Month: March 2024

  • Koronavirusla bağlı DƏHŞƏTLİ SİRR AÇIQLANDI: çoxları bu barədə susur

    Yel Xalq Sağlamlığı Məktəbinin epidemiologiya professoru Harvi Riş koronavirusla bağlı dəhşətli bir sirri açıqlayıb.

    Alim bildirib ki, koronavirus ABŞ tərəfindən bioloji silah kimi yaradılıb.

    Professor, 2019-cu ilin payızında Uhan laboratoriyasından sızan virusun 2017-ci ildə “Moderna” patentlərində və digər bioloji və casusluq kəşfiyyatında tapılan unikal 19 nukleotidli genetik ardıcıllığı ehtiva etdiyini söyləyib.

    “Bu virus, COVID-19, biomühəndislik üsulu ilə yaradıldığı üçün mövcuddur”, – Riş vurğulayıb.

    Onun sözlərinə görə, ABŞ Milli Sağlamlıq İnstitutu tərəfindən çirkli pulların yuyulması yolu ilə EcoHealth alyansı, həmçinin Pentaqon və USAİD-in qrantları hesabına maliyyələşdirilən Uhan Virusologiya İnstitutunda məsuliyyətsiz iş aparılıb. “Mən bu işi və Uhan Virusologiya İnstitutundan sızmanı biosilah sənayemizin bəhrəsi hesab edirəm”, – alim deyib. (Lent.az)

  • Azərbaycana gətirilən elektormobillərin ŞARJ MƏNTƏQƏLƏRİ QITLIĞI – VİDEO

    Avtomobillərin sayı artsa da, hələdə elektrikdoldurma məntəqlərinin sayı istənilən səviyədə deyil. Statistikaya əsasən, 2023-cü ildə 2021-ci il ilə müqayisədə sırf elektrik mühərrikli avtomobillərin idxalında 19 dəfə artım olub.

    Ancaq iş orasındadır ki, sürücülər Bakıda elektikdoldurma məntəqələrinin az olmasından, bölgələrdə isə demək olar ki, olmamasından narazıdırlar. Əksər elektromobil sürücüsü çıxış yolunu avtomobili evdə enerji ilə təmin etməkdə görür.

    Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov deyir ki, faktiki olaraq hökumət elektromobillərdən istifadəni stimullaşdırıb. Həmin avtomobillər idxal zamanı vergi və rüsumlardan azaddır. Həmçinin bu növ avtomobilləri elektriklə təmin edən avadanlıqların da idxalı zamanı bir sıra güzəştlər tətbiq edilir. Ancaq maraqlısı odur ki, müəyyən səbəblərə görə, biznes mühiti bu avadanlıqların gətirilməsi, infarstrukturun qurulmasında elə də maraqlı deyillər. Bunun başlıca səbəbi bu sektoruda gəlirin az olması ilə əlaqələndirilir.

    Ekspert həmçinin hesab edir ki, zəruri infrastrukturun yaradılması üçün əlavə  dəstəyə də ehtiyac var.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Xırdalanda küçə itləri təhlükə saçdı – VİDEO

    Sahibsiz itlər Xırdalan sakinlərinin rahatlığına haram qatıb.

    Bu barədə oxu.az-a Xırdalan sakinləri məlumat veriblər.

    Sürü ilə gəzən bu itlər Mehdi Hüseynzadə küçəsində hazırda var-gəl etməkdədirlər. Dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir aidiyyəti qurum tədbir görmür.

    “Həm özümüzün, həm də övladlarımızın həyatı təhlükə altındadır”, – deyə sakinlər bildiriblər.

    Qeyd edək ki, mart ayının 3-də “Qobu Park-3”də sahibsiz itlər dördüncü sinif şagirdinə hücum edib. Onun vəziyyəti ağır qiymətləndirilir.

    Həmin görüntüləri təqdim edirik:

  • Hökumət sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işləri açıqlayıb

    Hökumət sənədsiz evlərlə bağlı problemin həlli istiqamətində görülən işləri açıqlayıb.

    Median.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub.

    Qeyd olunub ki, fərdi yaşayış evləri üzərində hüquqların qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş sənədlər olduğu təqdirdə həyata keçirilir. Şəhərsalma tikinti və torpaq qanunvericiliyinin tələblərinə riayət edilmədən inşa olunmuş fərdi yaşayış evləri ilə bağlı problemin köklü şəkildə həllinin aidiyyəti dövlət qurumlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində mümkünlüyü nəzərə alınaraq, İqtisadiyyat Nazirliyinin təşəbbüsü əsasında Prezident Administrasiyası rəhbərinin 2023-cü il 4 aprel tarixli məktubu və Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və bir sıra yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin daxil olduğu idarələrarası işçi qrupu yaradılıb. İşçi qrupunun 2023-cü il 22 iyun tarixində ilk iclası keçirilib. Bununla bağlı işçi qrupu tərəfindən müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması istiqamətində işlər davam etdirilir.//apa.az

  • Cənub bölgəsində Od çərşənbəsi özünəməxsus ənənə ilə qeyd olunub – VİDEO

    Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

    Novruzun ikinci çərşənbəsi olan Od çərşənbəsi xalq arasında “Üskü”, “Adlı” çərşənbə də adlanır. Qədim tarixə malik olan milli bayramımız cənub bölgəsində özünəməxsus ənənə ilə qeyd olunur.

    Lənkəran sakini Saleh İsrafilov deyib ki, bayram axşamı süfrədə mütləq balıq olmalıdır: “Lənkəran bölgəsində balıq süfrəmizdən əskik olmur. Yazın gəlişində qışda yediyimiz təamlarla vidalaşmaq üçün son dəfə olaraq döşəmə plov hazırlayırıq”.

    Adət-ənənəyə görə, od çərşənbəsində tonqal qalayıb, alovun üzərindən tullanmaqla bütün azar-bezarları yandırırlar. Odun, tonqalın yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir. Belə bir inam var ki, od çərşənbəsindən sonra təbiət isinər, insanlara xoşbəxtlik gətirər.

    Ətraflı Baku TV-nin süjetində:

  • Putin: Rusiya və OPEC+ neftin qiymətini qaldırmayacaq

    “Rusiya və onun OPEC+ tərəfdaşları neftin qiymətini qaldırmayacaq. Məqsəd sabitliyi təmin etməkdir və indiyədək buna nail olunub”.

    Median.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin aqrar-sənaye kompleksinin nümayəndələri ilə görüşdə deyib.

    Möhtəşəmlərə gəlincə, bilirsiniz ki, bu, bütün sənaye sahələrində eynidir. Enerji sektorunda götürün – hər şey birdir, eynidir. Buna görə də enerji bazarında vəziyyəti sabitləşdirmək üçün bir vaxtlar OPEK yaradılıb”, – Rusiya lideri qeyd edib.

    O xatırladıb ki, Rusiya alyansın özünün bir hissəsi deyil, genişləndirilmiş OPEC+ formatında iştirak edir.

    “Bu, bizə bazarda qiymətləri tənzimləməyə imkan verir. Biz qiymətləri sonsuzadək artırmağa hazırlaşmırıq, çünki bu, istehsalçılara və istehlakçılara pis təsir edir. Amma biz sabitliyə nail olmaq istəyirik. İndiyə qədər buna nail olmuşuq”.

  • Su anbarlarında toplanan suyun həcmi AÇIQLANDI

    Ötən il magistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq aidiyyəti üzrə təsdiq edilib. Vegetasiya suvarması dövrünün əvvəlinə əsasən su anbarlarında 13,3 mird. kubmetr həcmində su toplanılıb.

    APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

    Hesabatda qeyd olunub ki, respublika üzrə suvarılan torpaqların sərhədləri müəyyənləşdirilərək kənd təsərrüfatı təyinatlı torpaqların peyk təsvirləri əsasında vektorlaşdırılmış, coğrafi informasiya sistemləri bazasına daxil edilərək xəritələşdirilib. Suvarılan torpaqların meliorativ vəziyyəti barədə respublikanın ayrı-ayrı inzibati əraziləri üçün suvarılan torpaqların şorlaşmasını, qrunt sularının yatma dərinliyini, onların kimyəvi tərkibini və minerallaşma dərəcəsini əks etdirən status elektron xəritələr hazırlanıb və vahid şəbəkə üzrə informasiya xidməti yaradılıb.

    Suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə məqsədilə suvarılan torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparılıb, suvarılan torpaqların meliorativ vəziyyəti qiymətləndirilib, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirilib, onların yaxşılaşdırılması üzrə tədbirlər hazırlanıb, irriqasiya və meliorasiya sistemlərinin istismarı həyata keçirilib.

    Su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülüb, mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılıb. Hesabat ilinin sonuna su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, 2022-ci ilə nisbətən isə 2,2 milyard kubmetr artıq həcmdə su toplanılıb ki, bu da su qıtlığı şəraitində əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərməklə yanaşı, cari ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir. Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə suvarma və kollektor-drenaj şəbəkələrində 52,4 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılıb, torpaq məcralı kanalların 58 kilometr hissəsi beton üzlüyə alınıb, 2,9 min hidrotexniki qurğu, 6,4 min subartezian quyusu, 291 nasos stansiyası və cari təmir edilib. Çay məcralarında 10,4 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, daş-beton bəndlərdə təmir işləri yerinə yetirilib.

  • Qidadan uzunmüddətli imtinanın FAYDALARI: Həm artıq çəkidən qurtulun, həm də…

    London Kraliça Mariya Universitetinin alimlərinin rəhbərlik etdiyi elmi qrup aclığın yalnız üçüncü günündə daxili orqanların fəaliyyətini yaxşılaşdırdığını müəyyən edib.

    Median.Az oxu.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.

    Məlum olub ki, yeməkdən uzun müddətlik imtina yalnız üçüncü gündə insan orqanizminə faydalı təsir göstərməyə başlayır. Bu, orqan və toxumaların zülal tərkibində dəyişikliklərin izlənilməsi nəticəsində aydın olub. Xüsusilə, qidadan uzun müddətlik imtina etmək yalnız artıq çəkidən qurtulmağa imkan vermir, həm də maddələr mübadiləsinə, qaraciyər və mədəaltı vəzi də daxil olmaqla bir çox orqanların fəaliyyətinə müsbət təsir göstərir.
    Bundan əlavə, alimlər müəyyən ediblər ki, orqanizmdə müəyyən zülalların konsentrasiyasının artması beyinə də təsir edir. Onlardan bəziləri hipokampusda yeni neyronların meydana gəlməsini təşviq edir ki, bu da idrak qabiliyyətlərinin təkmilləşdirilməsi ilə əlaqələndirilir.

  • Ceyhun Bayramov iranlı həmkarına: “Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması sülh prosesinə təhdidir”

    Ermənistanın sülh və sabitliyə xidmət etməyən üçüncü tərəfləri bölgəyə cəlb etməsi sülh prosesinə təhdidir.

    Median.Az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahian Ciddəddəki görüşündə bildirib.

    Nazir həmçinin bildirib ki, Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması səyləri sülh prosesinə təhdidir.

    Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Mehriban Əliyeva Od Çərşənbəsi ilə bağlı paylaşım edib

    Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.

    Median.Az xəbər verir ki, paylaşımda deyilir:

    “Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! Od çərşənbəniz mübarək!”