün zəlzələnin maqnitudasını hesablamaq üçün bölgədəki qırılma xəttinin gərginliyi və onun yaratdığı zəlzələlər araşdırılıb. Bursadakı tarixi zəlzələ qeydlərinə görə, son üç dağıdıcı zəlzələ 19 aprel 1850, 28 fevral 1855 və 11 aprel 1855-ci ildə baş verib. 1855-ci ildə baş verən zəlzələlərin mənbəyinin Kayapa-Yenişehir fayının qərb hissəsində olduğu bildirilib. Kayapa-Yenişehir fayının (KYF) Yenişehir hissəsində isə 1400-cü ildə baş verən zəlzələdən bu yana 624 ildir heç bir qırılma olmayıb. Fay xəttində qırılmanın olmaması da zəlzələ ehtimalını gücləndirir. Məlumata görə, KYF-nin 1855-ci il zəlzələlərində qırılmış qərb hissəsi bu gün 6,5-6,8 bal gücündə zəlzələlər törətmək gücündədir. 1855-ci il zəlzələlərində qırılmadığı təxmin edilən KYF-nin şərq hissəsi isə bu gün 6,9-7,3 bal gücündə zəlzələlər yarada bilər.//musavat.com